Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru



Yüklə 223,93 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.03.2018
ölçüsü223,93 Kb.
#32763
1   2   3   4   5   6   7   8

Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

32 


hiyyətli nümayəndəsinin iştirak etməsi faktı da bir daha təsdiq edir (6, 74). Osmanlı elçisinin 

Səfəvi sarayına gəlməsinin əsas səbəbi saraydakı vəziyyəti ötrənmək və şahı sülh bağlamağa 

sövq  etmək  idi.  Məhəmməd  Məsumun  məlumatlarına  əsasən  İran-türk  münasibətlərində  ilk 

dəfə idi ki, sultan sülh təşəbbüsçüsü kimi çıxış edirdi (6, 74). 

I Şah Səfi osmanlıların təkliflərini razılıqla qəbul etdi. Artıq ordunun bir hissəsinin Qən-

dahara  göndərilməsi  qərara  alındığına  görə  qərb  cəbhəsində  döyüş  əməliyyatlarının  davam 

etdirilməsi mümkün deyildi. Osmanlıların yeni hücumlarından ehtiyat etdiyinə görə o, mühari-

bənin dayandırılmasına tələsirdi. Müharibənin dayandırılmasında təkcə  I  Şah  Səfi  deyil,  Os-

manlı  sultanı  da  maraqlı  idi.  Belə  ki,  Məhəmməd  Məsumun  Məlumatına  görə,  1639-cu  ilin 

əvvəlində IV Sultan Muradın Uvar xan adlı bir qardaşı ona qarşı üsyan qaldıraraq saraya daxil 

ilub hətta sultanın anasını belə qətlə yetirmişdi (6,74). 

Məhz  bu  səbəblər  üzündən  Qızılrebata  göndərilmiş  Səfəvi  nümayəndələri  Osmanlı  baş 

vəziri Mustafa paşa ilə birlikdə dostluq və sülh müqavilə naməsi hazırladılar. Tərəflər arasında 

mükəmməl məzmunlu sülh müqaviləsi bağlandı və müqavilənin surəti Sarı xanla Şaha göndə-

rildi. "Zeyl-i tarix-i alamara-yi  Abbasi"  yə  görə, tərəflər arasında bağlanmış  müqavilənin so-

nuncu surəti Münşi əl-Məmalik Mirzə Əbdülhüseyn tərəfindən yazılmışdır. Mənbədə müqavi-

lənin  mətni  fars,  həm  də  türk  dilində  verilmişdir.  Müqavilənin  fars  dilindəki  mətnində  qeyd 

olunurdu  ki,  böyük  vəzir  Mustafa  paşanın  göstərişi  ilə  ona  vəkalət  verilmiş  və  həvalə  olun-

muşdur ki, sülh qaydaları və müqavilə sənədləri, sərhədlərin müəyyənləşdirilməsini elə apar-

sınlar ki, fitnə-fəsad əhlinin söz-söhbətinə səbəb olmasın. Biz də sakinlərin rifah halını yax-

şılaşdırmaq üçün xanlığın vəliəhdinin etimadlı əmirlərindən olan Sarı xana göstəriş vermiş və 

bizim şərafətli tərəfimizdən vəkil olunmuşdu ki, sərhədlərin müəyyənləşdirilməsi və sülh şərt-

lərinin həyata keçirilməsi tərəflər arasında dövlət qanunlarına uyğun olaraq müəyyənləşdirilib 

yazılı  şəkildə  təsdiq  olunsun.  Sərhəd  və  sunurlar  müəyyənləşdirilib,  bağlanmış  əhd-peyman 

möhkəmləndirildikdən sonra Darüssəlam Bağdad və Azərbaycan tərəflərini bu ünvanla müəy-

yənləşdirsinlər.  Padşaha  və  onun  vilayət  sülalərinə  mənsub  olan  yerlər  Cəstan,  Badray  və 

Məndəlcindən  sərhəd  zonasında  yerləşən  Dərtəngə  qədərdir.  Səhralar  padşaha  mənsubdur, 

dağlar  dövlət  və  vilayət  sülalələrinə  mənsubdur.  Caf,  Ziyəddin,  Harumi  padşaha,  Birə  və 

Rəzəbi  isə  vilayət  dudmanlarına  mənsubdur.  Dağ  qalası  olan  Zəncir  xarab  edilsin.  Ərəb  tə-

rəfdə olan kəndlər padşaha, şərq tərəfdə olan kəndlər isə vilayət dudmanlarına mənsub edilsin. 

Zələm  qalasının  yuxarısında  yerləşən  dağ,  onun  Zələm  tərəfə  baxan  hissəsi  Rum  padşahına, 

Urman  qalası  və  ona  tabe  olan  qala,  orman  və  kəndlər  vilayət  dudmanlarına  mənsub  hesab 

edilsin.  Suz  Güdükçıxanda  olan  Şəhruzur  şəhəri,  Qızılca  və  ona  tabe  olan  (yerlər)  padşahın 

dövlət mənsublarına, Məhrəman və onun tabeliyində olan yerlər vilayət dudmanları mənsub-

larına aiddir. Azərbaycan mahalına gəldikdə, hər iki tərəf arasındakı Qotur qalası, Maku qalası 

və Mağazberd qalası xarab edilsin. Dudmanın bir qrup əmir və hakimlərinə verilsin ki, onlar 

ondan artığına layiq deyillər. 

Müqavilənin sonrakı şərtlərində qeyd olunur ki, camaatı sülh və əmin-amanlıq şəraitində 

yaşatmaq  üçün  onların  arasında  dostluq  yaratmalı,  bir-birinin  şənliklərində  iştirakını  təşkil 

etməli, bayram günlərində birgə şənlik keçirmələrini təşkil etməlidirlər (5, 220-223) 

Sarı xanla göndərilən, Sultan Muradın vəkaləti ilə vəziri-ə-əzəm Mustafa paşanın türkcə 

tərtib etdiyi sunurnamənin transliterasiyası: 

...həzrətlərinin  hərəfi-əla  cəlalətməğrun  və  canibi-əsnayi-səadətməşhunlardan  həll  və 

əqdi-omuri-mülk  və  milləti-məmur  və  məzun,  ixtiyari-sülh  və  cəng  məxsusunda  tofiğ  yaftə 

icazati-hümayun  olmaqla  vəkaləti-mütləqə  və  niyabəti-mühəqqiqə  mərhəsbilə  əsakiri-islami-



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

33 

nüsrət  əncami  Bağdad  altında  qaldırıb  mütəvəkkilən  Əliyyi  Allah-tala  Əcəm  vəlatına  teyi-

mənazıl və mərahile ağaz və ahəng olunub, Haruniyə nam mənzilə nüzul olunduqda. 

Şahı-alicah  və  şövkət  dəstgahı-xosrovi-fələk,  bargahi-sitarəsipahi-ali-yi  Allahi-təali...-

canibi-başəriflərindən səadətli və əzəmətli padşahımıza namələri və bu həqirə məktub mülati-

fət xütəmaləri ilə qədvətülümra  və ümdətül-kübra  Şəmsəddin Məhəmmədqulu bəy eşikağası 

elçilik  təriqilə  gəlib  şah  həzrətləri  islah  zatülbeyn  və  sülhü  səlah  canibeyn  xüsusunda  iradə 

edərlərdiyi təskini-atəşi-cəngü cidal və dəfü rəfi-qübari-hərbü qətal olunmasına tələb etməyin, 

biz  dəxi  ....  nəsi-şərifilə  əməl  etməgi  məxəzimiz  məcməlvə  məfsəl-əmnü  istirahəti  İbadullah 

üçün  sülhə  riza  verib  layiqi-dövləti-tərəfeyn  və  müvafiqi-ərzü  namusi-canibin  olan  vəchə-

vəchə  üzrə  əhvali-sülhə  feysəl  vermək  babında  şahı-valacah  həzrətlərinin  tərəfi-qərinül-

şəriflərindən  bir  mötəmədəleyh  kimsə  toykil  buyrulub  irsal  olmaq  üçün  hüzuri-cəmcahiyə 

məktub göndərilmişdi və əlhaleyi-həzə büsatı-sülh və səlah, rəbtü ertebati-müsalihə mostouce-

bül-fəlah  və  istiqrarı-müvasiq,  əhudü  təyini-əhvali-sünur  və  sərhəd  üçün  bu  sülh  və  səlahi-

xeyrəncami-ati əlbəyane nəhci-şərhi-quyəm üzrə tərəfi-əşrəfi-həzrəti-şahidən  vəkili-mütəməd 

olub iniqadi-müsalihə və müahidəyə məmur və məfuzi-əleyhü mütəqəllid olan cənabi-imarət-

mabi-əyalətnəsabi-müsadiğət-ünvan  Sarı  xan  damsaiyül-təmami-məsalehül-əmn  və  əl-iman 

Zəhabnam  mənzildə  gəlib  orduyi-hümayuni-Xudavəndqariyə  daxil  olduqdan  mərasimi-meh-

mannəvazi  riayətindən  sonra  hicrəti-nəbuyəəleyh  əfzəl  əfzəlul-səlavat  vəltəhiyyənin  bütün 

qırx doqquz sənəsində vaqe olan məhərrəmül-hərəmi əzmullahi-təala beynəlnamın on dördün-

cü  günü  bir  vəqti-xürrəm  və  saəti-meymənət  touamidi  ki,  orduyi-humayunda  olan  vüzərayi-

əzam və miri-miran-aliməqam və ağayani-zuyəlehtiramdan nikçəri ağası və altı bölük ağaları 

və  sair  kübərayi-əskər  üzəmayi-fəşğəri-zəfərpeykər  ilə  divani-ali  qurulub  bilmüşafihəyi-

nizaməhval və intizamı-hal vədayei-xaliqül-bəraya üçün tərəfindən tərbiyət olan müqəddəmat 

bu  vəchilə  nəticəbəxşayi-şekli həsən  və canibindən ibraz olunan həcəc  və bərahin qəzayayi-

müsalihə  bu  növilə  mümzayi-qələm  icabət  şümul  olmuşdur  ki,  Bağdad  vilayətində  Cəstan, 

Bədrə,  Məndəlcin,  Dərtəng,  Dərnə  səadətli  padşahımıza  mütəəlliq  olub  Mündəlcindən  Dər-

təngə varınca səhra olan məhəllər bu tərəfdən zəbt oluna və Taği - Şah tərəfinə mütəlliq olana, 

Zəncirqala  ki,  Tağın  qalasında  vaqə  olmuşdur,  Bəxlub  tərəfii-ərəbisində  vaqə  olan  köylər 

canibi-xudavəndqaridən  və  tərəfi-şərqisində  olan  qəryələr  canibi-şahın  zəbt  oluna  və  şəhri-

Zülqərində Zələm qalasının balasında olan tağın ğələyi məzburiyə nazir olan tərəfi canibi pad-

şahidən,  qələyi-Urman  təvabyi  olan  qəryələr  tərəfi-şahdan  zəbt  oluna  və  Şəhri-Zula  çıxan 

kədü key sünur təyin olmuşdur. Qızılca qala və təvabi canibi-əşrəfi-şahənşahi, Məhrəman və 

təvabi  canibi-şahidən  təsərrüf  oluna  Dəvan  sərhəddində  Qotur,  Makur  və  Qars  canibində 

Məazberd nam qalalar tərəfindən yıxdırıla məvadi-məzburi-mötəbərdən maəda, Axsağa, Qars 

və Van, Şəhri-Zul, Bağdad və Bəsrənin sair sunuratına daxil olan qəlla, bəqaə, nəvahi və ərazi, 

təlal və cəbal  madam  ki,  şah həzrətlərinin dəxl və təərrüz olmuyub iqazi-fitnəyə bais olacaq 

bir haləti-məhvəşə sadir olmuya bu canibdən dəxi səadətli və əzəmətli padşahımıza bu sülhü 

məqbul  tutub  tərəfi-hümayunlarından  xilafı-əhd  və  misağ  ol  tərəfin  sözü  olan  məhəllərə  bu 

canibdən təərrüz olunmuyub tərəfeyndən tüccarü əbnaül-səbil gəlib-gedib dostluq olmaq üçün 

işbu  vəsiqəyi-əniğəyi-müştəmilə  əl-həqiqə  vəkaləti-ame  və  nəyabəte-xassəmiz  mocubincə 

kəsideyi-silk  təhrir  olunub  irsali-hüzuri-şövkətpənahi-şahi  və  iblaği-məclisi-şamexül-imami-

dövlətpənahi  qılınmışdır  ki,  bu  sürut  və  ühudi-mərğumə  mötəbər  tutulub  tərəfi-şəriflərindən 

nəsi-şərifin  məfhumi  gomahu  həqqə  riayət  olunduqca  dövlətli  və  əzəmətli  padşahımız 

həzrətlərinin daxi əşrəflərindən .... əmri-şəriflərinə mütabiət edib beizni-Allahülmülkif- aləm 

bu sülhi-xeyrəncan ila yuməl-qaim, səbat və davam buluna (5, 224-227). 




Qədim dövr və orta əsrlər 

Тarix və onun problemləri, № 1 2014 

 

34 


Evliya Çələbiyə görə 1639-cu il mayın 17-də bağlanmış Qəsr-i Şirin müqaviləsi 27 mad-

dədən ibarət idi  və iki dövlət arasındakı Əhdnamədə  göstərilirdi: "... Birinci  maddə  odur  ki, 

hər iki tərəfdən  vurğunçu, yağmaçı  və talançı olmasın. Ələ keçirildikdə hər iki tərəfə uyğun 

ədalətli hökm verilə... İkinci maddə: əsgər çəkilib gərənay, nəfir ilə top və tüfəng atılıb ölkə 

basılmaya... "(7, 65). Müqaviləni Səfəvilər tərəfindən Sarıxan, Osmanlı dövləti tərəfindən isə 

Mustafa  paşa  imzalamışdılar.  Müqavilədə  göstərilirdi:  Bağdad,  Bəsrə,  Kərkük,  Ağıska,  Van 

daxil olmaqla Doğu Anadolu Osmanlı dövlətinin, İrəvan Səfəvi dövlətinin olacaq. Arazın sağ 

sahilindəki  Maku,  Qotur,  Mağazberd  və  Qarsın  qala  divarları  dağıdılacaq.  Sülh  müqaviləsi 

bağlanıb tərəflər arasında sərhəd xətti müəyyən edildikdən sonra Mustafa paşa İstanbula, qızıl-

baş nümayəndələri isə Qəzvinə qayıtdılar. Qəzvində rəsmi məclisdə sülh müqaviləsi ilə bağlı 

məsələyə baxıldı (5, 231). Bu müqaviləni Səfəvi hökmdarı I Şah Səfi qəbul edib imzaladıqdan 

sonra, imzalı nüsxəni IV Sultan Murada göndərdilər. Müqavilə IV Sultan Murad tərəfindən də 

imzalandı. 

1639-cu  ildə  Səfəvi  dövlətinin  Osmanlı  sarayına  göndərdiyi  elçi  Məhəmməd  qulu  xan 

Ciğatay  1640-cı  ildə  geri  döndükdə,  elə  həmin  il  Sultan  İbrahim  (1640-1648)  də  1639-cu  il 

andlaşmasının  şərtlərinə  uyğun  olaraq  qarşılıqlı  münasibətləri  möhkəmləndirmək  üçün  Mə-

həmməd ağanı İsfahana elçi göndərdi. I Şah Səfidə Osmanlı elçisi ilə Maqsud Sultan adlı elçi-

sini Sultan İbrahimi hakimiyyətə keçməsi münasibətilə təbrik etmək üçün İstanbula yola saldı 

(5,244-245). 1642-ci ildə Sultanın Yusif ağa adlı elçisi diplomatik danışıqlar və II Şah Abbası 

təbrik etmək üçün Səfəvi dövlətinə gəlir. Yusif ağa ilə II Şah Abbas Qəzvində görüşmüş və iki 

ölkə  arasında  dostluq,  qarşılıqlı  iqtisadi  əlaqələrin  genişləndirilməsi  məsələlərini  müzakirə 

etmişdilər. 

Beləliklə, iki qonşu imperiya bir-birindən asanlıqla qopara biləcəkləri bir şeyin olmadı-

ğını anlayınca, aralarında diplomatik münasibətlər gücləndirildi və sərhədlər sabit bir sakitliyə 

qovuşdu.  

ƏDƏBIYYAT: 

 

1.Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı: “Azərbaycan” nəşriyyatı, 

1996, 872 s. 

2.Рaxмaни A.A. Азербайджан в конце XVI и в XVII веке (1590-1700 годы). Баку:  

Издателъство «Элм», 1981, 238 c. 

3.Seyid Hüseyn bin Murtuza Astrabadi. Tarix-i soltani əz Şeyx Səfi ta Şah Səfi. Tehran: 

Enteşarate Elmi, h.1358, 314 s. 

4.Do ketabe nəfis əz mədareke əvvəliyye. Tarix-i Səfəviyyan, Xülasət ət - təvarix. Tarix-i 

Molla Kamal, Ərak, h.1334, 127 s. 

5.İsgəndər bəy Münşi Turkman və Məhəmməd Yusif Movərrex.Zeyl-i tarix-i alamara-yi 

Abbasi.Tehran: Çarxane-yi İslami, h.1317, 420 s. 

6.Павлова И.К. Хроника времен Сефевидов (Сочинение Мухаммед Масума Исфахани 

«Хуласат ас-сияр»). Москва: ВО «Наука», Издателъская фирма «Восточная  

литература», 1993, 120 с. 

7.İsgəndər bəy Münşı Turkman. Tarix-i alamara-yi Abbasi . c.2., Tehran: Çape Qolşan, 

h.1350,  s.609-1235. 

8.Bayramlı Z., Əzizli B. Azərbaycan Evliya Çələbinin 1654-cü il “Səyahətnamə”sində. Bakı: 

“Azərbaycan” nəşriyyatı, 2000, 160 s. 

 

 



Qədim dövr və orta əsrlər  

Тarix və onun problemləri, № 1 2014 

 

35 

 

ЗАБИЛ БАЙРАМЛЫ 

Доктор исторических наук 

БАЙМИРЗА ШАБИЕВ 

К.и.н., доцент 

 

СЕФЕВИДО-ОСМАНСКИЕ ОТНОШЕНИЯ В 20-40-Е ГОДЫ XVII ВЕКА 

(Боръба за Иреван и Багдад) 

 

Статъя  посвящена  взаимоотнощению  между  государствами  Сефевидов  и  Осман-

ской империи в 20-40-е годы XVII века. Авторы на основе данных источников анализи-

ровали основные причины и ход  военных  операций между  двумя тюркскими государ-

ствами.  Основное  внимание  было  уделено  борьбе  за  Иреван  и  Багдад  -  стратегически 

оченъ важные опорные пункты, а также последствиям Сефевидо-Османских войн. 



 

ZABIL BAYRAMLI 

Doctor of Historical Sciences 

BAYMIRZA SHABIEV 

Doctor of philolosophi on history 

 

OTTOMAN-SAFAVID RELATIONS IN THE 20-40 YEARS OF XVII CENTURY 

 

However,  most  of  the  problemsof  Azerbaijan  Safavid  state  was  investigatedon  our 

Safavigraphy,  were  written  books and  scientific articles  about  it, there  are unexplored  and 

been out of focus issues. 

In the 20-40 year of XVII century, the Ottoman Safavid relations have been investigated 

and this issue is reflected in books and articles relating to the history of the Safavid state. But, 

about a  comprehensive study  of the  problem  would  not  be  right to  say. The  agreement  of 

Gasry-Shirin  has  not  been analyzed  in  detail in  the  references.  Although the  extensive text 

of the  agreement  is  in the  Persian sources  this  issue does  not  take place  in the  historical 

 literatures. The conflicts between two states and the reason of these conflicts, the agreement 

of Gasry-Shirin, have been extensivelyanalyzed in detail in this article. 

 

 

 



Rəyçilər: t.e.n. M.Abdullayev, t.e.d. Q.Ə.Əliyev 

Bakı Dövlət Universiteti “Azərbaycan tarixi  (təbiət fakültələri üzrə)” kafedrasının 11 

dekabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №04). 

Yüklə 223,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə