―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə14/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   10   11   12   13   14   15   16   17   ...   231

30 

 

Cəlairilərin hakimiyyətini qəbul etmədilər. ġah ġüca 1376-cı  ildə Cəlairi qoĢununu 



məğ lubiyyətə  uğratdı  və  Təbrizə  daxil  o ldu.  Təbriz  Ģəhəri  4  ay  müddətində  onun 

əlində qaldı.  Lakin ġah ġüca vaxtının ço x hissəsini eyĢ-iĢrətə sərf etdi, dövlət iĢləri 

ilə  məĢğul olmadı.  0, 1377-ci ildə Azərbaycana qayıtmıĢ Sultan Hüseynə qarĢı dura 

bilməd i  və  ġiraza  döndü.  Ucanda  keçirilmiĢ  qurultayda  Qaraqoyu nlu  Bayram 

Xacəyə  və  Qara  Məhəmmədə  qarĢı  mübarizə  aparmaq  qərarına  gəlmiĢ  Cəlairilər 

yürüĢə baĢladılar və onları itaətə cəlb etdilər. 

Lakin  buna  baxmayaraq,  Cəlairilər  dövləti  ərazisində  feodal  müharibələri 

kəsilməd i.  1378-ci  ildə  Bağdad  əmirləri  mərkəzi  hakimiyyətə  qarĢı  çıxd ılar,  10 

minlik ordu  ilə soltanın yay iqamətgahı olan  Ucan Ģəhərinə hücum etdilər.  Cəlairi 

qoĢunu vaxtında düĢmənin qarĢısını aldı və onu məğlubiyyətə uğrada bild i. 

Azərbaycanı  tutmaq  niyyətlərindən  əl  çəkməyən  ġiraz  hakimi  ġah  ġüca 

1381-c i ildə yenidən Təbrizə tərəf irə lilədi. La kin o, tezliklə ġira za qayıt ma lı oldu.  

Vəziyyəti  sabitləĢdirmək,  getdikcə  artan  dövlət  xərclərin i  ödəmək  üçün 

Sultan Hüseyn əhalinin üzərinə verg ilər qoydu və varlılardan böyük  məbləğdə pul 

aldı.  Vilayət  hakimləri,  dövlət  məmurları  və  vergi  toplayanlar  lazımi  dövlət 

nəzarətin in  olmaması  üzündən  əhalini  hər  vasitə  ilə  talamağa  baĢladılar.  Bu  hal 

xalq kütlələri arasında narazılığın artmasına səbəb oldu. 

Sultan Hüseynin qardaĢı Sultan Əh məd  oturaq əhalinin  və yerli feodalların 

narazılığından  istifadə  edərək  hakimiyyətə  yiyələnməyə  səy  göstərdi.  O,  1382-ci 

ildə Muğana və Arrana getdi, tez bir  za manda  xey li qoĢun topladı və Təbrizə  tərəf 

irəlilədi. Əh məd qardaĢını ö ldürərək taxtda oturdu və 1410-cu ilə qədər (fasilələrlə) 

Azərbaycanda hökmran lıq etdi. 

Sultan  Əh mədin  hakimiyyətə  gəlməsi  dövlətin  siyasi  və  iqtisadi  həyatında 

əhəmiyyətli  dəyiĢiklik  əmələ  gətirməd i.  Feodal  müharibələri  davam  edirdi.  Sultan 

Əh mədin qardaĢı Sultan  Bayazid Təbrizdən qaçdı və Sultaniyyə hakimi o lan Əmir 

Adilin  yanına  getdi.  Adil  vəziyyətdən  istifadə  edərək  Bayazidi  sultan  elan  etdi  və 

Təbrizə tərəf irəlilədi. Sultan Əh məd Əmir Adilə  müqavimət göstərmək iqtid arında 

olmadığı  üçün  Naxçıvana  gəldi.  Əmir  Adil  Təbrizə  daxil  olduqdan  sonra  Sultan 

Əh mədi  təqib  etdi.  Lakin  onun  bir  sıra  əmirləri  Əh mədin  tərəf inə  keçdilər.  Buna 

görə  də  Adil  Təbrizi  tərk  edərək  geri  qayıtdı.  ġəhər  yenidən  Əh mədin  ixtiyarına 

keçdi.  Lakin Sultan Əh məd bu dəfə Təbrizdə çox qala bilməd i. Onun ikinci qardaĢı 

Bayazid  ġey x  Əli  və  Əli  Ba rəkin  baĢçılıq  etdikləri  Bağdad  qoĢunu  ilə  birlikdə 

Azərbaycana  soxuldu.  Su ltan  Əh məd  Ucana  getdi  və  ordu  tədarükü  ilə  məĢğul 

oldu.  Buna  ba xmayaraq,  Sultan  Əh məd   hərbi  qüvvələrə,  xüsusilə  ə mirlə rə  etibar 

etmədi. Buna görə də o, Naxçıvana gəldi və Qaraqoyunlu Qara Məhəmmədlə ittifaq 

bağlayaraq  onun  qoĢunu  ilə  Bağdad  əmirləri  üzərinə  hücuma  keçdi.  Tərəflər 




31 

 

arasında baĢ vermiĢ vuruĢmada ġeyx Əli və Barək ö ldürüldülər, Su ltan Əh məd isə 



Təbrizə  qayıtdı.  Beləliklə,  Ġraq-i  Ərəb  yenidən  Sultan  Əhmədin  ixtiyarına  keçdi. 

Tezliklə  Su ltan  Əh məd  üçüncü  dəfə  Təbrizi  tərk  etməli  o ldu.  Adillə  Sultan 

Bayazidin  Təbrizə  yürüĢ  etdiklərini  eĢitmiĢ  Əh məd  Qarabağa  gedib  Muğanda 

ġirvanĢah HuĢənglə ittifaq bağladı. Adil və Sultan  Bayazid Muğana gələrək Sultan 

Əh mədə  qarĢı  vuruĢdular.  ġirvanĢah  HuĢəng  qardaĢlar  arasında  danıĢıqlar 

aparılmasına  nail  oldu.  QarĢılıq lı  razılığa  əsasən  Azərbaycan  (Kürdən  cənuba) 

Sultan  Əh mədə,  Ġraq-i  Əcəm  Sultan  Bayazidə  verildi.  Ġraq-i  Ərəb  isə  hər  iki 

qardaĢın  nümayəndələri  tərəfindən  idarə  olun malı  və  bölgənin  gəliri  iki  yerə 

bölünməli id i.  Lakin belə bir Ģərt Əmir Adili qane etmədi.  O öz əmirlərini  Bağdada 

göndərdi  və Ģəhərin  idarəsini  əlinə  aldı.  Su ltan  Əhməd  Bağdada  yürüĢ təĢkil  edib, 

Adili  oradan  qovdu  və  Təbrizə  qayıtdı.  Lakin  Adil  Təbrizə  yürüĢ  edib  Ģəhə ri  ələ 

keçirdi.  Sultan Əh məd Marağaya çatarkən Adil güclü qoĢunla onun qarĢısına çıxdı 

və Neylan adlı yerdə tərəflər arasında vuruĢma baĢ verdi.  

Tərəflərdən  heç  biri  qələbə  əldə  etməd i.  Adil  Su ltaniyyəyə,  Əhməd  isə 

Marağaya getdi. Adil Mü zəffərilər sülaləsindən olan ġah ġüca ilə ittifaq bağlayaraq 

yenidən  Sultan  Əhməd in  üzərinə  yürüĢ   təĢkil  etmək  fıkrinə  düĢdü,  lakin  ö z 

məqsədinə nail ola bilməd i.  Əh məd onların ittifaqın ı vədlərlə pozaraq, ġah ġücantı 

öz  tərəfinə  cəlb  edə  bildi.  Sultaniyyə  Bayazidin   ixtiyarına  keçdi.  Lakin  onun 

özbaĢınalığı  Ģəhərdə  narazılığa  səbəb  olduğu  üçün  Sultan  Əhməd  buraya gəldi  və 

Ģəhəri  döyüĢsüz  ələ  keçirdi.  Beləliklə,  Cəlairilər  dövlətinin  bütün  ərazisi  1384-cü 

ildə yenidən Əh mədin hakimiyyəti altında birləĢdi.  

Mərkəzi  Orta Asiyada olan Teymur imperiyasının yaranması və onun qonĢu 

ölkələrə  hücumu,  Qızıl  Orda  xanı  To xtamıĢın  A zərbaycanı  ələ  keçirmək  cəhdləri 

ölkənin  vəziyyətini  daha  da  gərginləĢdirdi.  Nəticədə  Azərbaycanın  əsas  ərazisi 

Cəlairilər  dövlətinin  nüfu z  dairəsindən  çıxdı  və  Su ltan  Əh mədin  vaxtaĢırı 

cəhdlərinə  baxmayaraq,  mü xtəlif  zamanlarda  Teymu rilərin,  b ir  sıra  yerli 

feodallarının  və  Qaraqoyunluların  sərəncamında  oldu.  Cəlairilər  də  b ir  neçə  dəfə 

Azərbaycana  yürüĢ  edərək,  Təbrizdə  hakimiyyəti  ələ  aldılar.  Əlincə  qalası  uzun 

müddət  Cəlairi  Ģahzadələrinin  əlində  qalsa  da,  onlar  1386-cı  ildən  Teymurun 

ölümünədək (1405) A zərbaycanda öz siyasi qurumlarını bərqərar edə bilmədilər. 



ġirvanĢahlar  dövləti  XIII-XIV  əsrlərdə.  ġirvan  vilayəti  əsrlər  boyu 

ġirvanĢahlar  tərəfindən  idarə  olunurdu.  Atabəy  Qızıl  A rslanın  (1186-1191) 

ölümündən  sonra  ġirvanĢahlar  dövləti  möhkəmləndi,  tamamilə  müstəqil  fəaliyyət 

göstərməyə  baĢladı  və  Azərbaycanın  monqollar  tərəfindən  tam  istilasına  qədərki 

dövrdə  müstəqil  qaldı.  XIII  əsrin  əvvəllərində  ġirvan  dövlətini  ġirvanĢah  GərĢasb 

idarə  edirdi.  Onun  dövründə  monqol  qoĢunları  Cəbə  və  Subutayın  baĢçılığ ı  ilə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə