Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   100   101   102   103   104   105   106   107   ...   120

 
311 
və XIX əsrin başlanğıcında hər otuz-qırx illik fasilə ilə bir neçə dəfə dəyişilmişdi 
və buna yalnız Luiziana Satınalınması son qoymuşdu. 
Bonapart Avropa saraylarındakı protokol və mərasimləri “konsulyar” etiket 
kimi  tətbiq  etməkdən  başladı.  Onların  bir  hissəsi  kimi  burada,  zərif  ofisi 
uniformaları  və  əlamətləri  olmalı  idi.  Bunun  üçün  Lionda  hazırlanan  velvet 
parçadan  istifadə  edilirdi  və  ictimai  idarələrdə  çalışanların  hamısı  belə  paltar 
geyinməli idi. O, həmçinin ballara və ictimai festivallara rəğbətlə yanaşırdı, özü və 
arvadı  üçün  mərasim  başçıları  təyin  etmişdi.  Yavaş-yavaş  Paris  qalibiyyətli 
generalın Sezarın imperatorluğuna keçmək prosesində olması fikri ilə razılaşırdı. 
Fransa  və  fransızlar  ona  çox  borclu  idilər.  İnqilab  dövründə  müsadirə 
edilmiş  mülkiyyət  yeni  əllərə  keçmişdi  və  Bonapart  bu  dəyişiklikdən  yaranan 
sahibkarlığın yeganə qarantı idi. Burbonların qayıdış risqi və onlarla birlikdə köhnə 
sahibkarların qayıdışı ehtimalı, Bonapart uzun müddət hakimiyyətdə olsa daha az 
olacaqdı.  İndiki  vəziyyətdə  işçilər  yaxşı  maaş  alırdılar  və  onlar  Avropada 
Fransanın  ağalığı  barədəki  söhbətlərə  maraqla  girişirdilər.  Burjuaziya  öz 
mənafelərinin müdafiəsi barədə çətin ki, şikayətlənə bilərdi. 
Ruhanilər  kilsənin  hakimiyyətinin  bərpa  edilməsi  əvəzinə,  özlərinin 
tanınmalarını  nəticə  etibarilə  əldə  etmişdilər.  Nəticədə  royalistlər  üçün  hətta  əgər 
Burbon olmasaydı belə, kiminsə kral olması heç kimin olmamasından daha yaxşı 
olacaqdı.  Təkcə  yakobinçilər,  intellektuallar  və  bəzi  generallar  razı  deyildilər. 
Jozefina da öz taleyi üçün qorxurdu. İmperatriça kimi onun birinci vəzifəsi sülaləni 
davam  etdirilməsinə  qarantiya  yaratmaq  olsa  da,  bu  məsələdə  bu  qadının  heç  bir 
ümidi  yox  idi,  başqa  sözlə  Jozefina  artıq  varis  doğmaq  iqtidarında  deyildi, 
baxmayaraq ki, təbiət ona ana olmaq səadəti vermişdi və əvvəlki mərhum ərindən 
iki uşağı var idi. Taxt-taca isə qan varisi lazım idi. 
Buna  baxmayaraq,  yalnız  azlıq  bu  məsələnin  əleyhinə  səs  verə  bilərdi  və 
Bonapartın qüdrəti daim kütlələrlə manipulyasiya etməyə əsaslandığından o, yeni 
plebistit (referendum) keçirməyi planlaşdırdı. 
3  may  1804-cü  ildə  Tribunat  Tribun  Kuriyası  tərəfindən  irəli  sürülmüş  üç 
təklifin bəyənilməsinə səs verdi. Təkliflər bunlar idi: 


 
312 
-  Birinci  Konsul  Napoleon  Bonaparta  Fransız  Respublikasının  imperatoru 
titulu verilsin. 
-  Titulun  irsi  olduğu  və  onun  övladlarına  verilməsinə  qadir  olması  qəbul 
edilsin. 
- Azadlıq, bərabərlik və insan haqlarının qorunması. 
Təkcə Karno bu təklifin əleyhinə səs verdi. Mayın 18-də senat həmin qərarı 
ratifikasiya  etdi.  22  mayda  qeydə  alınmış  seçicilər  səs  verməyə  gəldilər. 
Səsvermənin  nəticəsi  tac  qoyulması  mərasiminin  təyin  edildiyi  vaxtdan  altı  gün 
əvvəl (2 dekabr 1804-cü ildə) açıqlandı: 3.572.329 nəfər lehinə, yalnız 2.579 nəfər 
əleyhinə  səs  vermişdi.  Səs  verməyə  “yox”  deyənlərin  cəsarəti  həqiqətən  diqqətə 
layiq idi. Napoleon plebistitdən xalqın öz hüquqlarını ona tabe etməsinin aləti kimi 
istifadə  etdi.  “Xalqın  iradəsi”  razılıq  vermişdi,  bu  həm  də  kilsənin  razılığını  əldə 
etmək  üçün  lazım  idi  ki,  kilsənin  razılığı  müqabilində  isə  Napoleon  “legitim” 
monarx hesab oluna bilərdi.  
2  noyabr  1804-cü  ildə  Napoleon  imperator  oldu,  bu  hadisə  çox  böyük 
təntənə  ilə  bayram  edildi.  Bu  hakimiyyət  barədə  o,  özü  belə  deyirdi: 
“Vətəndaşların həyatı mənə məxsusdur. Adamlar istəyirlər ki, mənim də həyatım 
Fransaya məxsus olsun”. 
Diplomatlar çalışmalı və ona nail olmalı idilər ki, Papa VII Piy Parisə gəlsin. 
Avstriya  kardinalları  bu  işin  müqəddəsliyini  denonsasiya  etdikləri  halda,  fransız 
kardinalları  bunu  İnqilabın  katolik  kilsəsinə  tabe  olması,  Ensiklopedistlər 
Fransasının  həqiqi  inama  tərəf  dönməsi  kimi  təqdim  edirdilər.  Papa  öz 
mənafelərinə ümid edirdi, əgər o, razılaşsa fransız ordusu tərəfindən işğal edilmiş 
öz  ərazilərinin  digər  hissəsinin  də  ona  qaytarılmasını  tələb  edə  biləcəkdi.  O, 
noyabrın 2-5-də səfərə yollandı və Napoleon tərəfindən Fontenbloda qarşılandı. 
Jozefina Müqəddəs Ata ilə görüşəndə ona söylədi ki, Napoleonla o, heç vaxt 
dini  qaydada  birləşməmişlər.  Gələcək  imperatriça  öz  məlahətinin  gücünün  uzun 
müddətliyinə  o  qədər  də  bel  bağlamayan  qadın  kimi,  boşanmaya  qarşı  ən  qəti 
qarantiya axtarırdı. Papa tac qoyulmadan əvvəl bu tədbiri icra edəcəyini vəd etdi. 


 
313 
Əlamətdar  hadisə  onu  mədhlə  vəsf  etmək  üçün  bütün  şairləri,  bu 
möhtəşəmliyi  çatdırmaq  üçün  rəssamları,  əsrin  füsunkar  mərasimi  üçün  füsunkar 
uniformalar  və  xalatlar  tikmək  üçün  dərziləri  və  modistkaları  səfərbər  etdi. 
Günlərlə  məşqlər  gedirdi,  hər  şey  planlaşdırılmışdı,  hər  bir  detalın  vaxtı  təyin 
edilmişdi  və  yenidən  nəzərdən  keçirilmişdi.  Nəhayət,  böyük  gün  gəlib  çıxdı. 
Şəhərin müxtəlif guşələrindən çoxlu prosessiyalar Notr Damda görüşməyə gəlirdi. 
Onlar  kafedral  kilsəyə  çatmaq  üçün  bir  neçə  saat  yol  gəlmişdilər,  kilsə  Fransanın 
hər tərəfindən dəvət edilmiş adamlarla dolu idi. Napoleon qızıl saplarla bəzədilmiş 
al  qırmızı  velvet  mundirdə  idi.  Paltarın  qolları  qiymətli  daş-qaş  düymələrlə 
bağlanmışdı.  Artıq  qırxdan  çox  yaşı  olan  Jozefina  iyirmi  yaş  cavan  görünürdü. 
Papa  mehrabın  sol  tərəfindən  taxtda  oturmuşdu.  İmperator  cütlüyü  öz  yerlərini 
tutanda ayağa qalxdı. Napoleon Jozefinadan beş addım yuxarıda oturmuşdu. Papa 
mehraba  tərəf  getdi,  burada  cütlük  ona  qoşuldu  ki,  müqəddəslik  və  xeyir-dua 
alsınlar.  O,  sonra  içində  iki  tac  olan  məcməyini  tutmuş  general  Kellermana  tərəf 
aşağı  düşəndə,  Napoleon  dik  qalxdı,  özünə  tac  qoydu  və  sonra  diz  çökmüş 
Jozefinanı taclandırdı. Bu mərasimə uyğun olaraq icra edilmişdi və Papa tərəfindən 
də  qəbul  edilmişdi.  Bu,  səhvən  Şarlemanın  tac  qoyulmasında  istifadə  edilən 
qaydanın  təqlidi  kimi  düşünülmüşdü.  Mərasim  heyrətamiz  və  heyranedici  idi. 
Lakin  Papa  öz  soyuqqanlılığını  saxladı  və  yeni  imperator  Konstitusiya  tərəfindən 
qarantiya  verilmiş  təməl  maddələri  və  Allaha  itaət  azadlığını  qorumağa  and  içən 
vaxt öz yepiskopları ilə mehrabı tərk etdi. Tyulri sarayının qarşısındakı afişa elan 
edirdi ki, “İmperiya aktyorları” teatrında “Hamının acığına imperator” pyesinin ilk 
tamaşası  “Məcburi  razılıq”  tamaşasından  sonra  veriləcəkdir.  Bu  əyləncə  ehtiyacı 
olan ailələrə kömək məqsədi ilə veriləcəkdir”.  
Müxtəlif  mərasimlərlə  və  sonrakı  diplomatik  görüşlərlə  müşayiət  olunan 
Napoleonla  Papa  arasındakı  “müqəddəs  tamaşa”  isə  dörd  aylığa  uzandı.  Sonra 
Napoleonun  heç  bir  güzəştə  getməyəcəyi  fikrinə  gələn  Suveren  Pontifik  Romaya 
qayıtmaq qərarına gəldi və 15 aprel 1805-ci ildə yola düşdü.  
“İmperator Alihəzrəti” ilə “vətəndaşlar” arasında uçurum açıldı. Lakin bunu 
başa  düşmək  çətin  idi,  çünki  onun  taclanması  ərəfəsində  “İmperator  Alihəzrətin” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə