TariXƏ baxiş QƏDİm türkləRDƏ VƏ İslamda axiRƏT İnanci



Yüklə 71,88 Kb.

tarix19.10.2018
ölçüsü71,88 Kb.


A

z

ərb



ay

can


 Respublikası D

in

i Q



u

ru

m



la

rl

a



 İ

ş 

ü



z

 Dövlət Komitəsinin 



Jurnalı

TARİXƏ BAXIŞ

QƏDİM TÜRKLƏRDƏ VƏ İSLAMDA AXİRƏT İNANCI

Elvin BABAYEV,

AMEA-nm Əlyazmalar İnstitutunun doktorantı,

BDU-nun ilahiyyat fakültəsinin

.

islam ETM-nin elmi işçisi, 



babayevelvin90@mail. ru

,

AÇAR SÖZLƏR: qədim türklər,  din,  axirət inancı,  ruh,  məzar abidələri.



КЛЮЧЕВЫЕ СЛОВА: древние тюрки, религия,  вера в потусторонний мир,  дух,

могильные памятники.

KEYWORDS: ancient Turks,  religion,  belief in the afterlife,  spirit, grave monuments.

Yuxarıda mavi göy,  aşağıda yağız yer 

yaradılanda ikisinin arasında insan oğlu 

yaradılmışdır.  Əcdadlarım Bumın xaqan,

İstəmi xaqan  insan oğlunun üzərində hakim 

olmuşlar.  Onlar türk xalqının elini,  törəsini 

qurmuş,  inkişaf etdirmişlər...

Or xon Abidələri (Köl Tigin abidəsi)

Qədim türklərin axirət inancıyla bağlı  dəqiq və ətraflı  məlumatlar kifayət qədər deyildir. 

Sadəcə  yaxşı  və  pis  ruhların  varlığına  inandıqlarına  olan  məlumatlar  mövcuddur.  Polşalı 

türkoloq Edvard Triyarskinin 



(Alimin türkologiya sahəsində böyük xidmətləri olmuşdur.  Orxon 

abidələrindən bir neçəsini şəxsən oxuyaraq tərcümə etmişdir.  C. Klausonla birgə bu abidələrin 

transkripsiyasını  hazırlamışdır.  Köl  Tigin  abidəsinin  qırılmış  olan  bəzi  hissələrini də  taparaq 

oxunmasına nail olmuşdur.)

 qonşu xalqlarda da eyni görüşün olduğu səbəbi  ilə belə bir qənaətə 

gəlmişdir  [1,  s.  118].  Türk  tarixinin  əsas  hissəsi  Çin  mənbələri  əsasında  öyrənilmişdir,  qonşu 

olmaları  və  qarşılıqlı  təsirlər  nəticəsində  min  illər  ərzində  bir  çox  adət-ənənələr  oxşarlıq  və 

eynilik  təşkil  etmişdir.  Bununla  yanaşı,  yuxarıda  on yeddi  qat  işıq  aləminin,  yəni  cənnətin  və 

aşağıda  yeddi  və  yaxud  doqquz  qat  qaranlıq  aləmin,  yəni  cəhənnəmin  varlığı  qəbul  edilirdi. 

Ortada  isə  insanların  yurdu  olan  Yer  üzünün  mövcudluğuna  inananlardı.  Orxon  abidələrində 

də  bu  fikir  öz  təsdiqini  taparaq  “Yuxarıda  mavi  göyün,  aşağıda  yağız  yerin  yaradıldığı,  ikisi 

arasında  isə  insan  oğlunun yaradıldığı”  qeyd  edilmişdir.  Tanrının  göyün  ən  yüksək qatlarında 

oturduğu düşünülürdü.  Türklər Göy Tanrısına milli bir anlam verərək bağlanırdılar. Abidələrdə 

Türk  Tanrısı  şəklində  olan  qeydlərdən  bu  anlaşılsa  da,  tarixin  sonrakı  mərhələlərində  Türk 

Tanrısının universal  mahiyyət  daşıdığını  görmək  olur.  Onlara  görə,  yaxşı  ruhlar bir quş  və  ya 

böcək kimi uçaraq göyə, cənnətə gedir və şəfaətçi olurdular. Dini mərasimləri din adamı sayılan 

“qam”lar  idarə  edirdilər  [2,  s.  10].  Bunların  hamısı  mifoloji  yollarla,  dastanlar və  digər  ədəbi

70

Dövht və  Din - № 05 (52) Sentyabr - Oktyabr 2017




TARİXƏ BAXIŞ

vasitələrlə çatan bilgilərdir.

Göytürklərin ölümə çox həssas yanaşdıqları bilinməkdədir.  Ölüm xəbəri  səbəbi  ilə hərbi 

yürüşlərdən  belə  geri  dönürdülər.  Yas  mərasimləri  çox  uzun  çəkərdi  [3,  s.  40-76].  Üzlərini 

çərtərək qan  çıxarmaq kimi  adətləri  var  idi.  Bunu  əlləri  ilə  edirdilər.  Hətta yas  mərasimlərinə 

qatılan  əcnəbi  qonaqlardan  da bunu  etməsi  tələb  olunurdu.  Orxon  abidələrindən biri  olan  Köl 

Tigin abidəsində Köl Tiginin vəfatı səbəbilə bir çox yerlərdən insanların gəldiyi bildirilir.  Onun 

ölməsinə görə yas tutulub yuğ mərasimi keçirildiyi həkk olunmuşdur.  Çox güman ki, bugünkü 

40 və il mərasimləri,  eləcə də üz cırmaq halları həmin dönəmlərdən qalmışdır.

Qədim  türklərin  məzarlarının  xarakterik xüsusiyyətləri  var  idi.  Məzarın  ətrafı  dördkünc 

şəklində yastı daşlarla əhatələnirdi. Məzarlar əsasən bir-birilərindən aralı yerləşirdi. Məzarların 

üzərinə daş dikilirdi. Bunları tədqiq edən alim Qranöyə görə, həmin daşlar dini əhəmiyyət kəsb 

edirdi  [4,  s.  133].  Bu isə inanc ünsürlərinə olan bağlılığın göstəricisi idi. Türk məzar daşlarında 

Göytürklərdən günümüzədək gəlib  çatan qoç heykəllərə də rast gəlmək mümkündür. Türkoloq 

alim  Cengiz Alyılmazm  balballar  haqqında  apardığı  tədqiqatlar  nəticəsində  belə  məlum  olur 

ki,  qoç  heykəllərin  tarixi  çox  qədimlərə  gedib  çıxır  və Anadoludan  Monqolustanadək  böyük 

coğrafiyanı əhatə edir. Alimin bildirdiyinə görə,  Göytürk zamanında bu daşlar əsasən tanınmış 

şəxslərin  məzarlarına  sinədaşı  kimi  qoyulurdu  [5,  s.  35].  Qədim  türk  yurdu  olan  Göyçə  gölü 

ətrafında, Qarabağ və Naxçıvanda da qoç heykəllərə rastlanmışdır. Qoç və qoyun motivləri türk 

mədəniyyətində  bolluq,  bərəkət  simvolu  sayılmışdır.  Lakin  heç  bir  zaman  totem  olmamışdır. 

Baxmayaraq  ki,  bu  haqda  fərqli  görüşlər  mövcuddur  və  totem  olduğunu  bildirən  alimlər 

vardır.  Lakin  çox  güman  ki,  bu  totem  yox  zoolotriya-bir  heyvana pərəstiş  etmək  ola bilər  ki, 

deməkdir.  Bunun  da  səbəbi  əvvəl  də  qeyd  etdiyimiz  kimi,  qoç  və  qoyunun bolluq  və  bərəkət 

rəmzi  sayılmasından  qaynaqlanır.  Çünki  qədim  türklərdə  qurd,  ondan  əvvəlki  dövrlərdə  isə 

buğadan  başqa  totem  ünsürlərinə  rast  gəlinmir.  Digər  rast  gəlinən  heyvan  ünsürləri  isə  totem 

mərhələsinə yüksələ bilməmişdir.  Hətta qurd belə  sonrakı  mərhələlərdə  totem  olmamışdır.  Bu 

heyvanlarla yanaşı,  qədim türklərdə qarğa,  dişi maral, tısbağa,  əjdaha kimi heyvan ünsürlərinə 

də  rastlanır.  Məsələn,  Orxon  Yenisey  abidələrindən  ən  məşhurları  olan  Bilgə  Xaqan  və  Köl 

Tigin  abidələri  tısbağa  fiquru  üzərində  quraşdırılmışdır.  Lakin  bu  heyvana  totem  deyilməsi 

hallarına rastlanmamışdır.

Məşhur “Səyahətnamə” əsərinin müəllifi İbn Fadlan 920-ci ildə türklər yaşayan bölgələrə 

səyahət  edərək  onlar  haqqında  olan  məlumatları  öz  əsərində  qeyd  etmişdir.  Türklərin  dini 

inancları  haqqında  məlumatların  əldə  edilməsi  baxımından  bu  əsər  müstəsna  rol  oynayır. 

Səyyah  Bulqar  Türk  dövlətinə  qədər  gedib  çıxmışdır  və  qarşılaşdığı  bütün  türk  qövmlərini 

oğuzlar  adlandırmışdır.  Təsadüfi  deyil  ki,  bu  səfərdən  sonra  921-ci  ildə  bulqarlar  İslamı 

rəsmi  şəkildə  qəbul  etmiş  və  bu  baxımdan  türk  dövlətləri  arasında  ilkə  addım  atılmışdır.  İbn 

Fadlanın  bildirdiyinə  görə,  oğuzlardan  biri  vəfat  etdikdə  ona  bir  otaq  böyüklüyündə  böyük 

quyu qazıb,  geyimləri,  silahları  və  özəl  əşyaları  ilə  birlikdə  dəfn edərmiş.  Bütün bunlar axirət 

inancının  təzahürü  idi.  Məzarı  ağacla  bağladıqdan  sonra  isə  onun  üzərində  torpaqdan  təpəcik 

düzəldərmişlər.  Bundan  sonra  isə  ölənin  var  dövlətinin  həcminə  görə  qurbanlar kəsib,  yemək

Dövlət və  Din - № 05 (52) Sentyabr - Oktyabr 2017

71

A



zər

ba

yc



an Respublikası 

Din


Q

u



ru

m

la



rla

 İ

ş 



ü

z



 Dövlət Komitəsinin 

Jurnalı



Az

ərb


ay

can


 R

es

publikası 



D

in



Q

u

ru



m

la

rla



 İ

ş 

ü



z

 Dövlət Komitəsinin 



Jurn

alı


TARİXƏ BAXIŞ

yeyilərmiş. Oğuzlar axirətdə cənnətə gedəcəklərinə inanırdılar. Cənazədən sonra heyvan kəsilib 

qurban  edilməsi  də  bu  inancın  nəticəsi  idi.  Qurban  kəsmə  və  ehsan  vermə  ritualı  gec  yerinə 

yetirildikdə  din  adamı  kimi  dəyər verdikləri  yaşlı  bir adam  ölü  sahibini  qurban kəsməyə  sövq 

edərdi.  Çünki  ölünün  bu  minvalla  cənnətə  daha  tez  gedəcəyinə  inanırdılar.  [6,  s.  9].  Bu  gün 

Azərbaycanda da eynilə ehsan vermə ritualı qalmaqdadır.  Çox güman ki, bu min illərdən gələn 

adət-ənənənin davamıdır.

Onlar  ölülərini  Göytürklər  kimi,  paltarlı,  silahlı  və  yanlarında  digər  şəxsi  əşyaları  ilə 

birlikdə  dəfn  edirdilər.  Məzar  otaq  biçimində  qazılır,  tavanı  düzəldilir,  sonra  onun  üstünə 

palçıqdan  qübbəyəbənzər  hissə  əlavə  olunmuşdu.  Bu  oğuz  məzarları  ilə  Türkiyədə,  xüsusilə 

də Səlcuqlu dövründə kütləvi  şəkildə müşahidə edilən və mütəxəssislər tərəfindən türk çadırına 

bənzədilən  günbəzlər  arasında  oxşarlıq  vardır.  Xəzərarxası  türkmənlərin  də  qəbirlər  üzərinə 

dümsək kimi  şəkillər çəkdikləri və buna “yozka” dedikləri bilinir. Anadoludan Uzaq  Sibirədək 

uzanan türk qurşağında ictimai həyatın bütün sahələrində eyni adət-ənənələrin mövcudluğu adi 

hal kimi qarşılanmalıdır.  Bu ərazilər Göytürk imperiyasının nəzarəti altında olduğundan türklər 

üçün yuxarıda adlarını  çəkdiyimiz ərazilər eyni  yurdun  əks  tərəfləri kimi  bilinirdi.  Daha sonra 

bu torpaqlar digər türk cahangirlərinin zamanında da türklər üçün vahid adlı bir yurd olmuşdur. 

Özünü yazdığı məktublarda Mülki-Turan hökmdarı adlandıran Əmir Teymur zamanında da bu 

qismən  də  olsa,  eyni  əraziləri  əhatə  edirdi.  Anadoluya  türklərin  Malazgird  döyüşündən  sonra 

gəlməsi nəzəriyyəsi xeyli zamandır ki,  öz əhəmiyyətini  itirmişdir.

Dəfndən  sonra dünyasını  dəyişən şəxsin məxsus atları  kəsilərək yeyilirdi ki, bu da bütün 

türk  qövmlərində  görünən  yuğ  aşı  və  ya  ölü  aşı  (ehsan)  adəti  idi.  Türkiyədə  bu  adət  yüzillər 

boyu  davam  etmiş,  indi  də  mahiyyəti  dəyişmədən  kənd,  qəsəbə,  hətta  şəhərlərdə  yaşayır. 

Oğuzlar  eyni  zamanda  əsas  türk  ellərində  olduğu  kimi,  yuğ  aşında  yeyilən  atların  başlarını, 

ayaqlarını  və  dərilərini  məzarın  üstündəki  payalardan  asırdılar.  Onların  inamına  görə,  ölü 

cənnətə ətləri yeyilən,  dəriləri payalardan asılan bu atlarla gedəcəkdir.  Belə olmadığı təqdirdə, 

ölü  cənnət  səfərini  piyada  başa  vurmaq  məcburiyyətində  qalacaqdır  [7,  s.  67].  Günümüzdə 

Anadolu və Azərbaycanda da bu dünyadan köçən insana məclis keçirilərək ehsan verilir.  Bunlar 

hamısı qədim türk inanclarının qalıntılarıdır. Anadoluda buna “ölü aşı” və ya “can aşı”  deyilir. 

Azərbaycanda da yas mərasimlərində aş verilsə də, bunun məxsusi adı yoxdur.

Qədim  türklərin  günümüzə  qədər gəlib  çatan  inanclarından biri  də  camaat halında  qəbir 

ziyarətidir. Türklər ölülərini dəfn etdikləri yerlərə sin,  qəbir, kəsənə, məşhəd, balbal və s.  adlar 

versələr  də,  əsasən  həmin  yerləri  məzar  və  ya  məzarlıq  adlandırırlar.  Orxon  abidələrində  bu, 

balbal  şəklində  qeyd  olunur.  Ziyarət  edilən  yer  mənasına  gələn  məzar  və  məzarlıqlar  bütün 

türk dünyasında ölənin anım  günlərində və ya dini  bayramlarda günlərində  insanlar tərəfindən 

toplu  şəkildə  ziyarət  edilməkdədir  [8,  s.  4].  Maraqlı  bir  nüansı  qeyd  etmək  yerinə  düşərdi. 

Orxon  vadisində  tapılmış  türk  tarixinin  vəsiqələri  olan  bu  əsərlər  yerli  sakinlərin  uzun  illərə 

söykənən  adət-ənənələrinin  yaşaması  sayəsində  qorunaraq  günümüzə  gəlib  çıxa  bilmişdir. 

Abidələrin  ətrafında yaşayan  insanlar bu yerlərə dəyər vermiş  və zaman-zaman ziyarət  edərək 

diqqət  göstərmişlər.  Həmin  yazılı  abidələr  də  bir  növ  ölən  şəxsin  xatirəsini  ədəbiləşdirmək

72

Dövlət və  Din - № 05  (52)  Sentyabr - Oktyabr 2017




TARİXƏ BAXIŞ

üçün  qoyulmuşdur.  Bu  gün  həmin  məzarüstü  daşlar  Türkiyə  hökuməti  tərəfindən  ciddi 

şəkildə  mühafizə  olunur.  Orada  Xöşö-Saydan  muzeyi  yaradılaraq  qorunur.  Muzeyin  işçiləri 

Türkiyə dövlətindən maaş  alırlar. Abidələr UNESCO tərəfindən mədəni isə  siyahısına da daxil 

olunmuşdur.

İslamın  inanc  prinsiplərinə  görə  axirət  son,  sonra  olan  və  son  gün  mənalarını  bildirir. 

Öldükdən  sonra  bütün  bəndələrin  düşəcəyi  və  əbədi  qalacağı  ikinci  aləm  hesab  olunur. 

Dünya  həyatında  edilmiş  əməllərin,  söz  və  davranışların  nəticələrinin  qiymətləndiriləcəyi 

zamandır.  Axirətə  inanmaq  İslamın  iman  şərtlərindən  biridir.  Axirətə  inanmaq  məsələsindən 

İslam  qaynaqlarında bəhs  olunur,  müsəlmanların  diqqətinə  çatdırılır.  Belə  ki,  axirət məfhumu 

Qurani-Kərimdə m üxtəlif yazılarda  110 yerdə keçməkdədir.  “Əl-yəvmül-axir”  (son  gün),  “ən- 

nəşətül-axira”  (son yaradılmış)  yaxud  “yəvmül-qiyamə”  (qiyamət günü),  “yəvmüd-din”  (cəza 

və mükafat günü), “yəvmül-hisab” (hesab günü), “yəvm ül-hasrə” (peşmanlıq günü) bunlardan 

bəziləridir [9,  s.  101].

Allah-Təala  içində  yaşadığımız  bu  dünyanı  və  üzərindəki  bütün  varlıqları  müvəqqəti 

yaratmışdır.  Bir  gün  dünya  və  dünyadakı  bütün  insanlar,  canlı  və  cansız  bütün  varlıqlar  yox 

olacaqdır. Dağlar, daşlar, yerlər, göylər parçalanacaq (Qaria, 4-5), Allahdan başqa bütün aləmin 

sonu  çatacaqdır.  Bu  hadisələrin  meydana  gəldiyi  gün  Quranda  qiyamət  günü  (Qiyamə,  1) 

deyə  adlandırılır.  Qiyamət  günündən  sonra Allahın təqdir etdiyi bir zamanda  insanlar yenidən 

dirildirilərək  qəbirlərindən  çıxarılacaq  və  “məhşər”  deyilən  düz  bir  sahədə  (Hicr,  25) Allahın 

hüzurunda, dünyada etdiklərinin hesabını vermək üçün toplanacaqlar (Casiyə, 26). Haqq-hesab 

bitdikdən sonra bir qisim insanlar yaxşı əməlləri səbəbiylə cənnətə, digərləri isə pis əməllərindən 

dolayı cəhənnəmə girəcəklər.

İdrak mümkün olmayan,  insan biliyi xaricində qalan şeyə də qeyb deyilir.  Bir şeyin qeyb 

olması  Allaha  görə  deyil,  insanlara  görədir.  Çünki  Allahdan  gizli  qalan  heç  bir  şey  yoxdur. 

O,  qeyb  və  şəhadət  aləmini  bilir.  (Həşr  22)  Qurana  görə  varlıqlar  iki  qisimdir:  Qeyb  aləmini 

meydana gətirən - görülməyən və idrak edilməyən varlıqlar;  şəhadət aləmini meydana gətirən- 

görülüb,  idrak edilən varlıqlar.  Qeyb aləminə aid varlıqlar iki qisimdir:

1.  Bir qisminin dəlili yoxdur.Varlığını ancaq Allah bilir, duyğu üzvləri ilə idrakı mümkün 

deyildir.  “Qeybin açarları onun yanındadır,  onları ondan başqası bilməz” (Ənam,  6:59)  [10].

2. Bir qisim varlıqlar isə idrak edilə bilməz, ancaq varlıqları dəlillərlə anlaşıla bilər. Allahın 

sifətləri,  axirət,  cənnət  və  mələklər  kimi.  Bu  cür  qeyb  xəbərləri  peyğəmbərlərə  vəhy  yolu  ilə 

bildirilir.  Onlar  da  ümmətlərinə  çatdırırlar.  Möminlər  özlərinə  vəhy  yolu  ilə  bildirilən  qeybə 

aid xəbərlərə  inanmaq məcburiyyətindədirlər.  Mömin inanan insan deməkdir.  Bu xəbərlərə isə 

inanmamaq küfrdür.

İslama  görə  axirət  dünya  həyatının  ardıdır.  Dünya  həyatına  bənzəyir,  lakin  müxtəlif 

mərhələlərdən və hallardan ibarətdir. Qurani-Kərimdə Həzrət Nuh, Həzrət İbrahim, Həzrət Yusif, 

Həzrət  Musa,  Həzrət  İsa  və  digər  peyğəmbərlərin  axirət  inancları,  xüsusilə  vurğulanmışdır. 

Məsələn,  Nisa  surəsinin  136-cı  ayəsində, 

“Kim  Allaha,  mələklərinə,  kitablarına 

peyğəmbərlərinə  və  axirət  gününə  inanmazsa,  uzaq  bir  zəlalətə  düşmüşdür” 

buyurulur.

Dövlət və  Din  - № 05 (52)  Sentyabr - Oktyabr 2017

73

A



zər

ba

yc



an Respublikası 

Din


Q

u



ru

m

la



rla

 İ

ş 



ü

z



 Dövlət Komitəsinin 

Jurnalı



A

zər


b

ay

can



 Respublikası 

D

in



i Q

u

ru



m

la

rla



 İ

ş 

ü



z

 Dövlət Komitəsinin 



Jurnalı

TARİXƏ BAXIŞ

Qurani-Kərimin  ifadələrinə  görə,  dünya həyatı  bir  oyun və  əyləncə,  axirət  həyatı  isə  ölümsüz 

aləm (darul-qərar) və Allahla görüşmə yeridir.  (Ənkəbut 64, Mömin 39;  Hədid 20)  [10]

Dünya  həyatının  fani,  axirət  həyatının  isə  əbədi  olması,  qiyamətin  nə  zaman  qopacağı, 

axirətin necə başlayıb davam edəcəyi isə yalnız müqəddəs kitab və hədis işığında öyrənilə bilər. 

Qurani-Kərimdə “Mülk” surəsinin 2-ci ayəsində bildirilir: 



“O ki, hansınızın əməlcə daha yaxşı 

olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. Axı, O, qüdrətlidir, bağışlayandır”. 

Hər 


insan bu həyatda imtahana çəkilir.  Sonda hamını  itaətkar və ya asi,  adil yaxud zalım, yaxşı, ya 

da pis olaraq Allahın hüzuruna çıxacaqlar.  Dünya həyatındakı haqsızlıqların, həddi aşmalarının 

cəzasının  verilməsi  və  edilən  yaxşılıqların  mükafatlandırılması  üçün  divan  qurulacaq.  Bütün 

insanlar  bir-biriləri  ilə  hesablaşacaq,  haqlı  və  ya  haqsız  ayırd  ediləcək,  əməlinə  görə  qarşılıq 

veriləcəkdir.  Qurani-Kərimdə  də  ilahi  ədalət  divanının  qurulacağı  və  insanların  dünyada 

işlədiklərinin  qarşılığını  görəcəkləri  ilə  bağlı  ifadələrə  rast  gəlirik.  “Casiyə”  surəsinin  21-22- 

ci  ayəsində  buyurulur: 

“Yoxsa  pis  əməllər  edənlər  güman  etdilər  ki,  onları,  iman  gətirib 

yaxşı işlər görənlərlə bir tutacağıq, onların həyatları və ölümləri eyni olacaq? Onlar necə 

də pis  mühakimə  yürüdürlər! Allah  göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki,  hər kəs 

qazandığına görə əvəzini alsın. Və onlara heç bir haqsızlıq edilməz”.

Axirət həyatı qeybə məxsus bir mövzu olduğu üçün ağıl və müşahidə ilə bilgi əldə etmək 

mümkün  deyil.  Bu  mövzuda  Quran  və  hədislərə  söykənərək  danışmalıyıq.  Günümüzdə  də 

başda  Xristianlıq  və  Yəhudilik  olmaqla,  bəzi  dinlərdə  axirət  inancı  vardır.  Bu  da  insanlığın 

axirətin varlığı mövzusunda ortaq bir fikrə  sahib olduğunu göstərir.

ƏDƏBİYYAT

1. 


Edvard Trujarski.  Türkler ve Ölüm (tərcümə edən:  Hafizə Ər).  İstanbul:  2012.

2

.

 



Çubukçu  İbrahim Agah.  Türk İslam Kültürü Üzerinde Araştırmalar ve Görüşler. Ankara: 

1987.


3. 

Taşağıl Ahmet.  Göktürkler. Ankara:  2012.



4

.

 



Ögel Baheddin.  İslamiyetten Önce Türk Kültür Tarihi. Ankara:  1984.

5. 


Alyılmaz Cengiz.  Gürcistandakı Türkler ve Türk Eserleri. Ankara:  2012.

6. 


Tufan Gündüz.  Bozkırın Efendileri.  İstanbul:  2012.

7. 


Faruq Sümər.  Oğuzlar (Türkmənlər)  (tərcümə edən:  Ramiz Əskər).  Bakı:  2013.

8

.

 



Harun  Güngör.  Geleneksel  Türk  Dininden  Anadoluya  Taşınanlar.  Yaşayan  Eski  Türk 

İnançları.  Bilgi  Şöleni:  Bildiriler. Ankara:  2007.

9. 

Xəlil  A.  Mahmud  Kaşqarlmm  “Türk  dillərinin  divanı  kitabfi’nda  ədəbi  mətnlər.  Bakı: 



2001

.

10

.

 

Qurani-Kərim (Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi).  Bakı:  2014.



74

Dövlət və  Din - № 05 (52) Sentyabr - Oktyabr 2017




TARİXƏ BAXIŞ

Эльвин Бабаев



ВЕРА В ПОТУСТОРОННЙ МИР У ДРЕВНИХ ТЮРКОВ

АННОТАЦИЯ

Как  и  в  любом  обществе,  в  древнем  тюркском  обществе  существовало  много 

нюансов,  связанных  с  верой  в  загробную  жизнь.  Это  проявляет  себя  в  погребенных 

памятниках и траурных церемониях. Могилы округлялись плоскими камнями квадратной 

формы.  В  основном  могилы  были  расположены  далеко  друг  от  друга.  Принесение 

животных в жертву после похорон также является формой проявления данной веры.

Elvin Babayev



BELIEF IN THE AFTERLIFE OF ANCIENT TURKS

ABSTRACT


As in any society, in ancient Turkic society there were also many nuances associated with 

belief in the afterlife. This manifests itself in buried monuments and mourning ceremonies. The 

graves were rounded with flat stones o f square shape. Most o f the graves were located far apart. 

The sacrifice o f animals after the funeral is also  a form o f expression o f this faith.

Dövlət və Din - № 05  (52)  Sentyabr - Oktyabr 2017

75

A



zər

b

ay



can

 Respublikası D

in

i Q


u

ru

m



la

rla


 İ

ş 

ü



z



 Dövlət Komitəsinin 



Jurnalı



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə