Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix29.12.2022
ölçüsü0,76 Mb.
#98047
1   2   3   4
Atropatena — Vikipediya

نﺎﺠﯾﺎﺑرذآ
") kimi işlənməyə
başlamışdır.
[6]
 Daha sonrakı dövr ərəb
tarixçilərin əsərlərində isə həmin ad ancaq
"Azərbaycan" kimi göstərilmişdir.
Mənbələr Atropatenanın iki — yay və yaz
paytaxtlarının olmasından xəbər verir.
Ölkənin yay paytaxtı Vera — indiki Marağa
Atropatena
Ατροπατήνη
e.ə. 321
–b.e. 226
Statusu
Satraplıq
Paytaxtı
Qazaka
,
[1]
Vera
Ən böyük şəhəri
Aqnazana, Fraaspa,
Tavreş

Ordvil
,
Fanaaspa
Rəsmi dilləri
Atropaten dili
Etnik qrupları
atropatenlilər
,
madaylar

kutilər
,
maqlar

kaspilər
,
kassilər

kadusilər
,
farslar türklər
Dini
Zərdüştilik
İdarəetmə forması
monarxiya
Tarixi
• Yaranması
e.ə. 321
• Süqutu
b.e. 226
Ərazisi
Sələfi
Xələfi
Midiya Dövləti
Makedoniya çarlığı
Sasanilər
İndi tərkibində
İran
Azərbaycan
Paytaxtı


şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin
Qazaka
, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz
adını 
sak
 tayfalarından biri olan 
gəncəklərin
adından almışdır.
[7]
1958
-ci ildə 
İran
və 
Almaniya
arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka
şəhərinin xarabalıqları və möhtəşəm 
Azərgüşnasp məbədinin
qalıqları aşkarlanmışdır. Əsas
olaraq,buradan 
Şiz məbədinın
 qalıqları tapılıb.Şəhərlər karvan yolları üzərində və böyük
məbədlərin ətrafında yaranmışdır.Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən
salınmışdır.Şəhərdə əhali sənətkarlıq və ticarətlə,şəhərətrafı ərazilərdə isə əkinçilik və
maldarlıqla məşğul olmuşdur
Ellinizm dövründə, Atropatenada 
yunan dili
geniş yayılmışdır. 
Cənubi Azərbaycan tayfalarının
və 
xalqlarının
– 
kuti

lullubi

mannalı
və başqalarının 
madalılarla
qaynayıb-qarışması
nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi 
atropatenalılar
etnosu təşəkkül
tapdı. Atropatena əhalisinin 
atropaten dili
 və yazı ənənələri olan bir ölkə idi.
Bu ərazidə qədimdən yaranan 
Manna
dövlətinin sonralar 
Midiya
tərəfindən işğal olunması,
daha sonra həmin ərazinin 
Əhəmənilər
imperiyasına qatılması, şübhəsiz, yerli əhalinin etnik
tərkibinə təsir göstərmişdir.Atropatena əhalisi o zaman başqa qonşu ölkələrdə olduğu kimi,
yeknəsəq olmamışdır. Antik dövr müəlliflərinin məlumatlarına görə bu ərazidə matienlər,
saqartilər, kadusilər, gellər, utilər, anariaklar, pavsiklər, mardlar, maqlar,azərilər və başqaları
yaşamışlar.Matienlərin qədim huri tayfası mitannilərə, saqartilərin burada qədimdə yaşamış
zikertularla bağlı olduqları söylənilir. Atropatena ərazisində yaşayan tayfalardan biri də
kadusilər idi. Qaynaqlarda onlar midiyalıların, kaspilərin, albanların, matienlərin qonşuları kimi
göstərilirlər.Onlar 20 min peltast və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Kadusilər
yaxşı mizraq atır, dağlıq yerlərdə çox yaxşı döyüşərək süvariləri əvəz edirlər.Onlar Xəzərin
cənub-qərb sahillərində yaşayan gellər və kaspilərə yaxın idilər
[8]
.
Midiya
tayfaları arasında maqlar xüsusi yer tuturdular.Onlar 
Zərdüşt
dini ayinlərinin əsas
icraçısı olub, xalq içərisində böyük nüfuza malik idilər.Maq dedikcə təkcə bu adı daşıyan tayfa
deyil, eyni zamanda 
Zərdüşt
dininin kahini nəzərdə tutulurdu. Maqlar Zərdüştün varisləri
sayılırdı. Lakin maqların təlimində hakim Zərdüşt inamından fərqli cəhətlər də var idi.Ərəbdilli
qaynaqlarda ilk orta əsrlərdə 
Cənubi Azərbaycan
əhalisinin böyük bir hissəsinin azərilərdən
ibarət olduğu göstərilir
[8]
.
Bəzi müəlliflərin ( ??? naməlum mənbə) apardıqları araşdırmalar nəticəsində gəldikləri
qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk 
tayfaları
(qədim
mənbələrlə təsdiq olunmur)
[7][9]
əsasında formalaşmış 
atropatenlilər
 təşkil edirdi və
Əhalisi


Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində
[2]
Azərbaycan türklərinin
ulu
əcdadları
[7][10]
olan 
atropatenlilər
tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng 
Midiya
dövlətinin həm siyasi, həm də etnik varisidir.
Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan 
tayfalardan
[11][12]
 biri də 
Qafqaz
albanlarıdır
. I əsr müəllifi 
Strabonun
 verdiyi məlumatdan aydın olur ki, 
Qafqaz albanları
 təkcə
Azərbaycanın Arazdan
şimaldakı ərazisində deyil, həm də Arazdan cənubdakı ərazilərində
yaşamışlar. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif
yazır ki, albanlar kellər, 
kadusilər

utilər
və mardların qonşuluğunda yaşayırlar
[13]
. Midiya
dağları 
Xəzərin
 cənub-qərbindəki indiki 
Talış dağlarıdır

Astaraçayla
Qarasuçay arasında
yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla bir
ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya dağları ifadəsi də göstərir.
Bu məlumatı toponimik faktlar da təsdiq edir.
[14]
.
Cənubi Azərbaycan
ərazisində Qarqar, Qərqər–Nəsir, Baba Qarqar, Karkarak, Kərkərə, Kərkər,
Alamdar–Qarqar adlı kəndlər vardır
[14]
. Bu toponimlər Atropatenada yaşamış 
qarqarların
adı
ilə bağlıdır.
Albaniyada
 və 
Ermənistanda
yaşamış türkdilli 
Şirak tayfasının
Atropatenada da yaşadığını V
əsr müəllifi 
Feofilakt Simokattanın
Atropatenada Siraqan yaşayış məntəqəsini qeyd etməsi
təsdiq edir. Həmin müəllif Muğanda türk tayfalarının yaşadığını yazmışdır
[15]
. Hazırda Cənubi
Azərbaycanda Şirac–Xeyl və Şiracməhəllə adlı kəndlər vardır və bu toponimlərdə şirak
etnonimi şirac şəklində qalmışdır. Şiraklar Azərbaycanda Çiraq və Çiraqlı da adlanmışlar.
Cənubi Azərbaycanda
Çirak, Çiraq–Abdal, Çeraktəpə, Çirakçi, Çeraqlu, Çeraqil (Çirak etnonimi
və il – tayfa sözündən), Sirak və Şirakdeh kəndləri vardır
[14]
.
Atropatena ərazisində həmçinin peçeneqlərin də yaşaması məlumdur. 
Peçeneqlərin
qapan,
qarabaq, göyərçi və kul 
tayfaları cənubda
 Qaban, Qarabaq, Qeqarçi, Quqarçin, Quqarçili,
Quqerdçi, Qullar, Qullar-Taqi, Qullar–Qara, Sufi və Qullar Məhəmməd Hüseynkənd adlarında
qalmışdır
[14]
Cənubi Azərbaycandakı
Xazarian, Xəzərkəndi, Xəzərgəran, Xəzərabad, Xəzərli, Xəzər-Böyük,
Xəzər-Çoban və Xəzərşax
[14]
kənd adları isə erkən 
orta əsrlərdə
Atropatenada yaşamış
xəzərlərlə
əlaqədardır.
[7]
Atropatenada yaşayan İrandilli etnoslardan
[16][17][18][19]
ən böyüyü 
kaduslar
idi. Bu etnosu ilk
dəfə 
Herodot
qeyd etmişdir
[20]
. Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər
və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. 
Strabon
kadusların dəniz
kənarında
[21]
 yaşadığını yazır. O, kadusların ərazisinin 
Xəzər dənizinin
sahili boyu 500 stadij
(təxminən 190 km) uzunluqda olduğunu göstərir
[22]
.


Atropatenada 
tatlar

yəhudilər

gurganlar

parslar
və mardlar da yaşayırdılar. Onların bir hissəsi
Sasanilər
 vaxtında şimala köçürülmüşdür. Erkən 
orta əsrlərdə Cənubi Azərbaycan
ərazisinə
bir sıra yeni türk 
tayfaları
gəlib məskunlaşmışdır.
[15]
.
Atropatenanın ərazisi indiki 
Güney Azərbaycan
vilayətlərini, 
Azərbaycan Respublikasının
bəzi
ərazilərini və 
İran Kürdüstanının
bir hissəsini əhatə edirdi.
Pəhləvi dilində
yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına
Gəncək (
Qazaka
), Frasyak (Fraaspa), Turkert (
Tavreş
) şatristanları daxildirlər. Həmin
mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə
Əfrasiyab
, türkdilli mənbələrdə isə daha çox 
Alp Ər Tonqa
adlandırılır) tərəfindən bina
edilmişdir.
Midiyadan
dağlar vasitəsiylə ayrılan bu ölkə, 
Fasiddən
Hirkan dənizinə (
Xəzər
) kimi geniş bir
ərazini əhatə edirdi
[23]
. Matiana ilə Midiya arasında olan bu ərazinin hüdudlarında Spavta gölü
yerləşirdi. Yay iqamətgahı Qazaka, qış iqamətgahı isə Vera idi
[24]
.
Strabon Atropatenanın sərhədləri haqqında yazır: "Bu ölkə 
Ermənistan
və Matianadan Şərqdə,
Böyük Midiyadan
Qərbdə və Şimalda yerləşir. Cənubdan o, Hirkan dənizilə sərhəddir.’’
Ərəb coğrafiyaşünası 
İstəxriyə
görə, 
Azərbaycan
(Adurbadaqan-Atropatena) Guhistan (
Gilan
)
və 
Xəzər dənizi
, Qərbdən 
Ermənistan
(Şərqi Anadolu), Şimaldan Allan (
Qafqaz Albaniyası
),
Qabk dağları (
Qafqaz dağları
), İraq Cəzirəsi ilə həmsərhəddir. Buradan məlum olur ki,
müəyyən dövrlərdə Atropatenanın sərhəddi Qafqaz dağlarına qədər uzanmışdır.
Orta əsr ərəb coğrafiyaşünası 
İbn Haqvəlin
yazdığına görə: "...bu ölkəni Şərqdən 
Cibal

Deyləm
, həmçinin Xəzər dənizinin Qərb sahilləri, Qərbdən Ermənistan və Cəzirənin
(
Mesopotomiyanın
) bir hissəsi, Şimaldan allanlar (Qafqaz albanları) və Qafqaz dağları,
Cənubdan 
İraq
hüdudları və Cəzirənin Şərq hissəsi əhatə edirdi
[25]
. Bundan başqa İbn Haqvəl
Ərməniyyə

Qafqaz Albaniyası
və Atropatenanı bir iqlim hesab edir.
Atropatenanın 
parflar

ermənilər
 və 
suriyalılar
kimi qonşuları olmuşdur. Atropatena
hökmdarları yeri gəldikdə onlarla qohumluq əlaqələri də yaradırdılar
[26]
Mərkəzi hakimiyyət üçün ağır olan illərdə Mada satrapı olduqca müstəqil bir siyasət yeridirdi;
XI və XIV satraplıqlara daxil olan torpaqları öz əlinə almışdı. 
Atropat
həmin satraplıqların
sakinləri ilə müəyyən müttəfiqlik münasibətləri yaratmışdı. Məhz buna görə də kadusilər
farslara
boyun əyməyərək Qavqamela vuruşmasında bütün Əhəməni dövlətinin müttəfiqləri
kimi yox, ancaq madalıların müttəfiqləri kimi çıxış edirdilər (madalılarla "birləşdirilmişdilər").
Tarixi coğrafiyası


Albanlar
 və 
sakesinlər
də Əhəməni imperiyasının təbəələri deyil, Mada satrapının müttəfiqləri
idilər. 
Cənubi Azərbaycanın
bütün ərazisi və Şimali Azərbaycan torpaqlarının xeyli hissəsi bu
və ya digər dərəcədə 
Atropatın
hakimiyyəti altında idi.
Belə güman etməyə bəzi əsaslar var ki, hələ 
Mada dövləti
dövründə 
madalıların
hakimiyyəti
Qərbi Zaqafqaziyanın ayrı-ayrı rayonlarına, xüsusən tarixi 
Gürcüstanın
vilayətlərinə də yayılırdı.
Maraqlıdır ki, 
Herodota
görə, "
Kolxidadan Madaya
 girmək çətin deyil". Yenə də həmin müəllif
məlumat verir ki, 
skiflər
"Fasis (görünür, Rioni və ya Çorox çayının – İqrar Əliyev) yaxınlığında
Madaya soxulmaq" niyyətində idilər. Güman etmək olar ki, tarixi Gürcüstanın torpaqları (və ya
torpaqlarının bir hissəsi) Mada satraplığının tərkibinə daxil idi və ya onun himayəsi altında idi.
Polibi
e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir ki, Atropatenanın
bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində
yüksəlir, digər tərəfdən o, Hirkan (Kaspi – İqrar Əliyev) dənizinə qədər çatır".
Maqnessiya ətrafındakı məğlubiyyətdən sonra Asiyada 
Selevkilər
 hakimiyyəti xeyli zəiflədi,
hərçənd o zaman Selevki çarları bəzən qələbələr qazanır, hətta şəhərlər də salırdılar.
Bu ərəfədə Qərbi İranın və Ermənistan yaylasının vilayətlərində bir neçə müstəqil dövlət –
Elimaida

Xarakena

Persida

I Artaşesin Ermənistan çarlığı

Sofenada

Zariadrinin Ermənistan
çarlığı
 meydana gəlir. Özünü padşah elan edən Mada satrapı Timarx Selevkilərdən ayrıldı və
hətta öz sikkəsini buraxmağa başladı. 
Parfiya
da asılılığın daşını atdı. Beləliklə, e.ə. 160-cı ilə
yaxın Selevkilər şərq satraplıqlarının demək olar ki, hamısını itirmiş oldular.
Meydana gələn erməni çarlıqları, xüsusilə Artaşesin çarlığı lap əvvəldən özlərini çox
təcavüzkar aparır, qonşularına qarşı fəal qəsbkarlıq siyasəti yeridirdilər. 
Strabon
yazır:
"...Artaksinin və Zariadrinin müharibələri əvvəllər kiçik bir ölkə olmuş Ermənistanı böyütdü...
Onlar birlikdə qonşu xalqların torpaqlarının bir hissəsini qoparıb mənimsədilər. Onlar
midiyalılardan (atropatenalılardan – İqrar Əliyev) Kaspiananı, Favnitidanı və Basoropedanı,
iberlərden Pariadr dağlarının ətəklərini, Xorzenanı və 
Qoqarenanı
... xaliblərdən və mossiniklərdən
Karenitidanı və Kseroksenanı..., kataonlardan Akilisenanı və Antitavrboyu vilayəti, suriyalılardan
Taronitidanı... tutub aldılar".
Dövlətin əsasının qoyulması
Makedoniyalı İskəndərin
 yürüşü ərəfəsində 
Əhəmənilər imperiyasının
tərkibində olan Qərbi
Midiya
satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə
Azərbaycanın
görkəmli dövlət xadimi 
Atropat
başçılıq edirdi.
Əhəmənilərin
sonuncu hökmdarı 
III Daranın
 hakimiyyəti dövründə 
Atropat Midiya
satrapı idi.
Mənbələrdə bu ada ilk dəfə e.ə. 331-ci ildə təsadüf edilir. 
Makedoniyalı İskəndər İss


vuruşmasından
 (e.ə.332) sonra 
Kiçik Asiya

Suriya

Finikiya

Fələstin
 və digər əraziləri işğal
etdi. Bu məğlubiyyətdən sonra 
III Dara
yenidən ordu toplayaraq İskəndərin qarşısını almağa
səy göstərdi. Lakin İskəndər 
Dəclə
və 
Fərat
çaylarını keçərək e.ə. 331-ci il 1 oktyabrda qədim
Assur
şəhəri 
Ərbilin
yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna
sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İss savaşı zamanı Atropatın 
Midiya
ordusuna başçılıq etməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin güman etmək
olar ki, digər satraplıqların satrapları kimi 
Atropat
da İskəndərlə olan hər üç savaşda iştirak
etmişdir. Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq 
Qavqamel savaşında
(e.ə.331)
başçılıq etməsi haqqında məlumat var.
Makedoniyalı İskəndərin
 zəfər yürüşlərini qələmə alan 
Arrianın
 yazdığına görə,
Qavqamel
döyüşündə III Daranın
 süvari kəşfiyyat dəstəsinə başçılıq edən 
Atropatın
 bölməsində
yarımmüstəqil 
kadusilər

qafqaz albanları
və 
sisaklar
da iştirak edirdi.
Arrian
 maraqlı bir məlumatla da bizi tanış edir. Ölkədə baş vermiş qarışıqlıqdan istifadə edən
Bariaks adlı bir nəfər hakimiyyəti ələ keçirir. Arrianın göstərdiyinə görə e.ə. 324-cü ildə özünü
Parsua və 
Midiya
hökmdarı elan etmişdi. 
Atropat
isə onu tutub İskəndərə vermişdi. Bu fakt
Atropatın uzaqgörən siyasətçi olduğunu sübut edir. Atropat yaxşı başa düşürdü ki, artıq
Əhəmənilər imperiyasını
dirçəltmək mümkün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə
dayandı. 
Atropatın
loyal münasibətini görüb ona müsbət münasibət bəsləyən İskəndər bir
müddət onu öz yanından buraxmadı. Məşhur 
Suz təntənəsində
iştirak edən Atropat öz qızını
makedoniyalıların süvari dəstələrinin başçısı 
Perdikkiyə
ərə verərək onunla qohum oldu.
Dövrün siyasi nəbzini tuta bilən Atropat görkəmli diplomat olduğuna görə qarşıya çıxmış ağır
şəraitdən bacarıqla istifadə etdi və tədricən düşmən satrapdan etibarlı müttəfiqə çevrildi.
İskəndər 
Midiyaya
gədikdə 
Atropat
onun yaxın adamlar ilə birlikdə qalibin şərəfinə verilən
ziyafətdə iştirak edirdi. İskəndər Midiyada olarkən orada bəslənən məşhur Nisa atlarına baxır.
O ,50000 atı hökmdar ordusuna götürür. İskəndərin bir sıra siyasi tədbirlərində Atropat şəxsən
iştirak edirdi. 
Arrianın
yazdığına görə Atropat İskəndərə 100 nəfərdən ibarət atlı cəsur
döyüşçü qadın dəstəsi bağışlamışdı. O, yazır: "Midiya satrapı 
Atropat
İskəndərə 100 nəfər
amazonkalardan
 ibarət dəstə bağışlamışdı. Onlar kişi geyimi geymiş, yüngül silahlarla
yaraqlanmışdılar." Qeyd edək ki, 
Strabon
da 
amazonkaların Qafqaz dağlarında qarqarların
qonşuluğunda (müasir 
Qarabağ
-
Zəngəzur
zonasında) yaşadığını qeyd edir.
Atropat yeganə Əhəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi
qonşu vilayətlərin idarəsini də ona tapşırdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi
şəraitdə qoyuldu. İskəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyasət
yürüdən bir dövlətə çevrildi.


Yeni yaranmış dövlət antik müəlliflərin qeyd etdiyinə görə banisinin adı ilə adlandırılmağa
başladı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgilər olduqca azdır.
Lakin mənbələrdən məlum olur ki, istər 
Əhəmənilərin
hakimiyyəti dövründə, istərsə də
Atropatidlər
 sülaləsinin hakimiyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni
cəhətdən qonşu ərazilərdən xeyli öndə idi.
Strabonun
göstərdiyinə görə Atropatena hakimlərinin 
Qazaka
(Taxtı Süleyman) və Vera
(
Marağa
) adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada yay, Verada isə Qış sarayları yerləşirdi
(Bu fakt 
Atropatidlərin
də digər türk tayfaları kimi müəyyən qədər də olsa köçəri həyat
sürdüklərini göstərir). Qazakada bu sülalənin yay, Verada isə qış iqamətgahı yerləşirdi.
Qazaka
şəhərində (indiki Təxti Süleyman) hələ 
Midiya
dövləti dövründən müqəddəs sayılan
Azərgüşnasp məbədi
mövcud idi.
Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti 
Atropatın
başçılığı
altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu 
Atropatidlər
sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada
hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də 
Parfiya
hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar 
III Artabanın
anası 
parflardan
(IV Fraatın qızı),
atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq 
Atropatidlər
həm də
Parfiyaya
 ağalıq etmişlər.
Atropatın
 varisləri də çarlığın banisinin ənənəsini davam etdirərək, yunan-makedoniyalıların
ölkəyə soxulmasına "yol vermirdilər", hər halda mane olurdular. Yeri gəlmişkən, deyək ki, bu,
Atropatenanın tarixinə dair yazılı qaynaqların yox dərəcəsində olmasının əsas
səbəblərindəndir.
Lakin heç bir şeyə baxmayaraq, Hellinizm hər halda Kiçik Madaya da nüfuz edirdi. Burada
Hellinizm ayinləri aşılanır, sinkretik allahların (yunan-İran allahlarının), xüsusən Herakl-
Veretraqnanın (?) ibadətgahları tikilirdi. 
Kerefto
 dağlarından bir yunan kitabəsi tapılmışdır ki, o
kitabə hardasa 
Beotiyada
da, 
Arkadiyada
da, yaxud hər hansı başqa bir yunan vilayətində də
ola bilərdi. Aşkara çıxarılmış məşhur avroman perqamentləri 
yunan dilinin
, yazısının və hüquq
normalarının Mada-Atropatenaya, hətta onun kənd rayonlarına da çox dərin nüfuz etdiyini
göstərir. Bu dövr Yeni Mada çarlığının möhkəmlənməsi və onun sərhədlərinin genişlənməsi ilə
səciyyələnir. Qonşu vilayətlərdəki yunan-makedoniyalılar kimi, 
Atropatidlər
də geniş
şəhərsalma işlərinə başlamışdılar. Atropatenanın antik ənənə ilə salınan bir neçə şəhəri
haqqında məlumatımız vardır. Bunlar 
Qazaka
, Fanaspa, 
Fraaspa
, Aqanzana şəhərləri və
Atropatena ərazisində tapılmış bir neçə qədim yaşayış yeri, o cümlədən 
Mil düzündəki
Atropatidlər


Təzəkənd yaşayış yeridir. Qədim adlarını bilmədiyimiz, lakin ümumən antik dövrə aid olan bir
neçə başqa abidə də məlumdur.
Atropatena çarları özlərinin siyasi və iqtisadi mövqelərini möhkəmləndirərək 
Suriya
, erməni və
Parfiya
 padşahları ilə qohum olurdular. Onların müttəfiqlik və dostluq əlaqələri, çox güman ki,
uzaq şimala – 
albanlara
, sakesinlərə və müasir 
Azərbaycan Respublikası
ərazisində yaşamış
digər tayfalara qədər gedib çatırdı.
Atropatdan və onun zamanındakı hadisələrdən sonra yazılı qaynaqda Atropatenanın adı ilk
dəfə e.ə. III əsrin iyirminci illərində çəkilir. Söhbət 
Polibinin
 əsərinin bir parçasından gedir.
E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz 
Arazın
yalnız cənubunda deyil,
şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik hökmdarı", "atropatilər və
onlarla həmsərhəd xalqlar üzərində" [Polibi] hökmranlıq edən Artabazanı görürük. Polibinin
dediyinə görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı;
beləliklə, Ermənistanı və İberiyanı da, hər halda onların müəyyən bir hissəsini əhatə edirdi. Bu
vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...
Midiya
 ilə yanaşı olub ondan dar
silsiləsi ilə ayrılır, onun bəzi hissələri 
Fasisdən
(Rionidən – İqrar Əliyev) yuxarıdakı yerlərdə
Pontun (Qara dənizin – İqrar Əliyev) üzərində yüksəlir; digər tərəfdən o, Hirkan (Kaspi – İqrar
Əliyev) dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə
lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır". Gürcü mənbələrinə görə,
e.ə. III əsr Kartli (İber) çarlığı tarixində "fars" elementlərinin (bu adın altında Atropatena
midiyalılarını düşünmək lazımdır – İqrar Əliyev) üstünlüyü dövrü olmuşdur. Məhz bu zaman
Atropatena ilə 
Ermənistan
arasında sıx siyasi, mədəni və digər əlaqələr yaranır. Bu dövrün
erməni əyanları arasında anadangəlmə atropatenalılar az deyildi. Atropatena və erməni
kübarları arasında nikah əlaqələri isə adi hal idi. 
Ermənistanla
münasibətlər heç də həmişə
rəvan olmurdu. Dostluq, nikah əlaqələrini, ənənəvi mədəni-iqtisadi təmasları bir çox hallarda
açıq düşmənçilik, bəzən hərbi toqquşmalar dərəcəsinə çatan düşmənçilik əvəz edirdi. E.ə. III
əsrin sonu II əsrin əvvəlində məhz belə olmuşdu. O zaman şiddətli çarpışmalar nəticəsində
Ermənistan taxt-tacına nəinki Atropatena dairələri ilə sıx əlaqə saxlayan, hətta bəlkə də özü
madalı olan Artaşes yiyələnmişdi. 
Moisey Xorenli
hər halda Artaşesi açıq-aşkar "madalı"
adlandırır.
Atropatena-Selevki münasibətləri
Atropat Midiyası Makedoniya müharibələrindən sonra 
Midiyadan
ayrılıb onun digər
vilayətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdi. 
Polibinin
göstərdiyinə görə
Selevki hökmdarı 
III Antiox
(e.ə. 223-222) 
Midiya
satrapı Molonu və onun qardaşı Aleksandrı
məğlub etdikdən sonra Atropat Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan


düşmənə müqavimət göstərərək onu geri çəkilməyə məcbur etmiş, hətta paytaxtları Selevkiyə
qədər qovmuşdur.
E.ə. 20-ci ildə Atropatena çarı Artabazan Selevkilərlə müharibəni bitirərək onlarla sülh
müqaviləsi bağlayır. Bu müqaviləyə görə Atropatena ərazisi xeyli genişlənmiş olur. Belə ki,
Ayrarat vilayətinin baş şəhəri olan 
Armavirlə
birlikdə 
Araz
vadisi Atropatenann tərkibinə daxil
edildi. Atropatena ərazisi 
Kolxidaya
qədər gedib çatdı (Polibi,V,55).
Yustinin
göstərdiyinə görə Selevki hökmdarı 
VII Antioxun
dövründə 
Selevkilərlə Arşakilər
arasında gedən müharibədə Böyük Midiya mühüm rol oynamışdır. Bu müharibədə Arşakilər
bir neçə dəfə məğlub edilmişdilər. VII Antiox 
parfları
yer üzündən silərək, məhv etməyi
qarşısına məqsəd qoymuşdu.
VII Antiox öz hərbi regionlarını parfların geri çəkildiyi bölgələrdə yerləşdirirdi. Regionların
yerləşdiyi yaşayış məntəqələrində baş verən üsyanlar 
Selevkilərin
məğlub edilməsində
mühüm rol oynamışdır.
312-ci il oktyabrın ilk günlərində 
Selevkin Babilə
gəlməsi ilə bütün 
Ön Asiyada
yeni tarix
hesabı – Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən Selevkin əlinə
keçir.
Yeni Mada çarlığının hökmdarları, çox güman ki, o cümlədən 
Atropat
özü artıq IV əsrin lap
sonunda İran satraplıqlarına yiyələnmiş Selevkin (302-281) qəsdlərindən ölkəni nə yolla
olursa-olsun qorumaq məcburiyyətində qalmışdılar.
Lakin Selevkin və hakimiyyətə onunla şərik olan Antioxun bütün ciddi-cəhdlərinə baxmayaraq,
e.ə. III əsrin ortalarına yaxın 
Selevkilər dövləti
fəlakət həddinə çatdı. 
Baktriya

Soqdiana

Parfiya
 əldən çıxdı. Tezliklə müstəqil Parfiya dövləti meydana gəldi və ona Asiya tarixində
mühüm rol oynamaq nəsib oldu. 223-cü ildə Selevki dövlətində çarlığa 
III Antiox
 (223-187)
keçdi. Selevkilərin bəzi ötəri müvəffəqiyyətləri və e.ə. III əsrlə II əsrin ayrıcında Aralıq dənizinin
şərqində meydana gəlmiş 
Roma
 kimi yeni bir siyasi qüvvə ilə Selevkilərin ilk faciəli
toqquşması III Antioxun adı ilə bağlıdır.
Antiox öz hakimiyyətinin ilk illərindəcə çox böyük bir təhlükə ilə qarşılaşdı: Mada satrapı
Molon öz qardaşı Parsa satrapı Aleksandrla birlikdə Selevkilərin hakimiyyətinə qarşı üsyan
qaldırdı və dövlətin şərq vilayətlərinin demək olar hamısını, o cümlədən Mesopotamiyanı
tutdu. Yalnız çox böyük səylər bahasına Antiox öz düşmənlərinin öhdəsindən gələ bildi. İntihar
etmiş Molonun cəsədi çarmıxa çəkildi və həqarətə məruz qoyulmaq üçün açıq nümayiş
etdirildi. III Antioxun bundan sonra sürətlə Atropatenaya soxulması Molonun tədbirində
atropatenalıların
fəal iştirakına dəlalət edir. Antioxun Artabazanla müharibəsi sülhlə qurtardı.
Atropatena müəyyən müddət Selevkilərin ali hakimiyyətini tanımağa məcbur oldu.


190-cı ilə yaxın, Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub olduqdan sonra,
Selevkilər dövlətinin parçalanması prosesi yenidən başlandı.Bu melumatlar guman edilir .
Alimler bu haqda dusunurler
Atropatena-Parfiya münasibətləri
Selevkilərlə
çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin ortalarına yaxın
geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə (ehtimal ki, 148-147-ci
illərdə) 
Parfiya
çarı 
I Mitridat
Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı işğal edir.
Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi ki, bundan sonra I Mitridat "Böyük çar"
titulunu qəbul etdi.
Madanın işğalı parfiyalıların üzünə 
Mesopotamiyanın
yolunu açdı və e.ə. 141-ci ildə
Mesopotamiya fəth edildi. Sonra varlı 
Elimaida
da işğal olundu.
Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra Mada-Atropatenanı
da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur. Selevkilərə düşmən olan,
Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq xalqlarını 
Selevkilərin
, yunan-
makedoniyalıların hədsiz zülmündən xilas etmək uğrunda mübarizə aparan "vətənpərvər"
qüvvə kimi parfiyalıların Atropatenada mövqeyi, ola bilsin, artıq möhkəmlənmişdi. Bir mühüm
cəhət də ondan ibarətdir ki, parfiyalılar etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara
çox yaxın idilər. Buna görə də Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-
makedoniyalılardan fərqli olaraq "öz adamları" kimi baxırdılar və o zaman yunan-
makedoniyalılara qarşı vahid cəbhə yaranırdı.
Lakin bütün bunlara baxmayaraq, 
atropatenalılar
öz dövlətlərinin suverenliyini saxlaya
bilmişdilər. Atropatilər çarlığının parfiyalılar tərəfindən zəbt olunduğunu güman etməyə
əlimizdə əsas yoxdur, çünki hələ öz "Coğrafiya" əsərini e.ə. lap son illərdə başa çatdırmış
Strabon
yazırdı: "Atropatenanın ailəsində varislik hələ indi də davam edir".
Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə. I əsrdə
Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və əhatəli idi ki,
bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək çətindir. Bütün bunlar
onu göstərir ki, Atropatenada 
Parfiyanın
 təsiri, şübhəsiz, daha əvvəllər başlanmışdı. Bunu e.ə.
I əsrdə Parfiya sikkələrinin Atropatenada geniş yayılması da təsdiq edir və güman etməyə
əsas var ki, Ekbatanada kəsilmiş Parfiya gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə
yayılırmış.
Parfiya dilində tərtib edilmiş, bizə gəlib çatmış bir avroman sənədi də Atropatenada
parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir. Atropatena madalılarının


parfiyalılarla yaxınlaşması üçün Atropatenanın özündə çox böyük bir zəmin vardı.
Hellinləşməyə müqavimət burada kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə,
yunan-makedoniyalıları bir o qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz
istiqlaliyyətlərini qoruyub saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar,
Atropatena madalıları türk etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənələrinin,
dininin, dövlət quruluşunun üstünlüyünü qoruyub saxlamağa və möhkəmləndirməyə
çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi.
Parfiyalıları Atropatenaya tərəf çəkən bir amil də, əlbəttə, dövlətin ərazisini genişləndirmək və
strateji cəhətdən mühüm əməliyyat meydanı ələ keçirmək niyyətindən, ən əvvəl
atropatenalılarla parfiyalıların ümumi məqsədindən, hellinliyə qarşı mübarizədən ibarət idi.
Parfiyalılar və atropatenalılar Atropatenada kökləri I minilliyin əvvəllərinə gedən "öz"
mədəniyyət və dinini dirçəltmək işində də müttəfiq idilər. Hələ o zaman Qərbi İran
vilayətlərində, o cümlədən Cənubi Azərbaycanda müxtəlif mazdaizm təlimləri, Kiçik Avesta
etiqadları mövcud idi. Mada hökmranlığı dövründə, maqlar bu təlimləri təbliğ etməyə
başlayanda gələcək Atropatena zonasında mazdaizm – 
Avesta
təlimlərinin mövqeləri daha
da möhkəmlənməkdə idi. 
Atropatidlərin
və Atropatena madalılarının rəsmi dini mazdaizm-
zərdüştilik – Avesta dini idi.
Parfiyalıların və Atropatena madalılarının mənafelərinin ümumiliyi, onların mədəniyyət
cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri ilə Parfiya
ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli yaxınlaşmasına və hətta
qovuşmasına səbəb olurdu. Bu, zahirən öz əksini, məsələn, "parfiyalılar" termini əvəzinə tez-
tez "madalılar" termininin işlədilməsində tapırdı.
Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və 
atropatenalıların
 adları mənbələrdə əsasən
qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə
də, təsdiq edə bilərik ki, atropatenalılar 
Roma
əleyhinə sanballı bir qüvvə olub region
xalqlarının çağırılmamış "qonaqlara" qarşı mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər.
Onlar, şübhəsiz, bu ağır mübarizədə özlərinin istiqlaliyyətini qoruyub saxladılar. 
Strabon
yuxarıda nəzərdən keçirilmiş hadisələrin demək olar ki, müasiri sayılan 
Apollonidə
 istinad
edərək məlumat verir ki, Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o,
döyüşə... 10000 süvari və 40000 piyada çıxara bilər".
Atropatena-Ermənistan əlaqələri


Güman ki, e.ə. I əsrin ikinci rübündə Atropatena çarları ilə erməni çarları arasında nikah
əlaqələri yarananadək Atropatena prinsipcə parfiyapərəst siyasət yeridirdi. Atropatena çarı
Mitridat erməni çarının qızı ilə evlənəndən sonra isə Atropatena tacidarının siyasəti
antiparfiya siyasəti olmasa da, hər halda, şübhəsiz, ermənipərəst və antiroma siyasəti idi.
Bu zaman 
Romaya
 qarşı ümumi mübarizə zəminində 
atropatenalılarla ermənilərin
əlaqələri
çulğalaşır, ittifaq, dostluq, ən sıx siyasi və mədəni-iqtisadi təmas məcrasında inkişaf edirdi.
Parfiya
 ilə 
Ermənistan
 arasında gedən müharibələr nəticəsində Ermənistan 
II Mitridata
tabe
oldu. Parfiya çarı Ermənistan şahzadəsi Tiqranı girov götürdü və Tiqran uzun müddət
Arşakilər sarayında saxlanıldı.
E.ə. 95-ci ildə parfiyalılar Tiqranı Ermənistan taxtına əyləşdirir və Tiqran bir məlumata görə,
Ermənistanda, digər məlumata görə isə Atropatenada yerləşən 70 vadini təşəkkür əlaməti
olaraq 
Parfiyaya
verir. Bu vadilər üstündə dövlətlər arasında mübahisə gedirdi. Hələ 
Strabon
yazmışdı: "Atropatilərin... qüdrətli qonşuları vardır və bu qonşular – ermənilər və parfiyalılar
onların ölkəsini viran qoyurlar. Lakin atropatilər müqavimət göstərir və işğal edilmiş torpaqları
geri alırlar".
Bəzi alimlərin güman etdiklərinə görə, 
II Tiqranın
azad olunması müqabilində parfiyalılara
verdiyi "70 vadi" məhz o vadilər idi ki, guya hələ 
I Artaşes
onları atropatenalılardan almışdı.
Əgər doğrudan da belədirsə, onda göstərilən fakt hələ Ermənistan dövlətinin meydana
gəlməsinin lap ilk dövründə iki çar arasında düşmənçilik münasibətlərinə və təxminən e.ə. II
Ərəb Xilafəti
tərkibində Atropatena – Azərbaycan ərazisini göstərən bir xəritə


əsrin birinci rübünün sonunda, yaxud ikinci rübünün əvvəlində erməni qəsbkarlığına sübut
olardı. II Tiqran (
95
-
55
-ci illər) artıq öz hakimiyyətinin ilk illərində öz qonşularına – ilk növbədə
Sofenadakı
erməni çarlığına qarşı təcavüzkarlıq göstərir və e.ə. 94-cü ildə onu istila edir. Elə
həmin il II Tiqran 
Pont
 dövlətinin qüdrətli çarı 
VI Mitridat Yevpator
ilə saziş bağlayır və onun
qızı Kleopatra ilə evlənir. 
Ermənistan
çarı Atropatilərlə də qohum idi – Atropatena çarı Mitridat
II Tiqranın qızını almışdı.
Pont
-
Ermənistan
ittifaqının başlıca məqsədi Romaya müqavimət göstərmək idi. Lakin Roma
ilə müharibədən əvvəl II Tiqran hələ Parfiya ilə mübarizə aparmalı idi.
Parfiyalıların 
Fərat
sahillərinə gəlib çatması bu ərəfədə Kiçik Asiyada geniş əraziyə yiyələnmiş
romalıları bərk narahat edirdi.
II Tiqran Sofenanı
 tutduqdan sonra fəal qəsbkarlıq əməliyyatlarını davam etdirirdi. O,
Kappadokiyada
öz mövqelərini möhkəmləndirdi ki, bu da 93-92-ci illərdə 
Roma
ilə
qısamüddətli müharibəyə gətirib çıxartdı. Tiqran darmadağın edilib böyük tələfata uğradısa
da, Ermənistan çarının əvvəlki müvəffəqiyyətləri romalıları parfiyalılarla təmasa girmək üçün
yollar axtarmağa vadar etdi. E.ə. 92-ci ildə Roma sərkərdəsi Sulla Fərat sahilində Parfiya səfiri
Orobazla görüşdü. Bu görüş parfiyalı 
II Mitridatın
romalılara yaxınlaşmasına kömək edirdi,
lakin sonrakı hadisələrin göstərdiyi kimi, parfiyalılar Romanın onları, eləcə də bütün Şərqi necə
böyük təhlükəyə məruz qoyduğunu o zaman hələ dərk etmirdilər.
Parfiya
 daxili çəkişmələr nəticəsində zəifləyir, 
Romada
da vətəndaş müharibəsi qızışır, bunlar
II Tiqranın
 əl-qolunu tamamilə açır. O, ən əvvəl təqribən 90-cı illə 88-ci il arasında parfiyalılara
basqın edir və ilk növbədə, özünün azad edilməsi müqabilində hədiyyə verdiyi yetmiş vadini
onlardan alır.
Strabonun
əsərindən göründüyü kimi, 
II Tiqran
atropatenalıların o vilayətini də işğal etmişdi ki,
coğrafiyaçı onu Simbaka adlandırır, lakin bu ad təshih edilib "Albaka" yazılmalıdır (həmin yer
indiki Beşqala ətrafında yerləşən müasir Böyük Axbaq vilayətidir). Biz bilmirik ki, Tiqran o vaxt
Atropatena çarı ilə artıq qohum olmuşdumu, ya yox. Bizə burası da məlum deyil ki, o zaman
Atropatena dövlətini çar Mitridatmı idarə edirdi?
Biz bilmirik ki, Atropatena doğrudan da tabe edilmişdimi və vassal çarlığa çevrilmişdimi,
atropatenalı Mitridat sonralar II Tiqranın "sədaqətli vassalı" olmuşdumu, ona bac verirdimi və
bəzi tədqiqatçıların hesab etdikləri kimi, müharibə zamanı ona köməkçi qoşunlar göndərməyi
öhdəsinə almışdımı? Yalnız burası məlumdur ki, Atropatena padşahı Mitridat, yuxarıda qeyd
edildiyi kimi, erməni padşahının qızı ilə evlənmişdi. İki tacidarın qarşılıqlı münasibətlərində
çox şey bununla müəyyən edilirdi və ola bilsin ki, onlar sadəcə müttəfiq idilər.


E.ə. 70-ci ildə II Tiqranın qayınatası Pontlu Mitridat Roma sərkərdəsi 
Lukull
tərəfindən
darmadağın edildi və Ermənistana qaçıb bir müddət "çarlar çarının" məşvərətçisi oldu.
Gizlincə müharibəyə hazırlaşan Lukull e.ə. 69-cu ildə 
Ermənistana
soxuldu və həmin ilin
yazında 
Tiqranakerti
mühasirəyə aldı. O ərəfədə II Tiqran çox böyük bir ordu toplamışdı.
Plutarxın
verdiyi məlumata görə, "ermənilər və korduenlər yığma qoşun kimi hamılıqla
tökülüşüb onun köməyinə gəldilər, çarlar gəldilər, özləri ilə bütün medləri (atropatenalıları – İqrar
Əliyev) və adiabenliləri yığma qoşun kimi gətirdilər, 
Babildə
olan dənizin sahillərindən çoxlu ərəb
gəldi, Kaspi [sahillərindən] çoxlu alban gəldi, 
albanlarla
qonşu olan çoxlu iber gəldi, çarları
olmayan, 
Araz
[sahillərində] sürülər otaran bir çox tayfalar gəldi, [bəziləri] yardım göstərmək,
[başqaları] ənam almaq arzusu ilə gəldilər".
Plutarxın
verdiyi məlumata görə, fəlakətli döyüşdən qabaq 
II Tiqran
qoşunun orta hissəsinin
komandanlığını öz öhdəsinə götürmüş, sol cinahı 
Adiabena
padşahına, zirehli süvarilərin
əksər hissəsinin ön sıralarda olduğu sağ cinahı isə Mada (Atropatena – İqrar Əliyev)
padşahına etibar etmişdi.
Süvari qoşunun bu zirehlənmiş və nizələrlə silahlanmış hissəsi on yeddi min süvaridən ibarət
idi və Plutarxın dediyinə görə, 
II Tiqran
ona "xüsusi ümidlər bəsləyirdi". Plutarx bu barədə
məlumat verərkən ayrıca qeyd edir ki, "bu, Lukullun senata raportunda göstərilmişdir".
Müttəfiq qoşunun məhz bu hissəsinə komandanlıq etmək II Tiqranın kürəkəni Atropatena çarı
Mitridata tapşırılmışdı. Müttəfiq qoşunun madalılardan ibarət olması və Atropatenadan
gətirilməsi demək olar heç bir şübhə doğurmur [atropatenalılarda 10.000 süvari olması
haqqında Strabonun verdiyi məlumatı, yaxud Plutarxın yuxarıda sitat gətirdiyimiz sözlərini
xatırlayaq: "padşahlar gəldilər, özləri ilə bütün medləri (atropatenalıları – İqrar Əliyev) və
adiabenliləri yığma qoşun kimi gətirdilər" və i.a.
Müttəfiq qoşunun sayca böyük üstünlüklərinə baxmayaraq, çarın səhvləri nəticəsində e.ə. 69-
cu ilin payızında 
Tiqranakert
yaxınlığındakı döyüşdə 
Lukull
 düşmənlərini darmadağın edərək
qələbə çaldı. Romalıların əlinə saya-hesaba gəlməyən var-dövlət keçdi – onlar II Tiqranın
səkkiz min talantdan ibarət xəzinəsinə, otuz milyon medimn taxıla və çoxlu miqdarda başqa
sərvətlərinə yiyələndilər. II Tiqran istila etdiyi torpaqların demək olar hamısını itirdi.
Məğlubiyyət çox ağır nəticələr verdi. Bu, silah zoruna yaradılmış 
Böyük Ermənistan
dövləti
süqutunun başlanğıcı idi.
Lakin müttəfiqlər məğlubiyyətdən sonra da 
Roma
əleyhinə cəbhəni gücləndirməyə çalışırdılar.
Onlar 
erməniləri
parfiyalılarla barışdırmaq və ümumi düşmən olan Romaya qarşı birgə
mübarizəyə sövq etmək üçün çox böyük səylər göstərirdilər.
Tiqran hətta istilalar prosesində ələ keçirdiyi torpaqların bir hissəsini parfiyalılara verməyə də
hazır idi. Lakin parfiyalıların müttəfiqlərə qoşulduqları halda, çox təhlükəli bir vəziyyət əmələ


gələ biləcəyini yaxşı başa düşən romalılar da sərvaxt tərpəndilər: Lukull parfiyalıların
hüzuruna elçi göndərdi. Beləliklə, tərəflərin hər biri özünün xeyrinə olaraq 
Parfiya
çarı 
III Fraatı
münaqişəyə cəlb etməyə cəhd göstərdi. Lakin III Fraat bitərəfliyi üstün tutdu ki, bu da, şəksiz,
çox böyük səhv idi.
Atropatenalı Mitridatın fəal iştirakı ilə əsasən ermənilərdən, 
iberlərdən

mardlardan

atropatenalılardan
 çox böyük bir ordu toplamış 
II Tiqran
və Pontlu Mitridat e.ə. 68 və 67-ci
illərdə 
Lukull
üzərində bir neçə mühüm qələbə qazandılar. Birinci qələbə 68-ci ilin
sentyabrında Artsaniya çayının sahilində qazanılmış qələbə idi.
Artaşata tərəf getmək niyyətində olan Lukull 
Mesopotamiyaya
yollanmaq məcburiyyətində
qaldı. Bu arada müttəfiq orduları öz müvəffəqiyyətlərini inkişaf etdirərək 
Kiçik Asiyaya
soxuldular və romalıları ağır tələfata uğratdılar. Atropatenalı Mitridat xüsusilə böyük cəsurluq
göstərərək, romalılara qəfildən basqınlar edir, onların pərən-pərən düşmüş kiçik dəstələrini
təqib edib qırırdı.
Müttəfiqlərlə müharibələrdə Romanın məğlubiyyəti heç də Şərq vilayətlərinə qarşı Roma
qəsbkarlığının sonu deyildi. E.ə. 66-cı ildə 
Qney Pompey
Şərq vilayətlərində səlahiyyətli
canişin və Roma qoşunlarının baş komandanı kimi Lukullu əvəz etdi və dərhal müharibəyə
güclü hazırlıq görməyə başladı. Pompey ən əvvəl parfiyalılarla ittifaq bağladı, bu ittifaqın
şərtlərinə görə parfiyalılar 
Ermənistanla
müharibəyə başlamalı idilər; o, 
II Tiqranın
oğlu Kiçik
Tiqranı atasının üzərinə qaldırmağa başladı və hələ e.ə. 67-ci ilin payızında Kiçik Tiqran
atasına qarşı üsyan etdi. Tiqran 
III Fraatın
qızı ilə evləndi, Parfiya qoşunlarını Ermənistana
çağırdı və 
Parfiya
qoşunları, bəzi məlumatlara görə, Atropatenanı tutmuş Ermənistana
soxuldular və 
Artaşatı
mühasirəyə aldılar. Pompey bu arada Pontlu Mitridatı tamamilə
darmadağın edib Ermənistana soxuldu və Artaşata yaxınlaşdı.
Müttəfiqlərini itirən və öz vəziyyətinin çıxılmazlığını başa düşən II Tiqran e.ə. 66-cı ildə
romalılarla həqarətli bir sülh bağladı. Sülhün şərtlərini Pompey irəli sürmüşdü.
II Tiqran külli miqdarda təzminat verməyə məcbur oldu, istila etdiyi bütün torpaqları itirdi və
"yalnız ata yurdunun" – Ermənistanın çarı olaraq qaldı. Bu andan II Tiqran "Roma xalqının
dostu və müttəfiqi" (bu, əslində vassal olmaq deməkdir) olur, Ermənistan isə böyük dövlətdən
asılı çarlığa çevrilir.
Bəzi Roma qaynaqlarında Pompeyin məğlub etdiyi ölkələr və padşahlar sırasında "Madanın"
(Atropatenanın) və onun çarı Daranın da adı çəkilir. Lakin buna inanmaq çətindir. Bu
məlumatlardan belə bir nəticə çıxarmaq olar ki, e.ə. 65-ci ilə yaxın Atropatenada hökmranlıq
Daranın əlinə keçmişdi.


Mənbələr göstərir ki, Atropatenanın 
Ermənistanla
əlaqələri dəyişkən xarakter daşımışdır.
Ermənistan
tarixində Atropatenanın və 
atropatenlilər
 in rolu,ümumiyyətlə çox böyükdür.
Əsrlərlə qonşu yaşamış xalqlar arasında geniş mədəni və ticari əlaqələr mövcud idi. Yadelli
işğalçılara qarşı aparılmış mübarizələrdə bəzən Atropatena 
Ermənistanla
birgə hərəkət
edərək, müttəfiqlik əlaqələri yaradırdı. Digər tərəfdən mənşə etibarilə 
atropatenlilərdən
olan
bir sıra şahzadələr müəyyən vaxtlarda Ermənistanın hakimi olmuşdular. Lakin bir sıra hallarda
mədəni və iqtisadi əlaqələr pozulurdu. Atropatenlilərin 
Ermənistan
taxt-tacına yiyələnmələri,
qonşu ölkənin ərazisini tabe etmələri faktları ilə yanaşı, 
ermənilərin
də Atropatena ərazinə
yürüşləri məlumdur.
Strabonun
göstərdiyinə görə, e.ə. I əsrdə 
Ermənistan
çarı 
II Tiqran
öz yeznəsi olan Mitridadın
(Mehrdad) torpaqlarına hücum edib, Sumbaki adlı ərazini tutub öz ölkəsinə qatmışdı. Lakin bu
hadisə uzun müddət davam etməyib, II Tiqran tərəfindən işğal edilmiş ərazi yenidən
Atropatenaya birləşdirilmişdir.
Bundan başqa e.ə. I əsrin axırlarında Atropatena hakimləri yenidən 
Ermənistan
 taxtında
möhkəmlənmək üçün səy göstərirdilər. E.ə. I əsrin sonu, b.e. I əsrinin əvvəllərində
Atropatenanı 
Roma
ilə dostluq əlqələri saxlayan Artabarzan idarə edirdi. O, bir müddət
Ermənistan taxtını da ələ keçirmiş, lakin bu uzun çəkməmişdi.
Eramızın 2-11-ci illərində Ariobarzanın oğlu V Artavazd Atropatena ilə yanaşı Ermənistanın da
şahı olmuş, doqquz il müddətinə Ermənistanı özünə tabe etmişdir. Ermənistan parf mənşəli
hökmdar 
II Tiqranın
 hakimiyyəti dövründə güclənməyə başlayır. Bu zaman II Tiqran 
Parfiya
dövlətinin zəifləməsindən istifadə edib Parfiya torpaqlarına, eləcə də Atropatena ərazisinə
sozxulur və Atropatena torpaqlarının bir hissəsini (Şimal Qərb vilayətlərini – müsir 
Naxçıvan
,
Xoy

Maku
və 
Salmas
ərazilərini) özünə tabe edir. Lakin bu hal uzun çəkmir. Tezliklər II Tiqran
romalılar tərəfindən məğlub edilir və öz ordusunu 
Azərbaycandan
çıxarmalı olur.
Atropatena – Qafqaz Albaniyası əlaqələri
Albaniya
 və Atropatenanın siyasi əlaqələri ilə bağlı mənbələrdə hansısa diqqət çəkən
məlumatlar qorunub saxlanmamışdır. Görünür bu 
Azərbaycan
ərazisində yerləşən hər iki
dövlətin sakit qonşuluq münasibətlərinin olması ilə əlaqədardır. Albaniya və Atropatenanın
sərhəddləri 
Araz
çayı boyunca keçmişdir. Lakin heç də bu sərhəddlərin sabit olduğunu demək
olmaz. Belə ki, müasir 
Naxçıvan
və 
Zəngəzur
ərazisini əhatə edən 
Sünik
vilayəti və Balasakan
vilayəti gah Albaniyanın gah da Atropatenanın tərkibinə daxil olmuşdur.
[27]
Bu vəziyyət
təxminən bizim eranın III əsrinin əvvəllərinə qədər davam etmiş III əsrdən isə hər iki vilayət
qəti şəkildə 
Qafqaz Albaniyasının
tərkibinə qatılmışdır.


Bu iki vlayətin gah bir dövlətin gah da digər dövlətin tərkibinə qatılmasını etnoloq alim prof. 
Q.
Qeybullayev
 etnik səbələrlə izah edir. Belə ki, mənbələrdə 
Qafqaz Albaniyası
 ərazisində
yaşayan bəzi tayfaların Atropatena ərazisində də yaşaması qeyd edilmişdir. Balasakan
vilayətində məskunlaşmış 
kaspilər
 həm də Atropatena ərazisinə yayılmışdı.
[28]
Həmçinin Qafqaz Albaniyasının aparıcı tayfalarından olan 
albanların
da Atropatena ərazisində
yaşaması haqqında da mənbələrdə məlumatlar vardır. Görünür bu iki dövlət arasında dinc
münasibətlərin olmasını da məhz hər iki dövlətin əsasən eyni etnik ünsürlərdən təşkil
edilməsi ilə izah etmək mümkündür.
[29]
Atropatena-Roma əlaqələri
Selevkilərin parflar
 tərəfindən Şərq ölkələrindən qovulmasından sonra güclü olan romalılar
Parfiyanın
ciddi rəqibi kimi tarix meydanına çıxdılar. Romalılar 
Ermənistanı
və ona qonşu olan
ölkələri, eyni zamanda Şərq ilə Qərbi birləşdirən ticarət yolunu ələ keçirməyə səy göstərirdilər.
E.ə. 69-cu ildə romalılar Ermənistanı tutmaq istədikləri vaxt Atropatena öz ordusu ilə birgə
Ermənistanın müttəfiqi kimi çıxış etdi və 
Tiqranakert
döyüşlərində birləşmiş Atropatena-
Ermənistan orduları 
Romaya
 güclü zərbə endirdi.
[30]
Həmçinin Atropatena Romaya qarşı
Parfiya
 ilə də müttəfiqlik edirdi.
Strabonun
göstərdiyinə görə bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə malik idi. Onun
məlumatına görə Atropatena 10.000 süvari və 40.000 piyada orduya malik olmuşdur. E.ə. 36-
cı ildə böyük bir qüvvə ilə Şərqə hücum edən görkəmli sərkərdə 
Antoni
Ermənistanı işğal etdi.
Ermənistan
çarı Artavazd 16.000-lik silahlı qüvvəsini məcburiyyət qarşısında onun ixtiyarına
verdi. Antoni isə Atropatenanı tutmağa tələsirdi. Ermənistan çarı Artavazd Antoniyə yaz
başlıdıqda hücum etməyi məsləhət gördü. Lakin Antoni onun məsləhəti ilə razılaşmayıb e.ə.
36-cı ilin payızında 100.000-lik ordu ilə 
Araz
 çayını keçərək Atropatena ərazisinə girdi. O,
Atropatna hökmdarlarının qış iqamətgahı yerləşən 
Vera
şəhərini tutdu və Fraaspa şəhərinə
tərəf hərəkət etdi. Lakin Fraaspa 
atropatenlilər
tərəfindən müdrikliklə müdafiə edilirdi.
Atropatena hökmdarı, ləyaqətli sərkərdə olan II Artavazd şəxsən şəhərin müdafiəsinə
rəhbərlik edirdi. Antoni tələsdiyindən ağır silahlar və qalauçuran alətlərlə silahlanmış
Tatyanusun dəstəsindən ayrılmışdı. Bunu görən 
parflar
arxada qalan Tatyanusun dəstəsinə
hücum edərək, ordunun 10.000 lik həmin hissəsini məğlub etdilər və Tatyanusun özünü də
öldürdülər. Bu hadisəni eşidən 
Antoni
əsəbləşmiş və tez bir zamanda Fraaspanın tutulması
əmrini vermişdi. Vəziyyətin ağırlaşdığını görən 
Ermənistan
çarı Artavazd Antonini döyüş
meydanında tək qoyaraq öz ordusu ilə birgə Ermənistana qaçmışdı.
Fraaspanın qəhrəmancasına müdafiəsi, atropatenlilərin güclü müqaviməti, işğalçılara qarşı
Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə