Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix29.12.2022
ölçüsü0,76 Mb.
#98047
1   2   3   4
Atropatena — Vikipediya


Partav
– V əsrdən, 
Paytakaran
– VI əsrdən, Adurbadaqan – V əsrdən,
Qanzak
– V əsrdən, 
Urmiya
– IV əsrdən, 
Salmas
 – XIII əsrdən, 
Marağa
– XIII əsrdən, 
Təbriz

XIII əsrdən, 
Uşnu
– XIII əsrdən, Muğan – VIII əsrdən, 800-cü ildən isə 
mitropoliya
.
Azərbaycanda
xristianlıq haqqında ən erkən məlumat verən V əsrin əvvəllərinə dair, yuxarıda
adını çəkdiyimiz, sinod sənədlərində katolikos Mar Yabalaha dini cəhətdən tabe olan vilayətlər
sırasında Arran, Azərbaycan, İberiya və Ermənistan da vardır.
Mənbələr V-VII əsrlərdə Adurbadaqanda yepiskopluq etmiş bir neçə kilsə xadiminin adlarını
çəkir. Bunlardan "Qanzakın və Adurbadaqanın" yepiskopu Osiy (Yelisey) 
486
-cı ildə patriarx
Akak tərəfindən çağırılmış kilsə məclisində iştirak etmişdi. Məclisdə qəbul edilmiş aktı
imzalayanlar arasında onun da qolu var: "Mən Adurbadaqanda olan Qanzakın yepiskopu Osiy,
burada yazılanlarla həmrəyliyimi bildirir, öz qolumu və möhürümü qoyuram".
Osiydən sonrakı yepiskoplardan İohannın imzasını katolikos I Mar Abanın (
536
-
552

544
-cü
ilə aid məktublarında görmək olur. O zaman I Mar Aba Adurbadaqan rustaqlarından olan
Peraxravarın (Burxuvarın) bir kəndində sürgündə idi. 
549
-
550
-ci ilin qışında obu kəndi tərk
edərək, 
I Xosrovun
hüzuruna yollanmışdı. Onu Adurbadaqan yepiskopu İohann müşayiət
edirdi. İohanndan sonra Melxisidək Adurbadaqan yepiskopu olmuşdur. 
544
-cü ildə Mar İosifin
(
552
-
567
) patriarxlığı dövründə çağırılan sinodun qərarlarını imzalayanlar arasında onun da
adı vardır.
Adurbadaqan yepiskopu Xenanişo 
605
-ci ildə Qriqorinin katolikos seçkisində iştirak etmişdir.
Yerli də olsa, görünür, sonralar yaranmış ənənəyə görə 
Urmiya
şəhəri ərazisində hələ
apostolların vaxtında xristianlıq meydana gəlmişdi. Rəvayətə görə, bu şəhərdə hələ 165-ci ildə
tikilmiş Mart Məryəm ("Xanım Məryəm") kilsəsi var idi. Lakin mənbələrdə bu gün də əllidən
artıq nestori kilsəsinin olduğu 
Urmiya
ətrafı ərazidə, eləcə də Uşnu, 
Salmas

Sulduz

Marağa
və 
Təbriz
xristian kilsələri haqqında mötəbər məlumat yalnız XIII əsrə aiddir.
Mənbələr VI əsrin birinci yarısında 
Qazaka
yepiskopluğu ilə yanaşı, 
Paytakaran
yepiskopluğunun da adını çəkirlər. Tarixən məlumdur ki, V əsrin sonunda, alban hökmdarı 
III
Vaçaqanın
 hakimiyyəti illərində Paytakaran alban vilayəti olur, VI əsrdə isə burada alban
katolikosluğunun tabeçiliyində olan yepiskopluq yaradılır. Albaniya katolikosu 
Ter Abasın
(
551
-
596
) patriarxlığı zamanı Paytakaranın yepiskopu Timofey olmuşdu. Mənbələrin


məlumatına görə, bu dövrdə 
Cənubi Qafqazda
, o cümlədən Albaniyada 
nestorilik
təlimi geniş
intişar tapır; hətta 
alban katolikosluğu
bu təlimə qarşı mübarizə aparmaq məcburiyyətində
qalır. Mənbələr bu dövrdə Paytakaranda nestori təliminin tərəfdarı olan yepiskopluğun
yaranması haqqında məlumat verir, bu təlimin ardıcıllarının çağırdığı 
544
-cü il sinodunun
aktlarına qol çəkən iki Paytakaran yepiskopu – İohann və İakovun adlarını çəkirlər.
Nestori təliminin ardıcılı olan katolikos I Timofeyin (
780
-
825
) cəhdi ilə VIII əsrin lap sonlarında
Muğanda da yepiskopluq təsis edildi. Rahib İliya yepiskop seçildi. Mənbədəki məlumata görə,
yepiskopluğu qəbul edən İliya ticarət karvanına qoşulub Muğana yola düşdü. Qatı zahid və
tərki-dünya olan Mar İliya sərt həyat keçirir, adamboyu komada yaşayırdı; ev əşyalarından
yemək üçün saxladığı quru çörək qabıqlarını yığmaq üçün sınıq qabı və gil dolçası var idi.
Onun hətta yatacağı da yox idi. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli
mətləbləri anlamaq ümidi ilə özünə cismani əziyyət vermək, dünya nemətlərindən imtina
etmək və yarıac qalmaq kimi tərki-dünyalıq geniş inkişaf etmişdi.
İliyanın cəhdləri ilə Muğan əhalisi xristianlığı qəbul etdi. Mənbənin yazdığına görə, "...onlar
cah-calallı kilsə binasının tikintisinə başladılar, sər-sahman işlərinə Mar İliyanın özü başçılıq
edirdi. O, çoxlarını xaç suyuna çəkdi, onlar üçün keşiş və dyakonlar təyin etdi, zəbur surəsini
yazdı. Getdikcə onlar (xristianlar)... çoxaldılar".
Atropatena tarixi haqqında Sasani hökmdarı 
I Şapur
(
240
-
270
) tərəfindən Kəbeyi Zərdüştdə
yazılmış kitabədən qədim yazılı mənbə aşkar edilməmişdir.Yunan və 
latın dilində
olan antik
dövr mənbələri Atropatena, onun əhalisi və sairə ilə bağlı nisbətən ətraflı məlumat vardır. O
cümlədən 
Herodot
, Miletli Hekatey, 
Strabon
, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində
Atropatena haqqında məlumatlara təsadüf edilir.
Miletli Hekatey (e.ə. VI-V əsrlər) "Yerin təsviri" adlı əsərində Atropatena ərazisində yaşayan
tayfalar (xüsusilə 
maqlar
) haqqında maraqlı məlumatlar vermişdir. 
Skiflərin
və 
kimmerlərin
Əhəmənilər dövlətinin
 satraplıqlarına (Atropatena ərazisinə) yürüşləri haqqında olan
məlumatlara 
Herodotun
(e.ə.484-425) "Tarix" əsərində rast gəlinir. Atropatena haqqında ilk
dəfə ətraflı məlumat verən Amasiyalı 
Strabon
(e.ə. I əsr – b.e. I əsri) olmuşdur. Strabon
Atropatenanın ərazisi, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti,
qoşunları, adət və ənənələri barədə məlumat vermişdir.
İran
 tarixçilərindən Cəmaləddin Fəqih, Cavad Məşkur, Əli Sami, Əbülfəzl Nəbii, Rəhim
Hüveyda, Seyid 
Əhməd Kəsrəvi
, Seyid Həsən Tağızadə, Səid Nəfisi, ədəbiyyatçılardan
Purdavud İbrahim, Məhəmməd Müin, arxeoloqlardan Mahmud Rad, Əli Hakimi, Əliəkbər
Sərəfraz və başqaları İran tarixi ilə yanaşı, 
Azərbaycanın
da qədim dövr tarixi ilə bağlı
Atropatena tarixinə dair qaynaqlar


müəyyən araşdırmalar aparmış və fikir bildirmişlər. Bu tədqiqatçılar öz əsərlərində
Atropatenanın sərhədləri, faydalı qazıntıları, şəhərləri, tarixi coğrafiyası, sakinlərinin etnik
tərkibi, dili, dini görüşü, maddi mədəniyyəti, habelə siyasi tarixi haqqında məlumat vermişlər.
XIX əsrin sonu, XX əsrin əvvəllərində A.Kristensen 
Sasanilər
dövrü haqqında bütün mənbələri
gözdən keçirib fundamental tədqiqat əsəri yazmışdır. A.Kristensen həmin əsərində 
Sasanilər
imperiyası
 tərəfindən tabe edilərək kusta çevrilən Atropatena haqqında da bir sıra dəyərli
məlumatlar vermişdir.
Görkəmli şərqşünaslardan N.V.Piqulevskaya, M.M.Dyakonov, İ.M.Dyakonov, V.Q.Lukonin,
A.Q.Perixanyan, Z.İ.Yampolski, Ə.S.Sumbatzadə, 
F.M.Məmmədova

K.H.Əliyev

A.H.Fazili
,
T.M.Məmmədov, S.Y.Qasımova və başqaları Atropatena tarixinin bir sıra problemlərinə dair
tədqiqat işləri aparmışlar.
Məhəmmədhəsən xan Marağayi
yazır: "Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki,
Böyük İskəndərin
dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan
şahları eramızın otuzuncu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. 
Parfiya
şahı Azərbaycan şahının 
Mark Antoniyə
kömək göstərdiyini bəhanə edərək Azərbaycan ərazisinə
hücum edib qələbə çalmışdır."
Məhəmmədhəsən xanın dediyindən belə bir nəticə çıxır ki, 
Atropatidlər
sülaləsi təxminən 358
il (eramızdan əvvəl 328-ci ildən eramızın 30-cu ilinə kimi) hakimiyyətdə olmuşdur. 
Abdulla
Fazili
 də bu fikrə tərəf çıxaraq qeyd edir ki, bu fikri təsdiqləyən başqa mənbələr də var. Belə ki,
Strabon
öz yaşadığı dövrdə bu sülalənin hakimiyyətdə olmasına işarə etmişdir. Digər tərəfdən
Məhəmmədhəsən xanı İranın digər tarixçilərindən fərqləndirən cəhət həmin dövrdə
Azərbaycanda mövcud olan müstəqil dövləti 
İran
dövləti hesab etməməsidir.
Atropatidlər sülaləsinin son taleyi haqqında 
Səid Nəfisi
yazır: "
Parfların
dövründə Atropaten
əyaləti bir müddət daxili müstəqilliyə sahib olmaqla bərabər parfiyalılardan asılı idi. Beləliklə,
eramızın II əsrinin yarısına qədər öz istiqlaliyyətini qoruyub saxlaya bilmişdir. Eramızın II
əsrindən etibarən bu əyalət Azərbaykan adlanaraq, 
Sasanilərin
son dövrünə qədər bu adı
daşımışdır. Bundan sonra eramızın V əsrindən etibarən Suriya yazıçıları onu Azərbaycan
adlandırmışlar. Bu söz 
ərəb dilində
Azərbican, sonra isə Azərbaycan olmuşdur".
Səid Nəfisi daha sonra yazır: "Çox ehtimal ki, Sasanilər dövründə bir neçə ən mühüm
atəşgahın bu əyalətdə olması ilə əlqədar olaraq Azərbaycan 
Zərdüştün
vətəni kimi
tanınmışdır".
Atropatena tarixinə dair düşüncələr


Müəllif fikrini belə ifadə edir: "Ehtimal ki, eramızın 227-ci ilndən etibarən bu ərazi Sasanilərin
nüfuz dairəsinə daxil edildikdən sonra İranın Şimal-Qərb hissəsinə bütövlükdə Azərbaycan adı
verilmişdir. Belə ki, ora VI əsrdən 
Nəsturilərin
 dini mərkəzi olmuş və Suriya mənbələrində də
bu ərazi Azərbaycan kimi adlandırılmışdır. Abbasi xəlifələrinin dövründə də bu əyalət
Azərbaycan adlanırdı".
Abdulla Fazili isə qeyd edir ki, Səid Nəfisinin Atropatenanın siyasi həyatı ilə bağlı irəli sürdüyü
fikirlərlə razılaşmaq olar. Çünki bu dövlət Makedoniyalı İskəndərin ölümündən 
ərəblərin
yürüşünə qədər öz müstəqilliyini formal olsa da saxlaya bilmişdi. Sasanilər dövründə
Azərbaycanın istər dini mərkəz olması, istərsə də təbii-coğrafi mövqeyi onun daha da
şöhrətlənməsinə səbəb olmuşdur. Bu haqda A.Kristensen yazır: "Burada olan atəşgah 
Ərdəşir
tərəfindən təmir edilərək əsas ziyarətgaha çevrildi".
Sasani şahlarının tacqoyma mərasimi zamanı paytaxt 
Mədaindən
Azərbaycanın paytaxtı
Qazakaya
piyada gəlmələri də o dövrdə Azərbaycanın dini mərkəz olmasını sübut edir.
Алиев И. Очерк истории Атропатены. Баку, 1989.
Bosworth, C.E. "Azerbaijan IV: Islamic History to 1941", Encyclopaedia Iranica, vol. 3.1,
London: Routledge & Kegan Paul, 1989.
de Planhol, X. "Azerbaijan I: Geography", Encyclopaedia Iranica, vol. 3.1, London: Routledge
& Kegan Paul, 1989.
Frye R.N. The History of Ancient Iran. München, 1983.
Schippmann, K. "Azerbaijan III: Pre-Islamic History". Encyclopaedia Iranica, vol. 3.1.
London: Routledge & Kegan Paul, 1989.
Abdulla Fazili – Atropatena, Bakı, 1993
Prof. M. T. Zehtabi – İran türklərinin əski tarixi, II cild, Tehran, 1998, səh 326
1. 
Benveniste E. Le nim de la ville de
Ghazna. JA, 226, 1935
2. 
Nweeya, Samuel K. 
Persia, the Land of
the Magi Or the Home of the Wise Men
(http://books.google.com/books?id=Ho
sNAAAAIAAJ&pg=PA79)
(ingiliscə)
.
Philadelphia: The John C. Winston Co.
1913. səh. 79. "the Caspian Sea and
Ədəbiyyat
İstinadlar


Ghilan bound it on the northeast, and
Kurdistan on the southeast"
3. 
Susan M. Sherwin-White, Amélie Kuhrt,
"From Samarkhand to Sardis: a new
approach to the Seleucid Empire",
University of California Press, 1993. pg
78: – " The independence of the area
Media Atropatene, named after
Atropates, satrap of Media under Darius
and Alexander (now Azerbaijan), under
local Iranian dynasts, was pre-Selecuid"
4. 
Azərbaycan Milli Elmlər Akademiyası,
A.Bakıxanov adına Tarix İnstitutu.
Azərbaycan tarixi. Yeddi cilddə. Bakı.
"Elm". 2007. Cild I, səh 217
5. 
Richard J. A. Talbert. Barrington atlas of
the Greek and Roman world: map-by-
map directory, Volume 2. – "The modern
name Azerbaijan derives from
Atropatene"

"Chaumont, M. L. "Atropates",
Encyclopaedia Iranica, vol. 3.1, London:
Routledge & Kegan Paul, 1989" (http://w
ww.iranica.com/newsite/index.isc?Articl
e=http%3A%2F%2Fwww.iranica.com%2
Fnewsite%2Farticles%2Funicode%2Fv3f
1%2Fv3f1a020.html)
. 2012-01-21
tarixində 
arxivləşdirilib (https://web.arch
ive.org/web/20120121221421/http://w
ww.iranica.com/newsite/index.isc?Articl
e=http%3A%2F%2Fwww.iranica.com%2
Fnewsite%2Farticles%2Funicode%2Fv3f
1%2Fv3f1a020.html)
. İstifadə tarixi:
2010-06-01.
7. 
Q. Qeybullayev – Azərbaycan türklərinin
təşəkkülü tarixindən, Bakı, 1994

Süleyman Əliyarlı. Azərbaycan tarixi.
Bakı: Çıraq. 2009. səh. 81.
9. 
Erix Fayql – İpək yolu üzərində qədim
Odlar Yurdu – Azərbaycan Tarixi, Bakı,
2009
10. 
A. Fazili – Atropatena, Bakı, 1993
11. 
А. С. Сумбатзаде "Азербайджанцы —
этногенез и формирование народа"
Баку, Элм, 1990 г.
12. 
Дьяконов И. М. История Мидии: От
древнейших времен до конца IV в. до
н. э., Москва — Ленинград, 1956
13. 
Strabon, XI, 7, 1
14. 
Fərhənqe coğrafiye İran. I—XII
cildlər(farsca)
15. 
Гейбуллаев Г. А. К этногенезу
азербайджанцев, том 1. Баку, 1991
1 . 
"Encyclopedia Iranica, s.v. Azernbaijan"
(http://www.iranica.com/newsite/index.i
sc?Article=http%3A%2F%2Fwww.iranic
a.com%2Fnewsite%2Farticles%2Fv3f2%
2Fv3f2a088a.html)
. 2012-01-21
tarixində 
arxivləşdirilib (https://web.arch
ive.org/web/20120121221801/http://w
ww.iranica.com/newsite/index.isc?Articl
e=http%3A%2F%2Fwww.iranica.com%2
Fnewsite%2Farticles%2Fv3f2%2Fv3f2a0
88a.html)
. İstifadə tarixi: 2010-06-01.
17. 
"проф. Энаят-Олла Реза,
Азербайджан и Иран. Глава 6" (http://
az-ar.narod.ru/az-ar_9.html)
. 2013-04-
20 tarixində 
arxivləşdirilib (https://web.a
rchive.org/web/20130420225907/htt
p://az-ar.narod.ru/az-ar_9.html)
.
İstifadə tarixi: 2010-06-01.


Atropatidlər
Atropat
Azərbaycan idarəçiləri
Atropatena Arşakiləri
Qazaka
Azərgüşnasp məbədi
1 . 
"История Востока. Т.2 Глава V Между
монголами и португальцами (Азия и
Северная Африка в XIV—XV вв.)
Закавказье в XI—XV вв" (http://www.k
ulichki.com/~gumilev/HE2/he2510.ht
m)
. 2013-03-14 tarixində 
arxivləşdirilib
(https://web.archive.org/web/20130314
163135/http://www.kulichki.com/~gumi
lev/HE2/he2510.htm)
. İstifadə tarixi:
2010-06-01.
19. 
"проф. Энаят-Олла Реза,
Азербайджан и Иран. Глава 7" (http://
az-ar.narod.ru/az-ar_10.html)
. 2013-
04-20 tarixində 
arxivləşdirilib (https://we
b.archive.org/web/20130420225925/htt
p://az-ar.narod.ru/az-ar_10.html)
.
İstifadə tarixi: 2010-06-01.
20. 
Herodot, III, 92
21. 
Strabon, XI, 8, 4
22. 
Strabon, XI, 7, I
23. 
Polibi,V,55
24. 
Strabon,XI,13,2,3
25. 
İbn Haqvəl,Surət əl-ərz,Tehran,1345
2 . 
Strabon, XI ,13
27. 
F. Məmmədova – Qafqaz Albaniyasının
siyasi tarixi və tarixi coğrafiyası, Bakı,
Elm, 1986, səh 124.
2 . 
Гейбуллаев Г. А. К этногенезу
азербайджанцев, том 1. Баку, 1991.
29. 
Q. Qeybullayev – Azərbaycan türklərinin
təşəkkülü tarixindən, Azərbaycan Dövlət
Nəşriyyatı, Bakı, 1994, səh 133
30. 
Фазили А. Борьба атропатенцев
против римских захватчиков (36 г. до
н.э.). Проблемы античной истории и
культуры, т. 1, Ереван, 1979
31. 
Azərbaycan tarixi (yeddi cilddə), Bakı,
2007, II cild, səh 113
Həmçinin bax


Sonuncu redaktə 2 ay əvvəl İchigo solos
 tərəfindən edilib
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=Atropatena&oldid=6733096
"

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə