Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

28 


işlənmiş at hədiyyə göndərildi. I Şah Səfinin buyruğu ilə Təbrizdə Ləvənd xanın adına Dadyan 

valisi olması haqqında yeni fərman yazılıb göndərildi (5, 158, 159). 

H.1044-cü ilin əvvəllərində gizli xəbər gətirənlərin məlumatları yoxlanıldı və məlum ol-

du ki, Sultan Muradın ordusu İrəvan qalasını tutmaq üçün artıq hərəkətə başlamışdır. Şah cid-

di  hərbi  hazırlıq  işləri  aparılması  haqqında  göstəriş  verdi.  Osmanlı  əsgərlərinin  hərəkət  yolu 

üzərindəki  otlaqlar,  taxıl  zəmiləri  yandırıldı,  su  quyuları  məhv  edildi.  Söhbət  yasovulu  Cani 

bəy Şamlı göstərişə əsasən İrəvan vilayətinə yola düşdü. Çuxur-Səəd, Şirvan, Qarabağ və di-

gər  əyalətlərin  ordusu  da  onun  sərəncamına  verildi.  Osmanlıların  əyalətə  daxil  olacağı  təq-

dirdə orduya onların dəf edilməsi tapşırıldı. Bu ərəfədə Gürcüstanda Kaxet vilayətinin hakimi 

Səlim  xan  Şəmsəddinli  vəfat  etdi  və  Gürcüstanda  sabitliyi  qoruyub  saxlamaq,  bölgənin  sər-

hədlərini gücləndirmək zərurəti gündəmə gəldi. Bu məqsədlə Kaxetə yeni hakim təyin edildi 

və Xorasan tüfəngçilərinin  minbaşısı Mirzə  Məhəmməd Pirzadə  də öz dəstəsi ilə şimal-qərb 

hüdudlarını  qorumaq  üçün  Kaxetə  göndərildi.Siyavuş  sultan  Dərbənd  hakimliyindən  azad 

olunduvə  ora  Şahverdi  bəy  Ustaclı  hakim  göndərildi.  Sabiq  Şirvan  bəylərbəyi  Qazax  xan 

Bağdad qalasın təmir edib möhkəmləndirmək üçün ora yola salındı. İsfahanın tüfəngçilərinin 

minbaşısı Mir Fəttah və Bağdadda minbaşı olan oğlu Ağa Sadiq də min nəfər tüfəngçi ilə İrə-

vana göndərildi. Sipahsalar, divanbəyi, tüfəngçiağası Rüstəm xanın yerinə Şahbəndə xanın oğ-

lu Pirbudaq xan Azərbaycan bəylərbəyi təyin edildi və ona yüksək əmir (sərkərdə) rütbəsi ve-

rildi. Divanbəyi  vəzifəsi isə Rüstəm  xandan alınaraq qardaşı Əliqulu bəyə tapşırıldı (5, 161, 

165, 166). 

H.1044-cü (m.1634) ildə IV Sultan Muradın top, mancanaq, qoçbaşı ilə təchiz olunmuş 

ordusunun əsas məqsədi ilk növbədə Təbrizi fəth etmək olsa da, Van qalasını tutduqdan sonra 

ordu İrəvana doğru hərəkət etdi. Bu barədə  Səfəvi sarayına xəbər  verildi  və dərhal  göstərişə 

uyğun olaraq səfərbərlik keçirildi, qorçular, qulamlar, tüfəngçilər Təbrizdə sipahsalar Rüstəm 

xanın düşərgəsinə gələrək onun başçılığı altında birləşdilər. Bütün istiqamətlərdə Osmanlı or-

dusunun qarşısının alınması barədə qərar qəbul olundu (5, 168). 10 avqust 1634-cüildə İrəvan 

qalası  IV  Sultan  Muradın  ordusu  tərəfindən  mühasirəyə  alındı.  Bu  zaman  qızılbaş  ordusu 

Sultaniyyədən  hərəkət  edib  Qarabağa  daxil  olmuşdu.  Qarabağ  bəylərbəyi  Məhəmmədqulu 

xan, Şirvan əyalətinin əmir əl-ümərası Fərrux xanın əldə etdiyi məlumatlardan aydın oldu ki, 

İrəvan  hakimi  Təhmasibqulu  xan  6  gün  müdafiə  olunsa  da  (5,  169),  qala  qapılarını  Sultan 

Muradın ordusunun üzünə açaraq tabe olmuşdur. İ.K. Pavlova Məhəmməd Məsum bin Xacəki 

İsfahani və Katib Çələbinin məlumatlarına istinad edərək IV Sultan Murad tərəfindən İrəvanın 

11  səfər  (27  iyul)  1635-ci  ildə  tutulduğunu  və  bu  tarixin  daha  dəqiq  olduğunu  yazmışdır  (6, 

69).  Məhz  bu  səbəbdən  də  Sultan  Təhmasibqulu  xana  iltifat  göstərərək  onu  İstanbula  gön-

dərmişdi. İrəvanda 10-15 min nəfər yeniçəri və digər qoşun hissələrini yerləşdirən IV Sultan 

Murad vəzir-i əzəm Murtuza paşanı da onlara sərkərdə təyin edib, Təbrizə doğru hərəkət etdi. 

Sipəhsalar  İrəvandan  Təbrizə  qədər  yolboyu  bütün  bölgələrdə  otlaqları  yandırıb,  ərzaq  eh-

tiyatını  məhv  etdirmişdi.  Bu  zaman  topçubaşı  Murad  bəy  və  digər  qızılbaş  dəstələri  İrəvana 

yaxınlaşdılar. Sultan Murad 6 rəbiol əvvəl 1044-cü (sentyabr 1634) ildə Təbrizi ciddi müqa-

vimətə rast  gəlmədən tutdu. Bu zaman yaylaqda olan Şah qullarağası  Siyavuş bəyi bir dəstə 

qulamla sipahsalara köməyə göndərdi (5, 171; 4, 90). 

Sipahsalar Rüstəm xanın ordusu  Təbrizə yaxınlaşıb osmanlılarla savaşa  girdikdə, qızıl-

baş  qazilərindən  ehtiyat  edən  Sultan  Murad  Təbrizdə  üç  gündən  artıq  qala  bilmədi.  Səlmas 

istiqamətində geri çəkilməyə məcbur oldu və İstanbula qayıtdı (5, 172). İ.K.Pavlovanın yazdı-

ğına görə, İran ordusunun Təbrizi mühasirə etməsi nəticəsində şəhərdə aclıq başlanmış və bu 

da osmanlıları qalanı təslim etməyə məcbur etmişdi (6, 69). 




Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

29 

Sultan Murad Təbrizi tərk etdikdən sonra dövlətin əmirləri, vəzirləri, sərdarları, başçıları, 

əyanları hərbi müşavirə çağırıb qışın çox sərt olmasına, ərzaq və sursat qıtlığına baxmayaraq, 

İrəvanın geri alınması barədə qərar qəbul etdilər (5, 173). Qalanı geri almaq üçün ilk növbədə 

lazım  olan  hərbi  alətlərin,  avadanlıqların  toplanıb  bir  yerə  yığılması  barədə  fərman  verildi. 

Naziri-i  biyutat  Həsən  bəyə  İsfahanda  qala  alınması  üçün  mövcud  olan  toplardan  bir  neçə 

yararlamaq  tapşırıldı.  Lar  vilayətinin  hakimi  Kəlbəli  xana,  söhbət  yasovulu  Əliqulu  xana 

(sipahsalar Rüstəm xanın qardaşı) Xoydakı yoldaş adlı balyeməz (uzun  mənzilli) topu təmir 

edib  İrəvana  gətirmək  həvalə  olundu.  Dərhal  göstərişlər  yerinə  yetirildi.  Zəfər  bayrağını 

qaldırıb Mərənd yolu ilə İrəvana hərəkət etdilər (5, 174).Gürcüstana göndərilmiş Azərbaycan, 

Şirvan, Qarabağ, Bərdə və Cavanşir ordusu bu zaman qullarağası Siyavuş bəyin komandanlığı 

altında Qarabağda qışlaqda idi (5, 176). Onlar yanlarında olan bir ədəd uzaq mənzilli topu İrə-

vana göndərdilər. Topçubaşı Murtuzaqulu bəy topların atəş məsafəsində yerləşdirilməsinə rəh-

bərlik edirdi (5, 176). Nazir-i biyutatın göndərdiyi qazmaçılar, fəhlələr, tüfəngçilər də artıq qa-

laya çatmışdılar. Topları qala bürclərinə bərabər yerlərdə atəş məsafəsində yerləşdirdilər. Top 

atəşindən sonra Qarabağ bəylərbəyi Məhəmmədqulu xan  Ziyadoğlu  müsahib Qacar,  Lar ha-

kimi  Kəlbəli  xan,  Kəskər  hakimi  Əmir  xanın  alayları  dağıdılmış  bürc  istiqamətində  hücum 

etdilər. Oxçular, tüfəngçilər də savaşa daxil oldular. Sultan IV Murad İrəvan qalasını fəth et-

dikdən  sonra  onun  müdafiəsində  yalnız  Murtuza  paşanın  ordusunu  saxlayıb  İstanbula  qayıt-

mışdı. Katib Çələbinin yazdığına əsasən, bu  zaman  İrəvan  altındakı  osmanlı ordusunun  sayı 

120000 nəfər idi. 1635-ci il rəcəb ayının 15-də (5 dekabr)  Səfəvi ordusu  İrəvana yaxınlaşdı. 

Qalanın uğurla mühasirə edilib tutulması üçün komandan təyin edilmiş Azərbaycan bəylərbəyi 

Rüstəm  xan  qoşunu  bir  neçə  hissəyə  böldü.  Bu  zaman  Azərbaycan,  Qarabağ  və  Şirvan 

əmirlərinin  də  hərbi  dəstələri  Rüstəm  xana  köməyə  gəldilər.  İranlılar  balyeməz  adlı  iri  və 

uzaqvuran  türk  toplarından  istifadə  edirdilər.  Bu  toplar  sözsüz  ki,  türklər  geri  çəkilərkən 

onların əlinə keşmişdi. Bu dövrdə Səfəvi dövlətində də top tökülürdü, lakin top istehsalı Os-

manlı  ilə  müqayisədə  aşağı  səviyyədə  idi  (6,  69).  Pavlovanın  yazdğığna  əsasən,  İrəvanın 

mühasirəsi zamanı I Şah Səfinin məiyyətinin tərkibində Məhəmməd Məsum da var idi. Salna-

məçinin yazdığına görə, şahın ordusu İrəvana çatdğığ zaman Rüstəm xan artıq hərbi əməliy-

yatlara başlamışdı.  Şəhərə hücum başladıqda  birinci növbədə Bürc-i  Sefidin, yəni iç qalanın 

ələ  keçirilməsinə  cəhd  göstərildi.  Qalanın  ələ  keçirilməsi  mahir  hərbiçi  Qarabağ  bəylərbəyi 

Məhəmmədqulu xan Qacara, Lar hakimi Kəlbəli xana, Kəskər hakimi Əmir xana tapşırılmışdı. 

Qalanın fəthində mirşikarbaşı Xosrov bəy xüsusi ilə fərqlənmiı, ağır yaralanmasına baxmaya-

raq hücuma  keçərək Bürc-i  Sefidi ələ  keçirib dağıtmışdı. Məhəmməd Məsumun  məlumatına 

əsasən, türklər bciddi müqavimət göstərdiyinə görə mühasirə uzanmış və Səfəvi ordusu İrəvan 

altında dörd ay dayandıqdan sonra I Şah Səfi ramazan ayının 25-də (5 mart 1636) qalaya hü-

cum əmrini vermişdi. Orduya yeni komandan təyin edilmiş Xələf bəy üç gün davam edən ağır 

döyüşdən  sonra  şəhərə  əsas  ordunun  yolunu  aça  bilmişdi  (6,70).  Divanbəyi  Əliqulu  bəyin 

ordusu  da  köməyə  gəldikdən  sonra  osmanlılar  geri  çəkilərək  Narın  qalaya  sığındılar.  Yeddi 

gün davam edən müqavimətdən sonra şah ordusu Narın qalanı ələ keçirdi və artıq bu Osmanlı 

üzərində tam qələbə demək idi. Katib Çələbi Murtuza paşanın sultana xəyanət edərək qalanı 

qızılbaşlara təslim etdiyini göstərsə də bu fakt digər mənbələrin məlumatları ilə təkzib olunur. 

Belə ki, Məhəmməd Məsumun yazdığına əsasən, Murtuza paşa döyüşdə agır yaralanaraq vəfat 

etmişdi  və şəvval ayının 25-də (2 aprel 1636) Səfəvilər  İrəvan qalasını ələ  keçirdilər (6,71). 

İsgəndər bəy Münşinin məlumatına görə isə qızılbaş ordusu 11 aprel 1635-ci ild ə İrəvanı geri 

qaytarmışdılar(5,177). H.1045-ci (m.1636) ildə Lar hakimi Kəlbəli xan Çuxur-Səədə əmir əl-




Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə