TariXİn küSÜFLƏRİ 5- cİ məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (4-ci Bölüm)



Yüklə 403,68 Kb.
tarix26.08.2018
ölçüsü403,68 Kb.
#64894

TARİXİN KÜSÜFLƏRİ 5- cİ məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (4-ci Bölüm)

Yardımlı Rayonu : ABASALLI , AVAŞ , ALAR Kənd Adlarının Etimologiyası Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 17 - İyun 2014 Turanın hər bir bölgəsində yaşayan və o sıradan qədim Azərbaycan ərazisində yaşayan Türk soylu və Türkdilli xalqlar ,öz dil ləhcəsi və diyalekt şivəsinə görə , öz mifik görüşü və mifologiya özəllikləri və xarakterləri əsasında , özəlliklə də Günəş tanrısına tapındığı əsasında,Tanrılara ad verirdi və öz tanrısına və digər kiçik tanrılarına və kutsalları üçün abidələr,məbədlər ,ziyarətgahlar tikib bərpa edirdi və bu məsələ eyni halda Quzey Azərbaycanın cənub bölgələri o sıradan Astara,Lənkəran,Lerik,Masallı, Yardımlı və Cəlilabad ərazisi və bu ərazidə yaşayan türk toplumları və nifusu üçün də geçərlidir. Hörmətli oxucu bu məqaləni oxuyarkən bu önəmli əsli unutmamalıdır ki bizim bu söz-söhbətlərimiz və açıklamalarımız ,Azərbaycan və türk mifologiyasının yaşını nəzərə alaraq,bu son minilliklərə ayid olan söhbət deyil. Bu mövzu və konu ,indiki başqa qeyr-i türk soylara, yanlış olaraq "Ari"adlandırdığımız soylara ,yəni Farslara və onların digər soydaşlarına , Kürdlərə , Taciklərə, Ruslara və eyni halda yanlış olaraq Erməni adlandırdığımız "Hay"lara , Romalılara, Yunanlılara ,Ərəblərə,Hindlilərə və digərlərinə heç bir dəxli və ilgisi yoxdur. Onların bu Azərbaycan Toponimlərinin kökünə, Tarixinə , anlamına və bunların araşdırmağına güc və enerji tələf etməklərinə ,yeri yoxdur və onlar üçün faydasız bir işdir. Sanki bir qonaq ,ev yiyəsinin daxili və özəl xsusi ailə məsələsinə dəxalət etməsinə oxşar. Biz bu sözü səmimi olaraq deyirik və heç bir etnosa əhanət və ya aşağılamaq niyyətimiz də yoxdur və hamısına da hörmətlə yanaşırıq. Amma hərə öz həddini bilməlidir . Qonağın ,qonaq yeri var , ev yiyəsinin də öz yeri var. Ev iyəsinin haqqı yoxdur ki qonağın xsusi işinə dəxalət edə . Qonaq da gərək öz həddini bilmiş ola və öz hörmətini bir qonaq kimi saxlamış ola. Biz bu qonaq və ev iyəsi məsələni tarix baxımından işlədirik çünki Azərbaycan toponimlərinin adları və onların yaranma nədənləri və tarixi bir o qədər qədim və mürəkkəbdir ki onu sonralar gələnlər və ya gəlmə xalqlar ,nə olduğunu, nə anlam daşıdığını və nə kökə malik olmasını , bilməzlər və onun qatını ,düyününü aça bilməzlər. Bu iş ancaq Azərbaycan Türksoylu torkoloq alimlərinin yəni AzərbaycanTürkTarixçi,filoloq,folklorist, luğətşunas,ədəbiyyatçı,mifoloq,arxeoloq ,mitholojist uzmanlar və alimlərin əli ilə çözülməlidir və özlərinə ayid özəl ailə içi və ailə məsələsi işidir və bunların nə məsləhət görmələri və nə qərar vermələri və necə yorumlamaları eyni halda Azərbaycan müstəqil dövlətinin bu iş ilə ilgili dövlət organlarının nəzarəti ilə geçərlidir və bu Azərbaycan toponimləri üçün Azərbaycan xalqı üçün gərəkli və kifayətedicidir. Azərbaycan toponimləinin kökü , bu türk xalqının mifologiya tarixinin dərinliklərində yatıb , və türk xalqların mifologiyasının yaranma tarixi də ən azı 10.000 ilə çatır. Bu hesab-kitabla necə olar ki bir qeyr-i türk etnos ki bu əraziyə gəlmə tarixi ,ən çoxu 2500 ilə çatır , Azərbaycan toponimlərinə nəzər verə bilsin və onun etimologiyasını açıklasın ?! Bu toponimlərin iyəsinin tarixi ilə , gəlmələrin tarixi arasında ən azı 8000 il fərq və ara vardı. Aradakı fərq 100 il , 200 il ya hətta 1000 il də deyil,ki göz yummaq olunsun. Ən azı 10.000 il olan tarix ilə 2500 il tarixin nə tutarı və girişməsi və zarafatı ola bilər?!. Bir etnos ki onun bu əraziyə gəlmə tarixi 2500 ildən artıq deyil , necə ola bilər ki ALAR , ABASALLI, ŞIXHÜSEYNLİ ,EÇARA,ŞIXLAR, ŞİLƏVƏNGƏ kimi toponimlərə nəzər verib açıklasın və kənd adları haqqında cəbhə tutub mübahisə etsin ?! Sporlaşma və mübahisə olsa da ,gərəkdir həqiqi toponim iyələrinin öz alimləri arasında gedilsin.Bu bir daxili ailə içi məsələsidir və yeni qohum olduqlarımıza ,qonşulara və digər dost-tanışa ,toponim adları haqqında iddialara və nəzər vermələrə və məsləhət vermələrinə ,inənin ucu qədər də yer yoxdur. Onlar sadəcə oturub bu toponim adlarının həqiqi iyələrinin tutduğu qərarlara sayqı və hörmət ilə yanaşmalı və kənardan baxmalıdılar. Mən istirəm oğlumun adını dəyişəm düzgün adını qoyam , o yandan 5 gündür qohum olalı ,yeznəm qayıdıb deyir ki haqqın yoxdur bu adı dəyişəsən , bu adı mən qoymuşam və mənim adımdır. Çox gülməli əhvalatdır. Türkün öz toponim adının nə olduğunu və nə anlam daşımalıdır , onu fars ya rus və ya Hay(Erməni) və ərəb təyin etməlidir və onlar onun anlamını yormalıdılar və türkə açıklamalıdır. Bir İndonoziyalı , bir Danimarka`da olan kəndin haqqında necə dəxalət edib açıklama verə bilərmi ?! Bir Fars ya Hay bu türklərin ərazisinə 2500 ildir gələli , necə ola bilər ki 8000 il onun gəlməsindən qabaq yaranmış bir türk toponiminə, oykoniminə, hidroniminə və oroniminə nəzər versin və öz dili və tarixi əsası ilə yorumlasın və onun haqqında dəxalət etsin?! Bir Azərbaycan Türkü ,HAY xalqının ya Kürd xalqının və ya Taliş xalqının şifahi xalq ədəbiyyatı ,folkloru ,nağılları və atalar sözü haqqında nə edə bilərmİ?! Yalnız yalançı pəhləvan kimi özünü o xalqlara güldürməkdən başqa bir iş görə bilərmi?! Dünya Toponimləri haqqında Belə bir işi türk görürsə,yersiz və boş yerə deyil, çünki dünyanın başqa xalqlarına mədəniyyəti və uyqarlığı və eyni halda yüzə yetmiş faiz toponim adlarını ,indiki türklərin ulu əcdadı (protürklər) verib və dünya xalqlarının boynunda mədəniyyət və uygarlıq liderliyi və öyrətmənlik haqqı var. Toyuq yumartasına görə qaqqıldar. İndi keçək əsas mövzumuza : Abasallı ,Avaş ,Alar kənd adlarının etimologiyasının açıklamasına.İlk öncə Abasallı toponimi : https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xaf1/t1.0-9/1507985_479819858818561_4617603518410453178_n.jpgYardimli rayonun Abasabad kendi Azərbaycan vikipediya saytının yazısına görə : "Abbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında pornayım tayfasına mənsub ailələr tərəfindən salınmışdır. Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır[1]. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809-1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi. Qala İran dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826-1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır. Mənbələrdə 1828-30-cu illərdə baş vermiş hadisələrlə əlaqədar İrəvan xanlığının Vedibasar, şərur və Sürməli mahallarında Abbasabad adlı kəndlərin azərbaycanlı əhalisi haqqında məlumat verilir[2]. Kənd yerli əhali arasında Quzeykənd adıyla da tanınır. Qeyd edək ki, Pornayım tayfa arealı çox genişdir. Həmin tayfanın müasir sakinləri təkcə Yardımlıda deyil, Cəlilabad və Lerik ərazisində də yaşayır. Lerik və Cəlilabad ərazisindəki Uran/Oran sakinləri pornayım tayfasına mənsub olduqlarını qeyd edirlər. Fikrimizcə, türksoylu Oran və Pornak tayfalarının tarixi əlaqələri daha dərindən öyrənilməlidir. Bu, cənub bölgəsindəki bəzi mübahisəli məsələlərin həlli üçün faydalı ola bilər." Quzey Azərbaycanın Yardımlı rayonunda yerləşən toponimlərdən birisi "Abasallı" kəndidir. Azərbaycanda (quzeyli-güneyli) və qərbi Azərbaycan (=Ermənistan) ərazilərində "Abbas" şəxs adı ilə yaranmış və qeydə alınmış kənd adlarımız çoxdur. Bu kəndin adının zahiri görünüşü ərəbcə olan "Abbas" adı ilə ilgili görünür və xalq da bunu "Abbas" adlı şəxs ilə (Abbas Mirza Fəthəli şahın oğlunun adı ilə) ilgiləndirir, halbu ki bu kəndin adının ərəbcə şəxs adı olan "Abbas" ilə heç bir ilgisi yoxdur və təkcə fonetik oxşarlığı var və digər tərəfdən də Azərbaycan kəndlərinin yaranma tarixləri ,tarixin ən dərin qatlarına yə`ni eradan neçə minilliklər öncəyə gedib çıxır. Bizim əyər bu kənd haqqında iddiamız yanlış və yersiz də olmuş olsa , yenə də başqa "Abbas" tərkibli kənd adları ilə ilgili və geçərlidir.Bu kəndin adı əslində "ABIS.AL.LI" kimi bərpa etmək lazimdir. Bu qədim bəşər yaşayış məskəni olan indiki "Abasallı" kənd adı, qədim türkcə olan "Abıs"/"Abis" və "Al" sözlərinin tərkibindən yaranmış addır. Qədim türkcə olan "Abıs"/ "Abis" titul bildirən bir ad olub və onun anlamı Türk xalqları arasında, "Din atası","Din başçısı və ağ saqqalı","Dini lider","Dini rəhbər", "papaz","ryhani ata","ruhani din keşişi", "savadlı din alimi", "müqəddəs ata","peyqəmbər","Allahın rəsulu", "Tanrının elçisi" deməkdir. Bu titul bildirən ad Zərdüşt dinindən də çox-çox qabaqlara,yə`ni Günəş pərəstlik dövrünə ayid,titul və məqam bildirən bir addır. "Abıs" türk sözünün başqa variantları da "Abis"/ "Abiş"dır. Bu ad qədim türkcə olan "Ab"/"Aba" və "is"/"us" / "as"(=od,Günəş) sözlərinin tərkibindən yaranıb və bütövlükdə anlamı"Günəş Ata", "nurlu ata","od və işıq ata" ,"müqəddəs ata","kutsal ata ,fərasətli və zəki ata","peyğəmbər ata, Tanrı elçisi" və "kutsal Tanrı rəsulu"dur. Ab/Aba türk sözü bir çox türk şahlar və sultanlarının ad tərkibində iştirak edib. Misal üçün 8-ci əsrdə yaşamış Altay Telenqutlarının sərkərdəsi , 17-ci əsir Teleutların xanının adı , çuvaş türklərində raic və mərsum "Abayak" adı , "kas" ya "kassi" türklərinin eradan öncə 2-ci minilliyin yarısında "Abirattaş"adlı şah və hökmranın adı, e.ö 8-ci əsirdə"Abitikna"adlı qala türk –Manna ölkəsində, Turanın böyük və qudrətli sərkərdəsi"Abrasiyab"adının ilk hissəsində yerləşən "Ab" sözü, Siraq/şiraq adlı türk qəbilənin xaqanının "Absaq" adında ,Saka türkləri sultanı "Urnet"in atası "Ababus"un adında , Holaku`nun oğlu "Abaqa"nın adında,Oğuzların 24 boyundan birisi olan "Abçar"ın adında, Alban hökmranlarından olan "Abikaz"ın adında və digər bu, sayaq adlarda.1 "Ab" ya "Aba" bir çox dünya miflərinin ad tərkibində iştirak edibdir. Misal üçün qədim Roma "körpə uşaq" tanrısı "ABONA", Saka türklərin yeraltı devlərinin "ABASI" adında, Sibir –Tatar turklərinin mifologiyasında meşə və cəngəl ruhu "ABADA" adında , devşunaslıq elmində yeraltı və cəhənnəm sultanının "ABALAM" adında, şumer mifologiyasında yeraltı şirin suların tanrısı "ABZU"nun adında iştirak edibdir. Avaş türk sözü türk dili kamusunda "əkində ortaq olan" , "Taxıl əkin ortağı","Yarılığa əkin əkmək","əhd peyman" , "muqavilə","şərt qərar" deməkdir. "Avaş" sözünü əyər qədim türk sözü "Avus"un dəyişilmiş fonetika forması kimi qəbul etsək , o zaman anlamı "bal mumu" olar. Bu anlamlar "Avaş" sözü və adının ilkin anlamı deyil bəlki də 3-cü,4-cü dərəcəli anlamlarıdır və Azərbaycan toponimi üçün yararsız və yetərsiz anlamlardılar. Çünki qədim türklər elə-belə sadə və önəmsiz mövzular əsasında toponimlərinə ad qoymazdılar. Onların toponimlərinə verdikləri adlar çox zəngin türk mifologiyası ambarından seçib qoyma adlar idi və onların mifik düşüncəsinin və dini inancının simvolu və tapındığı kutsallar və tanrıların adı,simgəsi,onqunu əsasında olardı.ABIS/ABIZ adı Azərbaycan türkləri arasında işlənən bir ad olub. Bu ad Azərbaycanda özəlliklə də Alban höküməti vaxtında və Alban türklərinin xristiyan dinində olduğu zamanlar, türk xalq arasında geniş yayılan və işlənən bir ad sayılırmış. Misal üçün 551-595 –ci illərində Alban türk katolikosunun adı "Abıs" ya "Abız"iymış. Bu xristiyan keşişin adını tarixdə "Abas" kimi qeyd ediblər.2 "Abas"/"Abıs" qədim tarixçi müəlliflərin yazılarında "Apas" formunda qeyd olunubdur. Alban türk katolikosunun adı (551-595) tarixdə"Abas"kimi qeyd olunub.Bu keşişin adının,ərəbcə olan"Abbas" adı ilə heç bir ilgisi yoxdur.Bu türk Alban keşişin adını Tatar türklərinin dilində rayic olan muasir"Apaz","Abas" adları ilə muqayisə etmək olar. Altay-Oralik dilində işlənən"Apo"(=Yaşı keçmiş,qocaman, ağsaqqal) sözüdə "Ab"/"Abı"türk sözü ilə bir kökdən və mənşə`dəndir. 3 İndiki Ermənistan ərazisində yerləşən Azərbaycan kəndi "Abaş"ın adı da həmən bu "Abıs" türk sözündən alınmadır və bu türk kəndin adı əslində "Abas"iymış. Bu kənd Azərbaycanın şərur-sürməli mahalına ayid bir Azərbaycan kəndi idi və 1828-1830 illərində , Erməni adladırdığımız "HAY"lar anti-türk Rusların köməyi və dayaq durması ilə bu kəndin türk əhalisini zorla və silah gücünə eşiyə çıxardıb və bunların yerinə öncədən planlanmış olaraq, İrandan və Türkiyyədən köç etmiş "HAY"lara verildi. Abaş/Abas/Apas/Abıs Alban türk xristiyan keşişi və din mollası deməkdir. Yardımlı rayonun Viləş boyu uzanan bağlı-bağatlı "AVAŞ" kəndinin adı da bu dediyimiz məquləyə və konuya ayitdir. https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t34.0-12/10484522_548423231949764_173137457_n.jpg?oh=ec22904b50bed23ac587bd9bb2f43f1d&oe=53a3dc84&__gda__=1403249307_1215c13bd87ee64c6a68586b06245af2Azərbaycan vikipediyasının verdiyi məlumatına görə: Avaş Yardımlı rayonunun Kürəkçi inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq"; "uzaq"; "yaşayış məskənindən kənar"; "boŞ yer"; "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi qeydə alınmışdır. Avaş eyni zamanda HəbəŞistanda dağ dərəsinin və çayın adıdır[1] avaş kəndi. Avaş kənd məscidi .....Avaş kəndi. https://az-az.facebook.com/YardimliSheheri/posts/417405525019008

"Avaş" kənd adını da bu əsasla açıklamaq olar. Deməli Yardımlının Abasallı kənd adı , Avaş kənd adı ilə bir kökdən və mənşədəndir. Hər ikisinin də kökü "Abıs" türk sözüdür. Yardımlının "AVAŞ" kənd adının anlamı və etimologiyası "kutsal ata" ,"Müqəddəs ata" ,"Od tanrısı" , "Günəş Tanrısı" ,"Nur və işıq tanrısı" deməkdir. ABIS ----> ABIŞ ----> ABAŞ ----> AVAŞ(= Müqəddəs ata ,Günəş tanrısı) . Ata(dədə,baba,pir) qədim türk dilində və türk mifologiyası əsasında "Tanrı" deməkdir. Blə nəticə çıxartmaq olar ki Yardımlının Avaş kəndi ,Türklərin tapındığı Günəş tanrısı ilə ilgilidir və bu kənd və Abasallı kəndi Günəş tanrısına həsr edilmiş və adaylanmış kəndlər imiş.Əski türk mifologiasıında "Abası"adlı tanrı da vardır. abası:kötülüğünden korunmak için kurban sunulan kötü ruh. http://galeri.uludagsozluk.com/r/195746/+



Bizim bu "Abıs" türk adla ilgili indiki Ermənistanda digər bir türk-Azərbaycan kəndimiz də var və onun adı muasir çağda "Abbas Abad"dır. Bu kəndin adı əslində "Abas oba" ya "Abıs oba"iymış. Abıs oba ya Abas oba "Müqəddəs atanın yurdu və obası","peyğəmbərin el-oba yurdu"deməkdir və belə məlum olur ki "Müqəddəs ata" ,"peyğəmbər" bu kəndin yerində sakin iymiş və bu kəndin yeri onun iqamətgahı və qaldığı-yaşadığı yer`iymiş.4 Əski türklərin peyğəmbəri "Zərdüşt"ün dini kitabının adı da həmən bu türkcə "Abıs" sözündən alınaraq , qoyulubdur. "Avesta" dini kitabın adını əslinə gərək "Abısta" və daha doğrusu "Abıs Ata" kimi bərpa etmək lazimdir. Zərdüşt dininin kitabının adı Zərdüştün özünə mənsub olaraq ,"Abısta"//"Abıs.ata",anlamı "Müqəddəs Ata" ,"Kutsal Din Atası","müqəddəs peyğəmbər","Tanrının kutsal elçisi", "kutsal Tanrı"deməkdir. Abıs.Ata---->Abıs.ta -----> Avısta -----> Avesta .5 Abasallı tərkibində işlənən"Al"sözüdə,qədim türk dilində "qırmızı", "yüksək","uca","yüksək rütbəli" və "Tanrı" deməkdir. "Al" sözü və tərkibinə bir çox türkdilli xalqların yer və özəlliklə oronimlərində tuş gəlmək olur. Misal üçün "Altay" , "Alaş" ,"Alvand","Alburus" və sairə. Bu dağ adlarındakı "AL" tərkibləri türk dillərində yüksəkliyi,ucalığı və qudrəti bildirir. 6 Ümumiyyətlə"Al" türk dillərində çox anlamlı sözdür. Altay dilində "hündür","uca","yüksək","qudrətli","ulu"7Türkmən dilində" yüksək","uca"8 anlamları vardır. Azərbaycanlılarda müqəddəsliyi,ucalığı bildirmək üçün gahdan "Al" sözündən istifadə etmişlər. 9 Tatar, kuman, özbək, uyğur və sair türk dillərində "Al" sözünün "qırmızı" anlamı var.Çox anlamlı "Al" sözü türk dilli xalqların mifologiyası ilə sıx bağlıdır. Türk dilli xalqların bir çox inamlarının adlarını, "Al" (=uca , qudrətli ,qırmızı günəş tanrısı) sözünün iştirakı ilə yaratmışlar. Ümumiyyətlə türkdilli xalqların mifologiyası aydin göstərir ki , onlar ucalıqda , yüksəklikdə bir ülvilik,ululuq və Tanrılıq görmüşlər.onlarda"Al" sözü, qırmızı günəş tanrısını təmsil edirdi. Bu inam və ona bağlı təfəkkür geniş yayılmışdır. Beləliklə belə nəticə çıxarılır ki "Abasallı" kənd adı ilə "Avaş" kənd adı bir kökdən və anlamdan yaranıbdır. Abıs türk sözü ,türklərin köç vasitəsilə özəlliklə də Azərbaycan ərazisindən dünyanın başqa yerlərinə də gedib və o yerlərdə də xalqın geniş şəkildə mifik –dini inanc və məfkürəsini təşkil edibdir. Bu türk mifik termini Azərbaycanın ərazisindən köçlər vasitəsilə Afrikanın "Niceriya"sında "Abası"kimi yaşamaqda olubdur. Niceriyada "Abası" ilk qadın və kişini yaradan tanrı kimi tanınır.10 Abıs tanrısı zərdüşt dini məfkürəsi əsasında,kötü niyyətli quraqlıq və qıtlıq tanrısı və dev kimi tanıddırılır və sonda su və yağmur tanrısı "Tiştər" ona qalib gəlir.11 Abıs tanrısı (günəş tanrısı) ,zərdüşt dinində "ƏPUŞ"adlanır. Abıs ----> Abus ----> Apus ----> Apuş ----> Əpuş Bizcə belə düşünülür ki "Abasallı","Abbas Abad"və "Avaş" kəndləri qədim türk buğa mədəniyyətilə ilgili toponimlər imiş və demək olar qədim byğa mədəniyyətinin(Oğuz mədəniyyət-inin əsas mərkəzi və qaynağı sayılırmış çünki bu toponimlərin adı belə göstərir.Eyni halda bu toponimlər Türk peyğəmbəri olan "Zərdüşt"ilə də ilgili toponimlərdilər və belə düşünülür ki Zərdüştün əsas ilham qaynağı məhz Azərbaycanın Ərdəbil və Yardımlı bölgəsi olmuş olsun,çünki Savalan dediyin müqəddəs dağ ,Zərdüştün dağı və peyğəmbərliyə çatma və gəlişməsi dağıdır. Zərdüşt bu dağa çıxıb orada Tanrısı ilə danışıb vəhy və ilhamlarını alarmış və boşuna bu dağa Sav.Alan(sifarış, tapşırıq , buyuruq alma ) yeri deyilməyib. Savalan dağı ilə Yardımlının məsafəsi çox azdır və bu Zərdüşt peyğəmbər üçün çox bir əlverişli və rahat iş sayılırmış ki Yardımlı ilə Savalan arasını gedib-gəlsin və istədiyi zaman öz yaşadığı yerdən-obadan durub gəlsin savalan dağına. Bu məsələ bizdə bu ehtimalı çox gücləndirir ki Zərdüşt peyğəmbərin Yardımlı bölgəsində özəlliklə də Yardımlının "Abasallı" ya"Avaş"ında yerləşmiş olsun .Zərdüşt peyğəmbər də başqa peyğəmbərlər kimi ,öz ata-babaları və tayfasının türlü-türlü Tanrılar,Tanrıçalar ,butlar,cinlər,devlər,yeraltı və yerüstü tanrıların həddindən artıq çoxaldığı və qaynayıb-coşduğu zamanı ,Turanın Azərbaycanda sərgilənmiş və Azərbaycanın çənub bölgəsində (indiki Astara,Lənkəran,Masallı,Lerik, Yardımlı, Cəlil abad, Biləsuvar,Muğan yaylası,Germi,Pars abad,Ərdəbil ) müxtəlif növlü və tipli Tanrılar ordusu və covqalarının "Günəş Tanrısı" önündə parad keçirdikləri zaman ,bu tanrılar ordusuna qarşı öz peyğəmbərlik risalətini və həmçinin mübarizəsini və barışmaz müharibəsini ,Tək tanrılıq uğrunda başlayır , tibqı özündən sonra gələn HZ.İbrahim, HZ.Musa,HZ.İsa və HZ. Mohəmməd kimi böyük peyğəmbərlər sayağı. Onlarda elə bir şəraitdə və zamanda doğulub boya-başa çatırdılar ki tək tanrılıq yerinə ,neçə tanrılıq ictimaya və bəşəriyyətə hakim idi və o zaman onlar Tək bir göy tanrısının hökmünü yaymaq və bərqərar etmək üçün ,bütün tanrılarla savaşa qalxıb və sonda da bu ağır risalətini və öhsinə götürdüyü soromluluğu yerinə yetirirdi. Amma bunu da unutmayaq ki yer üzündə və bəşər tarixində Azərbaycanlı Türk peyğəmbəri Zərdüşt , bütün peyğəmbərlər içində ,ilk tək tanrılıq və tohidə çağıran peyğəmbərdir. Deməli bizim bu hesabımızla yer üzündə ilk neçə tanrığın da qurucusu və yaradanları Azərbaycan türkü olub və bəşər tarixində ilk tohidə çağıran və tak tanrılığın da yaradanı və qurucusu və bəşəriyyətə ithaf edən də Azərbaycan türkü və peyğəmbəri olubdur.Zərdüşt Azərbaycan mühitində,öz çevrəsində yüzlərcə böyük-kiçik Tanrıları,ilahələri,cinnləri ,mələkləri , devləri,Firiştələri və onların adına və ünvanına Moğların bəşərə və topluma hakimiyyətini və iqtidarını nəzərə alaraq , Azərbaycan tanrılarının müharibəsinə qalxdı. Zərtüşt anası "Doğdu"dan doğulduqdan sonra göz açıb öz doğma yurdu Azərbaycanda yüzlər tanrıların hakimiyyətini və onların bəşərə necə moğlar vasitəsilə olunan zülmləri və zəli kimi qanlarının sorulduğunu görüb , bu neçə minillik staja malik iqtidarın qarşısında durmağı özünə bir tak göy tanrısı uğrunda bir peyğəmbərlik borcu bilib və ömrünün sonuna qədər din xadimləri olan moğlar və hakimlər qarşısında öz barışmaz savaşına davam etdirdi. Zərdüşt bu neçə tanrılıq və böyük-kiçik tanrıları məhz indiki quzey Azərbaycanın cənub zonasında özəlliklə də Yardımlı panteonunda görürdü. O Tanrıların o bölgədə məbədlərini, moğların necə xalqın əfkarına, ruh-i rəvanına,həyatına,məişətinə,gəlirinə-çıxarına hakim olduğunu və bu tanrılar adı altında onlara necə zülm etdiklərini görərək, bu moğlarla,qaravanlarla və Tanrılarla muharibəyə qalxdı. Zərdüşt öz peyğəmbərlik fərmanlarını ,tanrı buyuruqlarını almaq üçün dağa gəlməli idi və bu işdə zərdüştə ən əlverişli kutsal və tanrısal dağ , elə savalandan başqa bir dağ olabilməz idi və Zərdüştün el-obasına və yer-yurduna yaxın olan əzəmətli və tanrısal dağ ,yenə də Savalan idi. Biz çox ehtimal veririk ki Zərdüşt peyğəmbərin doğulduğu və boya-başa çatdığı yer Azərbaycanda elə həmin bu Urmiya yox ,bəlkəm də Ərdəbil bölgəsi və çevrəsi olmuş ola. Çün ki Quzey azərbaycanın və eyni halda Ərdəbil bölgəsinin və eyni halda Yardımlının qədim Turan və Azərbaycan Tanrılar panteonunun və tanrılar covqasının yurdu,məskəni olmağını göz önünə alaraq , "Abasallı"(Abbas abad) və "Avaş" kənd və toponimlərini Zərdüşt peyğəmbərin doğulduğu yer və boya-başa çatdığı və eyni halda Ərdəbilin Savalanını peyğəmbərliyə çatdığı yer olduğunu fikirləşmək olar. Bu türk panteonunun böyük tanrısı Azərbaycandan Afrikanın Misirinə də yol açıb və Misir tanrılar panteonunda özünə özəl bir yer tutur və "Apis" formunda özünü təzahur edir. "Apis" Misir panteonunda , "Müqəddəs buğa" ,"kutsal tanrı" ,"kutsal buğa tanrısı" kimi vəzifə daşıyır. Bu Apis tanrı Misirin Memfis şəhərində sitayiş olunurdu və Memfis şəhərini yaradan tanrı sayılırdı.12 Bu buğa tanrısı olan "Abis"//"Apis" Misir mifologiyasında "Osiris" və "Ptah" tanrıların bəlgəsi və simgəsi sayılırmış."Apis" alnı ağ buğa olub və gahdan da başı buğa başı olan insan obrazında təzahur tapıb ,bir halda ki alnının ağlığı hilal şəklində göstərilib... Apis buğa tanrısı ,rəsmlərdə başında Günəş diskili tacı olan bir buğa kimi çəkilibdir və gahdan da başında Ay diskili tacı olan bir buğa başlı kişi kimi rəsm olunubdur və bu rəsmlərin yuxarısında iki əfi kobra ilanı da rəsm olunub ki Oziris`in səltənət və hökmranlıq nişanını özləri ilə daşıyırlar.13 Bu Abıs türk tanrısı Etrusk türkləri vasitəsilə Rum(Roma) və italiyadan baş çıxardır. Romalılar və Yunanlılar bu türk tanrısına insan obrazı bağışlayıb ona insan və bəşəri don geydirirlər. Türk soylu Etrusklar "Abıs" adını ,"b" səsini "n"səsinə çevirərək, "Anis"kimi çağırırmışlar və Romalılar da "Anyas" kimi səsləyirdilər. Yunanlıların əqidəsinə görə "Anyas" "Latinus"un qızı "Laviniyum"la evlənir və ondan sonra "ROMA" şəhərini bina edir. Romanın səltənət ailələrinin çoxu (o sıradan JULİ ailəsi) iddia edirdilər ki Anyas`ın nəslindən və sulaləsindəndilər. 14 "Abıs" eyni halda Roma Tanrılar panteonunda , bir Tanrıça kimi də zihur edir və adı "Ops" kimi gedir. Bu tanrıça Saturn tanrının bacısı və həm də eşi sayılır. 15 Abis sözü qədim türk termini olan "Abuçka" sözündə də özünü əks etdirir. Abuçka sözü əslində həmən Abısqa/Abısğa(= koca, böyük,kocaman) deməkdir.16 Bu söz eyni halda Xəzər dənizində ki "Abıskun" (=Günəş tanrısı) adası adında da özünü əks etdirir. Abıs /Abis türk sözünün İngilis dilinə keçərək "Dərin" anlamıda vardır və bu anlam da , bu sözün mifik anlamından törənir. İngiliz dilində "Ab.bess", müqəddəs ana,rahibələr başçısı ,kilisə və mə`bəd müdürü deməkdir və"Abyss" ,dənizin dərinliyi və dibi,"abide"/ "abode" ,daimilik ,əbədiyyətlik,itaət, söz dinləmək və birisinə uymak ,davamcı və ardıca getmək deməkdir.Həmçinin "awake" sözü , ayıq ,oyaq, bir işə qalxmaq ,bir sorumluğu üzərinə götürmək və iradə etmək və məcazi anlamı peyğəmbərliyə qalxmaq və peyğəmbərlik etmək deməkdir. Awake --->Avac(k)----> Avas ---->Avaş (=aqil,zəki,dolu, coşub-daşan,qalxmaq ,qiyama və üsyana qalxmaq,peyğəmbərliyə qalxmaq). Avas /Abis türk sözünün "AB"(= Ata, Tanrı) hissəsi ("b" hərfi və səsinin "n" səsinə çevirilməsini qədim türk dillərində nəzərə alaraq) əslində qədim şumer tanrısı olan "An" Tanrısı bərabəridir. Bu türk sözü elə bu anlamda ingilis dilinə yol tapıb və işlənməkdədir. "Abaasi"/"Abasi",Saka türklərin mifologiyasında "yer altı devlərin adı" deməkdir. Bu mifologiyanın əsasında ,onlar səbəbsiz olaraq dedilər ki "ruh"iymışlar, amma bir uzun zaman üçün ölmüş və qəbirlərə yaxın sakin olmuşlar və ölülər hakimi "Arson Doulai"yə qulluq edirmişlər. Abasılar xalqı udub və onların həyatına xəstəlik və mərəz bəxş edib və öz qurbanlıqlarının qanı ilə təskin tapırmışlar.17 "Abıs"//"Abas" adı qədim Yunan və Roma mifologiyasında geniş yayılmış adlardan sayılır. Bu ad 10 adam üçün qeyd olunub ki birisi də Türk soylu Abant tayfasın qəhrəmanı "Abeya"dır.18 İndi qayidaq Peştəsər silsiləsinin qərb yamaclarında yerləşən "Alar" kəndi 19 haqqında açıklamağa. Alar kəndi Yardımlı rayonun iri yaşayış məntəqələrindən biri sayılır. Aların zəngin bitki örtüyü və heyvanat aləmi diqqəti cəlb edir. Bu tip ləndşafta mənsub olan Alar ərazisində, heyvandarlıq, xüsusən qoyunçuluq üçün də təbii imkanlar mövcuddur. Qoz və fındıq ağaclarının inkişafı üçün həmin Alar kimi yerlər misilsiz əhəmiyyət kəsb etməkdədir. Palıd, vələs, fıstıq, qarağac, yerli əhalinin kəkov adlandırdıqları məxmər yarpaqlı dağ ağcaqayın ağaclarından ibarət qarışıq meşələr burda üstünlük təşkil edir 20 Alar zonasındakı ərazilərdə çay dərələri yamaclarında inkişaf edən və ərazi üçün səciyyəvi olan yemişan,itburnu, əzgil, böyürtkən kolluqları geniş yayılmışdır. Təbiii halda bitən cır meyvə ağaclarından alça, alma, göyəm, gillik, armud və başqalarından ildə yüz tonlarla məhsul götürmək mümkündür. Birinci landşaft tiipinə mənsub olan ərazinin və o sıradan olan Alar ərazinin yabanı florasında: qalın, keçilməz meşə və ormanlarında bitən palıd, vələs, dağdağan, cökə, göyrüş, azot ağacları ilə bərabər, bütün fəsillərdə yaşıl örtüyünü soyunmayan, planetdə çox nadir sayılan bəzi həmişəyaşıl ağac və kollarda az deyildir. 21 Aların qayalı meşələrində çox məhdud olan nadir bitki növləri içərisində sərt fəsiləsinə aid həmişəyaşıl iynəyarpaqlı ardıc ağacına bölgənin cəbub və qərb meşə zolaqlarında təsadüf edilir. 22. "Alar" haqqında çox maraqlı yorumlarda xalq arası söylənməkdədir , bu haqda tədqiqatçı Bilal Alarlı deyir: Alarlar haqqında çox qiymətli və olduqca maraqlı tarixi mənbələr mövcuddur. Xalq ehtimalına görə, burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət, Alar formasına düşüb. Görünür bu kənd adları haqqında o qədər xalq arası , uydurma və təxmin üzrə yorumlar və dastanlar çıxıb və eşidirik ki saya gəlməz və bir zaman kəndin adının kökünü və tarixi səbəbini çıxardandan sonra , baxıb görünür ki xalq arası yorum hara , bu kəndin ad mahiyyəti və tarixi hara. Bilal Alarlı qeyd etdiyi kimi ALAR kəndi əhalisi özlərini ALIXAN adlı bir şəxslə bağlayırlar . "B.Alarlı" bu xalq arası yorumuna qarşı çıxaraq sərahətlə yazır :" bu inandırıcı deyil .mənim mənsub olduğum alarlar özlərini Alıxan adlı bir şəxsin varisləri sayırlar. Amma iş burasındadır ki, Alıxan özü Alar türk tayfasına mənsub bir nəsildən çıxıb. Yəni bütün alarları Alıxana bağlamaq düz deyil. Alarlar Orta Doğuda, Cənubi Azərbaycanda (32 kənddə), İrkutda, Monqolustanın qərbində, Türkiyədə və başqa ölkələrdə yaşayırlar və hər yerdə türk etnosunu təmsil edirlər" 27May‎2014‏Bilal Alarli, www.facebook.com/bilal.alarli/posts

Bu xalq arası yorum Alar adı haqqında bizсə də inandırıcı deyil, çünki xalq ,bir AZ. alimi qədər və bir tədqiqatçı qədər biliyə ,tarix elminə , tarixi faktlara və dəlillərə əhatəsi yoxdur. umumiyyətlə belə şəxs adı daşıyan kənd adlarının etimologiyası, belə bir şəraitə və düyünlərə tuş gəlir. Biz Ermənistan türk-Azərbaycan kənd adlarının etimologiyası üzərində işləyərkən belə bir şəxs adı daşıyan kənd adlarına çox rast gəlmişik və üzərində işləyərkən görünür ki kəndin yazılış və xalq arası deyilən adı ,bir ərəbcə şəxs adıdır , amma öz əsl tarixi adı, tam başqa bir ad və başqa bir mövzudur. Misal üçün Ermənistan ərazisində AZ.kəndinin adı "Abbas abad"dır , halbuki bu adın ərəb adı olan "ABBAS"la nə ilgisi ola bilərmi?! bu ad Alban katolikoslarına ayid bir addır ki Azərbaycan toponimlərinin kök araştırması adlı silsilə məqalələrimizdə qeydə alınıbdır ki "ABBAS" adı ilə yalnız fonetik oxşarlığı ola bilər və onlarca belə Ermənistanda türk kəndlərinin adlarını saymaq olar. İndiki Ermənistan andlandırdığımız qərbi Azərbaycan ərazisində olan ,Azərbaycanlı türk kəndlərindən söhbət gedərkən lazim görünür B.Alarlı`nın "Alar" kənd haqqında dediyini burda gətirək. B.Alarlı deyir: Yeri gəlmişkən, Ermənistan ərazisində Bazarçayın sol sahilində Alar adlı yaşayış məntəqəsi olub, 1914-cü ildə, Birinci dünya müharibəsi başlayanda Andranikin adamları o kəndi dağıdıblar, əhalisinin sağ qalan hissəsi Naxçıvana köçüb. "‎ 25May‎‏ /2014‏.Bilal Alarli, www.facebook.com/bilal.alarli/posts Alar kəndi həm də Cəlilabadda var. Yardımlının tanınmış jurnalisti Elman Eldaroğlunun izahına görə "Cəlilabaddakı Alarlılar Yardımlıdan gəlmələrdir. Vaxtı ilə Cəlilabaddakı Alar qışlaq, Yardımlıdakı Alar yaylaq olub. Əhalisi əsasən heyvandarlıqla məşğul olduğu üçün belə olub. Sonradan otruşublar." Yardımlı-Cəlil Abad bölgəsindən olan tanınmış tədqiqatçı alim, Bilal Alarlı özü bu haqda deyir : Cəlilabadın əksər kəndləri Yardımlının kəndləri ilə bu və ya digər dərəcədə bağlıdır. Burada təsərrüfatla əlaqədar qışlaq-yaylaq söhbəti var. Bu, ilkin təəssüratdır,adamlardan necə eşitmişəm,elə də yazmışam. www.facebook.com/bilal.alarli/posts 27May 2014 e:\for farhad cavadi !\new folder\alar kendi!.jpg"Bilal Alarlı" , Alar toponimin adı haqqında yazır : " ALAR Türk tayfasının adıdır . Alılar, Allar, yoxsa Alar? " 23 Təkrar olmuş olsada , deməliyik ki Bilal Alarlı`nın qeyd etdiyi adların hər üçüdə,bir kökə (AL) malikdir və bir istiqamətdədir. Bu adların ikinci hissələri "lar" olursa, cəm bağlayıcı şəkilçi kimi özünü göstərib və "xalq", "kütlə","toplum","tayfa" anlamınıda yetirir. Bu toponim adı əyər "Alar"dırsa , burada adın ikinci hissəsi olan "AR" ,bir çox yerli və əcnəbi alimlərinin fikricə igid, ər, kişi, insan anlamlarını daşımaqdadır,və bu əsasda "Alar" ,"Al"kişisi,Al adamı,Al tayfası adamı deməkdir. Çünki "Ar" və onun müxtəlif fonetik variantları olan ər/ir/ır bir çox türk dillərində olmuş və indi də vardır. Tanınmış alimlərdən V.K.Kelmakov "Ar//Ər" sözünü qeyr-i türk dillərə mənsub edənlərə e`tiraz edərək ,onların bu fikrini elmdən uzaq və yanlış bilib yazır : "... keçən yüzillikdə "Ar" sözünün açımı etimologiyası ilə daha çox etnograf və tarixçilər məşqul olurdular , buna görə də təbiidir ki ,onların bu sözün mənşəyi haqqında fikirləri sözlərin təsadüfi forma oxşarlığı üzərində qurulmuşdur..."Ar" sözünün türk mənşəli olduğunu elmi baxımdan təmamilə düzgün hesab edirik" 24 Kelmakovdan öncə V.V.Radlov 25 , Budaqov 26 , Jiran Mikloş 27 və başqaları da "Ar/Ər/İr/Ir" sözünü Türk mənşəli söz saymışlar. Türk dillilərdən "Ar//Ər"i, Azərbaycanlılar "ər","kişi","igid", Çauşlar və Türkmənlər "insan" ,"kişi" ,Özbəklər,Qırqızlar, Tatarlar,Başqırtlar "kişi", "igid", Qaraqalpaqlar isə "kişi" anlamlarında işlədirlər.28 Yardımlı bölgəsinin özəl mifika şəraitinə malik olduğuna görə , çox ehtimal ki Azərbaycanın başqa "Alar" adlı toponimləridə ,bu bölgədən qaynaqlanmış olsun , yəni həmən Yardımlı "Alar" kəndindən başqa bölgələrə ,Alarlılar köç etmiş olsunlar və yeni yaşadıqları yerlərə öz tayfa adını vermiş olsunlar və ya onların Yardımlının Alarından gəlmələri üçün , o bölgənin yerli xalqı onları Alar deyib adlandırıblar. Azərbaycanın Yardımlı bölgəsinin tanınmış alimi Bilal Alarlı "Alar"toponimi haqqında araşdırmasında yazır ki ". Yardımlıdakı Alar, Şıxhüseynli, Zəngələ (Niyarlı), Biləsuvardakı Zəhmətabad (keçmiş Abaslı), İsmətli, Aranlı, Cəlilabaddakı Alar, Sərhədabad (Qarayar) və Abışabad (Xanrəva) kəndlərində yaşayan əhali özünü “Alarlı” adlandırır. Muğanda İnçə çayının ətrafında yerləşən ən böyük yaşayış məntəqəsi “İnçə Aları” adı ilə tanınmışdır.29 Alarlı ya bə`zilərin dediyinə görə Allarlıların türk soylu və türkdilli tayfa olduğunu biz demirik, bəlki onun adı və adının etimologiyası və bu adın tərkib hissələrinin tək-tək xalis türk sözü və mifik xarakterli termin olduğu və Azərbaycan türklərinin və tayfalarının mifologiyasından qaynaqlanmağı, bar-bar bağırıb deyir ki mən türkəm. Tədqiqatçı Bilal Alarlı da Alar tayfasının kökü və mənşəyi haqqında yazır :"Alar türk tayfasının adıdır." 30 Alarların türk soylu və türkdilli olduğuna dair Azərbaycanın Yardımlı bölgəsinin "Gilar" kəndindən olan tanınmış alimi "Firudin Gilarbəg" Alarlar haqqında elmi araşdırma apararkən qeyd edir ki "Allar tayfası türk seyid-bəglərinin nəslidir və həmişə də Azəri türkcəsində danışmışlar". 31Azərbaycanın Yardımlısından olan tanınmış alim Şahlar Məmmədov (Göytürk) Alarlıların diyalekt şivəsini araşdırarkən yazır : " alarların dil xüsusiyyətləri digər Yardımlı şivələrdən xeyli fərqlidir. Burada q səsi ilə başlayan və bitən sözlərdə ğ səsi səciyyəvilik təşkil edir. Məsələn, qonaq-ğonəğ, qazan-ğəzən, qara-ğərə və sair. Bu əvəzlənmə dilimizin Şamaxı, Göyçay şivələrində, eləcə də tatar, türk, qırğız, çuvaş və digər dillərdə mövcuddur"32.Tarix baxımından Azərbaycan ərazisində iki növ xalq yaşayır biri Nuh tufan və fırtınasından bəri (28500 il öncə)bu ərazidə məskun yerli ,aborigen türk xalq və tayfaları (NUH oğlu YAVUZ-un nəsli və törəmələri)və ikincisi müxtəlif soylu qeyr-i türk ,gəlmə xalqlardır ki ən qədimi bu əraziyə gələli , 2700 ildir və üçüncü bir xalq yoxdur. Bununla sadə və lorı dildə demiş olsaq, Azərbaycanda iki cür insan yaşıyır : türk və gəlmə , üçüncüsü yoxdur. Alar`la ilgili bir çox toponimlər tarix sürəsində yaranıbdır , Alarlıların Azərbaycan ərazisində səpələnmələri və onların digər bir türk tayfaları ilə qohumluğu haqqında Bilal alarlı yazır ki Allar/Alarlıların bütün qocaları, ağsaqqalları bildirirlər ki, Alar tayfası Gilar və Arvana tayfaları ilə əmiuşaqlarıdır: “Cəlilabad rayonuna və digər ərazilərə köçmüş Alar nəsli Yardımlı Alarından başlanır və deyilənə görə 18-ci əsrdən Rusiyaya qədər səpələnmişlər. Gilar (ərəb. Cəlair) tayfalarının da əksəriyyəti əsasən Cəlilabad və digər rayonlara köçmüşlər.33 Alar və Alarlı təkcə Azərbaycan ərazisinə məhdudlaşmır və Azərbaycandan kənar ölkələrdə də bu ada və tayfaya rast gəlmək olur. Bu haqda tanınmış "ALAR" tədqiqatçısı Bilal Alarlı mükəmməl və sanballı məlumatlar verir və yazır :" Azərbaycandan kənarda alarlara mənsub bir çox qəbilələr və tirələrdən ibarət olan çoxsaylı ailələr əsasən indiki İran ərazisində yerləşən Azərbaycan əyalətlərində, İraqda, Türkiyə, Suriya, Əfqanstan, orta Asiyada və digər yaxın Şərq ölkələrində məskunlaşıblar. Adı çəkilən bu ölkələrdə yaşayan alarlar öz adət-ənənələrini, tarixini, etnoqrafiyasını və əsasən, dədə-baba məşğuliyyətini qoruyub saxlayırlar. 34 Alarlıların orta asyada yəni Türkistanda məskun olunmuşları haqqında Bilal Alarlı artırır ki " Alarlar Monqolustanda Kobdo çayı üstündə, İrkutda Anqara çayının qərbində, Çində Tauşkandərya, Aksu və Tarim çayları arasında, Qırğızıstanda İssık-Kul gölünün şərq sahilində, Özbəkistanda Amudəryanın mənsəbində, Qazaxıstanda Sırdəryanın mənsəbində, Arıs, Keles və Tales çayları arasında, Çu çayının mənsəbində, Altay ölkəsində Katun çayı ətrafında, İranda Araz və Qarasu çayları arasında, Azərbaycanda Viləş və Bolqarçay arasında məskunlaşmışlar." 35 Alarların yayılma əhatə dairəsi çox geniş olub. Bu qədim tarixə və keçmişə malik olan türk soylu tayfanın izini Moğulıstanda , monqollarla ilgili çox geniş şəkildə tapmaq olar. Alarların Moğollarla ilgili tarixindən tədqiqatçı Bilal Alarlı yazır : " XV yüzilliyədək alarlar ələt, dorbet, bait, torqut, xoşun, zaxçe və çoros kimi Qərbi Monqolustanın oyrat türk tayfaları ilə əlaqədə olmuşlar. Hətta cəlair, elçigin, küngüt, tangit, sunit, suqait və başqa tütk tayfaları ilə birlikdə monqol qoşunlarının tərkibində vuruşmuşlar. Qazan xanın hakimiyyəti illərində oyratlar və alarlar bölgədə böyük nüfuz sahibi idilər. Maraqlıdır ki, bəzi tədqiqatçılar aları monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrot tayfasının bir qolu da sayırlar. Müəllif sonra artırır ki Təsadüfi deyildir ki, kənd əhalisi Lerik ərazisindəki oratları-oyrot tayfasını özlərinə ən yaxın qohum sayırlar. Orat qədim oyrot tayfasının fonetik dəyişikliyə uğramış adıdır. Bəzi mənbələrdə bu tayfa oğuz tayfası kimi qeyd olunur. Oyrotların izlərinə Lerik, Cəlilabad (Yardımlıdan köçürülmüş Alar kəndi), Salyan ərazilərində də rast gəlinir. Göründüyü kimi, alarlar Türkiyədən Monqolustanadək türklərin yaşadıqları hər yerdə məskunlaşıblar. 36 Müəllif Alar`ların İran ərazisindəki vəziyyətindən söz açarkən qeyd edir ki " Tarixçilərin yazdıqlarına görə, XVI yüzilliyin əvvəllərində Qızılbaş, bir qədər sonra isə Şahsevən kimi tanınan alarlar XVII-XVIII yüzilliklərdə Talış xanlığının 6 mahalından birini təşkil edirdilər.37 Rus çarizm hökümətilə ilgili Alarlar haqqında B.Alarlı deyir ki " Baykal ətrafı ərazi ruslar tərəfindən işğal edildikdən sonra Alar bölgəsi inzibati vahid kimi fəaliyyət göstərməyə başlayır, sonralar bunun əsasında mərkəzi Kutilik şəhəri olan Alar rayonu yaradılır.38 Bu toponimlə bağlı Azərbaycanın Yardımlı bölgəsindən olan tanınmış alim Şahlar Məmmədovun (Göytürk)apardığı araşdırmalar da önəmli və maraqlıdır .Ş.Məmmədov "Alar" adını "qırmızı dərili ərənlər" mənalandırır və qeyd edirlər ki Bu söz türkcədə al – "qırmızı" və ar/ər komponentlərindən ibarət olub "qırmızı rəngli (dərili) ərənlər" mənası verir. 39 Bundan başqa, alar türk dillərində "hündür yer" mənasındadır. Al həm də ucalıq bildirir və “al ər” yüksək mənsəbli igid mənasına gəlir. "Kitabi-Dədə Qorqud" dastanlarında alar, alan sözləri də bu mənalarda işlənmişdir: a) alan-hündür mənasında: “Qazan gög alan çəmənə çadır dikdirdi”; b) alan-sabah, sübh tezdən mənasında: “Alan sabah yerindən turan qızlar”. "Alan" sözünün "alar" (Alar-sabah, sübh tezdən mənasında) variantına da təsadüf edilir: “Alar sabah Dərsə xan yerindən uru turdı”, yaxud: “Alar danla yerindən duran yigit, nə yigitsən?” Alar dan – sübh tezdən kimi anlaşılır. Dastanın ayrı-ayrı boylarında Alar danla alan sabah sinonim sözlər kimi işlədilir və al sözünün məna çalarları belə verilir: al (alan, alca, alar, alat, alalmaq) – qırmızı, yalan, qızarmaq, düzənlik, aydınlıq və sair. 40 Bilal Alarlı öz məqaləsində "Alar" sözünün etimologiyasını açıklamasında ,sonra qeyd edir ki " Altay sözü mənbələrdə Alatau şəklində qeyd olunur ki, bu da "uca dağ" anlamındadır. Göründüyü kimi, ekstralinqvistik amilləri nəzərə almamaq mümkün deyil. Alar sözü iki müstəqil mənalı komponentdən əmələ gəlsə də, bu tipdən olan xəzər, bulqar, avar, salar, kəvər, qacar, kəngər və sair etnonimlər kimi, onu da sadə etnonim adlandırırlar. –Ar, -ər, -ir, -ur, -or komponentləri bütün qədim türk xalqlarının dillərində “adam”, “ər”, “kişi” mənalarında işlənmişdir və bu komponentlərin köməyi ilə çoxsaylı etnonimlər yaranmışdır. Dilin tarixi inkişafı nəticəsində Al sözünün kontominasiyası (semantik çarpazlaşması) prosesi baş vermişdir. Burada semantik arxaizm elementləri (al-yalan, qırmızı, uca, od və sair) özünü göstərir. 41 Alar adının "Al" hissəsi haqqında M.Ə.Seyidovun nəzərinə görə "al" türk dillərində “bir şeydən yuxarı qalxmaq” anlamını verir.42Bilal Alarlı ,Alar toponimin etno`oykonim olduğunu daha inandırıcı bilib və qeyd edirlər ki Alar toponiminin etnooykonim olması fikri daha inandırıcıdır.43 Biz burada mümkün qədər "Alar" sözü və adının üzərində işləyən yerli və yabancı alimlərin fikirlərini göstərdik və onların fikirləri əsasında "Alar"ın mürəkkəb söz olduğunu və iki "AL" və "AR"sözlərinin tərkibləşməsindən yaranmasını və "Al"ın qırmızı anlamı olduğunu və "Ar"ın "ər,kişi" anlamlı olduğuna şahid olduq və belə nəticə çıxarılır ki "Alar" adının tərkibindəki "Ar" ,başqa türk tayfaların ad tərkibində olan (Avar,Qacar,Subar,...)"Ar" sözü ilə eynidir və külliyyətdə "Al kişisi", "Al adamı" ,"Al insanı" deməkdir. Bu açıklamalar indiki Filologiya , Türk löğətləri kamusu , Divan luğat türk , türk etnosları və tarixşunaslığı elmi əsasında düz və uyarlıdır , amma bizcə bu adı bundan da artıq dərininə getmək olar və bu adı əski türk mifologiyası əsasında ən ilkin kökünə də gedib çatmaq olar və onun mifik kökünü üzə çıxartmaqda çalışmamız yersiz olmaz. Burada lazim görünür qeyd edək ki "Ar" haqqında müxtəlif türk və qeyr-i türk alimlər tərəfindən deyilən türkcə anlamlar və yorumlar yalnız bu sözün 2-ci , 3-cü ya 4-cü dərəcəli anlamları sayılır.Halbu ki "Ar" türk sözü ,qədim türk dillərində "Qırmızı","isti od","isti –odlu Günəş" mənasını verir. 44 deməli bu "Qırmızı" mənası əsasında "Ar", günəşi" təmsil edir və Günəş deməkdir. Bununla da bu anlamı daşıyan "Ar" sözü başqa sözə qoşularaq ,ilk öncəTanrı adı ,yaratmış və Tanrı adı ,sonra onqun , onqun da qəbilə və qəbilə birləşməsinin adını yaratmışdır. Bütün bu deyilənlərdən və gətirilən dil nümunələrindən isbat olunur ki "AR"//"ƏR" və başqa fonetik səslənmələri ilə birgə , hamısı türk dilli sözlərdir."Ar" qədim türk xalqları üçün mifik və tanrısal və kutsal bir anlam daşıdığı üçün ,Türk soylu xalqların və tayfaların ,Tayfa ,qəbilə və türk etnoslarının adlarının yaranmasında geniş şəkildə iştirak edibdir. Muqəddəsliyi , kutsallığı , mifik anlayış və düşüncəni bildirmək üçün və bu görüşün və konunun türk insanına nə həddə və ağıla sığmaz dərəcədə ona onəmli olduğu və önəm daşıdığı üçün ,türkcə olan "Ar" mifik-teoforik söz və termini ,ayrıca sözlərə qoşmuş və bir çox türk dilli tayfalarda və xalqlarda tarix boyu, indiyə qədər işlədibdir. "Ar"ın söz açımından , mifologiya yozumundan və etimologiyasından aydın olur ki bu söz çoxlu türk soylu xalqların dillərində yaranan "Ar" sözü( "igid","insan","ər","kişi" anlamlarından) ,çox-çox öncələr ,ilk olaraq "kutsal"," pak və müqəddəs", "Qırmızı", "qızarmış çox isti" ,"Günəş" və "Günəş Tanrısı" olmuşdur və xalq sonradan başqa anlamları da bu anlamlardan alaraq yaratmışdır. Yeri gəlmişkən lazim görünür qeyd edək ki Türkcə "Ar" sözü Misir panteonuna daxil olaraq Misirin ən böyük tanrısı ünvanında özünə yer tutub və "RA" //"RƏ" kimi tanınıbdır. Əlbət də Türk tanrı "AR"-ın adının əks edərək qullanıblar. "RA/RƏ" də ,"AR" kimi Günəş tanrısı vəzifəsindədir. Biz "Ar"ya "Ər"ın etnonimlərdə işləndiyi anlamını , onun ilkin anlamı saymırıq , amma 2-ci ,3-cü dərəcəli anlamları saya bilərik. Turanın və onun ayrılmaz bir parçası olan Azərbaycan toponimləri və etnonimlərin ,bir çoxunun adlarının tərkibində bu "Ar" sözü özünü əks etdirməkdədir. Misal üçün Avar,Macar ,Qacar, Subar, Avşar, Bulğar,Xəzər və sairə. Öncəki məqalələrimizdə işarə olundğu kimi bir daha da qeyd etməliyik ki Azərbaycan ərazisi neçə ada malik olub ki heç biri də yersiz qoyulmayıb və o sıra adlardan birisi də özəlliklə də Azərbaycanın Arazdan yuxarı hissəsinə ayid olan "ARAN" adıdır ki bir çoxlu Fars Anti-Azərbaycan alimləri və tarixçiləri bu ada əsaslanıb və boş-boş çərənliyib ,iddia edirlər ki Quzey Azərbaycan adını dəyişməlidir və öz adını ARAN qoymalıdır. Bu Anti-türk və Anti-Azərbaycan Fars alimlər və tarixçilər ,o həddə savadsız və bilimsizdilər ki hələ indiyə qədər bilməyiblər ki Azərbaycan türk ərazisi ilkinliyi bir o qədər geniş və böyük imiş ki hər bölgəsinin öz tarixi və mifik özəlliklərinə görə müxtəlif zamanlarda müxtəlif adlara da malik olubdur. Bir çox yerli soydaş alimlərimiz də onların uydurma və qeyr-i real yormlarına uyub və inanaraq quzey Azərbaycanın əsas ərazisini "isti ab-u həvayə və iqlimə malik olduğunu inanıb və bu Aran adını Azərbaycan üçün isti olma anlamında qəbul edib ,inanırlar. Bizim öz soydaş alimlərimiz ARAN söz və adını quzey Azərbaycanın isti iqlimə malik olma baxımından düşünüb qəbul edirlər.Halbu ki iqlim və ab-u həva baxımından , Güney Azərbaycan ,Quzey Azərbaycandan da isti və aranlıqdır.Yer kürəsində , istiva kəmərindən qutblara sarı getdikcə ,istilikdən azalır yəni quzey Azərbaycan ,Güney Azərbaycana görə qutba yaxındır. İndi necə oldu ki Azərbaycanın Quzey hissəsi ,Güney hissəsindən də isti oldu. Burada bir yanlışlıq və yanılma var. Qədim türklər (indiki Azərbaycanlıların ulu əcdadları) , Azərbaycanın Arazdan yuxarı hissəsinə istiliyə və iqlim istiliyinə görə "ARAN" adı verməmişlər. Onlar ərazicə böyük və nəhəng olan Azərbaycanın Arazdan yuxarı hissəsinə , zəngin mifik mirasını nəzərə alaraq və o hissə ərazini türk tanrılarının əsas məskəni və yurdu olaraq , və eyni halda təbii və özəl coğrafi və ekolojiki özəllikləri və şəraitinə görə və bütün türk tanrıların mə`bəd və tapınaqları sərgisi olduğuna görə və eyni halda Turan və dünya xalqlarının Tanrılar panteonunun galeriyası və terminalı olduğu üçün, o hissəyə ARAN adı vermişdir. İstilik və isti ab-u həva və iqlim istiliyi ,ARAN sözünün 2-ci,3-cü dərəcəli anlamıdır. Toponim adı ARAN , Azərbaycan türk xalqının mifik – tanrısal düşüncəsinin məhsuludur və onun çox zəngin mifologiyasından törənmiş və süzülmüş mifik addır. Azərbaycanın bir hissəsinin Aran adlanması , Alban adlanması şərait və səbəblər baxımından eynidir və heç fərqi yoxdur. Zamanın , Tarix sürəsinin bir çağında , o zamanın Azərbaycanda yaşayan və məskun olmuş türk tayfalarıının ləhcə və diyalekt şivəsinə uyğun və dini-mifik inancının detayları əsasında ARAN adını qoyublar , tarixin və zamanın digər bir çağında da yenə o çağın bu ərazidə yaşadığı tayfalardan və onların ləhcələrindən və eyni halda işlətdikləri hansı mifik terminlərdən asılı olaraq ALBAN adı vermişlər. ARAN və ALBAN ərazi adları , hər ikisi də eyni söz və eyni anlamı daşıyan teofor adlardılar. Bu iki toponim adın anlamları mifik baxımından bir-birinə çox yaxındır.Keçmiş məqalələrdə Alban haqqında dediyimiz kimi ALBAN yə`ni " AL"lar yurdu , "Tanrılar yurdu" ,"Tanrılar xəzinəsi" ,"Günəş tanrı ailəsinin xəzinəsi" , "Günəş Tanrısı panteonun xəzinəsi" deməkdir. Eyni halda burada "ARAN" toponim adın da "AR" anlamı "Tanrı" , "Günəş Tanrısı" və "AN" cəm bağlayıcı şəkilçidir və "ARAN" adı külliyyətdə "Tanrılar yurdu" ,"Günəş tanrı ailəsi", "Günəş tanrısı panteonu" deməkdir və qədim türklər tərəfindən bu ad vermə də, heç yerə verilməyib ,çünki Azərbaycanın şimal hissəsi əzəldən bəri miflər və tanrılar yurdu və məskəni olub. "Aran" adının ikinci hissəsini türksoylu xalqların özəlliklə də İran ,Ariya və Mezopotamiya türk ərazinin Göy Tanrısı "AN" nəzərdə tutsaq ,o zaman "Aran" toponimin adı "müqəddəs və kutsal "AN"ın yurdu" ,"Göy tanrısı AN- n yurdu" deməkdir.Turanın və türk dünyasının əsas mifik qaynağı və mənşəyi , Azərbaycanın şimal hissəsi olubdur. Quzey Azərbaycanda indiyə qədər qalmış bir çox pirlər, ocaqlar və ziyarətgahları , həmən eradan neçə minillik öncədən qalmış günəş tanrısına ayid mə`bədlər , tapınaqlar və kilisələrdir ki tarix sürəsində hər çağın hakim olduğu dinlər və inancları əsasında , yeni hakim ideologiyalara tabe olaraq və uyaraq , o dövrün hakim donunu və paltarını geyib. Misal üçün islam dini Azərbaycan və ya Turan ərazisinə hakim olandan sonra , bir çox qədim adətlər və ənənələr , şamanism donunu çıxardıb və islama uyğun , islam adı daşımaqda olub və misal üçün çoxlu tapınaqlar məscidə və pirlərə və ocaqlara çevirildi. Qədim türk dilində "Ar" sözü ilkin olaraq kutsallıq ,müqəddəslik vəTanrı anlamında işlənib və bunun üçün bu söz ya termin kutsallıq və müqəddəslik və paklık xarakteri daşıması üçün, əski türklər bu sözü öz luğət qamusunda "paklık","təmizlik" , "duruluq","saflıq","şəffaflıq" , "işıqlılıq" ,"su kimi olmaq" ,"axar su" və "çay"anlamlarında da işlədibdir və həmçinin bal düzəldən heyvana da ki işi təkcə güllərlə əlləşmək və uğraşmaqdır və gül də paklıq və gözəllik simvolu olduğu üçün və arının verdiyi və düzəltdiyi maddə də(bal),təmizlik,şəffaflıq və kutsallıq xarakterdə olduğu üçün , eyni halda tanrılar yeməyi sayılaraq ,bu məhsulu yaradan və düzəltdirənə də Tanrı adı və anlamı daşıyan "Ar" söz və adından alınaraq ,"Arı" demişlər. Bu heyvan (bal arısı) təmizlyinə görə ,təmizlik və paklık anlamı daşıyan termin və sözlə adlanır . Əski türklər bu Tanrı anlamı ,və eyni halda paklıq,təmizlik anlamı və xarakteri daşıyan "Ar" sözündən , "Arıtdamaq","Arıq", "Arınmaq" və sairə bu kimi sözləri yaradıb işlədiblər. "Alar" Tanrı adı ,əski Azərbaycan yerli türk xalqının Günəş tanrısının minbir adından birisidir."Alar" türk adınıda "Al"və"Ar" hissələrinin yerini dəyişsək "ARAL" gölünün adı olur. Bu "Aral" və"Alar" adları eyni sözlərin tərkibidir və "Aral" gölün adının etimologiyası "Alar" etnosu və toponim etimologiyası ilə eynidir . "ALLAH" adının tərkibində də qədim türk tanrısının adı "AL" iştirak edibdir. "ALLAH" adı türkcə teofor addır və qədim protürkcə "AL" (=müqəddəs,kutsal,Tanrı) və əski protürkcə "LAX/LAK/LAS /RAS" (=Gün işığı ,Gündüz,nur,işıq, şualanan, nurlu və nur verən ,işıq saçan) və külliyyətdə anlamı "Nurlu ,Nur saçan Tanrı" və "işıq tanrısı" deməkdir. ALLAH adının "AL" hissəsinin türkcə"AL" sözü olduğunda heç bir şüphə yoxdur. İkinci hissə üçün ən güclü ehtimal birisi də,bu hissənin "AĞ/AQ/AK/AX/ AH" sözü olmasıdır. AL+AĞ =AL.AĞ .Çox ehtimal ki semit soylu xalqların (ərəb)dili fonetika qanununa uyğun "AL"ın ,"L" səsini şiddətli edib və təşdidləndirib və "AĞ"ı "AX"/"AH"fonetikası ilə ifa ediblər (Al.Ağ ---- Al.lağ ---- Al.lax ---- Al.lah). "Alar" kəndinin ilk hissəsi olan "AL" yəni Türkün Günəş tanrısı "AL"ı və digər türk tanrılarını , Fin-Ugur türkləri vasitəsilə Azərbaycandan Anadoluya , köç vasitəsi ilə aparılıb öz yeni yurdları olan Finikiyyə`yə, və Finikiyyə ölkəsindən suriya, fəlistin,israil,liban və Yordaniya ərazilərinə . Semit soylu və ibri xalqlar və eyni halda Afrikanın sahilləri və Ağdəniz (Akdeniz)adaları ,Türk soylu FİN-UGUR (kən`anilər və daha doğrusu "künanilər") panteonundan alaraq geniş şəkildə öz Tanrılar panteonuna daxil ediblər və onu "ƏL"/"EL" formaları- nda işlədiblər."AL" və ya"EL"eyni halda"Finikiyyə"(Anadoluda Türk soylu Fin-ugur tayfası yurdu) panteonu`nun ən böyük tanrısı sayılırmış. "EL" (AL)Tanrının ,Finikiyyə panteonunda "Mut" adlı evladı var və bu"Mut",biçin və tarla ruhu və günün istiliyi əsərində yanıb-qurumuş əkin zəmilərinin tanrısı sayılırdı. Bu Mut adlıTanrı oğlunu , "EL" Tanrının ən sevimlisi sayırdılar. 45 "EL" Finikiyyə panteonunda ,Günəş Tanrısı sayılırmış. 46 Dr. Roy Vilis Dünya Mifləri əsərində qeyd edir ki Ogarit –kənani (indiki suriyanın şimalı) mifologiyasında,"EL" (AL/ƏL) ən üstün və böyük tanrı sayılırmış. 47 Ogarit sözü əslində həmən türkcə "Uyqurlar" deməkdir. Uqur+it/ut(cəm bildirən şəkilçi)= UYQURLAR . Bu "ogarit" deyilən yurd, Suriyanın şimalında yerləşirmiş və eradan 1500 il öncə çox böyük və möhtəşəm mədəniyyət və uygarlıq sayılırdı.Oradan çoxlu gil-tabletlər əski türk və Mezopotamiya tanrısı"Baal" (=Bel/Bul/Bil/Bal) tanrısı və həmçinin "EL"(AL) tanrısı haqqında tapılıb çıxarılıb. "EL" tanrısı , Fin-Uqur (Finikiyyə) türklərinin Baş Tanrısı sayılaraq "Buğa" tanrıdır.Buradan bəlli edir ki bu Türk Fin-Uqur /Finikilərin "EL"/"AL"Tanrısı ,Buğa mədəniyyəti dövründən qalma Tanrıdır və Oğuzun ,Günəş Tanrısının bəlgəsi və simgəsi olan"Buğa"obrazlı tanrıdır. "Buğa" Günəş tanrının bəlgəsi və simgəsidir , eyni halda "AL/EL"də Günəş tanrısıdır və "AL/EL" Günəş tanrının bəlgəsi və simgəsi də "Buğa"dır. Fin-uqur (Finikiyyə) Ogarit mədəniyyəti türklərinin "Baal" tanrısı , Şumer türklərinin panteonundakı "Domuzi" Tanrısının təkrar obrazıdır və eyni oxşar talehlərə düçar olub yaxalanıblar. Bu oxşar və eyni ruh və xarakter daşıma mövzü iki türk dilli və türk soylu xalqın nə dərəcədə qan və mifik qohumluğunu bizə isbat etməkdədir. Fin-Uqur(Finikiyyə)Ogarit türk mifologiyasının panteonundakı Günəş ilahəsi"ŞAPAŞ" adı, Mezopotamiya panteonunada "Şamaş" formasında daxil olub yaşamaqdadır. Şabaş ----> ("b" səsi "m"ya çevirilərək) Şamaş olub. Yəhudiyyətin Əhd-i ətiq kitabında mifik nə varsa ,Fin-uqur /Ogarit (Finikiyyə) miflərinin kopyasıdır. Fin-Uqur türkünün "El/Al" tanrısı , Yəhudun YƏHVƏ-sidir və Yəhvə "Baal"/Bel Tanrısı kimi buludlara minməkdədir və ildırım`la danışır və yerə yağış yağdırır. Əhd-i Ətiqin ayələri Fin-uqur (ogarit) türklərin şe`rlərinin bir-başa tərcüməsidir ki çox zirəklik və başarıqlıqla kopya çəkilibdir. 48 "AL"/"EL" tanrısı hətda latin və cənubi Amerkada yerli İNKA-ların tanrılar panteonuna da daxil olubdur. İnkaların böyük hava tanrısı "İlyapa"nın adının tərkibində "İL" formasında iştirak edib və özünü əks etdirməkdədir. "AL"/"EL" sözünü, cənubi Amerka mifologiyasında ,"Qızıl ya Altın ruhu, ELDORADO" mifinin adında görmək olar. Eldorado mifi ya "Altın Kişi" inin mifik kökü ,Kolombiyanın "Muiska" qəbiləsinə bağlıdır. 49"Al"/"El" tanrısı Afrikanın "Yoruba" əhalisınin mifologiyasında YER Tanrıçası və bütün məxluqatın anası sayılan "ELƏ/İLE/İLƏ/ALA" ilahəsinin50 adında və eyni halda Yunanların uşaq doğurma ilahəsi ,Zeus və Hera`nın qızı "İlisiya"/"İlitiya" 51adının ilk hissəsində vəYunan panteonundan"ALKEMENE" və"ELEKTRA" ilahələrin ad tərkibində, özünü əks etdirir.52Bu tanrı titulu eyni halda mərkəzi (orta) Afrika qəbilələri, "Ruhlar dünyası" adlandırdıqları cəngəl sakinləri olan liliput devlər ya cinnlərin "ELOKO" adında da, iştirak edibdir. 53 AL sözü "OL" formunda Avustraliyanın tanrılar panteonunda (karolin adalarında) od`u yerə gətirən "Olufat" tanrının adının tərkibində 54 , Mezopotamiyanın şimal hissəsində Babil- Aşur dediyimiz ərazilərdə eradan əvvəl 7- ci yüzillikdə gəlib məskun olmuş semit soylu "Kəldani" adlı xalqın baş tanrısı "İL" ya "RƏ" adlarının tərkibində iştirak edib özünü göstərməkdədir. 55 Al//El sözü türklərin baş tanrısı sayılan "ULGEN"in adında həmçinin "UL" formasında iştirak edibdir. "UL"(=Qırmızı Günəş Tanrı)+ GEN(=geniş anlamında hər yerə yayılmış və hər yerdə hazir olan böyük,qan/ ğan /kutsal /müqəddəs Tanrı) = müqəddəs GünəşTanrısı."Al"ın "UL" forması çoxlu türk adlarının tərkibində ,o sıradan göy və səmavi cicimlərin adında iştirak edibdir.Misal üçün "ulduz" sözündə buna şahid oluruq. ALAR tanrıya tapınan türklər də özlərini ,öz tanrıları -nın adı ilə ilgili "Alar" adlandırıb və indiki "Alar" adlanan toponimlərdə məskun iymışlar.Alar adlı toponimlərdə ,ALAR Tanrıya xalq tapınırmış və mütləq bu böyük tanrısına ayid tapınaqlar və mə`bədlər tikmiş ki zaman sürəsində dağılıb gediblər və ya pir,ocaq,imamzada, ziyarətgah,kilisa,məscid kimi özünü qoruyub saxlayır. Hər bir türk soylu insan icması və qrupu öz dil ləhcəsinə görə Tnrısına ad verir və həmən Tanrıda öz pərəstişkarlarının yurd və toponiminə öz adını verir və həmən toponim də özündə yaşatdığı və saxladığı tayfa və xalqına öz adını verir.İnsan(tayfa)---->Tanrı----> toponim----->insan(tayfa) . "Al" teofor sözlə ilgili türk dillərində müxtəlif və çeşitli sözlər və terminlərimiz və adlarımız yaranıbdır. "Albis" (= Tuva türklərinin od və günəş Tanrıçasının adı) , "Almis" (=Altay türklərinin od və günəş tanrıçası) , "Al Ot" (=Yakut türklərində ailə ocaqı) , "Al qadın"(=Türk mifologiyasında insan obrazında çıxarılan Günəş) , "Albas" (= Yakut türklərin günəş tanrıçası) , "Alı" (= Skif türklərində yer ilahəsinin adı) ,"Alal" (= Şumer türkcəsində təxrib edən , dağıdıb aradan aparan) ,"Alov" (=od şöləsi) ,"Alaz"//"Alas" (=Şəmənlər arasında od və günəş tanrısının adı),"Albar"(=böyük günəş tanrısı),"Alunus" (=Selt /kelt mifologiyasında günəşin qali ,dərman və öncəgörənlik tanrısı), "Alat"(=mezopotamiya mifologiyasında "Arallu" yeraltı yurdunun ilahəsi və eyni halda "Nerqal"ın eşi və yoldaşı),"Allatu" (=Semitlərin və türk soylu kartajların yeraltı ilahəsi və Ereşkiqalın bərabəri olan ilahə),"Alal"(=Kəldani mifologiyasında yeraltı dünya və cəhənnəmdən gələn devlər toplumu),"Alalu"(=Hitit türklərinin mifologiyasında göy və səma səltənəti və hökmranlıq mifi),"Alalus"(=Şumer və mezopotamiya mifologiyasında ilk göy və cənnət padişahı),"Albina"(=Etrusk türklərin mifologiyasında Dan yerinin ilahəsi)"Alpus"(=Yunan mifologiyasında Gaya`nın oğlu) ,"Alta" (=İskandinaviya mifologiyasında dişi dev Himdal`ın anası),"Altaya" (=yunan mifologiyasında Testiyus`un qızı), "Aletes",(yunan mifi) ,"Altes",(yunan mifologiyasında Lelegi padişahı),"Aletia"(yunan mifologiyasında düzlük,həqiqət ruhu və tanrısı),"Altis"(=yunanda iki Alfius və kladiyus adlı çayların qovuşaqı müqəddəs yer) "Alqış" ,"Altın" və yüzlərcə sairə. "Al" türk sözünün bir başqa anlamı "üns","adət" ,"uzun müddətli","davamı olan" və külliyyətdə "Daimi","ölməz", "cavid","fəna bilməz" ki bunların hamısı tanrı sifətlərindəndir və bir tanrı üçün səciyyəvi xarakterlər və Sifətlərdir. Deməli "Al"ın bu anlamları ilə "Alar" adını"ölməz və daimi günəş tanrısı"deməkdir.Türklər "Al"ın bu anlamları əsasında "alışıq" ,"alışqan"kimi sözləri yaradıblar . Bizim son etimologiya açıklamağımız bu toponim haqqında belədir : Alar toponiminin adı iki qədim türk sözü olan "Al" (=Tanrı,kutsal,müqəddəs ) və "Ar" (=qırmızı Günəş, kutsal,müqəddəs) tərkibləşməsindən yaranıb və külliyyət də "Kutsal Günəş Tanrısı" deməkdir. Yazar : Fərhad Cavadi Abdulla oğlu / Urmiya / 17- İyun 2014 QAYNAQLAR : 1 – Fərhad Cavadi , Türkcə insan adları 4-cü kitab , Əxtər Nəşri , Təbriz 2012 , səh.239-240 2 – Həmən qaynaq , səh. 291 3 – Həmən qaynaq , səh. 292

4 – Həmən qaynaq ,səh. 292

5 – Fərhad cavadi , Türkcə insan adları 5-ci kitab , Əxtər nəşri , 2013 , səh. 285

6 - Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 113

7 - V.V.Radlov , Türk ləhcələrinin luğət tərcüməsi , 1893 , 1-ci cild , səh 349

8 – Türkmən-Rusca luğət ,Moskov , 1968 , səh 42

9 – Mir Əli Seyidov , həmən qaynaq , həmən yerdə

10 – The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p. 226

11 – Həmən yerdə

12 – Həmən qaynaq , səh.229

13 – Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap, Sure Mehr Nəşriyyatı , Tehran 2008 , səh 14 - The Times World Mytholojy,General Editor:William G.Doty Həmən qaynaq , səh. 128

15 – Həmən qaynaq , səh. 235

16 – N.M.Xudiyev /Ə.A.Quliyev , Qədim Türk Abidələrin Sözlüyü , N.Tusi adına ADPU-nun mətbəəsi , Bakı 1992 , səh.12

17 – Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap, Sure Mehr Nəşriyyatı , Tehran 2008 , səh.98 18 - Gholamreza Ma`sumi , həmən qaynaq ,səh.100 19 - Mehdi Həsənov , Yardımlının Coğrafi Ləndşaftı haqqında məqalə

20 – Mehdi Həsənov , Həmən məqalə

21 - Mehdi Həsənov , Həmən məqalə

22 - Mehdi Həsənov , Həmən məqalə

23 – Bilal Alarlı , Alar toponimi və tayfası haqqında məqalə

24 – V.K.Kelmakov,çox qədim"Ar"etnonimin yaranma mənşəyi,1970

25 - V.V.Radlov , Türk ləhcələrinin luğət tərcüməsi , 1893 , səh 1456

26 – L.Budaqov , Türk-Tatar ləhcələrinin muqayisəli luğəti , 1-ci cild,1869

27 – Z.Mikloş , Finnigersrokon sugunn. Budapeşt , 1927

28 - Mir Əli Seyidov , həmən qaynaq , səh.28

29 – Bilal Alarlı , "Alar Türk Tayfası" adlı tədqiqi məqaləsi

30 – Bilal Alarlı , həmən məqalə

31 - Bilal Alarlı , həmən məqalə

32 - Bilal Alarlı , həmən məqalə

33 - Bilal Alarlı , həmən məqalə

34 - Bilal Alarlı , həmən məqalə

35 - Bilal Alarlı , həmən məqalə

36 - Bilal Alarlı , həmən məqalə

37 - Bilal Alarlı , həmən məqalə

38 - Bilal Alarlı , həmən məqalə

39 - Bilal Alarlı , həmən məqalə

40 - Bilal Alarlı , həmən məqalə

41 - Bilal Alarlı , həmən məqalə

42 - Bilal Alarlı , həmən məqalə

43 - Bilal Alarlı , həmən məqalə

44 - Qədim Türk Luğəti , L . 1969 , səh. 50

45 - F.Guirand – the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology- Tr.By: A.Esmailpur- Ferkre Ruz publication- Tehran 1995 , p.156-157

46 - F.Guirand , həmən qaynaq , səh. 166

47 - William G.Doty, həmən qaynaq ,səh31 48 – Mitholojy An İllustrated Enscyclopedia Of The Principal Myths And Religions Of The World , Richard Cavendish , Tr. By R.Behzadi , Elm Nəşriyyatı , Tehran 2007 , səh.119-129 49 - William G.Doty , həmən qaynaq ,səh 188 50 - William G.Doty , həmən qaynaq ,səh.197

51 - William G.Doty , həmən qaynaq ,səh.200

52 - William G.Doty, həmən qaynaq ,səh.231

53 - William G.Doty, həmən qaynaq ,səh 200

54 -, William G.Doty həmən qaynaq ,səh.235



55 – Rüqəyyə Behzadi / Qafqaz ,Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar /Ney Nəşriyyatı /Tehran , 2002 ,səh.340
Yüklə 403,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə