Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
  1   2   3   4   5   6   7   8


Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

18 


 

ZABIL BAYRAMLI 

Tarix üzrə elmlər doktoru 

E-mail: zabil_bayramli@mail.ru 

BƏYMİRZƏ ŞƏBİYEV 

Tarix üzrə fəlsəfə doktoru, dosent 

 

XVII YÜZILLIYIN 20-40-CI ILLƏRINDƏ SƏFƏVI-OSMANLI MÜNASIBƏTLƏRI 

(İRƏVAN VƏ BAĞDAD UĞRUNDA MÜBARIZƏ) 

 

Açar sözlər: İrəvan, Bağdad, Səfəvi, Şah, Sultan 

Ключевые слова: Ереван, Багдад, Сефевиды, Шах, Султан 

Key words: Irevan, Bagdad, Safavi, Shah, Sultan 

 

Azərbaycan  Səfəvi dövlətinin tarixinin bir çox problemləri indiyə qədər ətraflı öyrənil-



məmiş, bəzi problemlərisə ayrıca tədqiqat obyekti kimi araşdırılmamış, bir sıra məsələlər isə 

diqqətdən  kənarda  qalmışdır.  Vətən  tarixşünaslığında  Səfəvi  dövlətinin  ən  çox  araşdırılan 

problemlərindən biri Səfəvi-Osmanlı münasibətləri olsa da, bu iki dövlət arasında XVI-XVII 

əsrlərdə  mövcud  olmuş  qarşılıqlı  əlaqələrin  hərtərəfli  öyrənildiyini  və  bu  sahədə  obyektiv 

tarixi gerçəkliklərin elmi cəhətdən müəyyənləşdirilib tamüzə çıxarıldığını demək doğru olmaz. 

Bu problemin dövrün beynəlxalq münasibətlər konteksində mərhələlər üzrə hərtərəfli araşdırı-

lıb öyrənilməsi, baş vermiş savaşların səbəb və nəticələrinin üzə çıxarılması fonunda obyektiv 

tarixi gerçəkliklərin aydınlaşdırılması vətən tarixşünaslığının mühüm məqsədlərindən biridir. 

Məlum olduğu kimi, uzun müddət davam etmiş Səfəvi-Osmanlı qarşıdurmasının kəskin-

ləşməsində məlum hərbi-strateji, ideoloji, iqtisadi səbəblərlə yanaşı, digər amillərin də müəy-

yən rolu olmuşdur. Bu amillər içərisində iki dövlətin təmas nöqtəsində kürd tayfaları və gürcü 

hakimləri tərəfindən tez-tez təşkil edilən qiyamlar, o cümlədən separatizm hallarını xüsusi ola-

raq qeyd etmək lazımdır. Bununla yanaşı, Səfəvi-Osmanlı qarşıdurmasında İran körfəzi istiqa-

mətindən yaxınlaşmaqda olan Oərbin müstəmləkəçilik siyasəti təhlükəsi və Bolqa-Xəzər tran-

zit ticarət marşrutunun əhəmiyyətinin artmasının rolunu da yetərincə qiymətləndirmək lazım-

dır. 


Məlum olduğu kimi, 1603-1612-ci illərdə yenidən başlanmış Səfəvi-Osmanlı müharibəsi 

yekunda Səfəvi dövlətinin qələbəsi ilə başa çatdı. İki dövlət arasında bağlanmış Sərab sülh sa-

zişinə əsasən, 1590-cı il İstanbul barışığına görə itirilmiş Səfəvi əraziləri geri qaytarıldı. Buna 

baxmayaraq  Sərab  sülhü  belə  Səfəvi  və  Osmanlı  dövlətləri  arasındakı  sərhəd  sinirlərini  qəti 

olaraq müəyyənləşdirə bilmədi. Belə ki, Kürdüstan və Bağdadın qərb sərhəddindəki rayonların 

demarkasiyası öz həllini tapmamış qalmışdı. Mənbələrin məlumatlarına əsasən, Amasiya sül-

hünə görə Səfəvilərə məxsus olan Gürcüstanın Mesxeti əyaləti və Ahısxa qalası osmanlıların 

hakimiyyəti altında qaldı. Eyni zamanda əvvəllər Osmanlı idarəçiliyi altında olan Ərəbistan və 

Bağdadın bəzi rayon və qalaları isə Səfəvi dövlətinin əlində qaldı (7, 610). 

XVI əsrin sonu - XVII əsrin əvvəllərində həyata keçirdiyi uğurlu daxili və xarici siyasət 

xətti nəticəsində Azərbaycan Səfəvi dövlətinin beynəlxalq münasibətlər sisteminin fəal dövlət-

ləri arasında nüfuzunu gücləndirən I Şah Abbas (1587-1629) 1613-cü ildə Gürcüstana qoşun 

yeritdi. Gürcüstanda Səfəvilər əleyhinə iğtişaşların başlanması şah sarayını Osmanlı dövləti ilə 

sərhəd xəttində yerləşən bu bölgədə stabilliyi bərpa etməyə vadar edirdi. I Şah Abbasın göstə-

rişi ilə Azərbaycan bəylərbəyi Pirbudaq xan  Türkman, Qarabağ əmirlərindən Dəli Məhəməd 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

19 

Şəmsəddinli, Şirvan bəylərbəyi Yusif xanın alayları da Gürcüstana daxil olub burada sakitlik 

yaratmalı idilər (1, 405). Mənbələrin məlumatına əsasən, qızılbaş ordusu qısa müddət ərzində 

Kaxetiyada iğtişaşlara son qoyub, bölgədə böyük dağıntılar və kütləvi qırğınlar həyata keçirə-

rək sabitliyi bərpa etməyə müvəffəq oldu. 

I  Şah  Abbasın  Qüzey  Qafqazdakı  bu  uğurlarını  Osmanlı  Sultanı  I  Əhməd  (1603-1617) 

narazılıqla qarşıladı  və 1612-ci ildə iki dövlət arasında bağlanmış  Sərab  müqaviləsini pozub 

Qafqazı yenidən tutmağı qərara aldı. Bu ərəfədə sərhəd bölgələrində yaşayan kürd tayfaları da 

Səfəvilər  əleyhinə  üsyan  qaldırdılar.  Səfəvi  və  Osmanlı  dövlətlərinin  sərhəd  məntəqələrində 

yaşayan kürd və gürcü əyanlarının üsyan qaldırmasında görünür osmanlıların da müəyyən ma-

raqları var idi. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, strateji mövqelərindən istifadə 

etməyə çalışan kürd və gürcü əyanları Səfəvi və Osmanlı arasında manevr etməklə tərəflərdən 

daha çox güzəştlər qoparmağa can atırdılar. 

Qafqazı tutmaq  məqsədlə yüz  minlik  Osmanlı ordusu 1616-cı ldə Ərzurumdan Təbrizə 

doğru  hərəkət  etsə  də,  az  sonra  istiqaməti  dəyişərək  quzeyə  doğru  hərəkət  edərək  Çuxur-

Səədin mərkəzi İrəvanı mühasirəyə aldılar (2, 80). 

Səfəvi  şahının  göstərişi  ilə  İrəvana  qorçular  və  tüfəngçilərdən  ibarət  könüllü  dəstələr 

göndərildi.  Şah  1616-1617-ci  ilin  qışında  İrəvan  mühasirəsini  dayandırıb  Ərzuruma  dönən 

Osmanlı ordusunun qabağını kəsmək üçün bura əlavə qoşunda yeritdi. Qızılbaşlar osmanlılara 

ərzaq,  sursat  gətirilməsinin  qarşısını  alıb  onları  mühasirədə  saxlamaqla  məğlub  etmək  istə-

yirdi. Burada baş vermiş döyüşlərdə qırx minə yaxın döyüşçü itirən Xəlil paşanın başçılıq et-

diyi Osmanlı ordusu geri çəkilməyə məcbur oldu. Şah Abbas osmanlıların gələcək yürüşlərini 

pozmaq üçün yenidən əvvəllər sınaqdan keçirilmiş ənənəvi tədbirlərinə əl atdı. Səfəvi ordusu 

Qarçıqay xanın başçılığı altında Ərzurum və Vana keçib bu bölgələri boşaltdı (1, 405). 

Bu vaxt, yəni 1617-ci ildə Osmanlı dövlətində hakimiyyətə gələn Sultan Mustafa həbsdə 

saxlanılan  Səfəvi  elçisi  Qasım  bəyi  azad  edərək  Azərbaycana  göndərdi.  Sultan  Mustafanın 

Qasım bəyə verdiyi tapşırığa görə savaş dayandırılmalı və iki ölkə arasında 1612-ci il müqavi-

ləsinə əməl edilməli idi.  Ancaq  Sultan Mustafa hakimiyyətdən kənar edildi və yeni Osmanlı 

padşahı  II Osman (1617-1622)  Səfəvi dövləti ilə sülh danışıqlarını davam etdirmədi (2, 81). 

Onun  göstərişi  ilə  baş  vəzir  Xəlil  paşanın  ordusu  1618-ci  ildə  yenidən  Təbrizə  doğru  yola 

düşdü. Xəlil paşanın hücum xəbərini eşidən I Şah Abbas Qarçıqay xana Təbriz əhalisini qısa 

vaxtda  köçürüb  şəhərin  boşaldılması  tapşırığını  verdi.  Özü  isə  Ərdəbili  boşaltdı.  Osmanlı 

ordusu boşaldılmış Təbriz şəhərinə döyüşsüz daxil oldu (1, 405). 

Xəlil paşa I Şah Abbasın əsas qüvvəsi ilə həlledici savaşa girmək istəyirdi. Ancaq savaş 

qaydalarını gözəl bilən I Şah Abbas Osmanlı ordusunu boşaldılmış bölgələrdəki çətin yollarla 

arxasınca  aparıb  yorurdu.  Xəlil  paşanın  yollarda  yorğun  düşmüş  50  minlik  qüvvəsi  Əpəşda-

banla Saqam çay arasındakı  Sınıq körpü yaxınlığında  I  Şah  Abbasın qoşunu ilə qarşılaşdılar. 

Savaşda  Həsən  paşa  öldürüldü,  Krımxanı  Canıbəy  Gəray  qaçmağa  nail  olsa  da  onun  vəziri 

Mirzəbəy, Van bəylərbəyi Məhəmməd paşa əsir alındı. Osmanlı ordusu 15  min nəfərə yaxın 

itki verdi (1, 405). 

Bu uğursuz savaşdan sonra Xəlil paşanın  I  Şah Abbasa barış təklifi ilə onların arasında 

Mərənddə  1618-ci  ildə  1612-ci  il  Sərab  müqaviləsinin  şərtləri  əsasında  müqavilə  bağlandı. 

Müqaviləni Osmanlı hökuməti 1619-cu ildə təsdiq etdi (2, 82). 

Barışıqdan  xeyli  sonra  Osmanlı  ölkəsində  daxili  çəkişmələr  başlandı.  Bundan  istifadə 

edən I Şah Abbas 1622-1623-cü illərdə Ərəb İraqına qoşun yeridərək Bağdad, Kərbala, Nəcəf 

şəhərlərini tutdu. Həmin dövrdə Çuxur-Sədbəylər bəyi Əmirgünə xan Qacar isə Osmanlı tabe-

liyində  olan  Ağiskanı  ələ  keçirdi.  Səfəvilərin  bu  uğurları  ilə  barışmayan  Sultan  Diyarbəkr 



Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə