ÇARİZMİN BƏYLƏRƏ MÜNASİBƏTİ VƏ TORPAQ İSLAHATLARI (XIX ƏSRİN BİRİNCİ YARISINDA)
Tarixi
Məzmunu
1830
31 iyul
Çar I Nikolayın fərmanı ilə feodalların tutulmuş torpaqları özlərinə qaytarıldı. Bunun əvəzində bəylər idarəetmədə iştirak
etməli idilər
1841
25 aprel
Qazax, Şəmşəddil və Borçalı nahiyyələrində yaşayan bəy və ağalar torpaq sahibliyindən və həmin torpaqları becərən
kəndlilər üzərindəki hüquqlarından məhrum edildilər
1841
28 may
Xəzər vilayətinin bəylərinin tiyul torpaqları müsadirə olundu və onlar kənd idarəçiliyindən uzaqlaşdırıldı
1842
I Nikolayın göstərişi ilə bəylərin və ağaların torpaqlarının müsadirə olunması dayandırıldı və ağaların mülkiyyət hüququ
barədə “Əsasnamə” hazırlamaq üçün komitələr yaradıldı
1846
6 dekabr
Çar I Nikolayın bəy və ağaların hüquqları haqqında reskript imzaladı. Bu sərəncamla ilk dəfə bəylərə məxsus olan bütün
torpaqlar onların irsi mülkiyyəti kimi təsdiq edildi, bəylərə kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis
idarə üsulunu həyata keçirmək hüququ verildi, mülk, mülki-xalisə və tiyul bəylərin rəsmən mülkiyyəti elan olundu, bəylərin
torpaqlarının özgə silklərə keçirməsi qadağan olundu, verilmiş hüquqlar müqabilində bəylər ilk çağırışla ordu sıralarına
qoşulmağa və onun üzərinə qoyulacaq başqa vəzifələri canla başla yerinə yetirməyə borclu idi, sahibkar kəndlilərinə rəiyət,
rəncbər, nökər, elat adları əvəzinə ümumi mülkədar tabelisi adı verildi. İslahatın əhəmiyyəti ondan ibarət idi ki, Şimali
Azərbaycanın “ali müsəlman silki” Rusiya zadəganları ilə bərabər hüquq qazandı, Rusiya hökuməti yerli feodallarla ittifaqa
doğru mühüm bir addım atmış oldu və “ali müsəlman silki”ni mərkəzi hakimiyyətə yaxınlaşdırdı. İslahatın məhdud cəhəti isə
bəylərin diyarın idarəsində kütləvi şəkildə iştirak etmək hüququna malik olmaması idi
1847
20 aprel
28 dekabr
“Kəndli əsasnamələri”nin qəbul olunması. “Əsasnamələr”ə əsasən kişi cinsindən olan və 15 yaşına çatmış hər bir kəndliyə 5
desyat yararlı torpaq sahəsi verilirdi, torpaq əvəzində kəndlidən malcəhət adlı 1/10 vergisi alınırdı, kəndlilər bəyin
otaqlarından istifadə əvəzində xüsusi rüsum olan çöpbaşı vergisi ödəməli idilər, bəy təsərrüfatında ildə 18 gün müddətində
biyar işləri görmək üçün hər bir kəndli ailəsi bir kişi ayırmalı idi, sahibkarlar kəndlilər üzərində polis və məhkəmə hüququ
aldılar, sahibkar torpaqlarında yaşayan kəndlilərə başqa sahibkarların yanına kömək huququ verildi. 1846-cı il 6 dekabr
reskripti ilə, 1847-ci il kədli Əsasnamələrinin oxşar cəhəti ondan ibarət idi ki, hər iki islahat bəy və ağa torpaqlarında yaşayan
kəndlilərə aid edilirdi və bəylərə kəndlilər üzəridə polis nəzarəti hüququ verilirdi
İNZİBATİ, MƏHKƏMƏ VƏ ŞƏHƏR İSLAHATLARI
Tarixi
Məzmunu
1801-1840
Komendant idarə üsuluna əsasən xanlıqlar və sultanlıqlar əyalətlər və dairələrə çevrildi. Şimali Azərbaycan ərazisində Bakı,
Quba, Şəki Şirvan, Qarabağ, Lənkəran əyalətləri, Yelezavetpol, Car-Balakən dairələri, Qazax və Şəmşəddil distansiyaları
yaradıldı. Komendant idarə üsulu dövründə Cənubi Qafqaz inzibati cəhətdən iki yerə Müsəlman əyalətələri rəisliyinə (mərkəzi
Şuşa) və Hərbi dairə rəisliyinə (mərkəzi Dərbənd) bölündü. Şəki, Şirvan, Qarabağ və Lənkəran əyalətləri “Müsəlman əyalətələri
rəisliyi” qurumuna tabe edildi. Bakı və Quba əyalətləri isə Hərbi dairə rəisliyinə daxil idi. Komendant idarə üsuluna əsasən
Azərbaycanın əyalətləri inzibati cəhətdən, mahallara, mahallar isə kəndlərə bölünürdü
1840
10 aprel
Çar I Nikolay tərəfindən Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanunu qəbul edildi. Qanun 1841-ci il
yanvarın 1-dən qüvvəyə mindi. İnzibati islahata əsasən Komendant idarə üsulu ləğv edildi və Cənubi Qafqazın inzibati quruluşu
Ümumimperiya inzibati-ərazi bölgüsünə uyğunlaşdırıldı, Cənubi Qafqaz diyarı Gürcüstan-İmeretiya quberniyasına (mərkəzi
Tiflis) və Xəzər vilayətinə (mərkəzi Şamaxı) bölündü, Yelizavetpol qəzası (Qazax və Şəmşəddil nahiyyələri ilə birlikdə), Car-
Balakən dairəsi və Naxçıvan qəzaları Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı, Quberniya və vilayətlər qəzalara,
qəzalar isə nahiyyələrə bölündü, Qafqazda ali hakimiyyət çar tərəfindən təyin edilən Qafqazının baş hakiminin əlində qaldı,
quberniyaları çar tərəfindən təyin edilən hərbi qubernatorlar idarə edirdilər, qubernatorun və Xəzər vilayətinin rəisini çar təyin
etsə də, onlar Qafqazının baş hakiminə tabe idi, mahal naibləri vəzifəsi isə ləğv edildi
1840
10 aprel
Məhkəmə islahatına əsasən məhkəmə sistemi yenidən qurularaq quberniya, vilayət və qəza məhkəmələri yaradıldı, əhkəmələr
Ümumrusiya qanunları əsasında fəaliyyət göstərməyə başladı, Azərbaycan məmurları məhkəmə aparatının bütün pillələrində
ruslarla əvəz olundu, artıq cinayət işlərinə Hərbi məhkəmələrdə deyil, mülki məhkəmələrdə baxılırdı, yalnız kəbin-talaq və
vərəsəlik məsələləri ilə məşğul olan şəriət məhəkəmələri saxlanıldı. Baş hakimdən qəza rəislərinə qədər məmurlar məhkəmənin
işinə qarışır və adamlara cəza verə bilirdi. Beləliklə, 1840-cı il 10 aprel məhkəm islahatı nəticəsində Şimali Azərbaycanda
məhkəmə sisteminin yaradılması ilə feodal-asılı münasibətləri yumşaldıldı
1844
Cənubi Qafqaz Baş hakimliyi ləğv edildi və mərkəzi Tiflis olan Qafqaz canişinliyi yaradıldı
1846
14 dekabr
Gürcüstan-İmeretiya quberniyası ilə Xəzər vilayəti ləğv edilərək onların ərazisində Tiflis, Kutaisi, Dərbənd və Şamaxı
quberniyaları yaradıldı. Car-Balakən dairəsi təşkil edildi. 1840 və 1846-cı illərdəki inzibati bölgülərdə oxşarlıq ondan ibarət idi
ki, hər iki islahatda milli sərhədlər nəzərə alınmadı
1849
İrəvan quberniyası təşkil edildi. Naxçıvan və Ordubad qəzaları İrəvan quberniyasına verildi. Bu dövrdə İrəvan quberniyasının
tərkibinə İrəvan, Aleksandropol, Yenibəyazid və Şərur-Dərələyəz qəzaları da daxil idi
1859
Şamaxıda baş vermiş zəlzələ ilə əlaqədar Şamaxı quberniyası ləğv edilərək onun əvəzində Bakı quberniyası yaradıldı və
quberniya mərkəzi Bakıya köçürüldü.. Bakı quberniyasına Bakı, Göyçay, Lənkəran, Şamaxı, Cavad və Quba qəzaları daxil idi
1860
Dərbənd quberniyası ləğv edildi və onun tərkibində olan Quba qəzası Bakı quberniyasınını tərkibinə qatıldı
1868
Cavad və Göyçay qəzaları yaradılaraq Bakı quberniyasının tərkibinə daxil edildi
1868
Yelizavetpol quberniyası yaradıldı. Bu quberniyaya Şuşa, Nuxa, Zəngəzur, Qazax, Ərəş, Cəbrayıl və Cavanşir qəzaları daxil idi
1870
Şərur-Dərələyəz və Naxçıvan qəzaları yaradıldı
1874
Ərəş qəzası yaradılaraq Yelezaverpol quberniyasının tərkibinə daxil edildi
1883
Cəbrayıl və Cavanşir qəzaları təşkil edilərək Yelizaverpol quberniyasının tərkibinə daxil edildi
1883
Qafqaz canişinliyi ləğv edildi və Qafqazın idarəsi mülki hissə üzrə rəisə tapşırıldı
1905
Qafqaz canişiliyi bərpa edildi və Vorontsov-Daşkov Qafqaz canişini təyin edildi