112
XDİN-də, partiya və sovet orqanlarında rəhbər vəzifə tutan Markaryan, Qriqoryan,
Yemelyanov, Borşov və başqaları himayədarlıq edirdi. Onlar ermənilərin yığcam
yaşadıqları DQMV və onun ətrafında yerləşən rayonlarda deportasiya olunanların
yerləşdirilməsinə hər cür maneçilik törədir, M.C.Bağırova yalan və böhtanla dolu
rəsmi arayışlar təqdim edirdilər. Köçkünlərin ermənilər tərəfindən sıxışdırılması
barədə kollektiv imza ilə göndərilən ərizə və məktubları respublika Təhlükəsizlik
Nazirliyinin rəhbəri Yemelyanov qəsdən M.C.Bağırova təqdim etdiyi arayışda
"millətçilik", "siyasi təxribat" kimi xarakterizə edirdi.
26
1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki
Tərtər), İmişli, Əli Bayramlı, Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad,
Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276
adam köçürülmüşdü.
27
1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan
respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq
olaraq Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə
qərar qəbul etmişdilər.
28
Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya
planı erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, qeyri-insani
tədbirin planlaşdırılmış şəkildə həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv
səbəblər mane olurdu. Deportasiya olunanların sosial və məişət problemləri
lazımınca həll edilmirdi (respublikanın qısa müddətdə bu yerlərdə kifayət qədər
mənzil tikmək imkanı yox idi). Yerlərdə buna süni maneələr də yaradılırdı. Bunun
nəticəsi olaraq, 1950-ci ildə Azərbaycandan Ermənistana - öz keçmiş yaşayış
yerlərinə qayıtma prosesi başlanmışdı. Köçkünlər içərisindən çıxılmaz vəziyyətə
düşənlərin bəziləri əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları
göndərirdilər. Lakin bu şikayət və etirazlar heç bir nəticə vermirdi.
29
1950-ci ildə
Ermənistandan Azərbaycana 2907 təsərrüfat və ya 12332 adam köçürülmüşdü. Bu,
əvvəlki illərlə müqayisədə ən yüksək göstərici idi. Lakin erməni millətçiləri və
onların mərkəzi hökumətdəki himayədarları SSRİ Nazirlər Sovetinin 1947-ci il 23
dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının yerinə
yetirilməsi vəziyyətindən
qəti narazı idilər. Onların təkidi ilə 1951-ci il fevralın 28-də SSRİ Nazirlər Soveti
"1951-ci ildə köçürülmə planı
haqqında" 605 saylı məxfi qərar qəbul etmişdi. Bu
rəsmi sənəddə köçürmə prosesinin sürətləndirilməsi tələb olunurdu. Lakin görülən
sərt inzibati tədbirlər də öz lazımi nəticəsini vermədi. Əksinə, hətta 1951-ci ildə
erməni millətçilərinin istəyinin əksinə olaraq, köçürülənlərin geriyə qaytarılması
halları çoxaldı. Belə ki, Ermənistan SSR Nazirlər Soveti yanında Köçürmə
İdarəsinin rəisi 1951-ci mayın 27-də verdiyi məlumatda 36 azərbaycanlı ailəsinin
geriyə qayıtdığını göstərirdi.
30
1952-53-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər
azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı. 1954-cü ildə
113
Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini M.Poladovun rəhbərliyi ilə
Ermənistana ezam edilmiş xüsusi komissiya müəyyən etdi ki, köçürülənlərin geriyə
qayıtmalarının başlıca səbəbi Azərbaycanın Kür-Araz ovalığında elementar yaşayış
şəraitinin olmamasıdır. Bu səbəbdən də Azərbaycandan Ermənistana 1115 ailə geri
qayıtmışdı. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş
hüquqlarından məhrum edilirdilər. Deportasiya prosesi 1956-cı ilə qədər davam
etdirildi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 nəfər Ermənistandan
deportasiya olunmuşdu.
31
Ümumiyyətlə, Ermənistan SSR-də etnik təmizləmənin
bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya
köçməyə məcbur edilmişdir.
32
Onların hər üç nəfərindən biri yeni şəraitə, isti, quru
iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyib, aclıq və xəstəlikdən həlak
oldu.
33
1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi etnik torpaqlarından
deportasiya edilən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-
nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun
olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməlidir.
Zaqafqaziyada hökumətin yeritdiyi antiazərbaycan siyasətinin bir təzahürü
də Ermənistan və Gürcüstandakı qədim Azərbaycan torpaqlarında toponimlərin
özgələşdirilməsinə, azərbaycanlılara məxsus abidələrin məhv edilməsinə geniş
rəvac verilməsi idi.
SĠYASĠ MÜLAYĠMLƏġMƏ. ĠCTĠMAĠ-SĠYASĠ HƏYATDA
DEFORMASĠYA VƏ DƏYĠġĠKLĠKLƏR
1953-cü il martın 5-də totalitar sovet sistemini törədən İ.V.Stalin vəfat etdi.
Stalinin şəxsiyyətinə pərəstişin zərərli, ağır nəticələri aşkarlandı. Hakimiyyət
uğrunda rəhbərlikdə mübarizə başlandı və həmin ilin sentyabr ayında ölkənin
siyasi hakimiyyətində köklü dəyişiklik baş verdi. Hakimiyyətə gələn N.S.Xruşşov,
Sov.İKP Mərkəzi Komitəsinin katibi kimi, nəzarət etdiyi partiya aparatının, ali
hərbi rəhbərlərin yaxından köməyi ilə hakimiyyəti əlinə keçirməyə cəhd edən
siyasi avantürist L.P.Beriyanı və onun əlaltılarını aradan götürdü, stalinizm
tərəfdarları hakimiyyətdən uzaqlaşdırıldı.
N.S.Xruşşov 1953-cü ilin sentyabrında Sov.İKP MK-nın birinci katibi
seçildi.
M.C.Bağırov Azərbaycan KP MK və Bakı Komitəsinin birgə plenumunda
(1953, 12-13 iyul) ziyankarlıqda, qüsurlu rəhbərlik metodlarında, kadrlara səmərəli
fəaliyyət üçün şərait yaratmamaqda və başqa əməllərdə təqsirkar bilinib
vəzifəsindən kənar edildi.
34
M.C.Bağırov bir müddət Kuybışev Neft Birliyinin rəis
müavini vəzifəsində işlədi. Lakin tezliklə həbsə alındı. Bakıda SSRİ Ali