Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

22 


da çox mehriban qarşılanan Şahin Gərayın şərəfinə Səfəvi sarayında ziyafətlər təşkil etmişdi 

(5, 36, 37). 

1629-cu ildə Qaraca Ərdəhan  və Qarsdan bir  dəstə rumlu  Ağıskaya hücum edib əhalini 

qarət  etdikdə  buranın  hakimi  Səlim  xan  Şəmsəddinli  bu  hadisəni  qüruruna  sığışdırmayıb  az 

sayda tüfəngçi və Şəmsəddinli qazıları ilə onları təqib etmək üçün qalanı tərk etmişdi. Baş ve-

rən savaşda atı büdrəmiş və o, atdan yıxılmış, osmanlı əsgərləri hücum edib onu ələ keçirmiş-

dilər. Bu səbəbdən Şəmsəddinli qaziləri məğlub olmuş və onların çoxu qətlə yetirilmişdi. Os-

manlılar əsir götürdükləri Səlim xanı da özləri ilə aparmışdılar. Qaraca Ərdahan hakimi Səfər 

paşa  Ağıskanın  sahibsiz  qaldığını  düşünüb  güclü  ordu  ilə  qalaya  hücum  etsə  də,  qalanın  tü-

fəngçiləri Ağıskanı qəhrəmancasına müdafiə etdilər. Bu zaman Qarabağ və Çuxur-Səədin bəy-

lərbəyiləri  hadisədən  xəbər  tutub  kömək  üçün  Ağıskaya  qoşun  göndərdilər.  Qarabağ  və  Çu-

xur-Səəd ordusu Ağıska sərhəddinə çatmamış, Səfər paşa geriyə-öz məkanına qayıtdı. Ağıska 

əmirliyi Səlim xanın oğlu İsmayıl xana verildi (5, 37, 38). Onun sarayda olan əmisi Aslan bəy 

də qardaşı oğluna kömək etmək üçün Ağıskaya göndərildi. Qalada qurğuşun, barıt, silah ehti-

yatı qaydaya salındı. Səfəvi dövləti Ağıskada müdafiə tədbirlərini həyata keçirdiyi bir vaxtda, 

1629-cu  ilin  sonunda  Osmanlı  ordusunun  Diyarbəkrdən  Mosul  istiqamətində  hərəkət  etməsi 

xəbəri  alındı.  I  Şah  Səfinin  göstərişi  ilə  dərhal  minbaşılar,  yüzbaşılar,  tüfəngçilər,  müzəffər 

əsgərlər  Bağdada  göndərildi.  Eşik  ağası  Kəlbəli  bəyə  tapşırıldı  ki,  Bağdada  gedib  oradakı 

qoşunun  keyfiyyət  və  kəmiyyətini yoxlayıb lazımi ehtiyatlarla təmin olunmasını təşkil etsin. 

Sipahsalar Zeynal xan Şamlı da böyük ordu ilə Bağdada göndərildi. Qorçubaşı və digər hərbi 

hissələrə də Həmədan qışlağında hazır vəziyyətdə olmaları tapşırılmışdı (5, 38, 39). 

H.1039-cu (m.1630) ildə təcrübəli baş vəzir Xosrov paşa Ərəb  İraqına hücum edən Os-

manlı qoşununa sərdar təyin edildi (5,39). "Zeyl-itarix-ialamaray-yi" də qeyd edilir ki, o, haki-

miyyətləri altındakı islam və xristian bölgələrindən gətirilmiş toplar və digər döyüş sursatı ilə 

təchiz edilmiş qapıqulu, yəni saray qulamları, sipahi oğlan, yeniçəri, ölkənin hakim və əmirlə-

rindən ibarət olan ordunu Səfəvi sərhəddində yerləşdirdi. Bütün sancaq əmirləri və kürd aşirət 

və obaları da onunla birləşdi. Heç bir Osmanlı sərdarı sərhədə sayı, hərbi sursatı bu qədər çox 

olan bir ordu ilə gəlməmişdi. Onlar Diyarbəkrdən hərəkət edib Mosula çatdılar. Xosrov paşa 

hesab  edirdi  ki,  Ərəb  İraqını  fəth  etmək  üçün  əvvəl  Şəhrizoru  ələ  keçirmək  lazımdır  və  elə 

buna görə də həmin tərəfə hərəkət etdilər. Sürətlə hərəkət etdikləri üçün topların bir qismini 

Mosulda  qoydular,  qalan  hissəsini  isə  Hilləyə  yola  saldılar.  Xosrov  paşa  Bağdad  mühasirə 

edildikdə ordunun ərzaq təminatını gqcləndirmək üçün ordunun bir hissəsinə Hillə körpüsünü 

keçərək biçin aparılan bölgələrdə ərzaq tədarükü görülməsinə göstəriş verdi. Özü isə Şəhrizura 

gəlib  iqamətgahını  burada  yerləşdirdi.  Ərdəlan  elinin  və  həm  də  eyni  adlı  vilayətin  hakimi 

Xanəhməd xan saraya dəvət edildi, qardaşı Mir Məmun da Xosrov paşaya tabe oldu və vila-

yətin  qalaları  Xosrov  paşa  tərəfindən  tutuldu  (5,  40).  Şəhrizurun  hökümət  iqamətgahı  olan 

Gülənbər adlı qalası ələ  keçirilib təmir edildi  və  vilayət Mustafa paşaya  verildi. Bu zaman  I 

Şah Səfi tərəfindən İraqın müdafiəsi üçün göndərilən sipahsalar Zeynal xanın qoşunu Bağdada 

gəlib, Gilanək məntəqəsində yerləşmişdi. O, Osmanlı sərdarının Şəhrizura gedib orada yerləş-

məsini  eşitdikdə,  Mahidəştə  qayıtdı.  Osmanlıların  adlı-sanlı  sərdarlarından  Tağı  paşa  da  bir 

neçə  başqa  sərdarla  10000  nəfərə  yaxın  qoşunla  Şəhrizur  vilayətinin  sərhəddindəki  Mərivan 

qalasında idi (5, 41). Cani bəy Şamlı və Vəli xan İmanlı Əfşar üç-dörd min qızıl baş əsgəri ilə 

Mərivan  tərəfə  göndərildi  ki,  Osmanlı  ordusunun  sayı,  döyüş  keyfiyyətini  öyrənərək  onları 

nəzarətdə saxlasınlar. Ehtiyac  yaranardısa sipahsalar Zeynal xanın icazəsi ilə onların döyüşə 

başlamasına da icazə verilirdi. Sipəhsalar Zeynal xan məğrur və iddialı olub Osmanlıların gü-

cünü, yerli şəraiti nəzərə almadan, ağırlıqları Mahidəştə qoyub qızılbaş süvariləri ilə mühari-




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

23 

bəyə başladı (5, 42). Osmanlı ordusu manevr edib geri çəkilmiş, qızılbaş qaziləri qarətə başla-

dıqda əks-hücuma  keçibonları ciddi  məğlubiyyətə düçar etmişdilər. Zeynal xanın səhvi  nəti-

cəsində  Səfəvi  ordusu  Süştər  hakimi  Şebli  sultan,  Qapanat  hakimi  Həsən  sultan,  Vəli  bəy 

yüzbaşı Təkəli, qulam Vəli bəy yüzbaşını və xeyli əsgər itiridi. Zeynal xan bu hadisədən sonra 

orada  qalmağı  məqsədəuyğun  hesab  etmədi  və  geri  çəkilib  Həmədan  yaxınlığındakı  qalanın 

müdafiəsini təşkil edərək bütün qoşununu burada yerləşdirdi. Bu zaman Xosrov paşa dağ yolu 

ilə hərəkət edib Həmədana yaxınlaşmışdı. Osmanlı ordusunun bura yaxınlaşması barədə mər-

kəzə məlumat çatdırıldı və bu xəbər Həmədan əhalisi arasında təşvişə səbəb oldu (5, 43, 44). 

Seyid Hüseyn Astrabadinin məlumatına əsasən, qızılbaş ordusunun Həmədan və Dərəcəzeynə 

hərəkəti ləngidiyinə görə, Həmədan şəhərinin boşaldılması qərara alındı və şəhər əhalisi müx-

təlif yerlərə köçürüldü (3, 239). Bundan cəsarətlənən Osmanlı ordusu Həmədana daxil olduq-

dan  sonra,  Dərəcəzeynə  hərəkət  etsələr  də,  dar  yollarda  qızılbaşların  yerləşdirdikləri  pusqu 

dəstələrindən ehtiyat etdiklərinə görə Bağdad istiqamətində geri dönməyə məcbur oldular (4, 

83). 

Şah  Səfinin  qoşunu  qışlaqdan  Həmədana  doğru  hərəkət  etdikdə,  artıq  Həmədan  əhalisi 



şəhəri tərk etmiş  və qorunmaq üçün əlçatmaz yerlərə çəkilmişdilər. Zeynal xanın qoşunu da 

şahın ordusu ilə birləşdi. Bir çox qızılbaş əmirləri və əsilzadələrinin ocaqlıqları, həmşinin ailə-

ləri də Gələmrou Əlişəkərdə olduğuna görə, Osmanlıların hücumu zamanı onlar ordudan ayrı-

lıb ailələrini müxtəlif yerlərə aparmış və bu da qoşunda pərakəndəliyə səbəb olmuşdu (5,47). 

Osmanlı  ordusu  Həmədan  və  Dərəcəzeynə  gəldikdə  qızılbaş  qaziləri  onlara  tez-tez  hü-

cum edir, ələ keçirdikləri əsirləri qərargaha gətirirdilər. Osmanlı ordusu qızılbaşların mühari-

bəyə hazır olduğunu bildikdə Dərəcəzeyn ətrafından geri döndülər. Divanbəyi Rüstəm bəyə üç 

minlik alayı ilə geri dönən Osmanlı ordusuna nəzarət etmək və hər an baş verə biləcək döyüşə 

hazır olmaq göstərişi verildi. Zeynal xan Şamlının ordusu da Rüstəm bəyin ordusu ilə birləşdi. 

Bu zaman Xosrov paşa Ərəb İraqına doğru hərəkət edirdi. Onun məqsədi Bağdadı tutmaq idi. 

Bu  zaman  Luristanın  yeni  bəylərbəyi  Hüseyn  xan  saraydan  öz  əyalətinə  qayıtmışdı.  Xosrov 

paşa ona qarşı 7 min, bir qədər sonra isə 5 min əsgər göndərdi. Onların arasında döyüş Hersin-

də baş verdi. Saraydan verilən göstərişə uyğun olaraq vəziyyətə nəzarət edən divanbəyi Rüs-

təm bəy dərhal Hüseyn xana 3  min nəfərlik yardım  göndərdi. Qızılbaşlar döyüşdə 500 nəfər 

osmanlı əsgərini öldürdülər və yaraladılar. Qızılbaşlardan yaralanan və ölən əsgərlərin sayı isə 

30-40 nəfər idi. Döyüşdən sonrahər iki ordu öz mövqeyinə çəkildi (5,48-49). Molla Kamalın 

məlumatına görə, h.1039-cu ildə sipah salar Zeynalxan Şamlı döyüş əməliyyatının təşkilində 

səhvə yol verdiyinə görə ölüm cəzasına məhkum edildi (4, 83). 

İ.K.Pavlova araşdırdığı ”Xülasət üs-siyar” adlı qaynağa istinad edərək yazır ki, Osmanlı 

ordusunun sərdarı Xosrov paşa əvvəl baş vermiş döyüşlərdə əsir götürülmüş Baba xan Salehlə 

I Şah Səfiyə məktub göndərib sülh müqaviləsi bağlamağı təklif etmişdi. Çox təəssüf ki, onun 

təklif etdiyi şərtlər  məlum deyildir. Müəllif bu faktın dövrün digər  mənbələrində olmadığını 

qeyd etmişdir (6, 66). Halbuki,  “Zeyl-i tarixi  alamara-yi  Abbasi”  və  “Tarixi  Sultani ...” adlı 

qaynaqlarda Xosrov paşanın göndərdiyi məktub və sülh şərtləri haqqında ətraflı məlumat var-

dır. Bu  mənbələrdə  göstərilir  ki, Osmanlı sərdarı Xosrov paşa Bağdada çatmamış h.1039-cu 

ildə  əsir  götürdükləri  Baba  xan  Salehi  azad  edib  onunla  qızılbaş  sarayına  məktub  göndərdi. 

Tərəflər  arasında  müharibənin  dayandırılması,  sülh  müqaviləsi  bağlanması  məqsədi  ilə  gön-

dərilmiş  məktubda  Şah  Səfi  hakimiyyətə  keçməsi  münasibətilə  təbrik  edilir  və  həm  də  ona 

babasının  vəfatına  görə  baş  sağlığı  verilirdi.  Məktubda  tərəflər  arasında  baş  vermiş  mühari-

bədə Zeynal xanın günahkar olması, onun Mərivanda Osmanlı ordusuna hücum etməsinin mü-

nasibətləri  tam  gərginləşdirməsi  vurğulanırdı.  Xosrov  paşanın  məktubunda  müharibənin  da-



Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə