Тarix və onun problemləri, №1 2014 260 arif mustafayev



Yüklə 53,47 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü53,47 Kb.
#32576


Arxeologiya və Etnoqrafiya 

Тarix və onun problemləri, № 1  2014 

 

260 


 

ARİF MUSTAFAYEV  

Bakı Dövlət Universiteti Tarix fakültəsi  

«Azərbaycanşünaslıq» ETM-in Arxeoloji və etnoqrafik  

tədqiqatlar bölməsinin müdiri, tarix elmləri doktoru, professor 

E-mail: kipchak79@mail.ru 

 

TATIOĞLU OYMAĞI VƏ TATILI KƏNDİNƏ DAİR 

 

 Açar sözlər: Zülqədər eli, Tatıoğlu oymağı, Şəmsəddin mahalı, Həsənsu hövzəsi, Saran 

tatılısı, Yarabdallı kəndi 



Ключевые слова: Поселения, бейлярбекство, Зюльгадар, переселения, бассейн реки 

Хасансу 



Key words: Settlement, principality, Zulqadar, migration, basin river Khansu 

 

Azərbaycan xalqının təşəkkülundə görkəmli rol oynamış türkdilli etnik birliklərindən biri 

də Zülqədər eli olmuşdur. 

Yazılı qaynaqlar Zülqədər tayfasının soy-kökünü Oğuzların erkən laylarına aparıb çıxa-

rır. Bu qaynaqların bir qısmi Zülqədərləri Oğuz türklərinin Bayat boyu ilə (1, 195), bəziləri isə 

Oğuzların  Qayı  boyu  ilə  (2,  48)  bağlayırlar.  Bununla  belə,  hər  iki  mənbəyə  istinad  edən 

müəlliflər Zülqədərlərin əslən oğuzların Bozok qolundan törədiyini düşünürlər. Bayat, yaxud 

Qayı  boyuna  mənsub  olmasından  asılı  olmayaraq  Bozokların  Qərbi  Türküstan  ərazisini  tərk 

etmələri  Səlcuq yürüşlərindən sonra baş  vermişdir. Oğuzların Bozok qolunun ilk  vətəni, de-

məli həm də Zülqədər tayfasının erkən məskəni Qərbi Türküstan olmuşdur. Bu qaranlıq mətlə-

bə  aydınlıq  gətirmək  üçün  yaxın  keçmişdə  baş  vermiş  monqol  yurüşlərini  və  bununla  bağlı 

yaranmış kütləvi əhali miqrasiyaları və yerdəyişmələrini nəzərdən keçirmək tələb olunur. 

Məlum  olduğu  kimi,  Şərqdə  monqol  yürüşləri  ilə  əlaqədar  tarixin  təlatümlü  dövrləri, 

etnik birliklərin səksəkəli yerdəyişmələri, sürgün və köçkünlük mərhələsi başlanmışdır. 

İranda  hakimiyyət  monqollardan  olan  Hülakülərə  keçəndən  sonra  Hülakü  xan  öz 

mövqeyini  möhkəmlətmək  üçün  200  min  türk  ailəsindən  ibarət  Ağ  hunların  övladları  olan 

Qayı  türklərini  Qərbi  Türküstandan  İrana  köçürmüşdür  (3,  48).  Göründüyü  kimi,  bu  əhvalat 

Səlcuqların ilk yürüsündən xeyli sonra, Böyük Səlcuq imperiyası dağılana yaxınbaş vermişdir. 

A.Bakıxanovun yazdığına  görə, Hülakü xan  Zülqədər tayfasını  Şirazda yerləşdirmişdir. 

Bunlar  oradan  Diyarbəkir  və  Mosula  gələrək,  cəlal  və  iqtidar  sahibi  olduqdan  sonra  qonşu 

vilayətlərə təcavüz etdilər (4,109). 

Zülqədərlər Həsən bəy Zülqədərinin başçılığı ilə Xorasandan Anadoluya gələndən sonra 

burada  1337-1515-ci  illər  arasında  mövcud  olan  qüdrətli  bir  bəylik  yaratdılar.  Zülqədər  bəy-

liyinin sonuncu hökmdarı Əlaüddövlə həm də Osmanlı dövlətinin başçısı Yavuz Sultan Səli-

min ana babası idi. Hətta, o, Çaldıran döyüşündə iştirak etməyə babasını da dəvət etmişdi. La-

kin  Əlaüddövlə  bəy  nəvəsinin  təklifindən  imtina  edib  bu  döyüşə  qatışmadı.  Hətta  o,  Səfəvi 

xanədanının müridi və qatı şiyəlik tərəfdarı olması səbəbindən Şah İsmayılla möhkəm ittifaq 

qurmuşdu (5,18). 

Osmanlı  Sultanı  Yavuz  Səlim  1514-cü  ildə  Çaldıran  döyüşündəki  qələbədən  sonra 

Zülqədər bəyliyini ortadan götürmək üçün tədbir gördü. 1515-ci ildə o, babasının qardaşı oğlu 

Əli  bəyi  və  sərkərdə  Fərhad  paşanı  xüsusi  tapşırıqla  onun  üstünə  göndərdi.  13  iyun  1515-ci 

ildə  osmanlılarla  zülqədərlər  arasında  baş  verən  döyüşdə  Əlaüddövlə  bəy  məğlub  olaraq, 




Arxeologiya və Etnoqrafiya 

Тarix və onun problemləri, № 1  2014 

 

261 

oğlanları və qohum-əqrəbası ilə birlikdə edam edildi. Bununla da Zülqədər bəyliyi süqut etmiş 

oldu (6, 19). 

Bundan  sonra  Zülqədərlərin  ətraf  əyalətlərə  qaçıb  yayılması  prosesi  sürətlənməyə 

başladı. Onların çoxu hələ bu əhvalata qədərlər Qızılbaş tayfa ittifaqına qoşulub Şah İsmayilın 

ətraflarında cəmləşmişdilər. Onların tayfa başçıları Qızılbaş ittifaqında önəmli yer tuturdular. 

Onların  çoxu  Səfəvilər  xanədanının  müridləri  idilər.  Hər  yerdə  şiyəliyin  təbliği  ilə  məşğul 

olurdular.  Şah  İsmayıl  hakimiyyətə  başlayanda  onların  böyük  əksəriyyəti  mühüm  vəzifələr 

tutdular. Səfəvilər dönəmində  Şıraz əyalətinin idarə olunması onlara tapşırıldı. Zülqədərlərin 

adlı-sanlı  tayfa  başçılarının  çoxu,  o  cümlədən  Əli  Sultan  Tatıoğlu  Şah  İsmayılın  oğlu 

Təhmasibin  hakimiyyəti  illərində  Şirazda  hakimlik  etmişdir  (7,  29-30).  Həmin  dövrələrdə 

Anadoludan təzəcə gəlmiş Zülqədər elinin Tatıoğlu tayfası Hülakülər dövründə olduğu kimi, 

yenə də Şiraz ətraflarında məskunlaşmışdır

.  



12 boydan ibarət olan Zülqədər eli müxtəlif tayfa və oymaqlara ayrılırdı. Onların böyuk 

bir qısmi Qızılbaşlara qoşulmuş və Səfəvi şahlarına xidmət etmişlər. Lakin Zülqədər tayfala-

rının çoxu onların Anadoludakı bəyliyi süqut edəndən sonra Səfəvi dövlətinə, xüsusi ilə onun 

tərkibinə daxil olan Gəncə-Qarabağ bəylərbəyiliyinə köçmüşlər. Türk müəlliflərinin yazdığına 

görə,  Zülqədər  bəyliyi  ləğv  ediləndən  sonra  torpaqları  əllərindən  alınmış  Zülqədər  camaatı 

müxtəlif  yerlərə,  o  cümlədən  İran  istiqamətinə,  xüsusilə  Şimali  Azərbaycana  köçmüşlər  (8, 

29). 

Onların  bir  qısmi  tayfa  adlarını  Şimali  Azərbaycan  ərazisində  uzun  müddət  müxtəlif 



toponim,  etnonim  və  antroponimlərdə  yaşatmışlar.  Belə  onomastik  vahidlərdən  biri  də 

Tatıoğlu tayfası olmuşdur. Şəmşəddin, Eymur və Hacılar tayfaları  kimi, Tatıoğlu oymağının 

da  əsas  hissəsi  Səfəvilər  dövlətinin  ən  böyük  əyalətlərindən  biri  olan  Gəncə-Qarabağ 

bəylərbəyliyinə  köçüb  onun  qərb  hüdudlarında  məskunlaşmışlar.  Daha  doğrusu,  Tatıoğlu 

tayfasının  varisləri  Zülqədər  elinin  digər  tayfalarından  biri  olan  Şəmşəddin  oymağının 

qonşuluğunda, Həsənsu çayının aşağı hövzəsində, qişlaq-yaylaq şəraitinə malik olan olduqca 

əlverişli, səfalı bir guşədə məskulaşmışdılar. 

Tatılı  oymağı  öz  adını  Tatı  bəy  Dəmirçilinin  adından  götürmüşdür.Tatı  bəyin  evladları 

törəyib artdıqdan sonra Tatıoğlu, yaxud sadəcə Tatılı oymağı adlanmışdır. Tatılı oymağının ən 

görkəmli əmirlərindən biri Əli bəy Tatıoğlu olmuşdur. 1556-cı ildə Şirazın idarə olunması Əli 

sultana tapşırılmışdır (9, 77). 

Tatılı oymağının camaatı Səfəvilər dönəmində Gəncə-Qarabağ əyalətinin Həsənsu nahi-

yəsinə  köçüb  məskunlaşandan  sonra  Tatılıdan  başqa  burada  bir  sıra  kəndlərin  əsasını  qoy-

muşdur. 


Osmanlı dəftərdarları tərəfindən 1727-ci ildə tərtib olunmuş “Gəncə-Qarabağ əyalətinin 

müfəssəl  dəftəri”nə  əsasən  Tatılı  camaatı  Aran  Tatılısından  əlavə,  daha  beş  kəndin:  Aşatan, 

Əmirqulu, Mikayillı, Yarabdallı, İmamqulubəy və nəhayət Tovuz nahiyəsində Əlibəyli kənd-

lərinin əsasını qoymuşlar (10, 228-232, 241). Ədəbiyyat və etnoqrafik çöl materiallarına əsa-

sən  Köhnəqışlaq  kəndi  camaatının  da  keçmişdə  Tatılı  obasından  yarandığı  müəyyənləşdi-

rilmişdir (11, 94-99). 

Sonralar  Əlibəyli  camaatı  iki  yerə  bölünərək  Hacıalı  tayfası  əsasında  ikinci  para  kənd 

əmələ  gətirmişdir.  “Gəncə-Qarabağ  əyalətinin  müfəssəl  dəftəri”ndə  o,  Hacıəli  adı  ilə  təsbit 

olunmuşdur. 

                                                             

 Əli Sultan Tatıoğlu əslən Zülqədər elinin Dəmirçili oymağından olmuşdur. 




Arxeologiya və Etnoqrafiya 

Тarix və onun problemləri, № 1  2014 

 

262 


Maraqlı haldır ki, mənbədə Həsənsu nahiyəsindəki kəndlərin Tatılı camaatından, Tovuz 

nahiyyəsindəki  Əlibəyli  kəndinin  isə  bilavasitə  Aran  Tatılı  camaatından  ayrıldığı  göstərilir 

(12, 241). 

Bizim günümüzədək bunlardan, əsasən, Ağstafa rayonuna baxan Tatılı, Yarabdallı, Köh-

nəqışlaq və Tovuz rayonundakı Əlibəyli kəndləri gəlib catmışdır. Həm də acınacaglı haldır ki, 

Tatılı  və Yarabdallı  kəndlərinin adları təhrif  olunaraq, Tatlı  və Yaradullu halına salınmışdır. 

Hər iki təhrif etnonim və antroponimin etimoloji mənasını dəyişdirib yararsızlaşdırmışdır. 

Əslində “Adullu” antroponimi ilə heç bir əlaqəsi olmayan “abdal” və “abdallı” toponim 

ünsürləri etimoloji cəhətdən fərqli kökə malikdir. Qədim türk tayfalarının adını, o cümlədən, 

Ağ hunların bir tayfasının adını daşıyan Abdal tayfa adı türk xalqları (başqırd, qaraqalpaq, qa-

zax, azərbaycan, türkmən) arasında geniş yayılmışdır. Abdal və Abdallı kənd adları Qubadlı, 

Ağdam  və  Tovuz  rayonlarında  köhnə  formasını  saxlamaqla  hələ  də  qalmaqdadır  (13,  138). 

Abdal sözünün digər məna çalarları da vardır. Ərəbcə “bədəl” sözündən yaranmış “abdal” kəl-

məsi “mömin” ,“zahid”, ”müdrik” məna çalarını ifa edir. Lakin Yarabdallı toponiminin birinci 

hissəsi  olan  “yar”  komponenti  abdalın  “zahid”,  “mömin”  mənalarının  toponimə  aid  olması 

faktını inkar edir. Çünki qədim türk dillərində “yar” komponenti “yarğan” “sıldırım”, “çaykə-

narı qayalıq” mənalarını ifadə etməklə, adətən, toponimlərə qoşulmuşdur. Bu mənada  Abdal 

antroponimı  “yar”  komponentınə  qoşulmaqla  yaşayış  məskəninin  coğrafi  mövqeyini,  onun 

yerləşmə məkanının vəziyyətini bildirirdi. Ona görə də Yarbdallını lüzümsuz yerə Yaradullu 

ilə əvəz etməyə heç bir ehtiyac yoxdur. Bu sayaq mənasız səsdəyişmə tarixi gerçəkliyi təhrif 

etməkdən başqa bir şey deyildir. 

Tatılı etnoniminin danışıq zamanı təhrif olunaraq “Tatlı” halına salınması  və ədəbiyyat 

materiallarında, o cümlədən rəsmi dövlət sənədlərinə belə yanlış formada sirayət etməsi daha 

ciddi fəsadlara səbəb olmuşdur. Hər şeydən öncə, öz soy adını xalis türk mənşəli Zülqədər tay-

fasının  Tatıoğlu  adlanan  bir  oymağından,  daha  doğrusu,  həmin  oymağın  əsasını  qoyan  Tatı 

bəydən götürmüş bu türkdilli etnonim  “i” səsini itirməklə etnik  mənsubiyyətini tamam dəyi-

şib, fars mənşəli “tat” etnosunun tərkib hissəsinə çevrilmiş olur. Bu halda Tatıoğlularının soy-

kökü  Sasanilər  dövründə  imperiyanın  şimal  sərhədlərini  qorumaq  ücün  İrandan  Albaniyaya, 

yəni Şimali Azərbaycana köçürülmüş tatlarla bağlanmış olurdu. Bu yanlış baxış xüsusilə elmi 

və  publisist  məqalələrdə  öz  əksini  tapmışdır  (14;  15;  16).  Həsənsu  nahiyyəsindəki  Tatılı 

camaatını “Tatlı” kimi tələffüz edənlər onların əsil mənşəyi barədə yanlış fikrə düşüb elə bil-

mişlər ki, Tatıoğullarının da soy-kökü “tat” olmuşdur. Buna XIX əsrin əvvəllərindən etibarən 

Cənubi  Qafqaz  ərazilərinin  Rusiya  tərəfindən  işğalından  sonra  İrandan,  xüsusilə  də  Cənubi 

Azərbaycandan iş dalınca  gələn, əkin-biçinlə, bostancılıqla  məşğul olan, elə bu səbəbdən də 

yerli  əhali  tərəfindən  çox  vaxt  “tat”  adlandırılan  və  etnik  məsubiyyəti  yanlış  salınan  gəlmə 

əhali  qrupu  da  müəyyən  qədər  əsas  vermişdir.  Onların  böyük  bir  qısmi  etnik  cəhətdən  türk, 

dini  etiqad  baxımından  müsəlman  olmaları  səbəbindən  bəzi  hallarda  geri  qayıtmayıb  bölgə 

kənlərində qalır, hətta yerli dul qadınlarla ailə qurub qaynayıb qarışırdılar. 

Keçmişdə İrandan iş dalınca kütləvi surətdə Şimali Azərbaycana gələn əhali qrupu, adə-

tən,  ya  “həmşəri”  ya  da  “tat”  adlandırılırdı.  Cənubi  Azərbaycandan  iş  dalınca  gəlmiş  türk 

mənşəli əhali qrupunun təsərrüfat  məişətinə  görə “tat” adlandırılması Tatıoğlu törəməsi olan 

Tatılıların  soy-kökünün  təhrif  olunmasına  təsir  göstərmişdir.  Nəticədə  xalis  türkəsilli  bu 

məşhur etnonim Tatılı deyil, yanlış olaraq Tatlı şəklinə duşmüşdür. 

Yuxarıda söylənilən faktları nəzərə alaraq,  Ağstafa Rayonu  İcra Hakimiyyətinə tövsiyə 

olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Komissiyası qarşısında Tatlı və 



Arxeologiya və Etnoqrafiya 

Тarix və onun problemləri, № 1  2014 

 

263 

Yaradullu  kəndlərinin  təhrif  olunmuş  adlarının  dəyişdirilib,  əslində  olduğu  kimi,  Tatılı  və 

Yarabdallı formalarında bərpa edilməsi barədə vəsatət qaldırsın. 

 

ƏDƏBİYYAT 

 

1.

 



Osman Turan. Doğu Anadolu türk devletleri tarihi. Türkiyə, 1973, s.195. 

2.

 



M.Vəlili (Baharlı). Azərbaycan: coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat. B.,1993, 

s 48. 


3.

 

Yenə orada. 



4.

 

A.Bakıxanov.Gülüstani-İrəm. B., 2001, s.109. 



5.

 

Ə.Çingizoğlu, N.Məmmədova. Zülqədər eli. B., 2011, s.18 



6.

 

Yenə orada, s.19 



7.

 

Yenə orada, s.29-30. 



8.

 

Ali Sinan Bilgili-Azərbaycan türklerinin tarihi. Türkler özel sayısı.VII c., Ankara, 



2002, s.29. 

9.

 

 Ə.Çingizoğlu, N.Məmmədova, Göst. əsəri, s. 77 

10.

 

Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri.B.,2000, s.228-232,241 



11.

 

Ə.Çingizoğlu, N.Məmmədova. Göst.əsəri, s.94-99. 



12.

 

Yenə orada, s.244. 



13.

 

Yenə orada s. 241 



14.

 

Azərbaycan SSR inzibati-ərazi bölgüsü. B.,1979, s.138. 



15.

 

А.Д.Еритсов. Экономический быт государственных крестьян Казахского уезда 

Елисаветпольской губернии. Т.II, Тиф., 1885, с.43; Н.А.Абелов. Экономический 

быт государственных крестьян Елисаветпольского уезда Елисаветпольской 

губернии. Т.VII, Тиф., 1887; T.Əhmədov. El-obamızın adları. B., 1984, s.78. 

 

 

АРИФ МУСТАФАЕВ  

Бакинский Государственный Университет 

 

ТАТЫОГЛЫ РОДОСЛОВНОЕ ПОСЕЛЕНИЯ И СЕЛО ТАТЫЛЫ 

 

 Из  письменных  источников  известно,  что  Татлынское  родословное  поселения  – 

Оймаг - относится к племени Зюльгадар то есть, они из гуннского происхождения. Еще 

во времена монгольского правления со стороны Хулагу хана, племя Зюлгадар пересели-

лись из западного Туркменистана на территорию Ирана. Затем, когда они стали могу-

щественными племя переселились на территорию Анатолию Турция и там же создали 

бейлярбекство Зюльгадар. В 1515 году было ликвидировано Зульгадарское бейлярбек-

ство и племя стали расходится по сторонам, в том числе и на территории Сефевидского 

государства  в  Гянджя-Карабахского  бейлярбекство.  Также  стали  распространятся 

родственное племя Татыушаг на нижнем реки бассейна Хасансу.  



 

 

 

 

 


Arxeologiya və Etnoqrafiya 

Тarix və onun problemləri, № 1  2014 

 

264 


ARİF MUSTAFAYEV 

Baku State University 

 

TATİOGLU GENEALOGY TRİBES AND TATİLİ VİLLAGES 

 

Present article is dedicate to genealogy tribes of Zulgadar, as the matter of fact from the 

written sources Tatli genealogy settlements – Oymag- relate to Zulqadar tribes factually they 

are  taking  origin  from  Hun.  In  times  of  Mongol  power  rules  from  the  Khulagu  Khan  admi-

nistration,  Zulqadar  tribes  migrated  from  western  Turmenistan  to  the  territory  of  Iran.  Then 

when  they  became  strengthened  as  united  tribes,  migrated  to  the  Anatolia  Turkey  and  there 

established  principality  of  Zulqadar.  In  1515  years  there  been  liquidated  and  tribes  became 

disseminated  to  the  various  sides  including  Safavyds  state  in  Ganja-Karabakh  principality. 

Also disseminated genealogy tribes Tatyushaq on the beneath riverside of Khasansu.  

 

 



Rəyçilər: dos. H.Məmmədov, t.e.d.Q.S.İsmayılov 

Bakı Dövlət Universiteti Tarix  Fakültəsi Elmi şurasının 08.07.2013-cü il tarixli icla-

sının qərarı ilə çapa məsləhət görülmüşdü (pr.№05). 

Yüklə 53,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə