TariXİ MƏlumatlar


Ərəblərlə xürrəmilər arasında baş vermiş döyüşlər



Yüklə 331,01 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix09.03.2018
ölçüsü331,01 Kb.
#31022
1   2   3   4   5   6   7   8

 

6

 



Ərəblərlə xürrəmilər arasında baş vermiş döyüşlər 

829 

I Həştadsər döyüşü. Xürrəmilərin  ərəb ordusunu məğlub etməsi. 



830 

I Həmədan döyüşü. Xürrəmilərin  ərəb ordusunu məğlub etməsi. 



833 

II Həmədan döyüşü. Xürrəmilərin ilk dəfə məğlub olması. 



836 

II Həştadsər döyüşü. Xürrəmilərin  ərəb ordusunu məğlub etməsi. 



837   

Bəzz döyüşü. Xürrəmilərin ərəb ordusuna məğlub olması. 



Səlcuq və Atabəylər tarixinə aid  döyüşlər 

1040 

Dəndənəkan döyüşü. Səlcuqların Qəznəviləri məğlub etməsi. 



1071 

Məlazgird döyüşü. Səlcuqların Bizans ordusunu məğlub etməsi. 



1121 

Didqori döyüşü. IV Davidin Tiflis Müsəlman əmirliyini məğlub etməsi. 



1161 

I Həmədan döyüşü. Şəmsəddin Eldənizin İraq Səlcuq sultanlığının varislərini  müdafiə edən Əmir 

İnancı məğlub etməsi. 

1190 

II Həmədan döyüşü. Qızıl Arslanın sultan III Toğrula qalib gəlməsi. 



1194 

Şəmkir  və  Beyləqan  döyüşləri.  Şivanşahlarla  gürcü  qoşunlarının  Atabəy  Əbu-Bəkrin  qoşunlarını 

məğlub etməsi. 

Qaraqoyunlu tarixinə aid  döyüşlər 

1387 

Çapaqçur döyüşü. Qara Məhəmmədin Əmir Teymurun hərbi qüvvələrini məğlub etməsi. 



1394 

Bağdad döyüşü. Teymurilərin cəlari və Qaraqoyunlu qüvvələrini məğlub edilməsi. 



1406 

I Şənbi-Qazan döyüşü. Qaraqoyunlu Qara Yusifin teymuri Əbu-Bəkri məğlub etməsi. 



1408 

Sərdurud  döyüşü.  Qara  Yusifin  teymuri  Miranşahı  məğlub  etməsi  və  teymuriləri  Azərbaycandan 

tamamilə çıxarması. 

1410 

II Şənbi-Qazan döyüşü. Qara Yusifin Cəlairi Sultan Əhmədi məğlub etməsi  



1412 

Kür çayı sahili döyüşü. Şivanşah I İbrahimin Qara Yusifə məğlub olaraq vassal asılılığına düşməsi. 



1421 

Alaşkerd döyüşü. Qaraqoyunluların Teymuri Şahruxa məğlub olması. 



1427 

Salmas döyüşü. Teymuri Şahruxun İsgəndər başda olmaqla Qaraqoyunlu qüvvələrini məğlubiyyətə 

uğratması. 

1435 

Təbriz  döyüşü.  Sultan  Şahrux  və  I  Xəlilullahın  birləşmiş  qüvvələrinin  qaraqoyunluları  məğlub 

etməsi. Qaraqoyunluların Teymurilərdən vassal asılılığına düşməsi. 

1460 

Samur  çayı  döyüşü.  Qaraqoyunlu  Cahanşahın  və  Şirvanşah  I  Xəlulullahın  birləşmiş  qoşunlarının 

qızılbaşları məğlub edərək Şeyx Cüneydi öldürməsi. 

1467 

Muş döyüşü. Uzun Həsənin Qaraqoyunlu dövlətinin varlığına son qoyması. 



Ağqoyunlu tarixinə aid  döyüşlər 

1461 

Qoyluhisar döyüşü. Uzun Həsənin Osmanlı qoşununa ağır zərbə vurması. 



1472 

Beyşehir döyüşü. Osmanlıların ağqoyunlular üzərində ələbə qazanması. 



1473  1 avqust  

Malatya döyüşü. Uzun Həsənin Osmanlılar üzərində qələbə qazanması.  



1473  11 avqust  

Otluqbeli (Tərcan) döyüşü. Uzun Həsənin Osmanlılara məğlub olması. 



1484 

Qarabulaq döyüşü.

 Topal Əhmədin başçılıq etdiyi üsyançıların Ağqoyunlu Sultan Yaqub tərəfindən 

məğlub edilməsi. 



1488 

Şahdağ  döyüşü.  Şeyx  Heydər  Səfəvinin  Şirvanşah  Fərrux  Yasar  tərəfindən  məğlub  edilərək 

öldürülməsi. 

1491 

Van döyüşü. Süleyman bəy Bicanoğlunun Sufi Xəlili məğlub edərək hakimiyyəti ələ alması. 



1492 

Bərdə döyüşü. Rüstəm Mirzənin Bicanoğlu və Baysunquru məğlub etməsi. 



1493 

Əhər döyüşü. Qızılbaş Sultanəli ilə Ağqoyunlu Rüstəm Mirzənin Baysunquru məğlub etməsi. 



1494 

Şəməsi döyüşü. Rüstəm Mirzənin müttəfiqi olan Sultanəlini məğlub etməsi. 



1496 

Sultaniyyə döyüşü. Gödək Əhmədin Ağqoyunlu qüvvələrini darmadağın etməsi. 



1496 

Naxçıvan  döyüşü.  Gödək  Əhmədin  Rüstəm  Mirzənin  əsas  hərbi  qüvvələrini  məğlub  edərək 

Ağqoyunlu taxtını ələ keçirməsi. 

1497 

İsfahan döyüşü. Ağqoyunlu feodallarının Gödək Əhmədi məğlub  edərək taxtdan salması. 



1501 

Şərur döyüşü. Şah İsmayılın Əlvənd Mirzəni məğlub edərək Ağqoyunlu dövlətinin birinci qoluna 

son qoyması. 

1503 

Almaqulağı  döyüşü.  Şah  İsmayılın  Sultan  Muradı  məğlub  edərək  Ağqoyunlu  dövlətinin  ikinci 

qoluna son qoyması. 

Səfəvilər tarixinə aid  döyüşlər 

1500 

Çabanı döyüşü. İsmayılın Şirvanşah I Xəlulullahı məğlub edərək öldürməsi. 




 

7

 



1510 

Mərv döyüşü. Şah İsmayılın Şeybani xanı məğlub edərək Xorasanı tutması. 



1514 

Çaldıran döyüşü. Şah İsmayılın Osmanlılara məğlub olaraq Şərqi Anadolu və Mesopotomiyanın bir 

hissəsini itirməsi. 

1516 

Qoçhisar döyüşü. Osmanlıların qalib gələrək Təbrizi tutması. 



1537 

Salyan  döyüşü.  Şirvan  qoşunu  tərəfindən  kələntər  Məhəmməd  Aminin  başçılıq  etdiyi  Şirvan 

üsyançılarını darmadağın edilməsi. 

1548 

Həmədan döyüşü. Əlqas Mirzənin məğlub edilərək Qəhqəhə qalasındakı izindana salınması. 



1549 

Əlişaban döyüşü. Qızılbaş əmiri Abdulla xanının Şirvan üsyançılarını məğlub etməsi. 



1554   

Buğurd qalası ətrafında döyüş. Osmanlı qoşun hissəsinin darmadağın edilməsi. 



1554   

Gülüstan  qalası  yaxınlığında  döyüş.  Şirvan  bəylərbəyi  Abdulla  xan  Ustaclının  Qasım  Mirzənin 

tərəfdarlarını məğlub etməsi. 

1578  9 avqust 

Çıldır döyüşü. İmamqulu xan Qacarın rəhbərliyi ilə qızılbaşların Osmanlılara məğlub olması. 



1578  sentyabr 

Qanıx (Alazan) döyüşü. Döyüşdə osmanlı ordusu böyük itki verdi, qızılbaşlar isə xeyli qənimət və 

əsir əldə etdilər. 

1578 

Tiflis yaxınlığında döyüş. Qarabağ bəylərbəyi İmamqulu xanın Mustafa Lələ paşanın üzərinə qəfil 

hücum edərək  20 min nəfər osmanlı ordusunu qırması və qızılbaşların xeyli qənimət əldə etməsi.  

1578  28 noyabr 

Mollahəsənli  döyüşü.  Qızılbaş  qoşununun  Osman  paşanın  köməyinə  gəlmiş  Krım  xanı  Adil 

Gərayın ordusu darmadağın etməsi. 

1581 

Şabranla  Şamaxı  arasında  döyüş.  Şirvan  hakimi    Peykər  xanın  Krım  türklərini  və  osmanlıların 

birləşmiş qoşununu məğlub edərək Qazı Gəray əsir alması. 

1583 

“Məşəl savaşı” döyüşü. Döyüşün osmanlı qüvvələrinin üstünlüyü ilə başa çatması. 



1585  dekabr 

Sufiyan döyüşü. Döyüşdə  əvvəlcə qızılbaşlar osmanlılara  ağır zərbə  vurdular. Lakin osmanlıların 

sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi. 

1605  noyabr 

Osmanlı  paşası  Ciqaloğlu  Sinan  paşa  ilə  Səfəvilər  arasında  döyüş  nəticəsində  osmanlılar  sayca 

üstün olsalar da, Səfəvi qoşunu qələbə çaldı və  Ciqaloğlu Diyarbəkirə çəkildi.  

1618 

Sınıq körpü döyüşü. Səfəvilərin osmanlıları məğlub etməsi. 



1625 

Əlikitay döyüşü. Şah Abbasa qarşı baş vermiş üsyanın yatırılması. 



1711 

Şirvan bəylərbəyinin qoşunu ilə Car üsyançıları arasında döyüş. Döyüşdə üsyançılar qalib gəldi və 

Şirvan bəylərbəyi döyüş meydanında həlak oldu. 

1731 

  Üçkilsə  (Üçmüədzin)  döyüşü.  II  Təhmasibin  Osmanlılar  tərəfindən  ağır    məğlubiyyətə 

uğradılıması. 



1731 

  Həmədan yaxınlığında  döyüş. Osmanlı  qoşunları üçün İsfahana  yol  açılması. 

1733  yanvar 

 

Bağdad döyüşü. Nadir xanın Osmanlı qoşununa güclü  zərbə endirməsi. 



1735 

Üçmüəzdin döyüşü. Nadir şahın osmanlılara qalib gəlməsi 



1743 

  Şamaxı  yaxınlığında  Şirvan  düzənliyində  döyüş.  Döyüş  nəticəsində  I    Sam  Mirzənin  qoşunu 

darmadağın edildi və Nəsrullah Mirzə Şamaxıda  Nadir  şah idarə üsulunu bərpa etdi. 



1743 

Şahbulağı döyüşü. Nəsrullah Mirzənin 

II Sam Mirzəni

 məğlub etməsi. 



Xanlıqlar dövrünə aid  döyüşlər 

1748 

Bayat  savaşı.  Hacı  Çələbi  xanın  müttəfiqi  Şamaxı  xanlığının  qoşunlarıyla  Qarabağ  xanlığında 

məğlub olaraq geri qayıtması. 

1749 

Ballıqaya  döyüşü.  Xaçın  məliyi  Məlik  Mirzənin  məğlub  olaraq  Pənahəli  xanın  hakimiyyətini 

tanıması. 

1752 

Qəşmə döyüşü. Urmiya xanı Fətəli xan Əfşarın Kərim xan Zəndi məğlub etməsi. 



1752 

Miyanə  döyüşü.  Fətəli  xan  Əfşarın  Kərim  xan  Zəndin  qoşununu  məğlub  edərək  onun  qardaşı 

İsgəndər xanı əsir tutaraq edam etməsi. 

1757 

“Xatın arxı” döyüşü. Pənahəli xanın Məhəmməd Həsən xan Qacar üzərində qələbə qazanması. 



1763 

Qaraçəmən döyüşü. Urmiyalı Fətəli xan Əfşarın Kərim xan Zəndi məğlub etməsi. 



1767  

 

Qubalı  Fətəli    xanla  Məhəmməd  Səid  xan  və  Ağası  xan    arasında  döyüş.  Döyüş  nəticəsində 

Məhəmməd  Səid  xan  və  Ağası  xan    məğlub    oldular,  Şamaxı  xanlığının  torpaqları  Quba  və  Şəki 

xanlıqları  arasında  bölüşdürüldü.  Şamaxı  xanlığının      qərb  hissəsi  Şəki  xanlığına  başq  qalan 

ərazilər isə Quba xanlığına  birləşdirildi. 

1768   sentyabr 

Fətəli    xanla  mütəffiq  qoşunları  arasında  döyüş.  Döyüş  nəticəsində  Fətəli  xan  qalib  gəldi  və  Şəki 

xanlığının ixtiyarında olan Şamaxı torpaqları Quba xanlığına birləşdirildi. 

1774 

Gavduşan döyüşü. Qubalı Fətəli xanın müttəfiq xanlar tərəfindən məğlub edilməsi. 




Yüklə 331,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə