Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

20 


hakimi  Hafiz  Əhməd  paşaya  tutulan  torpaqların  geri  alınması  tapşırığını  verdi.  Diyarbəkr 

hakimi  savaşa  hazırlaşdığı  zaman,  Gürcüstanda  Səfəvilərə  qarşı  Georgi  Sakadzenin  (Murov-

bəy)  başçılığı  altında  üsyan  başlandı.  Bu  vaxt  (1623-1624)  Kaxetiya  hakimi  Peykərxan  baş 

vermiş üsyan barədə I Abbasa xəbər göndərdi. Şah Gürcüstandakı bu mərkəzdən qaçma hərə-

katının qarşısını alıb sakitlik yaratmaq üçün bura əmirəl-üməra Qarçıqay xanın başçılığı altın-

da  qoşun  və  ardınca  qorçubaşı  İsgəndər  xanın  qorçu  alaylarını  göndərdi.  3  iyul  1625-ci  ldə 

Gümüşlü  döyüşündə  məğlub  olan  Georgi  Sakadze  qaçmaqla  canını  qurtardı.  Azərbaycanın 

Cənub-Qərbində baş vermiş kürd çıxışları da (1624-1626) yatırıldı. I Şah Abbas savaşlardakı 

uğurları  ilə  yanaşı,  asılı  bölgələrdəki  mərkəzdənqaçma  hərəkatlarının  qarşısını  da  almaqla, 

Səfəvi imperatorluğunu daha da möhkəmləndirdi. O, 1629-cu ildə vəfat etdi. Səfi Mirzənin (I 

Şah Abbasın oğlu) oğlu Sam Mirzə I Səfi Mirzə (1629-1642) adı ilə şah oldu (1, 405, 406). 

Osmanlı dövləti Anadoludan İran körfəzinə çıxan karvan yolu üzərindəki Bağdadın itiril-

məsi  ilə  heç  cür  barışmaq  istəmirdi.  I  Şah  Abbas  vəfat  etdikdən  sonra  Osmanlı  dövlətində 

Bağdadın geri qaytarılması yenə də ön plana çəkildi. Xosrov paşanın ordusu Bağdada doğru 

yan aldı. Azərbaycan və Çuxur-Sədbəylər bəyliklərinin bir çox mahallarınada Osmanlı qüvvə-

ləri  zərbə  endirdilər.  Buna  cavab  olaraq  Çuxur-Sədbəylərbəyi  Əmirgünə  xan  Qacarın  oğlu 

Təhmasibqulu xan 10 minlik qoşunla Əhlət və Adilcivaza qədər hərəkət edib çoxlu əsir, hərbi 

sursat  ələ  keçirdi  (1,  406).  Seyid  Hüseyn  Astrabadinin  məlumatına  əsasən,  hələ  h.1036-cı 

(m.1627)  ildə  Qarabağda  qışlaqda  olan  qorçubaşı  və  digər  əmirlər  də  nazir-i  biyutat  Zaman 

bəylə birləşib Ağıska qalasını mühasirəyə aldılar. Qaladakı Osmanlı sərdarı Murtuza paşa da 

qalaya qızılbaşların vaxtaşırı baş verən hücumlarından bezmişdiyinə görə qızılbaşlarla razıla-

şıb qalanı onlara təslim etdi. Elə bu vaxt Kartli-Kaxetvalisi Təhmurazla Muradbəy Gürcü ara-

sında  müharibə  baş  verdi.  Məğlub  olan  Murad  bəy  Gürcü  Osmanlı  ölkəsinə  qaçaraq  orada 

apardığı təbliğat nəticəsində Osmanlı-Səfəvi  dövləti arasında  münasibətləri gərginləşdirməyə 

müvəffəq oldu (3, 233; 4, 77). Bunun nəticəsində Sultan Xosrov paşanın komandanlığı altında 

Səfəvi  dövlətinə  qarşı  yeni  hərbi  əməliyyatın  həyata  keçirilməsinə  göstəriş  verdi.  Bu  hərbi 

əməliyyatda Murad bəy gürcünün də iştirakı nəzərdə tutulmuşdu. "Zeyl-itarix-ialamara-yi "nin 

məlumatına  əsasən,  h.1036-cı  ildə  sərdar  Xosrov  paşanın  başçılığı  altında  Osmanlı  ordusu 

Azərbaycan sərhəddinə yaxınlaşdı. Axısqa, Van, Mosul, Qaye tərəflərdən Azərbaycan sərhəd-

ləri tez-tez pozuldu, fitnə-fəsad baş verdi. Bu zaman divan bəyi Rüstəm bəy hökmdarın buyru-

ğuna əsasən Azərbaycana göndərildi. Rüstəm bəyə bölgədə səfərbərlik keçirib sərhəddi möh-

kəmləndirmək,  Osmanlı  hücumlarının,  kürd  qarətçilərin  qarşısını  almaq  tapşırılmışdı.  Azər-

baycan  əyalətindəki  və  sərhədlərdəki  böyük  əmirlər,  əsgərlər  ona  tabe  edilmişdi.  O,  iki  dəfə 

darüs səltəne-ye Təbrizdən Van, Ərciş, Əhlət, Adilcivaza hərəkət edib Mahmudi, Hakari kürd-

lərini geri oturdub, bir neçə min mal-qara, at və başqa qənimətlər gətirmişdi. Mərkəzdən veri-

lən göstərişə əsasən, həmçinin Mosul, Kərkük, Şəhrizur sərhədlərinə yaxın olan bölgələrdəki 

kürd və ərəb fitnəkarları, ixtişaş törədənlər də Ərəb İraqı və Şəhrizur bəylərbəyi tərəfindən cə-

zalandırılmışdı.  Sərhədləri  pozaraq  dinc  əhalinin  üzərinə  hücumlar  təşkil  edən,  onları  qarət 

edən qiyamçılar səhralara qovulmuş, sakitlik yaradılmışdı (5, 30; 4, 77). 

H.1037-ci (m.1628) ildə  verilən  göstərişə  görə, Səfəvi dövlətinin əsas ordusu qorçubaşı 

İsaxanın  başçılığı  altında  Sultaniyyədə  toplaşdı.  Qızılbaş  ordusu  Sultaniyyədə  toplaşarkən 

Osmanlı ordusu Ağıska qalasına yaxınlaşsa da, qalanın müdafiəsinin yüksək səviyyədə təşkil 

edildiyini  öyrənib  geri  qayıtmaq  istədikdə,  qalanın  hakimi  Şəmsixan  Qazaxlar  2000  əsgərlə 

qaladan çıxıb onları təqib etdi. Bu fürsətdən Osmanlı ordusu istifadə edib, Şəmsi xanı məğlub 

edərək, yüz nəfər əsgəri ilə birlikdə onu əsir götürdü (4,87; 3,234).  



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

21 

H.1038-ci (m.1629) ildə Sultanın vəzir-i əzəmi Xosrov paşanın ordusu artıq Diyarbəkrə 

çatmışdı. Səfəvi sarayının əldə etdiyi məlumatlardan məlum oldu ki, o, öncə Bağdadı ələ ke-

çirmək fikrindədir. I Şah Səfi bacarıqlı əyanlardan Xələf bəy süfrəçibaşını dərhal Ərəb İraqına 

göndərərək ona bölgələrin qoşunlarını səfərbər etmək və sərhəddə baş verən hadisələr haqqın-

da məlumat toplamaq tapşırığı verdi. O, sərhəddi, buradakı qalaları da möhkəmləndirməli idi 

(5, 31; 3, 238). 

Zeynal xan Şamlı bütün Səfəvi qoşununa sipahsalar təyin edilib, yüksək rütbə və ada la-

yiq görüldü. O, İsfahan şəhərindən çıxıb Tacabad–Nətənz yolu ilə hərəkət edib Kaşana daxil 

oldu (5, 31). Kaşandan yola düşüb Həmədana gəldilər və burada hər tərəfdən böyük əmirlər və 

əsgərlər dəstə-dəstə gəlib Zeynal xan Şamlının qoşununa birləşdilər. Buradan Bağdad qalası-

nın müdafiəsini möhkəmləndirmək üçün oxçu və tüfəngçi dəstələri göndərildi (5, 32). 

Xosrov paşa Mosul tərəfdə qoşunu toplayıb Azərbaycana da hücum etmək fikrində idi. 

Bu zaman Azərbaycan sərhədlərinin qorunması Çuxur-Səd bəylərbəyi Təhmasibqulu xan Qa-

cara və Xoyda olan Naxçıvan hakimi Maqsud sultan Kəngərliyə tapşırılmışdı (5, 32). 

Rüstəm bəy divanbəyinin iqamətgahı Təbrizdə olub, əsas ordu da burada yerləşdirilmiş-

di.  Bununla  yanaşı  sarayın  fərraşxana  darğası  Nəğdi  bəy  Şamlıya  da  xan  titulu  verildi  və  o, 

hərbi  dəstə  ilə  Təbrizə  göndərildi  (5,  32).  Nəğdibəy  Şamlının  alayı  Təbrizə  çatmamış  Van 

tərəfdən Hakari aşirətinin əmiri Bahəddin, Mahmudi aşirətinin əmiri Zeynal bəy Cəlali və bir 

çox başqa kürd aşirət rəisləri 10 min nəfərlə Təbriz istiqamətində hərəkət edərək qətl və qarət 

törətməyə başladılar (5, 32). Onların qarət məqsədi ilə Azərbaycana təşkil etdikləri hərbi yürüş 

iki  dövlət  arasında  münasibələri  daha  da  gərginləşdirdi.  Qarətçilərin  ardınca  Osmanlı  ordusu 

da Azərbaycan sərhəddini keçib Təbrizə yaxınlaşdı. 

"Zeyl-itarix-ialamara-yi"  də  qeyd  edilir  ki,  Osmanlı  ordusu  Azərbaycan  əyalətinə  daxil 

olduqda Nəğdi bəy öz müzəffər ordusu ilə Təbrizə çatdı. Təbriz əhalisi o gələnə qədər daşınan 

əmlaklarını, arvad-uşaqlarını möhkəm və gizli yerlərə aparıb yerləşdirmişdilər. Təbriz gəncləri 

isə  orduya  qoşulub  onu  daha  da  möhkəmləndirdilər.  Osmanlı  ordusu  Təbrizə  yaxınlaşdıqda 

Nəğdi bəyin başçılıq etdiyi qızılbaş ordusu və təbrizlilər şəhərdən çıxıb əks-hücuma keçdilər. 

Şəhər yaxınlığındakı Acı çay sahilində onların arasında dəfələrlə döyüş oldu. Çayda su çox ol-

duğuna görə onu keçmək o qədər də asan deyildi. Nəticədə qızılbaşlar qalib gəlib xeyli qəni-

mət ələ keçirdilər. Osmanlı ordusu ümidini itirib geri dönməyə məcbur oldu (5, 36; 3, 238). 

Osmanlı dövləti ilə sərhəd münaqişələri, fasilələrlə döyüşlərin davam etdiyi vaxtda Səfə-

vi dövləti ona qarşı ikinci cəbhənin açılmasının qarşısını almaq üçün Xorasanda, Gürcüstanda 

sabitliyi qoruyub saxlamağa ciddi fikir verir və Krım xanları ilə diplomatik əlaqələr qurub on-

ların Osmanlı dövləti tərəfindən müharibəyə qoşulmasının qarşısını almağa cəhd edirdi. "Zeyl-

itarix-ialamaray-yi" də Krım xanlığı ilə Səfəvi dövləti arasında münasibətlər barədə az da olsa 

məlumata  təsadüf  edilir.  Mənbədə  göstərilir  ki,  hələ  I  Şah  Abbas  zamanın  da  Tatar  şahının 

oğlu Şahin Gəray xan Səfəvi sarayına gəlmişdi. O, burada həmfikir, həmrəy olduqlarını elan 

etmiş,  yüksək  rütbəli  əsilzadə  kimi  qəbul  edilmiş  və  bir  müddət  burada  qayğı  əhatəsində 

yaşamışdı.  O,  öz  ölkəsinə  qayıtdıqda  artıq  Tatar  ulusunda  hakimiyyətə  qardaşı  Məhəmməd 

Gəray xan keçmişdi. O, qardaşına vəliəhd təyin olunur. Artıq bu sülalə osmanlılarla mühari-

bədə qələbə çalmışdı. Ancaq Cani bəy Gəray osmanlıların hərbi yardımı ilə Şahın Gəray xanı 

məğlub edib hakimiyyəti ələ keçirmişdi. Onların arasında baş vermiş münaqişədə tatar qəbilə-

sinin  bir  çox  böyükləri  etibarsızlıq  edib  Cani  bəy  Gərayı  müdafiə  etmiş  və  nəticədə  Şahın 

Gəray xan əsgidən qohumluqları olduğu Noqaya qaçsa da , burada qalmağı məqsədəuyğun he-

sab etməmiş, buradan yeni hökmdarı hakimiyyətə keçməsi münasibəti ilə təbrik etmək və həm 

də ona atasının vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Səfəvi sarayına gəlmişdi. Həmədan-



Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə