Tarixi mənbələr göstərir ki, 1587-ci ildə Mürşüdqulu xan, xüsusilə, ustaclıq və şamlu tayfalarından olan qızılbaşların Xorasan qrupu Qəzvində on altı yaşlı Abbası şah elan etdilər



Yüklə 35,06 Kb.
tarix15.03.2018
ölçüsü35,06 Kb.
#31472

Azərbaycan Dövlət İqtisad Universiteti

Ad: Məryəm

Soyad: Abdullayeva

Fənn: Azərbaycan tarixi

Fakültə: BİM

İxtisas: BM

Kurs və qrup: 1-ci kurs, 890

Müəllim: Həsənov Vəkil

Sərbəst işin mövzusu: Şah I Abbasın islahatları

 Tarixi mənbələr göstərir ki, 1587-ci ildə Mürşüdqulu xan, xüsusilə, ustaclıq və şamlu tayfalarından olan qızılbaşların Xorasan qrupu Qəzvində on altı yaşlı Abbası şah elan etdilər. Bu vaxta qədər Qarabağ, Ərdəbil, Talış müstəsna olmaqla Azərbaycanın bütün vilayətləri osmanlı türklərinin əlində idi. Qızılbaş dövləti inkişaf etmiş iqtisadi bölgələrində yüksək mədəniyyətindən güclü hərbi potensialından mərhum edilmişdi. Qızılbaşların Azərbaycan Səfəvi dövləti tənəzzülə uğrayırdı.

          Tarixi həqiqətlərin təhlili göstərir ki, əgər birinci yüzillikdə birləşmiş dövlətdə Azərbaycan qızılbaş dövlətinin ənənələri üstünlük təşkil edirsə, Azərbaycan və Təbriz mərkəz idisə, sülalənin hakimiyyətinin ikinci yüzilliyində üstünlük İrana, İsfahan mərkəz olmaqla, fars etnik ünsürlərinə verildi.

          1587-ci ildə özbəklərlə müharibənin qızğın vaxtında I Abbas atasının şəhərdə olmasından istifadə edərək qızılbaş və fars əyanlarının köməyilə Qəzvini tutdu. O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi. I Abbasın qızılbaşlara münasibəti, fars əyanları içərisində özünə dayaq yaratmağa çalışması barədə İranda olmuş xarici səfir Petro Dela Aaledə şahidlik edir. O yazırdı: "Şahda Şeyxəvənd və qızılbaş tayfalarına qarşı gizli soyuq münasibət vardı. Bütün gücü ilə bu tayfaların qüdrətini sarsıtmağa çalışırdı, şah tatlardan tutulmuş muşkutyorlarla, xüsusilə, qulamlara daha çox arxalanır və onları daha yüksək vəzifələrə irəli çəkirdi". Şah Abbas hər şeydən əvvəl orduya xüsusi əhəmiyyət verirdi. İtaətsiz feodala qarşı mübarizə aparmaq, xalq hərəkatını boğmaq və yürüşlər üçün qüdrətli nizami orduya ehtiyac vardı. Ona görə də Şah Abbas hakimiyyətə gələndən sonra (1587-1629) Səfəvilərin itirilmiş ərazisini geri qaytarmaq və sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi.

          I Abbas ölkənin idarə olunmasında İran feodallarına meyil etməklə özünü daha çox qədim İran şahlarına bənzətməyə çalışırdı. O, yerli İran xalqının bir sıra qədim adət-ənənələrini bərpa edir, adlı-sanlı qədim İran familyalarını himayə edir, onları dövlət vəzifələrinə irəli çəkirdi. Nəhayət, şah farsların yerləşdiyi mərkəzdə (Əcəm İraqında) bir sıra dövlət vergilərini azaltdı. İsfahan tacirlərinə və əsnaflara xüsusi imtiyaz verdi, onları bir illiyə bütün dövlət vergilərindən azad etdi.

          Şah Abbas öz islahatları ilə Azərbaycan köçəri əyanlarının nüfuzunu məhdudlaşdıpmağa başladı. Eyni zamanda, iranlılardan ibarət olan şiə ruhani məmurlarının dövlət işlərində iştirakını gücləndirdi. İri torpaq sahiblərinin sıxışdırılması, edam edilmiş feodalların torpaqlarının ələ keçirilməsi hesabına şah öz şəxsi torpaqlarını xeyli genişləndirdi. Bu mübarizədə xeyli feodal hakim və əmirlər məhv edildi. Şah Abbas hakimiyyətə qarşı çıxan təkəli tayfasına amansız divan tutdu. Onun əmrilə bir sıra tayfalar məhv edildi. 

          Yeni şah dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. 

       Etimad-üd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük xadim kimi şöhrət qazanmış Hətəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırılmış və ali hakim dəftərxanasının qayda-qanununa çevrilmişdi. Qızılbaş əyanlarının qüdrətini sarsıtmaq məqsədilə şah şiə ruhanilərinə və oturaq əyanların köməyinə arxalanaraq, öz vergi siyasətində onlara güzəştə getdi.

       Səfəvi dövlətinin xristian əhalisi rüsum-cizyə verməli idi. Bu da əhalinin vəziyyətini ağırlaşdırırdı. Lakin iri erməni tacirləri şah hökuməti ilə əlaqə saxladıqlarına görə, yepiskoplar, monastırlar çox vaxt şah fərmanları ilə bu rüsumdan və digər vergilərdən azad edilirdilər. Bundan əlavə, hökumət xalq kütlələrini itaətdə saxlamaq üçün erməni din xadimlərinin nüfuzundan istifadə etməyə çalışırdı.

     Azərbaycan qızılbaş dövlətinin mahiyyətinin dəyişdirilməsindən sonra da qızılbaşların səfəvi imperiyasının idarə olunmasında xüsüsi yer tutdular. Azərbaycan imperiyasının tərkibində mühüm vilayət olaraq Azərbaycan türkcəsi orduda və şah sarayında ustünluk təşkil edirdi. Səfəvi şahları və saray xidmətçiləri bu dildə danışırdılar. Hələ XVII əsrin sonu-XVIII əsrin əvvəllərində bir sıra dövlət və diplomatik sənədlər bu dildə yazılırdı.

      Şah Abbasın islahatları nəticəsində qızılbaş əyanlarının qüdrəti sarsıldı, mərkəzi hakimnyyət isə xeyli qüvvətləndi. Şah Abbas Səfəvilər dövlətinin keçmiş qüvvəsini bərpa edə bildi. Azərbaycan bu dövlətin aparıcı qüvvələrindən birinə çevrildi. Şah Abbas dövlətin mərkəzi aparatını və mülki bürokratiyanı möhkəmləndirərək İngiltərə, Fransa, İspaniya, Roma papası, Moskva knyazlığı ilə diplomatik əlaqə yaratmaq məqsədilə danışıqlara başladı.

       Bütün XVI əsr boyu Azərbaycan-Türkiyə münasibətləri gərgin olmuşdur. Osmanlı qoşunu dəfələrlə Azərbaycanın ərazisinə soxularaq, öz yolları üzərində olanı qarət və məhv etmişdi. Bu qarətçi müharibələrə dini don geydirilmişdir. Özlərini tamhüquqlu müsəlman hesab edən osmanlı sultanları səfəviləri dönük adlandırır, onları "nifrətə layiq" yaxud "nalayiq hərəkət edən" qızılbaşlar adlandırırdılar. Bu da, öz növbəsində, qızılbaş-osmanlı münasibətlərini daha da kəskinləşdirirdi.

       Qeyd edildiyi kimi, on illərlə davam edən dağıdıcı müharibələrdən sonra, 1590-cı ildə İstanbulda Səfəvi-Türkiyə dövlətləri arasında sülh müqaviləsi imzalandı. Onun əsasını, osmanlıların tələb etdiyi kimi, "idarəetmə hüququ" təşkil edirdi. Bu, o demək idi ki, bölgələr tərəflər arasında sülh müqaviləsinin  tarixi  ilə təsdiqlənməlidir. Səfəvilər buna etiraz etsələr də, nətiçə etibarilə razılaşmağa məcbur oldular. Tərəflərin şimal sərhədi Kür çayından keçirdi. Aragel Təbrizlinin yazdığına görə, digər sərhəd xətti Xudafərin körpüsü idi. Cənub sərhədləri isə Ucan otlağı və Türkmənkənddən keçirdi. Sülh müqaviləsi Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında böldü, ölkənin böyük hissəsi Osmanlı feodallarının sərəncamına keçdi. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər torpaqlar Türkiyəyə verildi. Xalxal, Ərdəbil, Qaracadağ və Talış Səfəvilər tərəfində qaldı. Beləliklə, Səfəvi-Osmanlı arasında bağlanmış 1590-cı il müqaviləsi Azərbaycan torpaqlarını parçaladı, onun müstəqilliyinə son qoydu.

       XVI əsrin sonu-XVII əsrin əvvəllərində Azərbaycanın və qonşu ölkələrin iqtisadi vəziyyəti son dərəcə ağır idi: ticarət pozulmuşdu. Şərqə-İrana, şimalda-Rusiyaya gedən bütün ticarət yolları, demək olar ki, bağlanmışdı. Şəhərlərin çoxu və kəndlər dağıdılmışdı, təsərrüfat həyatı durğunluq keçirirdi. Əhali zəbt edilmiş yerlərdən qaçırdı. Kəndlilərin öz ata-baba yurdlarını tərk etmələri sinfi mübarizənin qeyri-fəal forması idi. Bununla əlaqədar Arakel Təbrizli yazırq "Dizaqın dörd kəndinin sakinləri çıxıb İrana getdilər. Əylisin Qoxtn qəzasında olan Daşt adlanan yerin əhalisinin üç hissəsi də İrana köçdü. Dizaqlıların və daştlıların köçməsinin səbəbi vergilərin ağırlığı, soyğunçuluq və talan idi". O, əlavə edir ki, "onlar dilənçi kökündə, borç içərisində çıxılmaz vəziyyətdə idilər". Bütün Qafqazda vəziyyət belə idi. Əsir alınmış əhali Kaffanın, İstanbulun, Misirin kölə bazarlarında satılırdı. İskəndər Münşi müsəlmanların əsir alınıb kölə edilməsini osmanlı hücumlarının mənfi nəticəsi hesab edirdi.

       Türkiyə Xəzər dənizi sahilinə çıxaraq təcili donanma yaratmağa başladı. Əvvəllər rus ticarət gəmilərinin yan aldığı Niyazabadda osmanlı gəmiləri inşa edilməyə başlandı. Bütün bunların hamısı tədricən Azərbaycanda xalqı yadellilərə qarşı fəal mübarizəyə cəlb edirdi.

     Ərdəbil  istisna  olmaqla, Azərbaycanın  I  Abbasın  hakimiyyəti altında  qalan  cənubi-şərq vilayətləri Qəzvinə tabe idi. Bu vaxt Sultaniyyə, Sədcas və Zəncan vilayətlərində siyahmənsur adlı kürd tayfası məskən saldı. Onlar Səfəvi ordusunun arxa cəbhəsini möhkəmləndirmək üçün Xorasandan bura köçürülmüşdülər. İki dövlət arasında  müəyyən edilmiş yeni sərhədi qorumaq da onlara tapşırılmışdı. Həmzə Mirzənin ölümündən sonra yaranmış qarışıq vəziyyətdən istifadə edən bu tayfanın başçısı Dövlətyar xan Səfəvilərə tabe olmaqdan boyun qaçırdı. Sədçasda qala tikdirərək oraya xeyli ərzaq və sursat topladı. Hətta Şah Abbasın Qəzvində olmasından istifadə edən Dövlətyar öz ərazisini genişləndirməyə çalışdı, lakin onun bu cəhdi baş  tutmadı.  O,  azərbaycanlıların  köməyindən  istifadə edə bilmədi. Onu əhatə edən "qiyamçı kürdlər" karvanların və tacirlərin sərbəst hərəkət etmələrinə ciddi mane oldular. 1592-ci ildə şah Qəzvində olarkən Dövlətyar onun yanına gəlmədi I Abbas ona qarşı qoşun göndərdi, Dövlətyar əsir alınıb Qəzvinə gətirildi və orada siyahmənsur tayfasının digər başçıları

 ilə birlikdə edam edildi. Ərdəbil vilayətinin idarə olunması Səfəvi sarayına sadiq feodallara tapşırıldı. Ona görə də 1590-cı il sülhü bağlayarkən Azərbaycanın Səfəvi dövləti idarəsində qalan bütün cənub-şərq  vilayətləri Qəzvinin  tabeliyindən  çıxdı.

       Lakin Şah I Abbas Azərbaycanın bütövlükdə Səfəvi dövlətinə qatılması  fikrindn daşınmadı. O, Azərbaycanın  bütün bölgələrini bir inzibati mərkəzdə birləşdirməyə çalışırdı.

       1593-cü ildə şah Abbas ilk dəfə təntənəli şəkildə Ərdəbilə gəldi. Şahı müşayiət edənlərin qarşısına çıxmağa qadir olmayan Şahverdi xan Qaracadağı tərk edib Türkiyəyə keçdi, onun yerinə yeni hakim təyin edildi. Qaracadağ Ərdəbil iqamətkah olmaqla, Azərbaycan bəylərbəyi Zülfüqar xana tabe edildi. 

      Beləliklə, 1593-cü ildən etibarən qızılbaşlara tabe edilən Azərbaycan vilayətləri-Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyliyində birləşdi. Bu bəylərbəyliyə Fərhad xan və Zülfüqar xan Qaramanlı qardaşları növbə ilə başçılıq edirdilər. 1595-ci ilə qədər bəylərbəyliyin qoşununun sayı 10 minə çatırdı (süvari və piyada) və "Azərbaycan qoşunu" adlanırdı. 1594-cü ildə Şah Abbas bəylərbəyliyin maddi bazasını möhkəmləndirdi. Beləliklə, Şah Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun "vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı". 

     Bağdad tutulduqdan sonra 1639-cu il mayın 17-də Qəsri-Şirində Türkiyə ilə Səfəvi dövləti arasında 1612-ci il sülhünün şərtlərini təsdiq edən sülh müqaviləsi imzalandı və XVIII əsrin birinci rübünə qədər qüvvədə qaldı. Azərbaycanda qismən sakitdik yarandı, on illərlə boşalmış şəhərlərin əhalisi geri qayıtdı, inzibati və ticarət mərkəzləri olan şəhərlər öz əvvəlki şöhrətini qaytarmağa başladı. 1645-1648-ci illərdə Azərbaycan Səfəvilərin Gürcüstan səfərindən də zərər çəkirdi. XVII əsrin ortalarında Səfəvi dövlətində iqtisadi dirçəliş, I Abbas tərəfindən İran və Azərbaycan üçün görülmüş məlum tədbirlər öz bəhrəsini verməyə başladı. Ayrı-ayrı şəhərlərdə, xüsusilə, Dərbənddə və Ordubadda vergi imtiyazı, Bakı şəhərinə olan xeyirxah münasibət, Gəncənin bərpası və abadlaşdırılması, Təbrizdə şəhər tikintisi xeyrinə bəzi tədbirlər, Ərdəbilə daim qayğı, xalqın doğma diyarın inkişafı və abadlaşmasına olan qayğısı bütün bunların hamısı XVII əsrin ikinci yarısından etibarən Azərbaycanı Yaxın və Orta Şərqdə çiçəklənən diyarlardan birinə çevirdi.

       Ümumiyyətlə, XVII əsrin əvvəllərində Səfəvilər, Türkiyə və Avropa dövlətləri arasında yaranmış siyasi vəziyyət feodal istehsal üsulunun xarakterindən doğan tarixi inkişaf prosesinin qanunauyğun nəticəsi idi.

         XVII əsrdə Şərqi Gürcüstan istisna olmaqla, Azərbaycan inzibati idarə sistemi Səfəvi imperiyasının bütün şimali-qərb hissəsini əhatə edirdi. Əhalisinin dörddə üç hissəsi, yəni əsasən azərbaycanlı olan indiki Ermənistan-Çuxur-Səd bəylərbəyi də Azərbaycan anlamına daxil idi. Azərbaycanda dörd bəylərbəyliyi var idi: Təbriz, Çuxur-Səd, Qarabağ və Şirvan.

     Ölkənin cənub vilayətlərinin çoxu Təbrizə aid idi və Azərbaycan bəyləbəyi adlanırdı. Səfəvi-Osmanlı müharibələri dövründə talan edilmiş ailələrin bir hissəsi Ermənistan, Gürcüstan və Azərbaycandan başqa yerlərə köçmüşdü. Tiflis və Şamaxıda xeyli erməni sənətkarı və taciri məskən salmışdı.

       Avarların Azərbaycan ərazisində sakin olmaları da elə bu zaman başa çatmışdı. Avarlar hələ XV əsrin sonlarında Azərbaycan və Gürcüstanın sərhəd rayonlarına köçüb gəlməyə başlamışdılar. Onların bura gəlməsi kaxetiyalıların öz sərhədlərini düşməndən qorumaq üçün avarlara müraciət etmələri ilə əlaqədar idi. XVII əsrin əvvəllərində I Abbasın köməyi ilə yenkiloy, muğal və digər türksoylu birləşmələr yerli əhalini -özlərinə tabe edərək Balakən, Car, Muxax, Tala, Çardaqlı, Qabaqçöl, Katex, Qaşqaçay, Suvagil kəndlərində həmişəlik məskən saldılar.



       Şah Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal bölgələrinə yarımköçəri tayfalar köçürürdü. Məsələn, Mutanda çoxlu şahsevən ailəsi yerləşdirilmişdi. Türksoylu padarların Səfəvilər tərəfindən İrandan Azərbaycana köçürülməsi də XVI-XVII əsrlərə təsadüf edir. Onların çox hissəsi ləgilərin basqınlarını dəf etməli idilər. Padarlar indi də Dəvəçi, Şamaxı, Şəki və başqa bölgələrdə yaşayırlar.

       Yerlərdə ali hakimiyyət bəylərbəyilərə məxsus idi. Hər bir bəylərbəylik şah tərəfindən təyin edilmiş bəylərbəyi tərəfindən idarə edilirdi. Bəylərbəyilərə tabe olan vilayət hakimləri qolbəyi adlanırdı. Bir qədər kiçik inzibati bölkünün hakimi sultan adlanırdı. Sultanlar qolbəyilərə, bəzi hallarda bilavasitə tabe idilər. Bəylərbəyilər və ona tabe hakimlər hərbiçilər (mülazimlər) saxlamalı idilər. Onlar bəylərbəyliyin hərbi qüvələrinin özəyini təşkil edirdilər. Naməlum müəllifin məlumatına görə, Azərbaycanın dörd bəylərbəyliyində mülazimlərin sayı 30 mindən yuxarı deyildi.
Yüklə 35,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə