Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   15   16   17   18   19   20   21   22   ...   120

 
55 
əhval-ruhiyyəsində  olan  Miletin  canişini  də  ona  tabe  olduğunu  bildirdi.  400 
gəmidən  ibarət  olan  pers  donanması  Aleksandr  tərəfindən  nəzarətdə  saxlanılan 
şəhərlərlə  əlaqəyə  girə  bilmədi.  Milet  müharibədən  yaxasını  qurtarmaq  üçün 
neytrallığı gözləməyə çalışırdı. Lakin bu, Aleksandrı açıq müqavimətdən daha çox 
hiddətləndirdiyindən  şəhəri  mühasirəyə  aldı.  Müdafiə  yatırıldı,  şəhər  hücumla 
alınıb  qarət  edildi,  əsir  götürülmüş  muzdluları  o,  cəzalandırmadı  və  öz  ordusuna 
götürdü.  İoniya  müharibəsi  bununla  başa  çatmadı.  Düşmən  öz  qoşunlarını 
Halikarnasda  birləşdirdi.  Hələ  Mavsol  bu  şəhəri  Kiçik  Asiyada  ən  güclü  şəhərə 
çevirmişdi.  Memnon  da  əsas  muzdlu  qüvvələri  ilə  bura  çəkilmişdi.  Uzun 
mübarizədən sonra makedoniyalılara divar və qüllələri dağıtmaq və şəhərə hücum 
etmək  müyəssər  oldu.  Aleksandr  ləngiyirdi,  gözləyirdi  ki,  düşmən  təslim  olsun. 
Memnon evləri yandırdı. Sonra o, qoşunlarını yaxşı strateji şəraiti olan Kos adasına 
apardı.  Hərbi  mülahizələri  əsas  götürərək  Aleksandr  qalan  şəhər  binalarını 
dağıtmağı qərara aldı. Artıq quruda Aleksandra qarşı durmaq mümkün deyildi və 
Memnon da bunu başa düşdü. Ona görə də o, qitəni tərk edib dənizdə və adalarda 
müharibəni aparmağa hazırlaşdı. 
Lakin Aleksandr başa düşürdü ki, dəniz qüvvəsində o, düşməndən geri qalır. 
O,  nəhəng  işə  əl  atdı  –  Kiçik  Asiya  və  Levant  sahillərini  işğal  etməklə  düşmən 
donanmasını maddi mənbələrdən ayırmağı qərara aldı. Bu onun həyat arteriyasını 
kəsmək məqsədini güdürdü. 
Aleksandr Kariya hökmdarlığına çariça Adanı təyin etdi və istəyirdi ki, Ada 
onu  oğulluğa  götürsün.  Vəliəhd  kimi  çariça  öləndən  sonra  Aleksandr  ölkənin 
qanuni  hökmdarı  ola  bilərdi.  Beləliklə,  çar  ilk  dəfə  yerli  ənənələri  və  dövlət 
hüququnu  birləşdirdi.  Yeni  işğal  edilmiş  ərazilər  isə  onun  vətəninin  əyaləti  deyil, 
özünün şəxsi əyalətlərinə çevrilirdi. 
Aleksandr  atası  Filipp  kimi  qış  yürüşlərindən  çəkinmirdi.  O,  Likiya  və 
Pamfiliyanı işğal etməyi qərara aldı ki, pis hava şəraiti dənizdən düşmənə kömək 
göstərilməsinə mane olacaqdır. Aleksandr hamıdan, o cümlədən yunanlardan qeyd-
şərtsiz təslim olmağı tələb etdi. Çar iki əyaləti bir satrapiyada birləşdirib öz dostu 
Nearxa verdi. Orduda yüksək əhval-ruhiyyə mövcud idi. Aleksandrın qoşunlarının 


 
56 
əsas hissəsi dağlarla gedirdi, özü isə kiçik dəstə ilə sahil cığırı ilə gedirdi, bu onun 
könlünə yatan bir macəra idi. Kallisfen isə onun bu səfərinə ölməzlik haləsi verdi. 
Guya  “möcüzə”  baş  vermişdi  və  dəniz  Aleksandrın  qarşısında  “geri  çəkilmişdi”. 
Bunda qədim əfsanələrin təsiri özünü göstərirdi. Bütün bunlarla yanaşı 334-333-cü 
illər qışının yürüşü çox uğurla gedirdi. 
Sonra  Aleksandr  qar  əriməsindən  su  basmış  vadilərlə  irəliləyərək  Böyük 
Frigiyanın  paytaxtı  Kelenanı  döyüşsüz  tutdu.  O,  qalan  qoşunlarla  Qordidə 
görüşməli  idi.  Həmin  şəhərdən  eskadra  yaratmaq  üçün  o,  Hellesponta  350  talant 
pul göndərdi. Qordi şəhəri yunan əfsanələrində çox tez-tez yada salınır. Frigiyanın 
bu  qədim  paytaxtı  makedoniyalıların  tarixi  ilə  bilavasitə  əlaqədardır.  Çar  Midas 
haqqındakı  əhvalatlar  makedoniyalı  Bermionla  əlaqələndirilir.  Kiçik  Asiyada 
Qordi  bütün  Frigiya  çarlarının,  onlar  ya  Qordi,  ya  da  Midas  adını  daşıyırdılar, 
iqamətgahı  hesab  olunurdu.  Axı  əfsanəyə  görə  frigiyalıların  isə  əcdadları  Kiçik 
Asiyaya  köçməmişdən  əvvəl  Makedoniyada  yaşamışdılar.  Bu  dövlətin 
çiçəklənməsi  m.ə.  VIII  əsrə  təsadüf  edir,  bu  vaxt  Midaslardan  biri  uğurlu 
hökmranlıq edirdi. Frigiyalılar Fərat çayına qədər Assiriya ərazilərini tutmuşdular. 
Şəhər  qalasında  qədim  çar  arabası  saxlanırdı.  Onun  yedəkləri  elə  hiyləgərliklə 
bağlanmışdı  ki,  bu  düyünü  heç  kəs  aça  bilmirdi.  Belə  bir  rəvayət  mövcud  idi  ki, 
kim  bu  düyünü  açsa  həmin  ölkənin  çarı  olacaqdır.  Bununla  əlaqədar  Aleksandr 
barədə  də  bir  əfsanə  yarandı.  Araba  haqqında  o,  eşidəndə  onu  görmək  istədi, 
görəndən  sonra  isə  düyünü  açmaq  istədi.  Lakin  ilmək  açılmırdı  və  o,  güc  tətbiq 
etdi. Bu Aleksandrı elə bil ki, Frigiya çarlarının varisi edirdi. İndi o, özünü onların 
qanuni varisi hesab edə bilərdi. Kallisfenin qələmi bu hadisəni bir qədər də bəzədi 
və  peyğəmbərliyin  Frigiyaya  deyil,  bütün  Asiyaya  aid  olduğunu  göstərdi.  Bu 
hadisəyə  o,  bir  qədər  də  dramatik  rəng  verdi:  onun  yazdığına  görə  çar  düyünü 
qılıncla  kəsmişdi.  Sonrakı  tarixçilər  də  Kallisfen  versiyasına  əsaslanaraq  bu 
əfsanəni xəbər verirlər. Lakin digər versiyalar da mövcuddur. 
Son  hadisələr  şərq  orientasiyasını  əsas  götürən  Daranı  məcbur  etdi  ki, 
dövrün  ruhunu  anlasın  və  Memnonu  baş  komandan  təyin  etsin.  Beləliklə,  bütün 
dünyanı qorxuzan Makedoniya çarının iblis dühasına qarşı yunanın bic, cəsarətli, 


 
57 
hazırcavab dühasını qoydu. Nə onun özü, nə də ətrafı buna qadir deyildi. Müdafiə 
işlərini  Dara  Memnona  həvalə  etdi.  Persiya  əyanları  bu  müharibədə  gücsüz 
görünürdülər. Buna görə də Dara onun üçün belə çətin olan, həm də elə buna görə 
dahiyanə  görünən  qərar  verməli  olmuşdu.  333-cü  ilin  yazı  Memnona  bir-birinin 
ardınca uğur gətirirdi. Onun donanması Egey dənizinə şəriksiz sahib idi. O, Xiosu 
və Lesbos adasındakı əksər şəhərləri tutmuşdu. Kiklad adalarının sakinləri Persiya 
tərəfə  meyl  edirdi.  Afina  da  Persiya  çarının  yanına  qasidlər  göndərmişdi.  Böyük 
Frigiyada olan Aleksandr Memnonun uğurları barədə eşidib çox narahat olmuşdu. 
Lakin yenə onun bəxti gətirdi, Mitilenanın uğurlu mühasirəsi vaxtı Memnon öldü. 
Onun  ölümü  ilə  Dara  ən  yaxşı  köməkçisini  itirdi,  onun  bütün  ümidləri  də  batdı. 
Memnonun  ölümü  Persiya  çarı  üçün  elə  zərbə  idi  ki,  ondan  uzun  müddət  ayıla 
bilmədi.  Bu  hadisədən  sonra  onun  əsəbləri  dözmürdü.  Bu  kədərli  xəbər  Babilə 
gəlib  çatanda  Dara  hərbi  şuranı  topladı.  Müşavirədə  şərq  və  qərb  orientasiyasının 
tərəfdarları  arasında  ziddiyyətlər  gərginləşdi.  Yenə  də  Şərqin  daha  savadlı,  lovğa 
və  etibarsız  yunanlara  olan  şübhəsi  özünü  göstərdi.  Təkcə  donanma  Memnonun 
qohumu  Farnabazın  idarəçiliyinə  verildi.  Düzdür,  yunanlar  anasının  mənşəyinə 
baxmayaraq  (o,  Rodos  adasından  idi)  Farnabazı  yunandan  daha  çox  pers  hesab 
edirdilər.  Kilikiyanı  necə  müdafiə  etmək  barədə  də  mübahisə  qızışdı.  Haridem 
çarın  komandanlıq  etməsi  barədə  təklifin  əleyhinə  çıxdı,  İran  əyanları  onun 
təklifinə  müqavimət  göstərəndə  qışqırmağa,  söyüş  söyməyə  başladı  və  persləri 
qorxaqlıqda  ittiham  etdi.  Çar  bu  təhqirlərə  dözməyib  onu  edam  etmək  barədə 
göstəriş verdi. İndi də Haridemi əvəz etməyə adam yox idi və Böyük çar sərkərdə 
təyin  etməkdən  ümumiyyətlə  imtina  etdi.  Gələcək  döyüşün  nəticəsinə  görə  bütün 
məsuliyyət,  ağır  yük  kimi  onun  öz  üzərinə  düşdü.  Aleksandrın  parlaq  məharəti 
qarşısında  isə  hər  bir  müqavimət  heç  nədən  asılı  olmayaraq  uğursuzluğa  düçar 
olmalı idi. 
Tars şəhərinə girəndə Aleksandr ağır xəstələndi, ona soyuq dəymişdi. Lakin 
həkim  tezliklə  onu  sağaltdı.  O,  Kappadokiyada  olanda  Memnonun  ölüm  xəbərini 
eşitdi. Məlum oldu ki, Dara həlledici döyüşə girməyə can atır. Nəhayət Dara Fərat 
çayını  keçib  Suriyaya  daxil  oldu.  O,  Asiyada  nə  vaxtsa  mövcud  olmuş  ən  böyük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə