28
Açıq səma altında özünəməxsus şəkil qalereyası olan Qobustan qayaüstü
təsvirləri kompleksi mezolit, neolit və sonrakı dövrlər incəsənətinin görkəmli
abidəsidir. Qobustan zonasında aparılan qazıntılar bölgədə mezolit-neolit dövrünü
daha yaxşı təsəvvür etməyə imkan verir.
E.ə. VI minilliyin ortalarına yaxın Azərbaycan və bütün Zaqafqaziya
ərazisində tədricən Ön Asiya tipli oturaq əkinçilik mədəniyyəti formalaşır - insanın
artıq təbii misdən istifadə edib ondan alət, silah və bəzək hazırladığı eneolit dövrü
başlanır.
Bütün Azərbaycan ərazisinə səpələnmiş "yaşayış təpələri" tipli onlarla eneolit
məskənləri bizdə qonşu vilayətlərlə sıx surətdə əlaqədar olan sakinlərin təsərrüfatı,
mədəniyyəti və müəyyən dərəcədə ictimai münasibətləri haqqında kifayət qədər aydın
təsəvvür yaradır.
Eneolit məskənlərinin materialları o dövrdə Azərbaycan ərazisində yaşamış
əhalinin böyük tərəqqiyə nail olduğuna dəlalət edir. Eneolit dövrü ilə cildin birinci
bölməsi sona çatır.
İ k i n c i bölmə- "Azərbaycan ərazisində tunc dövrü. İbtidai icma quruluşunun
dağılması" - təxminən iki minillik bir dövrü (e.ə. IV minilliyin ikinci yarısı - II
minilliyin sonu) əhatə edir.
Tunc dövrünün arxeoloji materialları zəngin və misilsiz möhtəşəmliyi ilə
fərqlənən, əkinçilik və maldarlığın, habelə dulusçuluq və metal emalının coşqun
inkişafı əsasında məhsuldar qüvvələrin səviyyəsinin xeyli yüksəldiyinə dəlalət edən
qədim mədəniyyətləri bizə çatdırmışdır. Əhalinin xeyli artması, ilk böyük tayfa
ittifaqlarının meydana çıxması kəskin surətdə nəzərə çarpır; hərbi toqquşmalar daha
tez-tez baş verir, yaşayış məskənlərinin, möhkəm qalaların sayı artır.
O dövrün iqtisadiyyatında aparıcı rol əkinçiliyə məxsus idi.
Təsərrüfat həyatının yüksəlişi öz növbəsində xammal ehtiyatlarının daha
intensiv surətdə istismarını stimullaşdırdı. Dağ-mədən işi, metal emalı, saxsı istehsalı,
toxuculuq və bir çox başqa sənətkarlıq sahələri coşqun surətdə inkişaf edir.
Tunc dövrü özü ilə birlikdə çoxlu mühüm dəyişikliklər gətirmişdir. Bu dövrdə
maldarlığın xeyli inkişaf etməsi və dağ-mədən sərvətlərinin istismarı hesabına ayrı-
ayrı şəxslərin və ailələrin əlində böyük sərvət toplanır ki, bu da sosial və əmlak
təbəqələşməsinin dərinləşməsinə gətirib çıxarır. Bu dövrdə müharibə maldarlıq və
əkinçiliklə yanaşı, Azərbaycan tayfalarının başlıca məşğuliyyətlərinin birinə çevrilir.
Tunc dövründən etibarən Azərbaycan ərazisinin bir hissəsi öz əhalisi - kutilər,
lullubilər, hurrilər və b. ilə birlikdə Şumer-Akkad yazılı qaynaqları orbitinə düşür.
Kifayət qədər çoxlu arxeoloji materiallar orta və son tunc dövründə
Azərbaycan ərazisində təbəqələşmənin kəskin surətdə dərinləşdiyinə, ibtidai icma
quruluşunun tənəzzülə uğradığına və dağıldığına dəlalət edir.
Bu bölmənin sonunda Azərbaycan əhalisinin etnik tərkibi nəzərdən keçirilir.
29
Ü ç ü n c ü bölmə - "Azərbaycan ərazisində ilk dövlətlər" adlanır. Burada
müxtəlif yazılı qaynaqlardan istifadə edilmişdir. Bu dövr tarixinin öyrənilməsində
mühüm rol həm də arxeoloji materiallara məxsusdur.
Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu
bölgədə ilk böyük dövlətin - Manna dövlətinin tarixinə, Mannanın şəhərlərinə və
şəhər məişətinə, mədəniyyətinə həsr edilmişdir. E.ə. VIII əsrin sonu - VII əsrin
əvvəllərində Manna bu dövrün ən qüdrətli dövlətlərindən birinə çevrilir.
Yadelli qəsbkarlara qarşı mübarizəyə bölmədə xeyli yer verilir.
Mannanın madalılar tərəfindən qəsb edilməsi ilə əlaqədar məsələlər nəzərdən
keçirilir. Bu dövrdən etibarən bir sıra əsrlər ərzində Mada etnik elementi bölgədə
mühüm rol oynamış, yerli tayfalar tədricən qəsbkarlarla qovuşmağa başlamış, bununla
da bu ərazidə yeni etnik birliyin - atropatenalıların əsası qoyulmuşdur.
Bölmə İran Əhəməni dövlətinin tərkibinə daxil olmuş o dövr Azərbaycan
tarixinin işıqlandırılması ilə başa çatır.
D ö r d ü n c ü bölmə - "Hellinizm dövründə Azərbaycan ərazisində dövlət
qurumları" adlanır.
Bölmənin iki fəsli Mada Atropatenasına, onun etnik, təsərrüfat, siyasi, mədəni
tarixinə, habelə dininə həsr edilmişdir. Qeyd olunur ki, e.ə. IV əsrin son rübünün
başlanğıcında keçmiş fars canişini Atropat, - öz mənşəyinə görə onun madalı
olduğunu güman etməyə əsas var - əsasən Cənubi Azərbaycan, İran Kürdüstanı və
qismən də müasir Azərbaycan Respublikası ərazisində yerləşmiş yeni dövlətin - Kiçik
Madanın müstəqil hökmdarına çevrilir. Sonralar bu şahlıq tez-tez öz banisinin adı ilə
Atropatena adlandırılırdı.
"Azərbaycan" məfhumunun özü də məhz Aropatena// At
a
/
u
rpatakanla
əlaqədardır. "Azərbaycan" adı öz kökü ilə bu dövrə gedib çıxır və qədim
At
a
/
u
rpatakanın qanunauyğun dəyişmiş formasıdır.
Sonuncu üç fəsil antik Qafqaz Albaniyasının ərazi hüdudlarının və əhalisinin
nəzərdən keçirilməsinə, onun təsərrüfat həyatına, sosial münasibətlərinə, siyasi
tarixinə və mədəniyyətinə həsr olunub.
Alban dövlətinin meydana çıxmasına, Albaniyadakı şəhərlərə, ticarət, pul
dövriyyəsinə, mədəniyyətə, albanların qonşularına, Parfiya və Romaya qarşı
mübarizəyə xeyli yer verilmişdir.
Bizi maraqlandıran ərazi sakinlərinin inkişaf prosesi minilliklər boyu qonşu,
bəzən isə uzaq ərazilərdə yaşayan əhalinin tarixi ilə sıx əlaqədar getmişdir.
Azərbaycanın ən qədim və qədim tarixi Zaqafqaziyanın digər rayonları, Qafqaz, Kiçik
Asiya, Mesopotamiya, İran, Orta Asiya və Cənubi rus çölləri sakinlərinin tarixi ilə
qırılmaz surətdə bağlıdır. Ona görə də diyarımızın tarixini şərh edərkən bu ərazilərdə
məskunlaşmış tayfa və xalqların da tarixinə toxunmalı olmuşuq.