TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə111/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   107   108   109   110   111   112   113   114   ...   219

233 

 

başlandı.  Avqustun  22-də  fövqəladə  vəziyyətin  hökm  sürdüyü  Bakının  Nizami 



meydanında  izdihamlı  mitinq  oldu.  Burada  respublika  rəhbərliyinin  dövlət 

çevrilişinə  müsbət  münasibəti  pislənildi.

50

  Mitinq  zorla  dağıdıldı  və  onun 



təşkilatçıları  həbs  edildi.  Avqustun  23-də  AXC  qərargahı  qarşısındakı  mitinqdə 

dinc əhaliyə qarşı güc tətbiq edildi, adamlar xəsarət aldılar. Lakin xalqı qorxutmaq 

mümkün  deyildi.

51

  Avqustun  25-27-də  Bakının  Azadlıq  meydanında  bir  milyona 



yaxın adamın iştirak etdiyi ümumşəhər mitinqləri keçirildi. 

Naxçıvanda  da  mitinqlər  səngimək  bilmirdi.  Üç  gün  davam  edən,  60 

mindən çox adamın iştirak etdiyi izdihamlı mitinq və nümayişlər nəticəsində xalq 

avqustun  26-da  Muxtar  Respublika  Ali  Məclisinin  fövqəladə  sessiyasının 

açılmasına nail oldu. Sessiya Naxçıvan MR-da kommunistlərin hakimiyyətini ləğv 

etdi.  Muxtar  Respublika  ərazisində  AKP  və  komsomolun  fəaliyyəti  dayandırıldı, 

onların  bütün  strukturları  ləğv  olundu.

52

  Mitinqlərdə  respublikada  prezident 



seçkilərinin  dayandırılması,  parlamentin  buraxılması,  yeni  parlament  seçkiləri 

keçirilməsi,  Kommunist  Partiyası  hakimiyyətinin,  fövqəladə  vəziyyətin  ləğv 

edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti 

tədbirlər görülməsi tələb edilirdi.

53

 

Azərbaycan  Respublikası  Ali  Sovetinin  xalqın  tələbi  ilə  çağırılmış 



növbədənkənar  sessiyası  1991-ci  il  avqustun  30-da  saat  13.30-da  Azərbaycan 

Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat - "Azadlıq 

Bəyannaməsi" qəbul etdi.

54

 



"Azadlıq  Bəyannaməsi"ndə  qeyd  olunurdu:  "Azərbaycan  Respublikasının 

Ali  Soveti  xalqın  ali  dövlət  mənafelərini  rəhbər  tutaraq  və  onun  iradəsini  ifadə 

edərək; 

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik 

tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək; 

Azərbaycan  Respublikası  Konstitusiyasına,  Azərbaycan  Respublikasının 

suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında 

Konstitusiya Qanunlarına əsaslanaraq; 

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün 

öz məsuliyyətini dərk edərək

Milli  mənsubiyyətindən  və  dini  etiqadından  asılı  olmadan  Azərbaycan 

Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün 

insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək; 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni 

aradan qaldırmağa çalışaraq; 

Azərbaycan  Respublikasının  təhlükəsizliyini  və  dövlət  sərhədlərinin 

toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq



234 

 

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini 



dərk edərək; 

Azərbaycan  Respublikasının  və  onun  xalqının  mənafeyinə  zidd  olmayan 

beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək;

 

SSR  İttifaqına  daxil  olan  bütün  respublikalarla  dostluq  münasibətlərini 



bundan sonra da saxlamağı arzu edərək

Beynəlxalq  birliyin  üzvü  olan  dövlətlərlə  bərabərhüquqlu  münasibətlər 

yaratmağa hazır olduğunu bildirərək; 

Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  Birləşmiş  Millətlər 

Təşkilatının  nizamnaməsində,  digər  beynəlxalq  hüquq  paktlarında  və 

konvensiyalarında  təsbit  edilmiş  prinsipləri  müvafiq  surətdə  beynəlxalq  birliyin 

üzvü  olan  dövlətlər  və  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən  tanınmasına  ümid 

bəsləyərək  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa  olunduğunu 

elan edir".

55

 



 

Sessiyada  Heydər  Əliyevin  az  əvvəl  keçirilmiş  referendum  nəticələrinin 

ləğv  edilməsi,  "Azadlıq  Bəyannaməsi"nin  legitimliyini  təmin  etmək  üçün  yeni 

referendum  keçirilməsi  haqqında  tələbi  qulaqardına  vuruldu.

56

  Heydər  Əliyev 



sessiyadakı çıxışında dedi: "Biz artıq sovet imperiyasının, Kommunist Partiyasının 

dağılmasının  şahidiyik...  Bizim  respublikamızın,  Azərbaycan  xalqının  vəziyyəti 

daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm  sürən  Azərbaycan 

Kommunist  Partiyasının  diktatura  rejiminin  mürtəce  siyasəti  və  buraxdığı  kobud, 

bağışlanılmaz  səhvlərdir".  O  bildirdi  ki,  Azərbaycan  Kommunist  Partiyası  dərhal 

hakimiyyətdən  getməlidir.

57

  Respublika  başçıları  isə  hələ  də  gözləmə  mövqeyi 



tuturdular.  

1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatları V qurultayı keçid dövrünün 

hakimiyyəti  haqqında  Konstitusiya  Qanunu  qəbul  etdi  və  öz  səlahiyyətlərini 

yüksək  vəzifəli  şəxslərdən  təşkil  edilmiş  SSRİ  Dövlət  Şurasına  və  tezliklə 

formalaşacağı nəzərdə tutulan SSRİ Ali Sovetinə verdi.

58

 Lakin respublikalarda, o 



cümlədən  Azərbaycanda  bu  qərarın  həyata  keçirilməsinə  qarşı  ciddi  mübarizə 

başlandı.  İqtidarın imperiya  tərəfdarları  ilə əməkdaşlığı ona  qarşı olan ümumxalq 

narazılığını daha da artırdı.

 

Naxçıvan MR Ali Məclisi 1991-ci il sentyabrın 3-də dəfələrlə namizədliyini 



geri götürməsinə baxmayaraq, Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin 

sədri  seçdi.

59

  Ali  Məclisin  4  sentyabr  tarixli  qərarı  ilə  Naxçıvan  ərazisində 



prezident  seçkiləri  dayandırıldı.

60 


Azərbaycan  iqtidarı  Naxçıvana  ciddi  təzyiqlər 

göstərdi.  Bir  qrup  zabit,  parlament  deputatlarından  ibarət  böyük  bir  dəstə 

Naxçıvana  göndərildi  ki,  yerli  hakimiyyət  orqanlarını  qərarı  dəyişməyə  məcbur 

etsin.  Lakin  Ali  Məclisin  sədri  Heydər  Əliyev  yerli  televiziya  ilə  bəyanat  verib 

xəbərdar  etdi  ki,  Naxçıvana  təzyiq  üçün  gələn  qüvvələr  buranı  tərk  etməlidirlər, 





Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə