Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə6/186
tarix15.03.2018
ölçüsü3,9 Mb.
#32411
1   2   3   4   5   6   7   8   9   ...   186

14 

 

1929-cu  ilin  sonunda  Azərbaycanı  Tədqiq  və  Tətəbbö  Cəmiyyətinin  bazasında 



Azərbaycan MİK yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat institutu (ADETİ) yaradıldı. 

V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşşaninov, M.N.Pokrovski, A.N.Samoyloviç, A.O.Makovelski, 

A.R.Zifeld, A.Saar və b. görkəmli rus alimlərinin əməyi ADETİ-nin Tarix şöbəsinin işinə 

müsbət  təsir  göstərmişdir.  Ə.S.Qubaydulin,  V.Xuluflu,  B.Çobanzadə,  Ə.Haqverdiyev, 

M.Quliyev, Q.Cəbiyev, M.Şahbazov və C.Nağıyevin fəaliyyəti də səmərəli olmuşdur. 

20-ci  illərin  sonu  və  30-cu  illərdə  həm  rus  (N.Y.Marr,  S.V.Yuşkov, 

A.Y.Krımski,  N.İ.Anserov  və  b.),  həm  də  Zaqafqaziya  respublikalarından  olan  alimlər 

(A.Q.Şanidze  və  b.)  Azərbaycanın  tarixi,  etnoqrafiyası,  arxeologiyası  və 

antropologiyasının öyrənilməsi sahəsində böyük iş aparırdılar. 

Bu  illərdə  N.İ.Anserovun  Azərbaycan  əhalisinin  antropoloji  cəhətdən 

öyrənilməsinə  həsr  olunmuş  məqalələri,  akademik  A.Y.Krımskinin  Qafqaz 

Albaniyasının  tarixinə  dair  əsərləri  nəşr  edilir.  S.V.Yuşkov  Qədim  Albaniyanın 

sərhədləri  məsələsinin  tədqiqi  ilə  məşğul  olur.  Akademik  A.Q.Şanidze  Qafqaz 

albanlarının  yeni  kəşf  edilmiş  əlifbası  barəsində  çox  qiymətli  -  əsil  epoxal  əsər  nəşr 

etdirir. Albaniyanın qədim  tarixi problemlərinin dərk olunması üçün Y.İ.Krupnovun 

Qayakənddəki  son  tunc  dövr  qəbir  abidəsinə  həsr  olunmuş  məqaləsi  də  mühüm 

əhəmiyyətə malik idi. 

SSRİ  EA  Zaqafqaziya  filialının  nəzdində  yaradılmış  SSRİ  EA  Azərbaycan 

filialının  tərkibində  1936-cı  ildə  Tarix,  Etnoqrafiya  və  Arxeologiya  İnstitutu  təşkil 

olundu.  İnstitut  elmi  axtarışları  Azərbaycan  xalqının  tarixi,  onun  maddi 

mədəniyyətinin  problemləri  üzərində  cəmləşdirdi.  Y.A.Paxomovun  tərtib  etdiyi, 

tərkibinə  Azərbaycan  tarixi  üzrə  mixi  yazılı,  antik  və  Bizans  qaynaqları  daxil  edilən 

"Azərbaycan tarixi üzrə mənbələrin icmalı" çox mühüm işlərdəndir. 

Bu illərdə xaricdə X.S.Nüberq, E.Hersfeld, A.T.Olmsted, C.Kemeron və b.-nın 

məzmunlu əsərləri çapdan çıxmışdır. Bu alimlər həmin əsərlərində diyarımızın qədim 

tarixinin  ayrı-ayrı  məsələlərinə  toxunurdular.  Almaniyada  nəşr  olunan  məşhur 

"Arshaeologische  Mitteilungen  aus  Iran"  seriyasından  çoxlu  maraqlı  məlumatlar 

aşkara çıxarmaq mümkündür. 

1941-ci ildə Vətən müharibəsi ərəfəsində elmi-kütləvi "Azərbaycan tarixi (qısa 

oçerk)" nəşr edilmişdi. 

Böyük  Vətən  müharibəsindən  sonra  diyarın  qədim  tarixi  məsələlərinə  maraq 

daha  da  artmış, tədqiqat  işi xeyli genişlənmişdi.  Lakin  müharibədən sonrakı ilk illər 

ərzində bu istiqamətdə əsas yeri hələ də arxeoloji axtarışlar tuturdu. 

Cənubi  Azərbaycan  ərazisində  yaxın  vaxtlaradək  arxeoloji  qazıntılar,  demək 

olar  ki,  aparılmırdı.  J.  de  Morqanın  İran  Talışına  ekspedisiyasından  sonra  Cənubi 

Azərbaycanın cənub vilayətlərində arxeoloji kəşfiyyat işlərini 1936-cı ildə A.S.Steyn 

aparmışdı.  1940-cı  ildə  E.F.Şmidt  qədim  məskənlərin  aerofotosunun  çəkilişini 



15 

 

aparmış,  elə  həmin  ildə  İran  Arxeologiya  İdarəsi  xırda  qazıntılar  aparmağa  cəhd 



göstərmişdi. 

Diyarın qədim tarixinin öyrənilməsi üçün Aşşur (Assuriya) kitabələrinin 1926-

1927-ci illərdə amerikalı D.D.Lakenbill tərəfindən toplu nəşri və Urartu kitabələrinin 

1956-1957-ci  illərdə  Avstriya  alimi  F.Köniq  tərəfindən  hazırlanmış  nəşri  mühüm 

əhəmiyyətə malikdir. Urartu kitabələrinin tam külliyyatı, onların rus dilinə tərcüməsi 

və  izahatları  Q.A.Melikişvili  tərəfindən  nəşr  etdirilmişdir  ["Urartu  mixi  kitabələri", 

M., 1960]. 

1955-ci  ildən  "Ümumdünya  tarixi"nin  cildləri  çapdan  çıxmağa  başladı.  SSRİ 

Elmlər  Akademiyası  tərəfindən  nəşr  edilən  bu  sanballı  əsər  "marksist  tarix 

ədəbiyyatında bəşəriyyətin ən qədim zamanlardan müasir dövrümüzədək keçdiyi yolu 

işıqlandıran ümumi əsər" [I c, s. 5] kimi nəzərdə tutulmuşdu. 

1955-1956-cı  illərdə  çapdan  çıxmış  I  və  II  cildlər  ibtidai  icma  cəmiyyəti  və 

qədim dünya tarixinə həsr edilmişdir. 

Təəssüf ki, konkret materialların çatışmaması üzündən Azərbaycanın ən qədim 

tarixi I cilddə özünün əsil dərin elmi əksini tapmamışdır. Eneolit dövrü və Tunc əsri 

çox səthi verilmişdir. Bu nəşrdə Manna tarixi özünə layiq yer tapa bilməmişdi, 

II  cilddə  Qafqaz  Albaniyasının  da  bəxti  gətirməmişdir.  Onun  tarixinin 

xəsiscəsinə  işıqlandırılması  zamanı  bir  sıra  səhv  müddəalar  da  irəli  sürülmüşdür; 

məsələn,  iddia  olunur  ki,  antik  dövr  Albaniyasında  təsərrüfatın  üstün  forması  köçəri 

maldarlıq  idi.  E.ə.  I  əsrin  ortalarına  yaxın  Albaniyanın  müasir  Kaxetiyanın  bir 

hissəsini  tutması  barəsindəki  iddia  da  düzgün  deyil.  Bu  ərazi  alban  tayfalarının 

yayıldığı zona olmuşdur. Albaniyada məbəd "knyazlığı"ndan da çətin danışmaq olar. 

1946-1953-cu  illərdə  S.M.Qazıyevin  rəhbərliyi  altında  Mingəçevir  SES-in 

tikintisi  rayonunda  aparılan,  öz  miqyasına  görə  çox  böyük,  çoxillik  arxeoloji 

qazıntılar bizim üçün olduqca əhəmiyyətlidir. Ekspedisiya ilk tunc dövründən tutmuş 

orta  əsrlərədək  olan  dövrə  aid  zəngin  material  aşkar  etmişdir.  Bu  materialların 

içərisində  son  tunc  və  ilk  dəmir  dövrünün  çoxlu  abidəsi,  skif  qəbirləri,  iki  yüzdən 

artıq katakomba, çoxlu küp qəbirləri vardır. Habelə alban kitabələrinin fraqmentleri, 

xeyli paleoantropoloji material və s. var. Bu materialların bir hissəsi Albaniyanın Ön 

Asiya ölkələri ilə əlaqələri barəsində   danışmağa imkan verir. 

40-cı  illərin  sonlarından  Qobustan  qayaüstü  rəsmlərinin  öyrənilməsinə 

başlanılmış, burada  imperator Domisian dövrünün latın kitabəsi də  aşkar edilmişdir. 

Qobustanın  ilk  tədqiqatçısı  İ.M.Cəfərzadə  olmuşdur.  Onun  işini  C.Rüstəmov  və 

F.Muradova davam etdirirlər. 

1949-cu  ildə  B.B.Piotrovskinin  mühüm  əhəmiyyətə  malik  olan  "Zaqafqaziya 

arxeologiyası" əsəri nəşr olunmuşdur. Bu əsərdə Cənubi Qafqazın ibtidai icma dövrü 

abidələrinin şərhi verilmiş, geniş ümumiləşdirmələr aparılmışdır. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə