Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim


partizan müharibəsinin aparılması



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix29.12.2022
ölçüsü0,76 Mb.
#98047
1   2   3   4
Atropatena — Vikipediya


partizan müharibəsinin aparılması, 
parflar
tərəfindən Tatyanusun öldürülüb, ordusunun


darmadağın edilməsi romalıların əzmini qırıb, onları geri çəkilməyə məcbur etdi. Antoninin
Atropatenanı işğal etmək niyyəti baş tutmadı.
Atropatena hökmdarı 
II Artavazd
romalılardan külli miqdarda qənimət və hərbi əsir ələ keçirdi.
Antoni
Atropatena ərazini tərk etdikdən sonra əldə edilmiş qəniməti bölmək üstündə 
Parfiya
hökmdarı 
IV Fraat
ilə Atropatena hökmdarı 
II Artavazd
arasında ziddiyyət yarandı. E.ə. I əsrin
son illərində bu ziddiyyətlərdən istifadə edən II Artavazd roalılarla dostluq əlaqələri yaratmağa
başladı. Atropatena hökmdarı II Artavazd 
Antoni
ilə qohum oldu. Üzərində Avqustun təsviri və
"Böyük hökmdar Artavazda" sözləri yazılmış gümüş sikkə bu dostluq əlaqələrini sübut edir.
Yeni müttəfiqlərinə arxalanan II Atravazd Atropatenadan Qərbdəki vilayətlərdə (
Ermənistan
ərazisində) fəal siyasət yürütməyə başladı.
Romalıılar e.ə. 69-cu ildə 
Lukullun
komandanlığı altında 
Pont
çarı 
Mitrdat Evpatorun
qoşunlarını məğlub edərək 
Ermənistana
basqın etdilər. 
İberiya

Qafqaz Albaniyası

Atropatenanın da zəbt edilməsi qorxusu yarandı. 
Lukull
Ermənistanın paytaxtı 
Tiqranakert
şəhərini mühasirəyə aldı. Erməni çarı mənşəcə parf olan 
II Tiqranın
müttəfiqləri olan
atropatenlilər

qafqaz albanları
və 
iberlər
öz orduları ilə onun köməyinə gəldilər. 
Plutarx
qeyd
edr ki, hökmdarlar əli silah tuta bilən bütün 
madaylar
və 
qafqaz albanları
ilə birgə bura
gəlmişdilər. 
Babil
yaxnlığında olan dənizdən çoxlu ərəb, 
Kaspi dənizindən
isə külli miqdarda
alban və onların qoşunları gəldilər. Həmçinin 
Araz
boyunda yaşayan müstəqil tayfalardan da
az adam gəlməmişdi (Plutarx,Antoni,XXX,VIII).
Tiqranakert
yaxınlığındakı döyüşdə 
ermənilərin

atropatenlilərin
və 
iberlərin
birləşmiş
qoşunları düşmənə şiddətli müqavimət göstərdilər. Onlar romalıların üstünə ox yağdırır, yanar
neft tökürdülər. 
Plutarxın
göstərdiyinə görə atropatenlilərin və albanların ordusu müttəfiqlər
ordusunun çox böyük bir hissəsini təşkil edirdi. Belə ki, 
Tiqranakert
yaxınlığında döyüşdə
müttəfiqlər ordusunun sağ cinahı 
Midiya
qoşunları adlanan qoşunlardan ibarət idi. Buna
baxmayaraq 
Lukull
Tiqranakerti ala bildi. Lakin e.ə. 67-ci ildə 
Roma
qoşunları böyük itki
verərək müttəfiqlərin təzyiqi altında tezliklə Ermənistandan çəkilməyə məcbur oldu. Roma
senatı Lukullu komandanlıqdan kənar edərək buraya məşhur sərkərdə 
Qney Pompeyi
göndərdi.
Atropatenanın 
Atropatidlər
sülaləsindən olan sonuncu hökmdarı 
V Artavazd
idi. Onun
dövründə Atropatenada Kiçik Arşakilər sülaləsinin və ya 
Atropatena Arşakiləri
sülaləsinin
əsasını qoyulmuş, 
III Artaban
hakimiyyət başına keçdi. 
Arşakilərin
Atropatenadakı kiçik qolu
Sasanilərin
hakimyyət başına gəlməsinə kimi hakimiyyət başında olmuşdur. Arşakilərin
Atropatena Arşakiləri


hakimiyyət başına gəlməsi ilə Atropatenada baş verən bütün siyasi cərəyanlar birmənalı
şəkildə 
Romanın
əlehinə çevrilmişdir.
Arşakilər
 hakimiyyətini ələ keçirən II Artaban öz qardaşı Vanonu Atropat Midiyasının təyin
etdi. Eramızın 10-40-cı illərində hakimiyyət başında olmuş Atropatena hökmdarı III Artaban
ana tərəfindən 
Parfiyanın
 Şimal – Şərq zonasında yaşayan zadəgan köçəri tayfaya mənsub
olmuş, atası sə Atropatena hökmdarı olmuşdur. Məhz bu səbəbdən də 
III Artaban
Atropatenada Arşakilərin kiçik qolunun banisi sayılır. O, romalıların barışmaz düşməni
olmuşdur. Beləliklə 
Atropatın
nəsli Artavazddan sonra Atropatena ilə yanaşı bütün 
İrana
 və
ona tabe olan əyalətlərə də hökmdarlıq etmişdir.
Arşakilərin Atropatenada hakimiyəət dövrünün ən yadda qalan hadisələrindən biri də 
alan
tayflarının ölkə ərazisinə yürüşü olmuşdur. Antik müəlliflərin əsərlərində allanların
Atropatenaya iki yürüşündən bəhs olunur. Allanlar eramızın 72-74-cü illəri arasında 
Xəzər
sahili əyalətlərə o cümlədən Atropatenaya da basqınlar etmişlər. Alanlar bu zaman çox geniş
bir ərazidə – 
Azov
və Xəzər dənizləri arasındakı böyük torpaqlarda yaşayırdılar. Arşakilər
sülaləsindən olan Atropatena hökmdarı Pakor da allanların hücumlarının qarşısını ala
bilməmişdi. 
Parfiya
hökmdarı Valagez (Balaş) əlacsız qalaraq bu böyük təhlükənin qarşısını
almaq üçün parflara düşmən olan Roma imperatoru Vespasiana üraciət edib kömək istədi.
Romalılar isə bu zaman 
parfların
təklifini rədd edərək allanlara qarşı vuruşmaqda onlara
kömək etmədilər.
Arşakilərin kiçik qolu 
II Artabanın
 oğlu Vanondan başlayaraq 
III Artaban
və sonra gələn
hökmdarlar Atropatenanı hərbi-siyasi cəhətdən gücləndirməyə səy göstərirdilər. Bu
hökmdarlar qüvvətli ölkələrlə ictimai-iqtisadi bəzi hallarda isə diplomatik əlaqə yaradırdılar.
Atropatena hökmdarları (e.ə. 250-ci ildən b.e. 
224
-cü ilinə kimi ) Arşakilər hakimiyyət başına
gələn dövrdən ta onların hakimiyyətinin sonuna kimi öz müstəqilliklərini qoruyub saxlaya
bilmişdilər. Lakin müxtəlif mənbələrdən Atropatena hökmdarlarının tarixin fərqli dövrlərində
az miqdarda da olsa 
Parfiya
şahlarına xərac vermələri faktları da məlumdur. Müharibə
zamanı isə öz orduları ilə düşmənlə vuruşmalı olurdular. Bunun müqabilində 
parflar
Atropatenanın daxili işlərinə qarışmır və qayda – qanunlarına toxunmurdular.
Eramızın ilk əsrləri Atropatenada 
feodal münasibətlərinin
 yaranması və güclənməsi dövrü idi.
Atropatena Sasanilərin tərkibində
226
-cı ild baş ver n tacqoyma m rasimind
Sasanil r
sülal si 
başçısı 
rd şir
Şah nşah (şahlar şahı) titulunu q bul etm kl , 
651
-ci il q d r mövcud olan 
Sasanil r dövl tinin
sasını qoydu. 


G nc dövl tin f al xarici siyas ti tezlikl  qonşu 
Bizansla
toqquşmaya g tirib çıxartdı. Artıq IV srin son rübünd bütün 
C nubi Qafqaz Bizans v Sasanil r dövl tl ri arasında nüfuz 
dair l rin  bölündü, 
Erm nistanın
 böyük hiss si, 
Albaniya
v
İberiya
 Sasanil r dövl tin birl şdirildi. Bu imperiyanın 
dastakertin – vilay tin çevril n Adurbadaqan is öz 
torpaqlarının münbitliyin v t bii s rv tl rin (başlıca olaraq 
neft, duz) gör dövl tin iqtisadiyyatında birinci d r c li rol 
oynadı; 
z rdüştiliyin
mühüm m rk zi d Adurbadaqan oldu. 
603
-cü ildə başlanan növbəti Sasani-Bizans müharibəsi 
628
-ci ilə kimi davam etdi. Tərkibində
Azərbaycan türklərinin
də olduğu sasani qoşunları 
622
-ci ilə kimi uğurla vuruşurdular; hələ
614
-cü ildə 
Yerusəlim
ələ keçirildi, 
Konstantinopol
mühasirəyə alındı və 
Misir
fəth edildi.
Ancaq 622-ci ildən vəziyyət köklü surətdə dəyişdi, belə ki, məhz bu vaxtdan 
II Xosrovun
qüvvələrinin bir hissəsi şərq sərhədinin köçərilərdən qorunmasına cəlb olundu. 
623
-cü ilin
aprelində 
Ermənistana
basqın edən 
Bizans
imperatoru İrakli 
Dvini
ələ keçirib, Adurbadaqan
ərazisinə daxil oldu; 
Qazaka
işğal edildi, buradakı 
Azərgüşnasp məbədi
isə dağıdıldı. Bunun
ardınca 
Azərbaycanın Naxçıvan

Urmiya
şəhərləri, o cümlədən Həmədan tutulub darmadağın
edildi.
Erkən sasani dövründə Adurbadaqan Sasani dövlətini təşkil edən şəhrlərdən (şəhr – ölkə və
ya vilayət deməkdir) biri idi. Sasani ənənəsinə əsaslanan ərəb qaynaqları hələ ilk Sasani
hökmdarı 
I Ərdəşirin
(
224
-
241
) Albaniya, Balasakan və Sisakan hakimlərinin şahlıq
hüquqlarını təsdiq etdiyi haqqında məlumat verir. Onun oğlu 
I Şapurun
(
241
-
272
) dövründə
imperiyanın tərkibi haqqında 
Nəqşi-Rüstəmdə
"Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki
kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran
olmayan" Adurbadaqan, 
İberiya

Ermənistan
, Sikan, 
Albaniya
, "Qafqaz dağlarına və Alban
qapısınadək" Balasakanın da adları çəkilir.
Sasanilər imperiyasına
daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən 
Azərbaycanda
aşkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan möhürlərdə) qeyd edilən
titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də müxtəlif qaynaqlardakı xəbərlər göstərir
ki, Adurbadaqan – 
Cənubi Azərbaycan
ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü
və inzibati idarəçilik qüvvədə idi.
Bu vilayətlərin hakimləri şəhriyar – "şəhr sahibləri", əyalətlərininki isə payqospan – "tərəfləri
(yerləri) qoruyanlar" adlanırdılar. 
I Şapurun
 kitabəsi bu sözlərlə tamamlanır: "...Və bütün bu
çoxsaylı şəhrləri [və onların] şəhriyar və payqospanlarını mən bizə bac verənə və rəiyyətimizə
çevirdim".


VI əsrdə 
I Xosrov Ənuşirəvanın
inzibati islahatları nəticəsində dörd iri canişinlik – "kusf
(hərfən: "tərəf, "cəhət") təsis edildi. Mənbələrin (ortafars və ərəb) məlumatına görə 
Cənubi
Azərbaycan
 "Azərbaycan kustu" adlanan Şimal canişinliyinin tərkibində idi. Buraya həmçinin
Albaniya

İberiya

Ermənistan

Balasakan

Sisakan

Rey

Gilan

Deyləm

Dəmavənd

Təbəristan
,
Ruyan (Rovan), Amul, Həmədan və Muğan da daxil idi. Son Sasanilər dövründə artıq bütün
tarixi 
Midiya
torpaqları canişinliyin tərkibində idi. Bəzi ərəb müəllifləri (ət-Təbəri) xəbər verirlər
ki, dövlətin dörd canişinliyə bölünməsi hələ 
I Xosrova
qədərki dövrdə həyata keçirilmişdi; I
Xosrov hakimiyyət başına keçən kimi Sasanilərin dörd əyalətini idarə edən dörd payqospana,
o cümlədən Adurbadaqan, Ermənistan və qonşu yerlərin payqospanı Zadoy Nahverqana
xəbər göndərmiş, dövlətin baş hərbi rəisi – spahbedin vəzifələrini dörd "kustun" spahbedləri
arasında bölüşdürmüşdü. Ərəb müəlliflərinin (ibn Xordadbeh və b.) əsərlərində böyük bir
ərazini – Sasani imperiyasının Ermənistandan Təbristanadək bütün Şimal əyalətlərini, eləcə
də talışların, xəzərlərin, alanların və b.-nın torpaqlarını idarə edən Azərbaycan spahbedi
haqqında məlumat vardır.
Cənubi Azərbaycanda Təxti-Süleymandakı Adurquşnasp od məbədində
aparılan qazıntılar
zamanı tapılan V-VII əsrlərə aid edilən bullaların təhlili göstərir ki, kust termini həmçinin
vilayət, nahiyə və ya bir neçə nahiyə mənasında da işlənirdi. Bu bullalar "Adurbadaqan tərəfin"
inzibati-ərazi hakimiyyəti quruluşunu öyrənmək baxımından da maraq doğurur. Belə ki, 
Paris
Milli kitabxanasında
 Albaniya katolikosuna aid edilən möhürdə belə bir yazı var: "Albaniya və
Balasakan vilayətlərinin (kustlarının) böyük katolikosu".
Hələ 
Arşakilər
 dövründə çox vaxt özünü idarə edən şəhərlərin idarəsinə gəldikdə, 
Sasanilər
dövründə bu şəhərlər şəhrablar tərəfindən idarə olunurdu. Adurbadaqan kustun tərkibinə daxil
olan şəhərlərin də idarəçiləri bilavasitə şahənşaha tabe olan şəhrablar idilər. Təxti-
Süleymanda aşkar edilən VI-VII əsrlərə aid bullalarda Azərbaycan şəhrabı (burada, görünür, ya
Şimal kustunun bir parçası olan bütün Azərbaycan vilayətinin, ya da vilayət paytaxtının hakimi
nəzərdə tutulur) haqqında məlumat vardır.
Siryani dini rəvayətlərində Adurbadaqan mərzbanı Tohm-Hörmüzdün, Mihran nəslindən olan
Bet-Daraye mərzbanı Şahrənin, yenə həmin nəsildən olan Albaniya və İberiya mərzbanı Piran-
Quşnaspın (onun xristian adı Qreqor olub; xristianların təqibi zamanı, 
542
-ci ildə əzablara
məruz qalıb) və b.-nın adları çəkilir. Mənbələr Sasanilər dövründə mərkəzi hakimiyyətdə
yüksək vəzifələr tuta bilmiş azərbaycanlılardan 
Rişəhr döyüşünün
iştirakçısı, Pars mərzbanı
Şəhrak haqqında məlumat verir.
Tədqiqatlardan aydın olur ki, bütün Şimal – Adurbadaqan kustunu idarə edən spahbed və
payqospandan fərqli olaraq, mərzbanlar nisbətən daha kiçik əraziyə nəzarət edirdilər. IX-X əsr
ərəb coğrafiyaşünaslarının məlumatının təhlili "böyük mərzbanlar" adlanan Adurbadaqan


mərzbanlarının iqamətgahının 
Ərdəbil

Bərdə

Dərbənd
(Bab əl-Əbvab) və bəlkə də 
Qazaka

ya Şizdə yerləşdiyini göstərir.
Miandob
 şəhərindən şərqdə Leylan kəndi rayonunda yerləşən 
Qazaka
(Qanzaka, 
madalıların
qanza sözündəndir, "sərvət, xəzinə" deməkdir), ehtimal ki, artıq 
Atropatın
zamanında dövlətin
paytaxtı oldu.
Təəssüf ki, biz ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə çox az bələdik. Yazılı
mənbələrin sayı cüzi, arxeoloji material son dərəcə azdır. Lakin həm bilavasitə qaynaqlardan
alınan sübut-dəlillər, həm də dolayı məlumatlar və fərziyyələr əsasında ümumən Atropatena
haqqında bildiklərimiz belə hesab etməyə əsas verir ki, Atropatena kənd təsərrüfatının,
sənətkarlığın, ticarətin, şəhər həyatının çox inkişaf etdiyi, yüksək mədəniyyəti, əhalisinin
Atropatena dili və yazı ənənələri olan bir ölkə idi.
Cənubi Azərbaycan
ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə
təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin
canlanmasına çox kömək etdi. Daha sonrakı məlumatlar göstərir ki, Atropatenada məbəd
torpaq sahibliyi inkişaf edibmiş. Antik müəlliflərin məlumatına görə, münbit torpaqlar maqlara
məxsus imiş. Quldarlıq da inkişaf edibmiş.
Cənubi Azərbaycan tayfalarının və xalqlarının – 
kuti

lullubi

hurri

mannalı
və başqalarının
madalılarla
qaynayıb-qarışması nəticəsində yeni bir etnos – 
Hellinizm dövründə
madalıların
üstünlük təşkil etdiyi 
atropatenalılar
etnosu təşəkkül tapdı.
Atropatena fenomeninin ümumi xarakteristikasını verərkən qeyd etmək lazımdır ki, bu dövlət
yeni şəraitdə köhnə 
Madanın
etno-mədəni ənənəsini mahiyyətcə davam etdirsə də və ətraf
aləm tərəfindən Mada kimi qavranılsa da, 
Azərbaycan
məfhumunun özü, həmçinin onunla
bağlı siyasi və etno-mədəni xarakterli hadisələr və vəziyyətlər məhz Atropatena dövründə
təşəkkül tapmağa başlamışdı.
Atropatenanın maddi mədəniyyət abidələri indiyədək çox az, kifayət olmayan dərəcədə
öyrənilmişdir. Bu, birincisi, yazılı mənbələrin azsaylı və natamam, yarımçıq, qırıq olması və
ikincisi, bu bölgənin arxeoloji cəhətdən tədqiqinin azhəcmli olması ilə izah edilir. Lakin buna
baxmayaraq, artıq indi Atropatenanın yaşayış məskənlərini və onların tiplərini, memarlıq
prinsiplərini, tikinti texnikasının üsullarını, dəfn adətlərinin tipləri, bu dövlətin pul dövriyyəsinin
İctimai münasibətlər
Mədəniyyəti


səviyyəsini və maddi mədəniyyətin bəzi başqa cəhətlərini bu və ya digər dərəcədə
səciyyələndirmək olar.
Almaniya Arxeoloji İnstitutu
 nun ekspedisiyasının 
Astara
-
Ərdəbil
bölgəsindəki kəşfiyyat işləri
Mada-Atropatenada [Parfiya] dövründə tikilmiş qalalar haqqında təsəvvür yaradır. Bu işlərin
gedişində uzun zaman ərzində, o cümlədən keramik materialın mühakimə yürütməyə imkan
verdiyi kimi, Parfiya dövründə də fəaliyyət göstərmiş bir sıra qalalar: Qaleye-Sasan, Qaleye-
Növduz, 
Ərdəbildən
 30 kilometr şimal-qərbdə olan "Qala" qeydə alınmışdır. Onların
yerləşməsində və quruluşunda bir sıra ümumi cəhətləri görmək olar. Bütün qalalar uca,
çətinliklə fəth oluna bilən təpələrdə yerləşir, iri, yonulmamış daşlardan tikilmiş güclü divarlarla,
yarımdairəvi qüllələrlə əhatələnmişdir, zəif daxili tikilişə malikdir, lakin bununla belə divarların
daxilində həmişə içməli su ehtiyatlarını mühafizə etmək üçün çən çinlilər vardı.
Bütün dövrlərdə və xüsusilə qədim zamanlarda inşaat materialının seçilməsi tamamilə ətraf
landşaftın şəraitindən asılı olmuşdur. Müxtəlif vilayətlər arasındakı iqtisadi əlaqələrin nisbətən
inkişaf etməməsi üzündən inşaat materiallarının daşınması çətin idi və buna görə də yerli
materiallara üstünlük verilirdi. Atropatenanın coğrafi şəraiti inşaat materialı kimi daşın geniş
surətdə tətbiq olunmasına yardım edirdi. Düzdür, emalı xeyli zəhmət tələb etdiyi üçün daş
(əsasən yonulmamış) ilk növbədə müdafiə xarakterli qurğuların (şəhər və qala divarları,
qüllələr, istehkamlar və s.) tikintisində istifadə edilirdi. Gil və yaxud gips məhlulu ilə
möhkəmləndirilmiş kiçik daşlar və çaydaşıları adətən bişmiş kərpicdən ucaldılan binaların
özülü olurdu. Bişmiş kərpici öz əhəmiyyətinə görə bu vilayətdə ikinci inşaat materialı hesab
etmək olar ([Zöhhak qalası|Qaleye-Zöhhak]dakı pavilyon). İctimai təyinatlı binaların memarlıq
baxımından bəzədilməsində daş, xüsusilə əhəngdaşı, qumdaşı geniş surətdə tətbiq edilirdi.
Məsələn, Qaleye-Zöhhakda olan sarayda xeyli sayda bəzək detalları qeydə alınmışdır. Burada
qarətçilik məqsədilə aparılmış qazıntılar nəticəsində binanın daş kvadratlardan tikilmiş
otaqlarından biri qismən açılmışdır.
Tikintidə ağac çox məhdud surətdə tətbiq edilirdi (damın üstünü örtmək üçün tirlər, qapının
yan taxtaları və üst tirləri və s.) və mahiyyətcə ikinci dərəcəli inşaat materialı idi.
Bişmiş kərpicdən tikilmiş qurğularda tez quruyan əhəng və ya gil məhlulu tətbiq edilirdi.
Tağların və arkaların hörülməsi texnikası aşağıdakı kimi idi: kərpiclər ya tağın mərkəzinə
radial münasibətdə yastısına yerləşdirilir, ya da dikinə qoyulmuş şəkildə hörülürdü. Qarışıq
hörgü üsulu da tətbiq edilirdi (Qaleye-Zöhhakda olduğu kimi).
Saray, məbəd binalarının, ictimai qurğuların memarlıq tərtibatının detalları, onların inşası
zamanı tətbiq olunmuş materiallar Atropatenanın kifayət dərəcədə çoxsaylı abidələrində
aşkara çıxarılmışdır. Lakin onların əksəriyyəti ya başqa məqsədlərlə aparılmış işlər zamanı, ya
da onların yeni və ən yeni dövrün qurğularında yenidən istifadə olunması gedişində qeydə


alınmışdır. Bu hal isə onların dəyərini xeyli azaldır. Çox güman ki, yalnız iki abidə Mada-
Atropatena ərazisində mövcud olmuş memarlıq prinsiplərinin az və ya çox dərəcədə tam
mənzərəsini verir: mülki xarakterli yaşayış yerinin nümunəsi kimi 
Qaleye-Zöhhak
və məbəd
qurğusu olduğu güman edilən, 
Təkab
yaxınlığında yerləşən 
Kerefto
(Karafto, Karaftu) qaya
kompleksi.
Tədqiqatçılar tərəfindən yaşayış məskənlərindən və qəbirlərdən əldə olunmuş zəngin və
rəngarəng saxsı materialı Atropatenada keramika istehsalının geniş şəkildə inkişaf etdiyini və
yerli sənətkarların-dulusçuların yüksək səviyyəli ustalığını təsdiq edir. Keramika həm
formaların müxtəlifliyi (kuzələr [çox hallarda burunlu], güldanlar, nimçələr, bardaqlar, möhtərlər
və b.), həm də məmulatın yüksək keyfiyyəti ilə seçilir. Qabların əksəriyyəti yaxşı çökdürülmüş
gildən hazırlanmış, bərabər yandırılmışdır. Qablar qırmızı, sarıya çalan açıq-qəhvəyi və yaxud
boz-qara rənglidir. Anqob və cilalama geniş surətdə tətbiq edilirdi. Qırmızı boya ilə zəncir,
həndəsi fiqur, çiçək motivləri və s. şəklində naxışlanmış qabların (əsasən kuzələrin) çoxsaylı
qrupu mövcuddur. Boyalı keramika ilə yanaşı, ştampla naxışlanmış keramik formalara da
təsadüf olunur. Minalanmış qablar ayrıca qrupu təşkil edir.
Keramika materialının artımı ilə əlaqədar olaraq keramikanın bu və ya digər qrupunun
mövcudluğunda müəyyən dövrlərin, mərhələlərin ayrılması imkanı yarandı ki, bu da, şübhəsiz,
sonralar Atropatenanın keramika məktəbinin yaranmasına gətirib çıxarmalı idi.
Hazırda Atropatena keramikasının təkamülündə iki mərhələni ayırmaq olar: erkən (e.ə. III – II
əsrlər) və son (e.ə. I əsr – eramızın II əsri) inkişaf mərhələləri.
Erkən mərhələ Madada olduğu kimi, boyalı keramikanın olması ilə səciyyəvidir. Lakin
Atropatena keramikası yerli xüsusiyyətlərə malikdir. Fərqlər həm qabların naxışlanmasında,
həm də onların profillərində müşahidə olunur.
Madanın və Mada-Atropatenanın keramika sənətləri arasındakı fərqləri qeyd edərkən
Atropatenanın özündə də boyalı qabların dekorunda ciddi yeknəsəkliyin olmasını da
göstərmək lazımdır.
Tiplərin və formaların daha əhəmiyyətli dərəcədə müxtəlifliyi sonrakı mərhələdə müşahidə
edilir. Təxminən e.ə. II əsrin ikinci yarısından etibarən hazırda 
Parfiya
dövrünün arxeoloji
obyektlərinin tarixinin müəyyən edilməsində əsas olan keramika tipi yarandı. Bu, qırmızımtıl-
qəhvəyi rəngli (variantları: oxra rəngli, qonur) keramikadır və ədəbiyyatda "clinkyware" adı
almışdır. Keramikanın bu növü Parfiya dövrünün əvvəlində meydana gələrək təqribən həmin
dövrün sonunadək mövcudluğunu davam etdirmiş, eramızın II əsrinin sonlarından tez
olmayaraq aradan çıxmışdır. Bu tipli keramikanın xüsusilə çoxlu qalıqları Qaleye-Zöhhakda
qeydə alınmşdır.


E.ə. I əsr – eramızın I əsri üçün zoomorf keramikanın mövcudluğu səciyyəvidir. Üç-dörd kiçik
ayaqcıqları olan, burun hissəsi realist və yaxud stilistik surətdə tərtib olunmuş heyvan başı
şəklində hazırlanmış qablar zoomorf keramikanı təmsil edir.
Atropatenanın qəbir abidələri indiyədək kifayət dərəcədə öyrənilməmişdir. Əslində iri gil
qablardan ibarət olan, ədəbiyyatda "
küp qəbirlər
" adını almış qəbirlərdən başqa Atropatena
ərazisindən qəbirlərin digər növləri hələlik məlum deyildir.
Küp qəbirlər təsərrüfat təyinatlı iri gil qablarda (hündürlüyü 1,50-1,80 metr, eni isə çox hallarda
1 metrdən artıq) dəfn adətinin təzahürüdür. Küp qəbirləri heç bir məzarüstü qurğulara malik
deyildir. Meyit çox zaman üfüqi vəziyyətdə olan küpün içərisində sıx bükülü vəziyyətdə küpün
boğaz hissəsinə doğru yönəlmiş halda, sağ və ya sol böyrü üstə yerləşdirilirdi. Belə bir fikir
irəli sürülmüşdür ki, kişilər sol, qadınlar isə sağ böyrü üstə dəfn edilirdi. Dəfn üçün nəzərdə
tutulmuş küpün içərisində xırda avadanlıq və bəzək əşyaları (qolbağlar, boyunbağılar, üzüklər,
muncuqlar və s.) yerləşdirilir, küpün yanında isə gil qablar qoyulurdu. Gil qabların içərisində
qırmızı və qara rəngli boyalarla, həndəsi ornamentlərlə bəzədilmiş qabları (əsasən küpləri),
içərisi oyma və ştamp bəzəklərlə naxışlanmış qara cilalı camları qeyd etmək lazımdır. Dəfn
küplərinin oriyentasiyası sərbəstdir.
Küp qəbirlər uzun müddət ərzində əsasən eramızdan əvvəlki dövrün son əsrlərinə aid edilirdi.
Lakin son zamanlar Naxçıvan ətrafında və Ağcabədi bölgəsində (Mil düzündə) tədqiq
olunmuş qəbirlər ən erkən küp qəbirlərini e.ə. VI-III əsrlərə aid etməyə imkan verir.
Atropatena ərazisindən tapılmış sikkə dəfinələri və sikkələrin ayrı-ayrı nümunələri hələ
azsaylıdır. Lakin mövcud olan sikkələr kütləsi bu dövlətin pul dövriyyəsinin səviyyəsi haqqında
təsəvvür yaratmağa imkan verir. Hellinizm dövründə Atropatena ərazisində pul dövriyyəsi
hələlik az təsadüf edilən sikkələr əsasında təsdiqlənir. Onların arasında 
Makedoniyalı
İskəndərin
 ölümündən sonra dövriyyəyə buraxılmış, 
Urmiya gölü
 yaxınlığındakı qəbirlərdən
birində aşkar olunmuş draxmanı (e.ə. III əsr) qeyd etmək lazımdır.
Atropatena ərazisində Parfiya hökmdarlarının sikkələri, əsasən draxmaları çox geniş
yayılmışdı. E.ə. I əsrin – eramızın II əsrinin draxmaları xüsusilə geniş şəkildə təmsil
olunmuşdur. Həmin draxmalar 
II Oroddan
 (e.ə. təqribən 57-37-ci illər) başlamış 
IV
Vologezədək
 (eramızın 
147
-
191
-ci illəri) dövrü əhatə edir.
Atropatena ərazisində tapılmış iki dəfinə Atropatenada pul dövriyyəsinin səviyyəsi haqqında
təsəvvür yaratmaq üçün böyük əhəmiyyətə malikdir: 
1923
-cü ildə 
Əhərdə
 tapılmış və 
I
Qotarzdan II Orodadək
 olan dövrdə buraxılmış, təxminən 600 Parfiya draxmasından ibarət
olan dəfinə və 
Azərbaycan Respublikasının Şirvan
bölgəsində aşkar olunmuş, 
II Artabandan
(
10
-
38
-ci illər) 
IV Vologezədək
olan dövrdə buraxılmış 110 draxmadan ibarət olan dəfinə.


Eramızın ilk əsrlərində Atropatenada Parfiya draxmaları ilə yanaşı məhdud miqdarda olsa da
imperator 
Avqustun
 Roma denariləri də dövr edirdi. Artıq sikkələrin bu, o qədər də tam
olmayan siyahısı Atropatenada pul dövriyyəsinin inkişaf etdiyini təsdiqləyir.Atropateniyalilar
əsasən zərdüşt idilər.
Yaşayış yerləri
Zəngin təbii-coğrafi şəraitə malik olan Atropatena ərazisi tarixən insanın formalaşmasında
dünyada ilkin məskənlərdən biri olmuşdur. Bu ərazi cəmiyyət tarixinin müxtəlif dövrlərini
özündə əks etdirən abidələr diyarıdır. 
Urmiya

Ərdəbil

Təbriz

Meşkin

Mərənd

Sərab

Miyanə
,
Marağa
, Zəncan, 
Maku

Germi
 və digər ərazilərdə dövrümüzə qədər gəlib çatan mağaralardan
tutmuş, 
Həsənlitəpə

Göytəpə
, Qaratəpə, Muğan, 
Təxti Süleyman

Mərənd

Gənctəpə
və sair
abidələr tarixiliyi, zənginlik və əzəmətinə görə indi də insanı heyran edir.
Atropatena tarixinin öyrənilməsində 
Baruc

Gənctəpə

Təxti Süleyman
, Muğan, 
Ərşə mahalı
,
Germi
 və 
Sərab
 qazıntıları zamanı aşkarlanan yaşayış yerləri böyük əhəmiyyətə malikdir.
Baruc
yaşayış yeri 
Mərənd
şəhərindən 12 km aralıda yerləşir. Ərazidən aşkarlanan qala
ərazisindən külli miqdarada maddi-mədəniyyət nümunələri əldə edilmişdir. Bu nümunələrin
tədqiqi qalanın Atropatena dövrü yaşayış yerlərindən biri olduğunu sübut etmişdir. Maraqlı
burasıdır ki, Baruc yaşayış yerindən tapılan materiallar 
Germi
və 
Ərşə mahalı
materialları ilə
tam eyniyyət təşkil edir. Ərşədən tapılan materiallar Atropatena cəmiyyətinin ictimai-iqtisadi
inkişaf səviyyəsini öyrənməyə imkan verir. Bu ərazidə tapılan 
küp qəbirlər Qafqaz Albaniyası
dövrü küp qəbirləri ilə eynidir. Bu hansı isə eyni tayfanın (mütəxəssislərin əkəsriyyəti bu
tayfanın 
skiflər
və ya 
saklar
olduğunu bildirirlər) hər iki dövlət ərazisində yaşadığını göstərir.
Germi
 qazıntıları zamanı tapılan zinyət əşyaları və saxsı məmulatı eramızın I – III əsrlərində
artıq Atropatenada sənətkarlığın yüksək inkişaf etməsini göstərir.


Meşkin
 şəhəri yaxınlığında aşkar edilmiş Sasani şahı Nersi tərəfindən yazdırılmış kitabənin də
dövrün siyasi tarixini öyrənmək üçün böyük tarixi əhəmiyyəti var. 
Ərdəbil

Maku

Sərab

Təbriz
ətrafında təsadüfən tapılmış əşyalar da Atropatena tarixinin öyrənilməsi üçün
əhəmiyyətlidir. Atropatena tarixinin öyrənilməsi sahəsində bir sıra problemlər vardır. Belə ki,
İran
 tarixçiləri ya Atropatena tarixi yoxmuş kimi sadəcə olaraq bu böyük dövlətin və xalqın
tarixinin üstündən keçmiş, ya da onu fars dövləti kimi təqdim etməyə çalışmışlar. 
Təxti
Süleyman
 istisna olmaqla Atropatena yaşayış yerlərində demək olar ki, tədqiqatlar
aparılmamışdır. 
Güney Azərbaycan
İranın tərkibində olduğundan Azərbaycan tarixçilərinin isə
ulu əcdadlarının yaratdıqları dövlətin və mədəniyyətin tarixini tədqiq etmək imkanı yoxdur.
Azərbaycan
tarixçiləri sadəcə hansısa yazılı mənbələr əsasında Atropatena tarixi üzrə
müəyyən məsələlərə aydınlıq gətirə bilmişlər.
Atropatenanın paytaxtı, qədim 
Azərbaycan
 şəhəri 
Qazakada
( bu günkü Təxti – Süleyman
xarabalıqları) alman və 
İran
arxeoloqları tərəfindən 8 il müddətində qazıntı işləri aparılmışdır.
Həmin qazıntılar zamanı aşkara çıxarılmış bir sıra möhtəşəm memarlıq abidələrinin qalıqları,
eləcə də digər maddi mədəniyyət nümunləri Atropatena mədəniyyətinin müəyyən tərəflərinin
öyrənilməsinə imkan yaradıb.
Təxti Süleyman 
Güney Azərbaycanda Urmiya gölünün
Cənub-Şərqində 
Əfşar mahalında
yerləşir. Bu ərazi Cənub-Şərqdən Zəncan, Şimal-Qərbdən 
Marağa
, Qərbdən 
Kürdüstanın
Sənəndəcvə Bicar
şəhərləri ilə həmsərhəddir. Bu ərazidə arxeoloji qazıntılar aparılmasında iki
məqsəd güdülürdü:
1. 
Parfiya
və 
Sasanilər
imperiyası zamanında Atropatenanın paytaxt şəhəri olan 
Qazakada
tarixi mənbələrdə tez – tez adı çəkilən və atəşpərəstlərin ən məşhur məbədi olan
Azərgüşnap məbədini
tapmaq.
2. 
Azərgüşnap məbədinin yeri haqqında mütəxəssislər arasında yaranan mübahisələrə son
qoymaq.
Bizans
 tarixçisi 
Mitenli Feofana
(
750
-
817
) görə 
Kiçik Asiyada Lidiya
şahı Krzesin xəzinəsinə
oxşar 
Azərgüşnasp məbədinin
külli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət
edilmişdir. 
Həmdullah Qəzviniyə
 görə 
monqolların
dövründə 
Abaqa xan
orda olan sarayın
təmir edilməsini əmr etmişdir. Atəşgahın yerində məscidin tikilməsi üçün istifadə olunan
kaşılar da bunu isbat edir.
Təxti Süleymandakı
 qala (
Şiz qalası
) ellips şəklində 12 min kvadrat metrə bərabər olmaqla
Şimaldan cənuba uzunluğu 400 metrə, Şərqdən Qərbə isə 300 metrə bərabərdir.
Qazaka
 şəhərini əhatə edən 
Şiz qalasının
qalıqları


Dairəvi formada olan şəhər divarları 1120 metr uzunluğundadır. Divarlar 3,9 metr enə və 13
metr hündürlüyə malikdir. Qala dəniz səviyyəsindən 2450 m yüksəklikdə olub, ətrfındakı
ərazilərdən 18-20 metrə qədər yüksəklikdə yerləşmişdir. Şəhər divarları yonlumuş kiçik daşlar
və əhənglə tikilmişdir. Həmçinin divarlar səliqə ilə yonulmuş daşlardan üzlük də çəkilmişdir.
Atropatenada zərdüştilik
Qədim atropatenalılar Zərdüştün yaratdığı Zərdüştülük dininə sitayiş edirdilər.Güman etmək
olar ki, artıq e.ə. I minilliyin ilk əsrlərində Qərbi Madada, xüsusilə gələcək Kiçik və yaxud
Atropat Madası zonasında müxtəlif mazdaist təlimlər yayılmışdı. Burada və ona qonşu olan
ərazilərdə təxminən həmin minilliyin başlanğıcında gənc 
Avesta
inamları ocaqlarının mövcud
olduğunu ehtimal etmək olar.
Lakin bizə o da məlumdur ki, artıq Atropatena dövlətinin mövcudluğunun ilk onilliklərində bizi
maraqlandıran ərazidə, Şərqin digər Hellinist dövlətlərində olduğu kimi, yunan-makedon
işğalçıları tərəfindən gətirilmiş müxtəlif yunan ayinləri, xüsusilə Herakla sitayiş də yayılmışdı.
Avestaya gəldikdə göstərmək lazımdır ki, bu abidənin bizə gəlib çatmış nüsxəsi Sasanilər
dövründə dövlət dini kimi elan olunmuş "Avesta" məcmuəsinin bir hissəsidir.
Belə güman edirlər ki, Sasanilər sülaləsinin hakimiyyəti dövründə, 
Avesta
bir neçə dəfə – III,
IV, hətta VI və VII əsrlərdə kodifikasiya edilmişdir. Hesab edirlər ki, məhz zərdüştiliyin intibahı
dövrü olan 
Sasanilər
hakimiyyəti zamanında Avestanın müqəddəs mətnlərinin daha dəqiq,
incə çalarlarını ifadə edən yazılışı üçün pəhləvi əlifbası (öz mənşəyi etibarilə 
arami yazısına
gedib çıxır) əsasında xeyli miqdarda işarələri olan xüsusi şrift yaradılmışdı (bu isə tələffüzü
daha dəqiq çatdırmağa imkan verirdi). Nüfuzlu tədqiqatçıların fikrincə, bu şrift birdəfəlik fərdi
yaradıcılığın nəticəsi idi. Maraqlıdır ki, bu hadisə 
gürcü

erməni
və 
alban
əlifbalarının meydana
gəldiyi bir zamanda baş vermişdir.
Avestanın
kanonlaşdırılmış mətni pəhləvi (Sasani İranının yazı dili – orta fars dili) dilinə
tərcümə və şərhlə təchiz edilmişdi.
Atropatenada xristianlıq
Adurbadaqanda xristianlıq haqqında ilk yazılı qeyd 
420
-ci ildə katolikos Yabalahın dövründə
(
415
-
419
) çağırılmış sinodun aktlarında qorunub saxlanmışdır. Lakin bu faktın özü
xristianlığın burada mövcud olan çoxdankı ənənələri haqqında ehtimal yürütmək imkanını
verir; belə ki, yeni dinin yayılması üçün zəmin olmayan yerdə yepiskopluq yarana bilməzdi.
Atropatenada din


Albaniyada
, eləcə də indiki 
Gürcüstan
və 
Ermənistan
ərazisində olduğu kimi, Adurbadaqanda
da xristian kilsəsi feodal münasibətlərinin yarandığı dövrdə meydana çıxmışdır
[31]
.
Mənbələrdə "ilk Şərq" həvarisi adlanan 
Müqəddəs Fomanın
artıq e. ilk əsrində 
midiyalılar

farslar
arasında dini təbliğat aparması haqqında faktlar az deyil. 
İsanın
meracının ikinci ilində,
o, 
Hindistana
gedərkən, yolüstü parfiyalılar, midiyalılar, farslar, baktriyalılar, markianlar
arasında təbliğat aparmışdı. Siryani mənbələrinin yazdığına görə, Gilan əhalisi xristianlığı
həvari Addaydan qəbul etmiŞdi, 
Deyləmdə
isə artıq 
224
-cü ildə yepiskopluq vardı.
"Yeni əhd" ("Əhdi-cədid") kitabları iudaizmin mərkəzi olan 
Yerusəlimi
xristianlığın beŞiyi
adlandırırlar; bu dini təriqətin ilk nümayəndələri də iudaistlər arasından çıxmış, xristianlıq
özünün erkən dövründə məhz onlara dayaqlanmışdı.
Müasir 
Azərbaycanda
 və Cənubi Qafqazın başqa yerlərində xristianlığın qəbulu iudaistlərin bu
yerlərdə çoxdan bəri məskunlaşması ilə sıx bağlıdır. Mənbələrin məlumatına görə, hələ 
II
Sarqon
 (e.ə. 722-705) dövründə Şimal israillilərinin bir hissəsi 
Midiyaya
, Atropatenaya və b.
yerlərə gəlib çıxmışdılar.
Erkən xristianlığın təbliğatı Suriyada, daha sonra isə Şərqin başqa yerlərində uğurlu idi, belə ki,
təbliğat arami dilində arami dilli əhali arasında aparılırdı. Ən əvvəl xristianlıq 
Kiçik Asiyada

Suriyada
 yayıldı, 
Antakiya
(Antioxiya) şəhəri isə xristianlığın iri mərkəzlərindən birinə çevrildi.
Məhz Antakiya kilsəsindən xristianlıq həvari 
Müqəddəs Pavelin
vasitəsilə Kiçik Asiyaya, 
Kiprə
,
Yunanıstana
yetişdi, daha sonra isə bir qədər əvvəl həvari 
Müqəddəs Fomanın
təbliğatına
məruz qalmış parfiyalılar arasında yayılmağa başladı. Eramızın II əsrində 
Osroyena

Edessada
(ər-Ruha) kilsə təşkil olundu. Daha sonra xristian təbliğatı Farsa, 
Midiyaya
,
Baktriyaya
 doğru hərəkət edərək, nəhayət, 
Hindistana
yetişdi.
Kesariyalı Evseviyin
 "Kilsə tarixi"nin III kitabında və 
Sokratın
"Sxolastika"sında əks olunan
köhnə rəvayətə görə, həvarilik nəsibi Fomaya Parfiyada, İsanın digər şagirdi Varfolomeyə isə
Hindistanda qismət olmuşdur. Parfiyalılar, midiyalılar, elamlılar arasında xristian təbliğatı
yayan Varfolomey farsların və məcusların yaşadıqları yerlərə, oradan isə Ermənistana
getmişdi.
İsa
 peyğəmbərin digər şagirdi, 
İncilin
 müəlliflərindən biri hesab edilən həvari 
Müqəddəs
Matfey
 Ekbatan (qədim Həmədan), 
Rey
 və Damağanda təbliğat aparmışdı. 
Babilistanda
xristianlığı yaymağa çalışan həvari 
Müqəddəs Pyotrdan
 sonra həvarilərdən 
Müqəddəs
Faddeyin
 şagirdi Axay burada dini təbliğatı davam etdirmiş, 
Edessaya
 qayıtdıqdan sonra öz
yerinə müəllimi Faddeyin başqa bir şagirdi, Selevkiyə – 
Ktesifon
şəhərində yepiskop
kafedrasının təsisçisi sayılan Marini təyin etmişdi. Bu kafedra öz əhəmiyyətinə görə o dövrün
xristian dünyasında mühüm yer tutur, onun yepiskopları isə Roma, 
Antakiya

İsgəndəriyyə

Karfagen
yepiskopları ilə bir səviyyədə sayılırdı.


Parfiya
 və Sasani dövlətlərində (o cümlədən Adurbadaqanda) xristian icmaları təkcə 
İncil
təliminin yayılması hesabına deyil, bu ərazidə çoxdan bəri yaşayan xristian-suriyalılara görə
yarandı. Sasanilərin fəal xarici siyasəti nəticəsində xristian əhalisi olan torpaqların (
Suriya
,
Kilikiya

Kappadokiya
) işğal edilməsi də imperiyanın xristian əhalisinin sayını artırdı. İşğal
edilmiş yerlərdən müxtəlif sənətkarların imperiyanın başqa şəhərlərinə köçürülməsi siyasəti
də Sasanilər dövləti ərazisində xristian əhalinin sayının artmasına səbəb oldu.
Katolikosun oturduğu Ktesifon şəhərinin yerləşdiyi Bet Arameye (Qədim 
Babilistan
)
imperiyanın əsas vilayəti idi. Bundan sonra iyerarxiya sırası ilə arxiyepiskopluqlar gəlirdi.
Mənbələr 
Ərbil
, Həzz, Aşur və 
Mosul
arxiyepiskopuna tabe olanlar sırasında 
Azərbaycan
yepiskopunun da adını çəkirlər. Bu arxiyepiskop katolikosun seçilməsi və təyin edilməsində
iştirak edən arxiyepiskoplar sırasında idi. Siryani mənbələrin məlumatına görə, Arran
(
Albaniya
) yepiskopluğu belə hüquqa malik deyildi.
484
-cü ildə çağırılmış Bet Lapat (Cundişapur, sonralar Şahabad) məclisində Sasani dövlətinin
xristian kilsəsi nestoriliyi qəbul etdi.
Bu təriqətin əsasını qoyan Antakiya keşişi Nestorinin 
428
-ci ildə 
Konstantinopol
patriarxt
seçilməsi yerli kilsə xadimlərinin, eləcə də 
İsgəndəriyyə
kilsəsinin narazılığına səbəb olmuşdu.
Antakiya ilahiyyat məktəbinin ardıcılı olan Nestori ortodoksal xristianlıqla konfliktə girərək bu
məktəbin təlimini təbliğ edirdi. Onun patriarxlığı dövründə 
İsanın
təbiəti haqqında başlanan
mübahisələrdə Nestori İsada ayrı-ayrılıqda insan və ilahi təbiətlərin mövcud olduğunu qəbul
edirdi. Onun fikrini Asiya, Pont və Suriya yepiskopları müdafiə edirdilər. 
Suriya
əhalisi
Qaraköbər
 yaşayış yerindən aşkarlanmış Atropatena dövrünə aid boyalı qab (
Azərbaycan Tarix Muzeyi
)


Nestorinin təlimini vergi zülmünə qarşı etirazlarına bayraq etdilər. Bizansda təqib edilən
nestorilər Şərqə qaçdılar. 
İran
xristianlarının 
Edessada
təsis etdikləri məktəb onların
sığınacağı, sonralar isə təlimlərinin başlanğıc yeri oldu. Bu məktəbdə 
Sasani imperiyasının
hər
yerindən, o cümlədən, görünür, 
Azərbaycandan
gəlmiş xristian balaları təhsil alırdılar.
Mənbələrin məlumatına görə 
Albaniyanın
da daxil olduğu Adurbadaqan kustunun
(canişinliyinin) tarixi 
Azərbaycana
aid ərazisində Şərqi 
Suriya
kilsəsinin aşağıdakı
yepiskopluqları vardı: 
Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə