TariXİ MƏlumatlar



Yüklə 331,01 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix09.03.2018
ölçüsü331,01 Kb.
#31022
1   2   3   4   5   6   7   8

 

8

 



1783 

Təbriz  yaxınlığında  döyüş.  Təbriz  xanı  Xudadad  xanın  Əhməd  xanla  birləşərək  Urmiyalı 

İmamqulu xan Əfşar və onun müttəfiqi sərablı Əli xan Şəqaqi üzərində qələbə qazanması. 

1785 

Qubalı  Fətəli  xanla  Məhəmmədhəsən  xan  arasında  döyüş.  Qubalı  Fətəli  xanın  Məhəmmədhəsən 

xanı məğlub edərək Şəki xanlığını Quba xanlığından asılı vəziyyətə salması. 

1788   

Şamaxı  yaxınlığında  döyüş.  Məhəmmədhəsən  xanın  məğlub  olması  və  Şəki  xanlığının  yenidən  

Fətəli xandan asılı vəziyyətə düşməsi. 

1796 

Alpar döyüşü. 500 nəfərlik rus hərbi dəstəsinin Qubalı Şeyxəli xan tərəfindən darmadağın edilməsi. 



1803  mart 

Qanıx  (Alazan)  döyüşü.  General  Qulyakovun  başçılığı  ilə  rus  ordusunun  Car-Balakən  camaatı 

üzərində qələbə qazanması. 

1804 

Zaqatala  döyüşü.  Üsyançılar  tərəfindən  rus  ordusunun  məğlub  edilməsi  və  General  Qulyakovun 

döyüşdə öldürülməsi. 

I Rus-İran müharibəsi dövrünə aid  döyüşlər 

1804 

Üçmüədzin döyüşü. Rusların İran ordusuna məğlub olması.  



1804 

Qəmərli döyüşü. Rus qoşunlarının İran ordusuna məğlub olaraq geri çəkilməsi. 



1806  oktyabr 

Şəki yaxınlığında döyüş. Döyüşü  nəticəsində ruslar qalib gələrək Şəkini ələ  keçirdilər və  Səlim 

xan İrana   qaçmaq   məcburiyyətində  qaldı.  Xanlığı idarə  etmək üçün rusiyapərəst Cəfərqulu  xan 

başda olmaqla müvəqqəti idarə yaradıldı. 



1807 

Gümrü döyüşü. Rusların osmanlı qoşununu məğlub etməsi. 



1809 

Qarababa döyüşü. Abbas Mirzənin  rus qoşunlarını məğlub etməsi. 



1812  10 oktyabr 

Aslandüz  döyüşü.  Rus  generalı  Kotlyarevskinin  başçılığı  ilə  rusların  Abbas  Mirzə  üzərində  

əhəmiyyətli qələbə qazanması. 

1812 

Lənkəran döyüşü. Generalı Kotlyarevskinin başçılığı ilə rusların Lənkəran xanlığını işğal etməsi 



II Rus-İran müharibəsi dövrünə aid  döyüşlər 

1826 

Şəmkir döyüşü. Rusların qalib gələrək, İran ordusunu Şuşanın mühasirəsindən əl çəkməyə məcbur 

etməsi. 

1826 

Gəncə  döyüşü.  İran  qoşunlarının  məğlub  olması,  II  Rusiya-İran  müharibəsinin  taleyinin  həll 

olunması. 

1827  iyul 

Cavanbulaq  döyüşü.  Rusların  qələbə  çalaraq  Abbasabad  qalasını  işğal  etməsi.  Bu  qələbə  İrəvan 

xanlığının taleyində faciəli rol oynadı. 

1827  20 sentyabr 

Sərdarabad döyüşü. Rusların qalib gələrək Sərdarabad qalasını tutması. 

 

 

Müqavilələr 

 

e.ə 714 

Manna hökmdarı Ullusun ilə II Sarqon arasında  Sirdakka şəhərində sövdələşmə imzalanması. 



387 

Roma  ilə  Sasanilər  arasında  sülh  müqaviləsi.  Müqavilənin  şərtlərinə  əsasən  Albaniyanın    Dzirav 

döyüşündə  itirdiyi  vilayətlər  geri    qaytarıldı,  Van    gölü  sahilindən  qərbdə  yerləşən  kiçik  erməni 

çarlığının ərazisi Roma ilə  sasanilər arasında bölüşdürüldü və erməni çarlığı süqut etdi. 



629 

Roma-Sasani müqaviləsi. Müqavilənin  şərtinə görə Albaniya Sasanilərin hakimiyyəti altında qaldı. 



644 

Ərəb sərkərdəsi Bukeyr İbn Abdullah ilə Cənubi Azərbaycan mərzbanı  İsfəndiyar aarasında sülh 

müqaviləsi bağlanması. Sülhün şərtlərinə əsasən Azərbaycan əhalisi “imkanları daxilində” ərəblərə 

can  vergisi  -  cizyə  verməli  idi,  qadınlar,  uşaqlar  can  vergisindən  azad  edilirdilər,  əhali  ərəblərə  

tabe olmalı,  nəzərdə tutulan vergini verməli  idi, ərəblər yerli əhalinin dininə, adət-ənənələrinə və 

məişət işlərinə qarışmamağı  öhdələrinə götürdülər, könüllü olaraq ərəb  ordusunda qulluq edənlər 

bütün vergi və  mükəlləfiyyətlərdən azad edildilər, ərəblər onlara  tabe olmayıb ölkəni tərk etmək 

istəyənlərə  imkan yaratdılar. 



665 

Cavanşir ilə Xəzər xaqanı arasında sülh bağlanması. Müqavilənin şərtlərinə əsasən Albanlar hər il 

xəzərlərə  xərac  verməyə  razı    oldular,  bunun  müqabilində  bütün  əsirlər  və  qənimətlər    albanlara 

geri qaytarıldı. 



681 

Varaz  Trdat    ilə  xəzərlər  arasında  sülh  müqaviləsi  bağlanması.  Sülhün  şərtinə  görə    xəzərlər 

Albaniyanı tərk etdilər. 

VII  40-cı illəri 

 Ərəblərin  Şirvan    hökmdarı  Şəhriyarla  sülh  bağlaması.  Sülhün  şərtlərinə  görə  Şirvan  əhalisi 

ərəblərə xərac və cizyə  verməli, bu vergilər şimaldan hücum edən  türkləri və digər din sabihlərini 

dəf etmək  üçün burada saxlanılacaq qoşuna sərf  edilməli idi. 




 

9

 



VIII  30-cu illəri 

Ərəblərlə xəzərlər arasında sülh müqaviləsi bağlanması. Sülhün şərtinə görə xəzərlərin bir hissəsi 

İslam  dinini qəbul etdi. 

1225 

Xarəzmşah  Cəlaləddinin  Şirvanşah    III  Fəribürz  Cəlaləddin  ilə  müqavilə  bağlaması.  Həmin 

müqavilənin  şərtlərinə  əsasən  III  Fəribürz  Cəlaləddinə  müəyyən  miqdarda  xərac  verərək  ondan 

asılı vəziyyətə düşdü, Şirvanşahlar daxili müstəqilliyini saxladı. 



1348 

Çobani  Əşrəflə    Şirvanşah  Kavus  arasında  saziş  imzalanması.  Sazişə  əsasən  Şirvanşahlar 

çobanilərin ağalığını tanıdı, bunun müqabilində Çobani Əşrəf Şirvandan geri çəkildi. 

1474 

Uzun Həsənin gürcü hakimi VI Baqratla sülh bağlaması. Sülhün şərtinə görə Tiflis də daxil omaqla 

Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 

1500 

Əbhər sazişi. Əbhər sazişinin şərtlərinə əsasən Ağqoyunlu dövləti şahzadə Murad Mirzə ilə Əlvənd 

Mirzə  arasında  iki  yerə  bölündü,  bütün  Ərəb  İraqı,  Fars  və  Kirman  Ağqoyunlu  Murad  Mirzəyə 

keçdi,  Qızılüzən çayı sərhədd olmaqla Diyarbəkir və Kürdən Cənubdakı Azərbaycan torpaqları və 

Qarabağ Ağqoyunlu Əlvənd Mirzəyə verildi. Əbhər sülhü nəticəsində Ağqoyunlu dövləti iki yerə 

parçalandı, dövlətin hərbi qüdrəti sarsıldı və süqutu sürətləndi. 



1555  29 may 

Amasiyada  sülhü.  Sülhün  şərtlərinə    görə  Qərbi  Gürcüstan,  Osmanlıların  ixtiyarına  keçdi,  

Gürcüstanın Şərq vilayətləri Səfəvilərin ixtiyarında qaldı. 

1590 

İstanbul sülhü. Sülhün şərtlərinə əsasən Azərbaycan ərazisi Səfəvi və Osmanlı dövlətləri arasında 

bölündü,  Şirvan,  Qarabağ,  Sərab,  Marağa,  Təbriz  və  onların  qərbində  yerləşən  torpaqlar 

Osmanlılara verildi, Şərqi Gürcüstan,  İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə 

qatıldı, Qaradağ, Xalxal, Ərdəbil və Talış (Lənkəran) vilayətləri Səfəvilərdə qaldı. 

1612 17 oktyabr 

Sərab sülhü. Sülhünşərtlərinə əsasən 1555-ci il Amasiya sülhünün şərtləri bərpa olundu, Səfəvilər 

rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər, Osmanlı 

dövləti  Azərbaycan,  Şərqi  Gürcüstan  və  Şərqi  Anadolunun  Səfəvi  dövlətinə  mənsub  olmasını 

rəsmən tanıdı. 

1618  sentyabr 

Mərənd sülhü.. Bu sülhün şərtləri 1612-ci il Sərab sülhündən elədə fərqlənmirdi. 



1639  17 mayın 

Qəsri-Şir  sülhü.  Sülhün  şərtlərinə  görə  Osmanlı-Səfəvi  müharibəsinə  son  qoyuldu,  İraqi  Ərəb 

Osmanlılarda,  Zəncir  qalasından  şərqdəki  torpaqlar  Səfəvilərdə  qaldı,  Səfəvilər  Van  və  Qars 

qalalarına, Axalsıka hücum etməyəcəklərinə dair təminat verdilər. 



1667 

Rusiyanın  qızılbaş  ipəyini  Haştərxan  vasitəsilə  Moskvaya  və  Qərbi  Avropaya  daşımaq  hüququnu 

inhisara  almaq  üçün  Səfəvi  dövləti  ilə    ticarət  müqaviləsi  imzalanması.  Bu  müqavilə  Səfəvilərin 

bütün hakimiyyəti dövründə ruslara gömrüksüz ticarət etmək hüququ, karvansaralarda və bazalarda 

imtiyazlar verirdi. 

1723  12  sentyabr 

Peterburuq müqaviləsi. Səfəvilərlə Rusiya arasında imzalanam Peterburq müqaviləsinin şərtlərinə 

əsasən Xəzəryanı bölgələr – Səfəvilərin Dərbənddən Gilana qədər olan torpaqları (Dərbənd, Bakı, 

Salyan,  Lənkəran,  Rəşt  və  Ənzəli)  Rusiyaya    ilhaq  edildi,  bunun  əvəzində  Rusiya  Səfəvi  şahına 

əfqanlarla müharibədə  hərbi yardım edəcəyini öhdəsinə götürdü. 

1724  12 iyul 

Rüsiya  ilə  Osmanlı  arasında  İstanbul  müqaviləsinin  imzalanması.  Şülhün  şərtlərinə  görə  Rusiya 

Peterburq müqaviləsinin şərtlərin təsdiq  edilməsinə  nail oldu, Rusiya, Xəzəryanı bölgələr istisna 

olmaqla, bütün  Azərbaycan  ərazisinin Osmanlılara  verilməsinə  razılıq verdi,  Şirvan Osmanlıların 

himayəsi  altında  yarımmüstəqil  xanlıq  elan  olundu  və  Hacı  Davud  Şirvan  xanı  təsdiq  edildi,  

Şirvanın  sahilyanı  hissəsi  isə    Rusiyanın  tabeliyinə  verildi,  Kürdən  şimaldakı    torpaqlarda 

Osmanlılara hərbi qüvvə saxlamağa  icazə  verilmirdi və bu ərazilər yerli hakimlər tərəfindən idarə 

olunmalı idi. 



1727  12 dekabr 

Nabur  müqaviləsi.  Rusiya  ilə  Osmanlı    sərhədinin  müəyyənləşdirilməsi  barədə    Nabur 

müqaviləsinin  şərtlərinə    əsasən ruslar 1727-ci  ildə  Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci  ildə 

isə Quba və Təngəyə yiyələndilər. 



1732   16  yanvar  

Kirmanşah  sülhü.    Səfəvilərlə  osmanlılar  arasında  imzalanan  Kirmanşah  müqaviləsinin  şərtlərinə 

görə  İrəvan,  Gəncə,  Şamaxı,  Şirvan    bölgələri    Osmanlılara    verildi,  Osmanlı  dövləti  Həmədan, 

Kirmanşah,  Ərdəbil  və  Təbrizi  Səfəvilərə    qaytarmağa  razılıq  verdi,  Araz  çayı  bu  dövlətlər  

arasında sərhəd oldu. 

1732   21 yanvar 

Rəşt  müqaviləsi.  Səfəvilərlə  ruslar  arasında  imzalanan  Rəşt  müqaviləsinin  şərtlərinə  görə  Kürdən  

cənubda  yerləşən  Xəzəryanı  bölgələr  Səfəvilər  dövlətinə  qaytarıldı,  Səfəvilər  dövləti  isə 

Osmanlıları  Xəzəryanı bölgələrə buraxmamağı öhdəsinə götürdü, Səfəvilər dövləti ərazisində  rus 

tacirləri  üçün  güzəştli şərtlər nəzərdə tutuldu. 



Yüklə 331,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə