TariXİ MƏlumatlar



Yüklə 331,01 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix09.03.2018
ölçüsü331,01 Kb.
#31022
1   2   3   4   5   6   7   8

 

18

 



 

Camaat (icma) - kənd ismasının istifadə etdiyi torpaqlar idi. Bu torpaqlar xəzinənin və ya feodalların ixtiyarında 

idi.  İcmanın  başçısı  hesab  olunan  ağsaqqal  vergiləri  müəyyən  edir,  toplayır,  əvəzində  isə  məhsulun  müəyyən 

hissəsini özünə götürürdü. 



QEYD:  İlk  Səfəvi  şahları  irsi  soyurqal  torpaq  sahibliyini  getdikcə    məhdudlaşdırılmasına  çalışır  və  feodal  torpaq 

mülkiyyətinin  yeni  forması  olan  -  tiyul  şəklində  torpaq  paylayırdılar.  Tiyul  torpaq  mülkiyyəti  formasına  aid 

xüsusiyyətlər  bunlar  idi:  irsi  torpaq  sahibliyinin  şərti  forması  idi,  tiyul  sahibi  tiyuldar  adlanırdı  və  o  dövlətə  xidmət 

etməyə borclu idi, bu torpaqlardan toplanan məhsulun 1/5-dən 1/10-na qədəri xəzinəyə verilirdi, tiyuldar ona verilən 

torpaqdan gələn gəlirin müəyyən hissəsini özünə götürmək hüququna malik idi, tiyul yalnız şahın icazəsi ilə irsi olaraq 

keçə bilərdi. 



QEYD: XVII əsrin ikinci yarısında Azərbaycanda divan və xalisə torpaq mülkiyyəti aparıcı mülkiyyət formaları idi  

 

XVIII əsrin 20-30-cu illərində Osmanlı idarəçiliyi dövründə torpaq mülkiyyət formaları  



 



Bəylik - dövlət idarəsinə  keçən və xidmət müqabilində yerli feodalların şərti mülkiyyətinə verilən torpaqlar idi 



 



Ağalıq - dövlət idarəsinə  keçən və xidmət müqabilində yerli feodalların şərti mülkiyyətinə verilən torpaqlar idi 

 

 

XVIII əsrin ikinci yarısında Xanlıqları dövründə torpaq mülkiyyət formaları 



 



Xan torpaqları - dövlət (divan) və saray (xalisə) torpaqlarının əvəzində paylanılırdı 



 



Mülk - feodalların şəxsi torpaqları idi və xan qarşısında xidmətlə bağlı deyildi 



 



Vəqf - məscidlərə və dini idarələrə məxsus idi. Evlər, karvansara və dükanlar da vəqf ola bilərdi 



 



Kənd (icma) - kənd ismasının istifadə etdiyi torpaqlar idi və  zorla tutulması nəticəsində sahəsi getdikcə azalırdı 



 



Tiyul - şərti xarakter daşıyırdı və müəyyən xidmətlərə görə xan tərəfindən verilirdi. Bu dövrdə tiyul tədricən nəsli 

səciyyə alaraq mülkə çevrilməsi prosesi getdikcə genişlənirdi. Xan tiyul verərkən onu xüsusi sənədlə təsdiq edirdi 



 

XIX əsrin 30-50-ci illərində Şimali Azərbaycanda mövcud olan torpaq mülkiyyəti formaları 



 



Xəzinə (dövlət) - Rusiya işğalından sonra yaranmış və dövlətə məxsus torpaq sahibliyi idi 



 



Xüsusi sahibkar Rusiya işğalından sonra yaranmış və feodallara məxsus torpaq sahibliyi idi 



 



Tiyul - çar hökuməti tərəfindən xidmət əvəzində verilən torpaqları idi. Tiyulun bağışlanmasının əvvəlki qaydaları 

əsasən saxlanmışdı. Buzaman feodalın hərbi xidmətləri, mövcud rejimə sədaqəti əsas götürülürdü 



 

Mülk – yenə də xidmətlə bağlı olmayan, satıla, bağışlana və güzəşt edilə bilən torpaq mülkiyyəti forması idi. Mülk 

sahibi bu dövrdə “mülkədar” adlanırdı. Torpaqla bərabar, su da mülk ola bilərdi 



 

Mülki-xalisə  -  mülkün  bir  növü  hesab  olunurdu.  Mülki-xalisə  torpaqları  bəylərə  məxsus    olub  onların  tam 

mülkiyyəti sayılırdı. Buradan yığılan bütün vergilər sahibkarlarının ixtiyarına keçirdi 



 

Vəqf - məscid, monastr və.s dini idarələrin mülkiyyətində olan torpaqlar idi. Bu torpaqların xüsusi çəkisi az idi. 

QEYD: Bu dövrdə feodal torpaq mülkiyyətinin iki əsas forması – xəzinə və xüsusi sahibkar torpağı idi. Çünki hakim 

təbəqənin müsadirə edilmiş torpaqları dövlətin ixtiyarına keçmişdi. 



 

 

  XIX əsrin 30-50-ci illərində Cənubi Azərbaycanda mövcud olan torpaq mülkiyyəti 



 



Tiyul - bir qayda olaraq, hər  hansı mülki və ya hərbi xidmətə görə bağışlanırdı 



 



İlati-elat  - bütün tayfanın sərəncamına  verilən torpaqlar  idi. Şah tərəfindən dövlət qarşısında hərbi xidmətə görə 

oturaq və yarımköçəri həyat sürən ayrı-ayrı tayfalara verilirdi 



 

Mülk - feodalların xüsusi mülkiyyətində olan torpaqlar idi.  Digər torpaq mülkiyyəti formalarına nisbətən az idi 



 



Vəqf  -  dini  idarələrə    məxsus  torpaqlar  idi.    Ərdəbildə    Şeyx  Səfi    məscidinə  və  məqbərəsinə  məxsus  torpaqlar 

Cənubi Azərbaycanda ən böyük vəqf torpaqları sayılırdı 



 

Xırdamalik - kəndlilərin  cuzi  hissəsinin xüsusi torpaqları idi. Xırdamalik torpaqlarına  ən çox Urmiya əyalətində 

təsadüf edilirdi 

 

 

Vergilər 



 

Sasanilər dövründə Atropatena və Albaniyadan alınan vergilər 



 



Xaraq  -  məhsulun  1/3-dən,  1/6-nə  qədərini  təşkil  edən  məhsul  vergisi  idi.  Xaraq  hər  bir  mahalın  əkin  sahəsinin 

məhsuldarlığından, onun şəhərə yaxın və ya uzaqlığından asılı olaraq alınırdı 



 

Gezit - can vergisi olub, bütün əhalidən, xüsusilə xristianlardan və sənətkarlardan ildə bir dəfə toplanılırdı 

 



 

19

 



Xilafət dövründə əhalidən alınan vergilər 



 



Xərac - torpaq vergisi idi 



 



Cizyə  müsəlman olmayan əhalidən alınan can vergisi idi 



 



Xüms - adamların faydalandığı bütün sahələrdən, daşına bilən əmlakdan  alınan vergi idi 



 



Zəkat (sədəqə) - mal-qaradan, becərilən məhsullardan, qızıl gümüş  və sənətəkarlıq məmulatlarından alınan vergi 

idi.  Zəkat  ruhanilərin,  yetimlərin,  şikəstlərin  və  əlacızların  ehtiyacına  sərf  olunurdu.  Bu  dövrdə  Abşeronun    neft  

mənbələri və duz gölləri üzərində də vergi  qoyulurdu 

 

IX-XI əsrlərdə Azərbaycanda əhalidən alınan vergilər 



 

Zəkat (sədəqə) - müsəlman əhalisindən öz əmlakına görə alınan vergi idi 



 

Cizyə - müsəlman olmayan əhalidən alınan can vergisi idi 



 



Üşr (onda bir) - X-XI  əsrlərdə meydana gəlmiş, torpaqdan istifadə müqabilində kəndlidən alınırdıSonralar isə 

xərac  adlanmağa  başladı.  Əvvəllər,  əsasən    məhsulla  alınırdı.  Xərac    toplamaq  üçün  ayrı-ayrı  adamlara  verilən  

icarə kağızına qəbalə  deyilirdi. Xərac toplayan vergi  məmurları mütəqəbbil  və ya amil, maliyyə müfəttişləri  isə 



mütəsərrif adlanırdılar 

 

Səlcuqlar dövründə vergi sistemi 

XI-XIII əsrin əvvəllərində Azərbaycanda əhali səlcuqlara xərac, cizyə və üşr (üşür) vergiləri ödəyirdilər. Yuxarıdakı 

ənənəvi  vergilərə  əlavə  olaraq  Səlcuq  döyüşçüləri  üçün  silah  bahası,  nal  bahası,  şərab  bahası  kimi  vergilər,  şəhər 

sənətkarlarından  isə  onların  hazırladıqları  sənət  məhsullarından  pay  alınmağa  başlandı.  Bununla  belə,  səlcuqların 

hakimiyyəti zamanı, feodal özbaşınalığı, ara müharibələri və siyasi hərc-mərciliyin qarşısı xeyli alındı, xalqın oturaq 



təsərrüfat ənənələrinin dirçəlişinə əlverişli şərait yarandı. 

 

XIII-XIV əsrlərdə Monqol ağalığı dövründə alınan vergilər  



 

Qopçur  –  Bu  vergini  əvvəllər  köçəri  maldarlar  ödəyirdilər.  Qopçur  tədricən  can  vergisinə  çevrilərək  şəhər  və 

kəndlərin otlaq sahəsinə də şamil edildi 



 

Tamğa  - şəhər sənətkarları və tacirlərindən alınan vergi idi. Tamğa vergisi pulla ödənilirdi və yüksək idi 

 

XV əsrdə Azərbaycan əhalisinin ödədiyi vergilər 



 

Malcəhət – məhsul vergisi idi 



 



Bəhrə  - kəndlinin sudan istifadə əvəzində ödədiyi vergi idi 



 



Çobanbəyi – otlaqdan istifadə müqabilində ödənilən vergi idi 



 



Can vergisi – xristian əhalisindən alınan vergi idi 



 



Tamğa və bac– sənətkar ve tacirlərin ödədiyi vergilər idi  

 

XVI əsrdə Səfəvilərin hakimiyyətinin ilk illərində alınan vergilər 



 

Çobanbəyi - kəndlilərin torpaq sahibinə otlaqlardan istifadə əvəzinə ödədiyi vergi idi 



 



Bağbaşı - kəndlilərin torpaq sahibinə bağlar üçün ödədiyi vergi idi 



 



Tamğa - sənətkarlardan və tacirlərdən alınan vergi (1565-ci ildə Şah I Təhmasib tərəfindən ləğv edilmişdir) 

 

XVII əsin ikinci yarısında Azərbaycan əhalisinin ödədiyi vergi və mükəlləfiyyətlər 



 



Malcəhət - torpaq və gəlir vergisi idi. Bu vergi növü torpaq sahibkarı ilə dövlət arasında bölünürdü və məhsulun 

1/10 hissəsini əhatə edirdi 



 

Bəhrə - torpaq və gəlir vergisi olub məhsulun 1/5 hissəsini əhatə edirdi. Bəhrə vergisi torpaq və sudan istifadəyə 

görə kəndlilərdən məhsulla alınırdı 



 

Bağbaşı – məhsulun 1/10-nə bərabər vergi növü idi 



 



Çobanbəyi (çöl pulu) – örüşdə heyvanların otarılmasına görə alınırdı 



 



Dəhyek – iri feodal torpaqlarından götürülən gəlirin 10%-i miqdarında alınırdı 



 



Cüftbaşı  –  torpağı  əkib-becərmək  üçün  bir  cüt  qoşqu  vasitəsi  olanlardan  alınırdı.  Şah  II  Abbasın  fərmanı  ilə 

soyurqal torpaqlarından alınmırdı 



 

Dəzgahbaşı – hər bir toxucu dəzgahının istehsal etdiyi məhsuldan alınan vergi idi 



 



İxracat –ümumi və müxtəlif vergi, mükəlləfiyyətlərin məcmusu mənasında işlənirdi və dövlət canişinlərinin, hərbi 

xidmətdə olanların, əyanların tələbatını ödəmək üçün alınırdı 



 

Ot-alafa – yük heyvanları və atlar üçün alınırdı 



 

20

 





 

Ulafa bir nəfərin (hərbçi, canişin və b.) dolanışığı üçün alınırdı 



 



Künəlgə – əyanların kəndlinin evində qalmaq hüququ idi 



 



Rüsum - dövlət canişinləri və ruhanilər üçün natura ilə alınan vergi idi 



 



Səvari  (novruzi)  –  əhalinin  hakim  sülalənin  üzvlərinə,  sərkərdələrə,  yeni  fəth  edilmiş  yerlərə  Novruz  bayramı 

münasibətilə tanınmış adamlara göndərilən hədiyyə idi 



 

Dəstəndaz - hakimiyyətin nisbətən aşağı pilləsində xidmət edən şəxslər üçün alınan vergi idi 



 



Cizyə - müsəlman olmayanlardan, əsasən xristianlardan alınan vergi idi 



 



Əvrəz - daimi olmayan və natura, yaxud mükəlləfiyyət icra etməklə ödənilən vergi idi 



 



Biyar - kəndlinin feodal və ya dövlətin nəfinə zorla, havayı işləməsi idi 

QEYD: XVII əsrdə kəndlilərdən alınan malcəhət və bəhrə vergilərin əsas hissəsini təşkil edirdi. 

 

XIX əsrin 60-90-cı illərində Cənubi Azərbaycanda  kəndlilərin dövlətə ödədiyi vergilər 



 

Baş pulu –kəndlilərin adambaşına ödədiyi vergi idi 



 



Torpaq vergisi – məhsulun 1/10  əhatə edən vergi idi 



 



Sərkəllə - yarımköçəri maldarların heyvanların sayına görə ödədikləri vergi idi 

 

 





 

Qapı pulu – maldarların otlaqlardan istifadə əvəzində ödədiyi vergi idi 

Həyət vergisi  

Hərbi vergi 

 

Pul vahidləri 



 

Ərəb ağalığı dövründə istifadə olunan pul vahidləri 



 



Dinar – ilk dəfə Xilafət dövründə zərb edilmiş 4,3 qramdan ibarət olan qızıl pul vahidi idi 



 



Dirhəm - 3 qrama bərabər pul vahidi idi. Bu vergi sasanilər dövründə də alınırdı 

 

Hülakülər dövründə istifadə olunan pul vahidləri 



 



Dinar - qızıl və  gümüşdən hazırlanan pul vahidi idi 



 



Çao – Keyxatu xan tərəfindən tədavülə buraxılmış pul vahidi idi 



 



Tümən – on min dinara bərabəra pul vahidi idi 



 



Danq – dirhəmin 1/6-nə bərabər pul vahidi idi  



 



Dirhəm – 3 qrama bərabər pul vahidi idi 



 



Fils – min dinar məbləğində pul vahidi idi 

 

 



Qaraqoyunlu dövlətində istifadə olunan pul vahidləri 



 



Təngə 



 



Tümən 

 

XVII əsrin ikinci yarısında istifadə olunan pul vahidləri 



 

Abbası - 200 dinar dəyərində pul vahidi idi 



 



Mahmudi - 100 dinar dəyərində pul vahidi idi 



 



Şahı - 50 dinar dəyərində pul vahidi idi. I Şah İsmayılın dövründə zərb edilməyə başlanmışdı 



 



Bisti – Şah I Təhmasibin dövründə buraxılmış və 20 dinar dəyərində olan xırda gümüş pul vahidi idi 



 



Qızılbəyi  -  5  dinar  dəyərində  pul  vahidi  idi.  Şirvanşah  Sultan  Mahmudun  dövründə  kəsilən  və  onun  şərəfinə 

adlandırılan mis pul vahidi idi 

 

 

XVIII əsrin ikinci yarısında istifadə olunan pul vahidləri: 





 

Abbası - 200 dinar dəyərində pul vahidi idi 



 



Tümən - on min dinara bərabər pul vahidi 



 



Şahı - 50 dinar dəyərində pul vahidi idi 



 



Pənahabad – bir misqal çəkisində kəsilən 4-10 şahıya və 1 abbasıya bərabər gümüş pul vahidi idi  

 

 


 

21

 



 

 

 

Memarlıq abidələri 

 

Qədim dövrün memarlıq abidələri 

 



Lullubi hökmdarı Anubaninin – Qələbə akitabəsi (e.ə III minillik). 

 



Manna hökmdarı Ullusunun II Sarqonun şərəfinə qoyulmuş yazılı abidə (e.ə VIII əsr). 

 



Atropatenada Heraklın şərəfinə inşa olunmuş Kerifto abidəsi. 

 

Alban memarlıq abidələri (III-VII əsrlər ) 

 



Torpaqqala (Alazan çayı sahilində). 

 



Govurqala (Ağdam  rayonunda). 

 



Çarabkert qalası (Ağdərə rayonu). 

 



Cavanşir qalası (İsmayıllı rayonu). 

 



Dərbənd qalası. 

 



Dərbənd və Şirvan səddi 

 

IX-X əsrə aid memarlıq abidələri 

 



Lerikdə Oğlanqala (IX əsr). 

 



Naxçıvanda Əlincə qalası (IX əsr). 

 



Ağoğlan çayı sahilində Amaras monastrı (IX əsr). 

 



Gədəbəydə qalaça (IX əsr). 

 



Şamaxının Sündü kəndində günbəzli  məscid (920-ci il) . 

QEYD: Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq daşından hörülmüş körpü  bizə məlum olan  xilafət 

dövrü memarlığının yeganə və səciyyəvi nümunəsidir.  

 

XI-XII əsrlərdə inşa olunan İntibah dövrünün memarlıq abidələri 

 



    Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin dövründə inşa olunmuş Xudafərin körpüsü (1027-ci il). 

 



Şəddadi hökmdarı Əbulasrav Şavurun dövründə düzəldilmiş Gəncə qala qapıları (1063-cü il). 

 



Bakıda Qız Qalası (XII əsr). 

 



Mərdəkan qalası (XII əsr). 

 



Şamaxı yaxınlığında Gülüstan və Buğurd qalaları (XII əsr). 

 

XII əsrdə memar Əcəminin Naxçıvanda inşa etdiyi memarlıq abidələri 

 



Yusif İbn Küseyr türbəsi (1162). 

 



Möminə xatun türbəsi (1186). 

 



Qoşaminarə abidəsi (1187). 

 



Cümə Məscidi. 

 



Darülmülk (Eldənizlər sarayı). 

 

XIII-XIV əsrlərdə Abşeron ərazisində  inşa edilmiş memarlıq abidələri 

 



Mərdəkanda 

dördkünc və dairəvi qala.

 



 



Nardaran qalası. 

 



Ramana qalası. 

 

XIII-XIV əsrlərdə inşa edilmiş türbələr 

 

Sultaniyyədə  Olcayut Xudabəndə türbəsi (1305-1313). 



 

Bərdə türbəsi (1322). 



 

Naçıvanda  Gülüstan türbəsi. 



 

Naçıvanda  Beştağ - Qarabağlar türbəsi . 



 

Təbrizdə Əlişah məscidi (Ərk qalası). 



QEYD:  Gülüstan  türbəsi  XII  əsrə  aid  Möminə  xatun  türbəsi  üslubunda  inşa  olunmuşdur.  1259-cu  ildə  Marağa 

rəsədxanası inşa olunmuşdur. 



 

XV əsrə aid memarlıq abidələri 

 



Bakıda Şirvanşahlar saray kompleksi. 

 



Qaraqoyunlulara aid Təbrizdə “Göy məscid” (1465). 

 



Ağqoyunlulara aid Təbrizdə “Həşt-behişt” saray kompleksi (1483). 

 



Təbrizdə Qeysəriyyə (Örtülü bazar) kompleksi və Divanxana. 

 



Nəsriyyə və Məqsudiyyə mədrəsələri. 

 



Həsən padşah camisi. 


 

22

 



 

 

 



XVI əsrə aid  Səfəvilər dövrünün memarlıq abidələri 

 



Qusar Rayonunda Şeyx Cüneyd məqbərəsi (1544). 

 



Şeyx Səfi məqbərəsi. 

 



Məhəmməd Xudabəndə məqbərəsi. 

 



Bakının Şərq darvazaları. 

 



Əlincə çayı üzərində körpü 

 



Marağa rəsədxanasının bərpa olunması 

 

XVII əsrə aid memarlıq abidələri: 

 



Gəncədə Şah Abbas (Cümə) məscidi 

 



Suraxanıda hind atəşpərəstlərinin məbədi. 

 



Şamaxıda Kələxana məqbərə - xatirə kompleksləri (1663). 

 



Nardaran kəndində məscid (1663). 

 



Sanqaçalda ovdan və Təbrizdə Şibli  karvansarası. 

 

XVIII əsrə aid memarlıq  abidələri 

 



Şəki xan sarayı (1763). 

 



İrəvanda Göy məscid (1764). 

 



İrəvanda Sərdar sarayının Güzgülü salonu (1791). 

 



Qarabağda Bayat, Şahbulağı və Şuşa qalaları. 

 



Şuşada İbrahimxəlil xan və Gövhər Ağa məscidləri. 

 

XIX əsrə aid memarlıq abidələri 

 

Bakıda dənizkənarı bulvar salındı (1865). 



 

Bakının qala qapıları rayonunda bərpa işləri aparıldı. 



 

Bakı qalasının ikinci divarları sökülərək, yerində Nikolayev küçəsində binalar uçaldıldı (1880). 



 

H.Z.Tağıyev Bakıda ilk teatr binası tikdirdi (1883). 



 

K.Məmmədhəsən tərəfindən Bakıda İkinci qala apıları inşa edildi (1886). 



 

Q.Hacıbababəyov tərəfindən Bakıda Böyük kərvansara (indiki “Araz” kinoteatrının binası) inşa etdi. 



 

1950-ci illərin ikinci yarısı -1960-cı illərdə Bakıda tikilib istifadəyə verilmiş sosial obyektlər 



 

Akademiya şəhərciyi 



 

Bakıda Hökumət evi 



 

Bakı hava limanı 



 

Dövlət sirki  



 

Respublika stadionu 



 

Şəhriyar adına klub 

 

1970-1980-ci illərdə Bakıda tikilib istifadəyə verilmiş sosial obyektlər 

 



Gülüstan sarayı. 

 



Respublika sarayı. 

 



“Moskva” mehmanxanası. 

 



Örtülü idman kompleksi. 

 



Yeni zoopark. 



 



Dəniz vağzalı. 

 

Yüklə 331,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə