―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə8/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   4   5   6   7   8   9   10   11   ...   231

18 

 

gümüĢü  və qiymətli  əĢyaları  tap mağa  cəhd  göstərdilər.  Monqolların  hücumundan 



sonra  Gəncə  4  il  ərzində  xaraba  vəziyyətdə  qaldı  və  yalnız  sonralar  Ģəhərin 

bərpasına cəhd göstərildi. 

Monqollar Azərbaycanın digər Ģəhərlərində də dağıntılar törətdilər, Ģəhər və 

kənd  əhalisini  qarət  etdilər.  On lar  ġəmkirdə  ciddi  mü qavimətə  rast  gəldilər. 

DüĢmən Ģəhərə yaxınlaĢdıqda Ģəmkirlilər Ģəhər hakimi  Bəhramdan yadellilərə qarĢı 

mübarizəyə  qalxmağı  tələb  etdilər.  Lakin  Bəhram  buna  razı  olmad ı.  Monqollar 

ġəmkiri mühasirəyə ald ılar, Ģəhər ətrafındakı xəndəklərə odun və saman dold uraraq 

qala  divarlarına  qalxmağa  cəhd  göstərdilər.  ġəmkirlilər  bundan  xəbər  tutub  gecə 

ikən samana od vurub yandırdılar. ġəhərə can atan monqol qoĢunu xəndəkləri qu m 

ilə do ldurdu və bu üsulla atəĢə son qoyaraq Ģəhərə soxula bildi. ġəmkir ya ndırıldı, 

onun sakinləri q ılıncdan keçirild i. 

Monqollar  Azərbaycanın  digər  Ģəhərlərinə  də  yürüĢ  etdilər.  Bakı  və  Tovuz 

ələ  keçirild i.  1239-cu  ildə  Dərbənd  Ģəhərinin  zəbt  olunması  ilə  bütün  Azərbaycan 

monqollar tərəfindən istila edildi. 

Ġlk yürüĢlərdən fərqli olaraq  monqolların ikinci yürüĢündə əsas məqsəd zəbt 

edilmiĢ  ölkələrdə  (ilk  növbədə  Azərbaycanda  və  ona  qonĢu  olan  ərazidə) 

möhkəmlən mək  idi.  Buna  görə  də  monqollar  qələbə  əldə  etdikdən  sonra 

Monqolustana qayıtmadılar, Cənubi Qa fqazda və Ġranda məskunlaĢdılar.  

Azərbaycan və ümu miyyətlə Cənubi Qa fqaz ə ra zisi 1239 -1256-c ı illərdə A li 

monqol  xaqanlığının  təyin  etdiyi  caniĢinlər  tərəfindən  idarə  olunurdu.  Arqun  Ağa 

Xorasan,  Ġraq-i  Əcə m,  Azərbaycan  (ġirvan  da  daxil  olmaqla),  Gü rcüstan, 

Ermənistan,  Lur  və  Kirmana  caniĢin  təyin  olundu.  Arqun  ağanın  Azərbaycanda 

həyata  keçirdiy i  siyasətin  əsas  mahiyyəti  yerli  feodalların  (vassalların)  köçəri 

monqol  əyanlarından  asılılığın ı  getdikcə  gücləndirməkdən  ibarət  idi.  Ġri  köçəri 

əyanlardan təyin olunan caniĢinlərə Ali  monqol  xaqanlığı böyük etimad bəsləyirdi. 

Onların  təyin  olunduqları  ölkələrdə  böyük  imtiyazları  vardı.  Heç  kimin  caniĢinin  

iĢinə  qarıĢmağa  ixtiyarı  yox  id i.  Azərbaycanın  əksər  torpaq  sahələri  və  otlaqları 

monqol  caniĢin liy inin  ə lində  toplanmıĢdı.  Monqollar,  ilk  növbədə,  tabe  olmayan 

yerli 

feodallara  qarĢı  mübarizə  aparır,  onların  əksəriyyətini  torpaq 



malikanələrindən  məhru m  edirdilər.  Belə  ki,  Muğan  ərazisi  110  monqol  noyonu 

arasında  bölündü.  Yerli  feodalların  bir  qis mi  monqolların  vassalı  kimi  fəaliyyət 

göstərirdi. On lar  monqolla ra  maddi yard ım göstərmə li, ordunu ərzaq, geyim, at və 

digər ləvazimatla təmin etməli idilər. 



Azərbaycan  Hülakular  dövlətinin mərkəzi kimi. Monqol xaqanlığ ının Ön 

Asiyanı, Cənubi Qafqazı və Kiçik Asiyanı ələ  keçirməsinə baxmayaraq, XIII əsrin 

ortalarında  həmin  v ilayətlərdə  bir  sıra  iri  feodal  malikanələri  hələ  də  öz 



19 

 

müstəqilliy ini  itirməmiĢdi.  Ali  monqol  xaqanı  Munke  istilaları  davam  etdirmək 



məqsədilə  1253-cü  ildə  Ön  Asiyaya  qoĢun  göndərdi.  Munkenin  qardaĢı  Hülaku 

xanın  baĢçılıq  etdiyi  bu  yürüĢdə  əsas  məqsəd  Ġranın,  Ġraq-i  Ərəb in,  Suriyanın  və 

digər  vilayətlərin  müstəqil  fəaliyyət  göstərən  hakimlərini  itaətə  cəlb  etməkdən 

ibarət  idi.  Hü laku  xan  iri  feodalların  kö məy i  ilə  bu  vilayətlərdə  bir  ço x  yerli 

hakimləri  özünə  tabe  etdi,  iri  Ģəhərləri  alaraq  ço xlu  qənimət  ələ  keçirdi.  1256 -cı 

ildə  ġima li Ġranda Ġsma ililərin  Ələ mut hökmran lığ ı süquta uğradı. 1257-c i  ildə isə 

Azərbaycan tabe edildi.  1258-ci  ilin  fevralında Hü laku  Bağdadı ələ  keçirdi və 500 

ildən  artıq  mövcud  olmuĢ  Abbasilər  xilafətinə  son  qoyuldu.  Zəbt  edilmiĢ  yeni 

ərazilər hesabına beĢinci monqol ulusu - Hülakular (Elxanilər) dövləti yaradıldı. Bu 

dövlət Azərbaycanda bir əsr (1357-ci ilədək) fəaliyyət göstərdi. 

Hülakular  dövlətin in  yaranması  və  yüz  il  müddətində  fəaliyyət  göstərməsi 

tədricən  Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  və  mənəvi  həyatına  təsir  etdi,  onun 

hüdudlarında,  əhalisinin  etnik  tərkib ində,  dini  görüĢlərində,  mədəniyyətində, 

dilində nəzərəçarpacaq dəyiĢikliklər baĢ verdi. 

Hülakular  dövləti  Yaxın  və  Orta  ġərqdə  geniĢ  ərazini  əhatə  edirdi.  Bu  

dövlətin sərhədləri Misirdən Amudəryaya, Hörmüz  körfəzindən Dərbəndə (Bab əl-

Əbvaba)  qədər  uzanırdı.  Hü laku lar  dövlətin in  tərkibinə  A zərbaycan  (Ġraq -i  Ərəb, 

Ġraq-i Əcəm, Kirman,  Gürcüstan, Kiçik Asiya, Rum),  Ermən istan, Kürdüstan, Fars, 

Xuzistan,  Xorasan  və  s.  vilayətlər  daxil  idi.  Azərbaycan  Hülakular  dövlətinin 

siyasi-inzibati  mə rkə zinə,  Marağa,  sonra  isə  Təbriz  onun  paytaxt  Ģəhərlərinə 

çevrild i.  XIII-XIV  əsrlərdə  Arran,  ġirvan,  ġəki,  Muğan,  Qarabağ,  Naxçıvan, 

GuĢtasfı,  Qaradağ və Arasbar əraziləri A zərbaycanm tərkib inə daxil o lub, ictimai-

siyasi, etnik, mədəni və mənəvi baxımdan onun ayrılmaz h issələri sayılırdı.  

Tarixən  Ģərqdən  Xəzər  dənizi  boyu  uzanan  Azərbaycan  cənub -Ģərqdən 

Gilan,  cənubdan  isə  Fars  vilayətləri  ilə  həmsərhəd  idi.  Azərbaycanın  cənub 

sərhədləri  Zəncan,  Savucbulaq,  UĢnu  Ģəhərlərin in  və  Ruyendej  qalasının 

cənubundan  keçirdi.  Qərbdə  sərhəd  Urmiya,  Səlmas,  Xoy,  Maku  Ģəhərlərin in 

qərbindən uzanaraq Arrana çatırd ı. Arranın   Ermən istan və Gü rcüstanla h əmsərhəd 

olduğunu  qeyd  edən  Həmdullah  Qəzvin i  yazırd ı  ki,  Naxçıvan  Ermənistanla 

sərhəddədir,  Dvin  Ģəhəri  Azərbaycanın  uzaq  hüdudlarında  yerləĢir.  Həmin 

müəllifin  məlu matına görə,  Göyçə gölü Azərbaycanla  Ermənistan arasında, Xunan 

isə Azərbaycanla Gü rcüstan arasında sərhəd olmuĢdur. 

Azərbaycan sərhədləri daha sonra ġəki v ilayətin in qərbindən və Ģimalından 

keçərək  Dərbəndə  doğru  uzanırdı.  A zərbaycanın  Ģimal  sərhədi  Dərbənd  Ģəhərinin 

Ģimalından  keçərək  Xəzərə  qovuĢurdu.  Dərbənd  Hülakular  dövlətinin  Ģimal 

müdafiə  istehkamı  id i.  Yaqut  Həməv inin  (XIII  əsr)  yazdığına  görə,  Dərbənddə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə