Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

30 


üməra təyin edildi, bərpa və tikinti işlərinin aparılması, qalanın ərzaq və sursat məsələlərinin 

həlli ona tapşırıldı (5, 182; 4, 91). 

İrəvan qalasında təmir-tikinti işləri görülüb nizam-intizam yaradıldıqdan sonra ordu Araz 

çayında  daşqın  olduğu  üçün  Ordubad-Əlidərəsi-Bərgüşat  yolu  ilə  hərəkət  edərək  Xudafərin 

körpüsündən keçməklə Qəzvinə döndü (5, 186-187). 

Beləliklə,  1635-1636-cı  illərin  hərbi  əməliyyatları  Səfəvi  ordusunun  qələbəsi  ilə  başa 

çatdı. İrəvan altında çoxsaylı qızılbaş ordusunun toplanması nəticəsində uzun müddətli müha-

sirədən sonra I Şah Səfi Cənubi Qafqazın strateji baxımdan  mühüm məntəqəsini geri almağa 

müvəffəq oldu. İ.K. Pavlova Səfəvi ordusunun bu nailiyyətini qiymətləndirərkən I Şah Səfiyə 

mərkəzləşdirilmiş güclü bir dövlətin miras qalması amilini xüsusi olaraq vurğulamaqla heç də 

səhvə  yol  verməmişdir  (6,  72).  Ümumiyyətlə  onu  da  qeyd  etmək  lazımdir  ki,  İ.K.Pavlova 

XVII  əsrin  20-30-cu  illərində  Səfəvi-Osmanlı  münasibətlərini  üç  mərhələyə  (I.  1629-1635, 

II.1635-1636, III. 1637-1639) bölərək araşdırmışdır. 

İrəvanın fəthindən sonra Xələf bəy süfrəçibaşı Hillə qalasına yol çəkmək üçün göndəril-

di. Burada yol çəkilişində bir çox evlər plana düşüb sökülmüş və əhaliyə məxsus xeyli xurma 

ağacı kəsilmiş, nəticədə ev və bağ sahiblərinə külli miqdarda ziyan dəymişdi. Təxminən ev və 

xurma ağacı sahiblərinə 4300 tümən zərər dəymişdi. Şahın göstərişi ilə ev və bağ sahiblərinə 

dəymiş zərər tam ödənildi. 

H.1046-cı  (m.1636)  ildə  Osmanlı  dövlətinin  baş  vəzirinin  İsfahana  göndərdiyi  elçinin 

apardığı diplomatik danışıqlar nəticəsində  İrəvanda əsir olan Qars bölük başısı Mahmud ağa 

və  digər  Osmanlı  əsirləri  azad  edilib  ölkələrinə  göndərildilər.  Şah  Səfi  süfrəçibaşı  Maqsud 

Sultanı Osmanlı səfiri ilə İstanbula elçi göndərdi (5, 193). Səfəvi elçisi İstanbulda danışıqlar 

apararkən  h.1047-ci  (m.1638)  ildə  Bağdad  bəylərbəyi  Bektaş  xan  xəbər  göndərdi  ki,  Sultan 

baş vəzir Məhəmməd paşanı öldürtmüş və onun yerinə Bayram paşanı təyin etmiş və ona Bağ-

dada hücum edib oranı fəth etməyi tapşırmışdır. Bu  vaxt  Osmanlı  dövlətindəki  Səfəvi elçisi 

süfrəçibaşı  Maqsud  Sultan  geri  qayıdıb  Osmanlı  ordusunun  İstanbuldan  artıq  Bağdada  yola 

düşməsi xəbərini gətirdi (5, 204). 

 Bağdad  hərbi  yürüşündən  Səfəvilərin  diqqətinu  yayındırmaq  üçün  h.1047-ci  ildə  Qars, 

Diyarbəkr, Ərzurum paşaları birləşib İrəvana qarət məqsədi ilə yürüş təşkil etdilər. Vilayətin 

bəylərbəyi  Kəlbəli  xan  İrəvan  qalasını  möhkəmləndirərək  çətinliklə  olsa  daonların  qarşısını 

almağa nail oldu (5, 206). 

İrəvanın  qızılbaş  qaziləri  tərəfindən1635-ci  ildə  geri  alınması  Sultan  Murada  ağır  təsir 

etmiş və qızılbaşlardan öcalmaq üçün Bağdadı fəth etməyi qərara almışdı. Artıq bu məqsədlə 

1638-ci ildə Bağdad üzərinə qoşun göndərilmişdi. Bu barədə Səfəvi sarayına da xəbər çatmış, 

Osmanlı  ordusunun  qarşısını  almaq  üçün  qızılbaş  təvaçiləri  ayrı-ayrı  vilayətlərdəki  qoşunu 

vahid cəbhədə birləşdirmək üçün hərəkətə başlamışdılar. Belə ki, nazir-i biyutat Hüseyn xan 

(5, 214) Əlişəkər, Kürdüstan, Luristan əmirləri və hakimləri ilə əlaqə yaradıb onların alayları-

nı vahid cəbhədə birləşdirib, Bağdad ətrafının boşaldılması əmrini alaraq, dərhal də fəaliyyətə 

başladı.  Sipahsalar  Rüstəm  xanın  qardaşı  söhbət  yasovulu  İsa  bəy  Azərbaycana  göndərildi. 

Azərbaycan əmirlərinə göstəriş verildi ki, qoşunlarını səfərbər edib müharibəyə hazırlaşsınlar. 

Darülirşad Ərdəbil hakimi Nəzərəli xan, Ağa xan Müqəddəm, Sarı xan Talış dərhal qoşunla-

rını səfərbər edib birlikdə Bağdada hərəkət etməli idi. Kuhgiluya bəylərbəyi Nağdi xan, Doruğ 

hakimi  Mehdixan  sultanın  oğlu  Muradxan  bəy,  topçubaşı  Murtuzaqulu  bəy,  İnallı  və  Əcirli 

yüzbaşıları  da  süvari,  topçu,  tüfəngçilərdən  ibarət  qoşunla  Bağdada  hərəkət  etmək  barədə 

göstəriş  aldılar.  Bu  zaman  Bağdad  qalasının  qoruyucularının  sayı  təxminən  20000  nəfər  idi. 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

31 

Ərzaq, sursat və xüsusilə badlic, balyeməz, zərbzən topları üçün barıt, qurğuşun, fitil hazırlığı 

barədə də əmrlər verilmişdi (5, 215). 

Bir neçə gündən sonra  İsfahandan  Şah  Səfinin ordusu da Bağdada yola düşdü. Rüstəm 

xan  (5,  115)  və  Azərbaycanın  digər  əmirlərinina  layları  da  Şahın  ordusu  ilə  birləşdilər.  Bu 

əsnada İsfahan tüfəngçilərinin minbaşısı Mir Fəttah tüfəngçi ağası təyin edilib, Bağdada gön-

dərildi. Böyük hərbi təcrübəyə malik Xələf bəy çərxçibaşı da Bağdada yola salınmışdı. Ərəb 

İraqının bəylərbəyi Bektaş xan və Bağdada köməyə gəlmiş əmirlər müdafiə mövqeyini üstün 

tutdular.  Sultan  Muradın  ordusu  bundan  istifadə  edib  qalanı  mühasirəyə  aldı.  Bu  zaman  baş 

verən su daşqınları şəhər əhalisinə ciddi ziyan vurmuş  və qalanı bir neçə yerdən dağıtmışdı. 

Qazilər  çətinliyə  dözür,  sinələrini  sipər  edib  qalanın  divarlarını  təmir  edib  qoruyurdular  (5, 

216). Osmanlı ordusu qırx gün ərzində çətinliklə qalaya yaxınlaşdı. Onların Bağdada yaxınlaş-

ması qalanın müdafiəsini xeyli çətinləşdirdi."Zeyl-i tarix-i alamara-yi Abbasi" də qeyd edilir 

ki, təkcə bir gün ərzində Osmanlı topçuları Bağdadın qala divarlarına 45000 mərmi atmışdılar 

ki, onların hər birinin ağırlığı Təbriz çəki vahidi ilə 24 batman idi. Getdikcə mühasirə daralır, 

həm qala müdafiəçiləri, həm də şəhər əhalisinin itkiləri çoxalır, ruh düşgünlüyü gərginliyi da-

ha  da  artırırdı.  Belə  bir  vəziyyətdə  Bektaş  xan  çıxılmaz  vəziyyətdə  qalıb  bir  nəfəri  Osmanlı 

baş vəzirinin yanına göndərib döyüşü dayandırmağı, sülh bağlamağı təklif etdi. Sultan Murad 

bunu çoxdan gözləyirdi, bunu böyük qələbə sayıb belə bir şərt irəli sürdü ki, Bektaş xan özü 

qaladan çıxıb onun hüzuruna gəlsin və sülh danışıqlarına başlanılsın. Bektaş xanbir neçə nəfər 

əmir,  minbaşı,  yüzbaşı  ilə  qaladan  çıxıb  sultanın  hüzuruna  getdi.  Sultan  Murad  müqavimət 

dayandırılıb  qala  qapıları  açılarsa  əmirlərə,  qala  mühafizəçilərinə  aman  veriləcəyinə  təminat 

vədini verdi (5, 117). Yalnız bundan sonra Sultan Muradın qoşununun qalaya daxil olmasına 

yol verildi. Ancaq o, şərtinə əməl etmədi və ilk növbədə əmirlər əsir götürüldülər, qətl və qarət 

də yol verildi. Bektaş xan və onunla Sultan Muradın hüzuruna getmiş minbaşılar, yüzbaşılar, 

əmirlər  isə  yaxşı  qarşılanmış  və  onlara  aman  verilmişdi.  Ancaq  Bektaş  xan  çox  pərişan  və 

peşiman olub canına qəsd etmişdi (5, 218). 12 yanvar 1638-ci ildə Bağdad tutulduqdan sonra 

Xələf  bəy,  Mir  Fəttah,  Nəğdi  xan  və  Əliyar  xan  Gəraylı  Sultanın  xidmətinə  göndərilmiş, 

qaladakı əmirlərin bir çoxu isə ölüm cəzasına məhkum edilmişdi (5, 94). Sultan Murad sülh 

müqaviləsini  hazırlamaq  üçün  başvəzir  Mustafa  paşanı  naib  təyin  edib  özü  İstanbula  yola 

düşdü.  Əmrə  görə  Mustafa  paşa  Qızılrebata  dönüb  burada  yerləşməli,  adət-ənənəyə  uyğun 

sülh müqaviləsi hazırlanıb imzalanmalı idi (5, 219). Sülh danışıqları başlanana qədər isə Sul-

tan Muradın adından Məhəmmədağa vasitəsilə Şah Səfiyə dostluq məktubu göndərilmiş, tərəf-

lərar asında sülh müqaviləsinin bağlanması təklif edilmişdi. Məhəmməd Ağa ilə Məhəmməd-

qulu  bəy  Cığatayda  Səfəvi  dövləti  tərəfindən  sultansarayına  elçi  göndərildi.  Bununla  yanaşı, 

şahın xüsusi fərmanı ilə Sarıxan Talış, Nədrəlibəy Türkman və Canixan qorçibaşının bacarıqlı 

vəziri Qızıl rebata göndərildi. 

İ.K.Pavlovanın fikrinə  görə Bağdad yaxınlığında Səfəvilərin məğlubiyyəti  və Bağdadın 

itirilməsindən  sonra  ölkə  daxilində  böhran  prosesi  başlandı.  Şah  ordusunun  gücünün  zəiflə-

məsi isə bilavasitə istedadlı hərbi rəislərin öldürülməsi ilə bağlı idi. Osmanlıların Bağdadı tut-

masından sonra IV  Sultan Muradın  geri qayıtması zamanı yaranmış əlverişli fürsətdən  I  Şah 

Səfi istifadə edə bilmədi. Müəllifin fikrincə, bütün bunlar döyüşlərdə çoxlu əsgər itirilməsi və 

şahın  ətrafındakıların  passivliyi  ilə  bağlı  idi  (6,74).  Məhəmməd  Məsumun  məlumatlarından 

aydın olur ki, I Şah Səfinin məğlub olmasına baxmayaraq müharibə qurtardıqdan sonra Səfəvi 

sarayında şənliklər təşkil edilmişdi. Bu bir daha təsdiq edir ki. Şah hökuməti Osmanlı ilə mü-

haribəni davam etdirməkdə maraqlı deyildi və artıq bağdadın itirilməsi ilə barışmışdılar. Bunu 

sarayda  təşkil  edilmiş  şənliklərdə  Bağdadın  yeni  Osmanlı  hakimi  Məhəmməd  paşanın  səla-



Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə