Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova Təsdiq edirəm



Yüklə 64,12 Kb.
tarix11.03.2018
ölçüsü64,12 Kb.
#31216
növüMühazirə

Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova

Təsdiq edirəm:______________


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2015

Fənni tədris edən müəllim (lər)

Yeganə Gözəlova

E-mail:

ygezalova@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl




Məsləhət saatları

VI gün (razılaşdırılan vaxtda)

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

Mühazirə mətnləri



  1. Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012 (dərslik)

  2. Orta əsrlər tarixi. I cild. Bakı, 1988 (dərslik)

  3. Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008 (dərs vəsaiti)

  4. Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2006 (dərs vəsaiti)

  5. Y.M.Mahmudov. Orta əsrlər tarixi. Erkən feodalizm dövrü. Bakı, 1990 (dərslik)

  6. Y.H.Gözəlova. Orta əsrlər tarixi. XVI-XVII əsrin ortaları. Bakı, 2014 (dərslik)

  7. N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010

  8. История средних веков. В 2 т. Под редакцией С.П.Карпова. Москва, 2005; 2011 (учебник)

  9. Məmmədli A. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2011

  10. Xarici Asiya və Afrika ölkələrinin yeni tarixi. Bakı,1962

  11. http://www.budo.al.ru/history/

  12. http://www.japantoday.ru/

  13. http://www.sitc.ru/konkurs/bryzgin/japhis.htm

  14. www.china.net/dinastiya-yuan-monqoly

  15. http://panasia.ru/

  16. http://historic.ru/books/c0004_1.shtml

Əlavə:

  1. Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

  2. T.T.Mustafazadə. Ümumi tarix. I cild. Bakı, 2009

  3. История стран зарубежной Азии в средние века. Москва, 1971

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris metodları

  • Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Fevral-mart ayında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün mart ayında

35 bal

Fəallıq

Dərslərdə, diskussiyalarda, prezentasiyalarda və elmi seminarlarda iştirak etmək

5 bal

Quiz

Yoxlama (yazılı şəkildə)

2 dəfə (hər biri 5 bal)

10 bal

Prezentasiya/Qrup müzakirə

Yazılı (həm də şifahi təqdimat olmaqla)

10 bal

Final imtahanı

Aprel-may keçirilən mövzular əsasında may ayında final imtahan verilir.

40 bal

Yekun




100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Şərq sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;

  • Şərq ölkələrinin erkən, inkişaf etmiş və son orta əsrlər tarixi üzrə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • Şərq mədəniyyətinin özəllikləri müəyyən olunacaq;

  • Asiya və Afrika ölkələrinin orta əsrlər tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.



Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.



İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.

Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.



Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.



Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1




Mövzu 1. Giriş

Mövzu 2. Yaponiya orta əsrlərdə

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.5-28

2




Mövzu 3. Çin orta əsrlərdə

Mövzu 4. Davamı

“-“, s.29-60

3




Mövzu 5. Hindistan orta əsrlərdə

Mövzu 6. Davamı

“-“, s.85-122

4




Mövzu 7. Koreya orta əsrlərdə

Mövzu 8. Cənub-Şərqi Asiya ölkələri orta əsrlərdə

“-“, s.65-72

“-“, s.73-84



5




Mövzu 9. (yoxlama - quiz)

Mövzu 10. Xilafət

“-“, s.161-185

6




Mövzu 11. Davamı

Mövzu 12. Müsəlman mədəniyyəti (VIII-X əsrlər)

“-“, s.180-185

7




Mövzu 13. Səlcuq imperyası

Mövzu 14. Davamı

“-“, s.186-203

8




Mövzu 15. Xaç yürüşləri və Şərq

Mövzu 16. Davamı

“-“, s.216-222







Aralıq imtahanı (1-15-ci mövzular)




9




Mövzu 17. Misir məmlük dövləti

Mövzu 18. Davamı

“-“, s.223-232

10




Mövzu 19. Monqol imperiyası

Mövzu 20. Davamı

“-“, s.204-211

11




Mövzu 21. Osmanlı imperiyası

Mövzu 22. Davamı

“-“, s.233-259

12




Mövzu 23. Ağqoyunlu dövləti

Mövzu 24. Davamı

Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

13




Mövzu 25. Səfəvi imperiyası

Mövzu 26. Davamı

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.260-275

14




Mövzu 27. Avropanın müstəmləkə işğalları və Şərq

Mövzu 28. Davamı

Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

15




Mövzu 29. Müsəlman mədəniyyəti (XI-XVI əsrlər)

Mövzu 30. Davamı

N.Axundova. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Bakı, 2010, s.260-275







FİNAL imtahan (16-30-cu mövzular)




Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi” üzrə prezentasiya mövzuları – 2014/2015-ci tədris ili

(müəllim – Y.H.Gözəlova)

  1. Koreya orta əsrlərdə

  2. Yaponiyada Şöqunluq sisteminin yaranması və inkişafı

  3. Yaponiyada orta əsrlərdə aqrar münasibətlər

  4. Cənub Şərqi Asiya ölkələri orta əsrlərdə

  5. Kamboca orta əsrlərdə

  6. Dehli sultanlığı

  7. Böyük Moğol imperiyası

  8. Hindistanın müsəlman mədəniyyəti

  9. Çingiz xanın imperiyası

  10. Monqol imperiyasının yüksəliş dövrü

  11. Sasanilər dövləti

  12. Əməvilər xilafəti

  13. Abbasilər xilafəti

  14. Fatimilər xilafəti

  15. Xürrəmilər hərəkatı

  16. Böyük Səlcuq dövləti

  17. Elxanilər dövləti

  18. Əyyubilər dövləti

  19. Osmanlı dövləti (İstanbulun fəthinə qədər)

  20. Osmanlı dövləti XVI-XVII əsrlərdə

  21. Ərəb ölkələri Osmanlı imperiyasının tərkibində

  22. Səfəvilər dövləti XVI əsrdə

  23. Əfqanıstan orta əsrlərdə

  24. I Şah Abbasın Osmanlı siyasəti

  25. Misir Məmrük dövləti

  26. Yaponiya Monqol yürüşləri dövründə

  27. Yaponiya orta əsrlərdə

  28. Avar xaqanlığı

Ümumi ədəbiyyat (hər mövzu üzrə xüsusi ədəbiyyat müəllim tərəfindən individual təqdim olunur):

Axundova N.Ç. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, Bakı Universiteti nəşriyyatı, 2010, 327 səh.



Aslanov R., Axundova N., Məmmədov A. Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər tarixi XI. B. 1996.

İsmayılov R., Axundova N. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. (Feodalizm dövrünün xüsusiyyətləri). B.: 1996.
Yüklə 64,12 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə