―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə6/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   2   3   4   5   6   7   8   9   ...   231

14 

 

onlara  xeyli ərzaq, paltar,  mal-qara və qızıl verd i. Monqollar böyük  xərac aldıqdan 



sonra  qıĢlamaq  üçün  Muğana  yollandılar  və  oradan  Gürcüstana  basqın  etdilər. 

1221-c i  ilin  əvvəllə rində  Cəbə  və  Subutayın  dəstələri  Gürcüstandan Azərbaycana 

qayıtdılar və Təbrizə tərəf yönəldilər. Təbriz hakimi ġəmsəddin Tuğrayi pul, geyim 

və mal-qaradan ibarət xərac verməklə Ģəhəri qarətdən xilas edə bildi. Bundan sonra 

monqollar qəflətən Marağa üzərinə yürüĢ etdilər. ġəhər hakimi (adı naməlu m o lan 

qadın)  Ruyendej  qalasında  gizlən məyə  məcbur  oldu.  Lakin  xalq  kütlələri  doğma 

Ģəhərin müdafiəsinə qalxd ılar, düĢmənə ciddi müqavimət göstərdilər.  

Monqollar  divardağıdan  qurğuların  kö məyi  ilə  Marağaya  soxu ldular  və 

əhaliyə  qanlı  divan  tutdular.  Salnaməçin in  verdiyi  xəbərə  görə,  monqollar  əsirləri 

məcbur  edird ilər  ki,  onlar  Ģəhərdə "monqollar  çıxıb  getmiĢlər"  deyə  car  çəksinlər. 

Nəticədə  bir  ço xları  aldanmıĢ,  gizləndikləri  yerlərdən  küçəyə  çıxmıĢ  və  həmin  

məqamda düĢmən tərəfindən qətlə yetirilmiĢdilər. 

Monqollar  Marağada  ikən  Hə mədanda  xa lq  üsyanı  baĢ  verdi,  Cəbə  və 

Subutay  Azərbaycanı  tərk  etməli  o ldular.  Tezliklə  Cəbə  və  Subutay  Həmədanda 

üsyanı yatırdılar, sonra isə Ərdəbilə basqın edərək Ģəhəri ələ keçirdilər.  

Monqol  qoĢunu  Ərdəbil  istiqamətindən  Təbrizə  üçüncü  dəfə  hücum  etdi. 

Özbək düĢmənin Ģəhərə yaxınlaĢdığını eĢid ib Naxçıvana qaçdı. Təbrizlilər bu dəfə 

də  Ģəhər  rəisi  ġəmsəddin  Tuğrayinin  baĢ çılığı  ilə  Təbrizin  müdafiəsinə  qalxd ılar. 

Təbriz  hər  tərəfdən  möhkəmləndirildi,  istehkamlar  yaradıldı,  qala  divarları  təmir 

olundu.  Monqol  sərkərdələri  (Cəbə  və  Subutay)  Təbrizin  cidd i  mübarizəyə  hazır 

olduğunu  görüb  açıq  döyüĢə  girməkdən  çəkindilər  və  yenidən   xərac  almaqla 

kifayətləndilər. Belə liklə, Təbriz üçüncü dəfə qarətdən xilas oldu. 

Monqollar  Sərab  Ģəhərini  zəbt  etdikdən  sonra  Beyləqana  tərəf  yönəldilər. 

Monqol  qoĢunları  ilə  Ģəhər  əhalisi  arasında  qanlı  vuruĢ ma  baĢ  verdi.  Amansız 

döyüĢdən  sonra  Beyləqan  zəbt  edildi  və  əhaliyə  qanlı  divan  tutuldu.  Monqollar 

nəinki  qocaları  və  uĢaqları,  hətta  ana  bətnində  olan  körpələri  də  ç ıxa rıb  

öldürürdülər.  Beyləqanın  monqollar  tərəfindən  dağıdılması  və  yandırılmasına  dair 

ilk  mənbələrin  verdiyi  məlu matı  Ģəhərdə  aparılmıĢ  arxeolo ji  qazıntılar  da  sübut 

edir.  Güclü qarətdən sonra Beyləqana od vurub yandıran monqol sərkərdələri  Cəbə 

və  Subutay  Ģəhər  əhalisindən  xərac  alıb  Gürcüstana  getdilər  və  o radan  qayıdıb 

ġirvana  soxuldular.  ġirvanĢah  qalalardan  birinə  sığ ın malı  oldu.  ġamaxı  əhalisi 

düĢmənə  qəti  müqavimət  göstərməyi  qərara  aldı.  Monqollar  mühasirə 

nərdivanlarından  istifadə  etdilə r,  lakin  Ģəhərə  girə  bilməd ilər.  Onlar  meyitlərdən 

qalaqlar  düzəltdilər  və  bu  qalaqlar  üzərinə  çıxıb  Ģəhərə  od  yağdırmağa  baĢladılar. 

Lakin  bu üsul da Ģəhərin  mərd  müdafiəçilərin i qorxutmad ı.  Onlar qəhrəmancasına 

ölməyi  düĢmənə  əsir  düĢməkdən  üstün  tutdular.  Ərəb  tarixçisi  Ġbn  əl-Əsir 




15 

 

Ģamaxılılar  barədə  yazırdı  ki,  əhali  "qılınca  sarılmaq  lazımdır,  b izə  ö lü mdən 



qurtuluĢ yoxdur, döyüĢmək və Ģərəflə ö lmə k hər Ģeydən yaxĢıdır" deyərək düĢmənə 

ciddi  müqavimət  göstərirdi.  Mübarizə  üç  gün  davam  etdi.  Sayca  üs tün  olan 

monqollar  Ģəhəri  ələ  keçirə  bildilər.  Ġbn  əl-Əsirin  ifadəsi  ilə  desək,  "Ģəhərdə 

əhalinin kökü kəsildi". 

Monqollar  1222-ci  ildə  ġa ma xıdan  Ģimala   tərəf  yönəldilə r.  Dərbənddən 

keçməyin  çətin liy ini  anlayaraq  hiyləyə  əl  atdılar  və  danıĢıqlar  üçün  ġ irvanĢaha 

xəbər göndərdilər.  ġirvanĢah təklifi qəbul etdi və  10 nəfərlik elçi heyəti gönd ərdi. 

Monqollar elçilərdən birini öldürdülər, digərlərini  isə məcbur etdilər  ki, onları gizli 

yollarla  Dərbənddən  Ģimala  keçirsinlər.  Beləliklə,  monqol  qoĢunları  1222-ci  ildə 

Azərbaycan  ərazisini  tərk  etdilər  və  Monqolustana  qayıtdılar.  Monqolların  ilk 

yürüĢləri  kəĢfiyyat  xarakteri  daĢıyırdı.  Lakin  bu  yürüĢlər  A zərbaycanda  siyasi 

pərakəndəliy in  hökm  sürdüyünü  bir  daha  sübut  etdi.  DüĢmənə  qarĢı  yekd il liklə 

mübarizə  aparılmaması  monqolların  qələbəsini  təmin  etdi.  Monqolların  ilk 

yürüĢləri  Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  və  mədəni  həyatına  böyük  zərbə 

vurdu.  Monqolların  keçdikləri  ərazidə  mədəniyyət  abidələri,  ticarət  yolları 

dağıdıldı, kənd təsərrüfatı talan edildi, əkin yerləri tapdalandı,  xırmanlar yandırıld ı, 

ma l-qara  sürülüb aparıld ı. 

Ġqtisadi  və  siyasi  qüdrətini  itirmiĢ  Eldənizlər  dövləti  ö lkədə  və ziyyəti 

nizama  salmaq  iqtidarında  deyildi.  A zərbaycanda  yaranmıĢ   ağır  vəziyyət  yeni 

istilaçıların  həmlələri  üçün  imkan  yaratdı.  1223-cü  ildə  qıpçaq  dəstələri  ġimali 

Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana soxuldular. 

ġirvanda  qarətçilik  edən  qıpçaqlar  Arrana  gəlib  Qəbələ  və  Gəncəyə  tərəf 

irəlilədilər.  Qəbələ  Ģəhəri  qıpçaqların  yürüĢündən  böyük  zərər  çəkd i.  Qıpçaqlar 

Gəncə  hakimi  ilə  danıĢıqlar  apardılar,  onun  nüfuz  dairəsində  olan  ərazidə 

yaĢamalarına razılıq istədilər və buna nail oldular. Lakin tezliklə q ıpçaqlar Gəncədə 

yerli  əhaliyə  əziyyət  verməyə  baĢladılar,  onların  əmlakın ı  talay ıb  özlərin i  qul 

etdilər.  Qıpçaqlara  qarĢı  Arran,  ġirvan,  Gürcüstan  və  Dağıstan  əhalisi  arasında 

ittifaq  yarandı  və  nəticədə  qıpçaq  dəstələri  məğ lub  edildilər.  Lakin  A zərbaycanın 

ağır  vəziyyətindən  istifadə  edən  gürcü  feodalları  1225-ci  ildə  Gəncəyə  hücum 

etdilər, Ģəhər qarət olundu. 



XarəzmĢah  Cəlaləddinin  Azərbaycanı  zəbt  etməsi  və  istilaçılara  qarĢı 

mübarizə.  1225-ci  ildə  Azərbaycan  XarəzmĢah  Məhəmmədin  oğlu  Cəlaləddinin  

hücumuna  məru z  qald ı.  Monqolların  Orta  Asiyaya  hücumu  nəticəsində 

hakimiyyətdən  məhru m  olmuĢ  Cəlaləddin  Ġranı  və  qonĢu  ölkələri  zəbt  etməyi 

qərara aldı.  O, Azərbaycana basqın etdi, Marağanı ələ keçirdi və əhalin i öz tərəfinə 

çəkmək  məqsədilə Ģəhərdə bərpa iĢləri apardı. Cəlaləddin buradan Təbrizə yönəldi. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə