TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə114/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   110   111   112   113   114   115   116   117   ...   219

239 

 

Azərbaycanın bir çox ölkələrdə, o cümlədən Türkiyə, ABŞ, İran, Almaniya, 



Fransa, Böyük Britaniya və İrlandiya Krallığında səfirlikləri açıldı. 

Azərbaycan  Respublikası  başqa  dövlətlərlə  öz  münasibətlərini  dövlətlərin 

suveren  bərabərliyi  əsasında  qurdu.  Zor  işlətməmək,  dövlət  sərhədlərinin 

toxunulmazlığı,  mübahisələri  dinc  yolla  nizama  salmaq,  başqa  dövlətlərin  daxili 

işlərinə  qarışmamaq  prinsiplərini  əsas  götürdü.  Xalqların  bərabərliyini  və  başqa 

xalqların  hüququnu  pozmursa,  onların  öz  müqəddəratını  təyin  etmək  hüququnu 

tanıdı. 

Bununla belə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli 

üçün  dünya  dövlətlərinin  təsirli  dəstəyini  qazanmaq,  müharibəni  dayandırmaq 

mümkün  olmadı.  İlk  zamanlar  respublikada  hakimiyyətdə  olan  siyasətçilər  bu 

sahədəki  fəaliyyətlərində  problemin  əvvəldən  regionda  nüfuz  dairələrinin 

bölünməsi ilə bağlı beynəlxalq xarakter daşıması, onu törədən və idarə edən xarici 

qüvvələrin siyasi və iqtisadi maraqlarının Azərbaycan üçün mümkün qədər zərərsiz 

təmin  olunması  vacibliyini  lazımınca  nəzərə  almırdılar.  Biri  Rusiyaya,  digəri 

Türkiyəyə meyllənməklə qarşı tərəfi qıcıqlandırırdı. 

Belə  bir  şəraitdə  Ermənistan  və  Dağlıq  Qarabağdakı  erməni  silahlı 

quldurları  əvvəl  sovet,  MDB,  sonra  isə  rus  hərbi  qüvvələrinin  köməyi  ilə  Dağlıq 

Qarabağda  irimiqyaslı  hərbi  əməliyyatlar  keçirmiş,  bir  sıra  əlverişli  strateji 

mövqelər tutmuş, azərbaycanlıları buradan qovub çıxarmağa başlamışdılar. 1991-ci 

il  sentyabr  ayının  əvvəllərində  burada  qeyri-qanuni  bir  qurum  -  oyuncaq  "Dağlıq 

Qarabağ  Respublikası"  yaradılmışdı.

88

  Keçirilmiş  referendumda  erməni  icması 



buna tərəfdar olduğunu bildirmişdi. Üzdəniraq respublikanın bədnam "ali sovet"inə 

"seçkilər"  də  keçirilmişdi.  Həmin  il  noyabrın  26-da  Azərbaycan  Respublikasının 

Ali Soveti DQMV-nin statusunu ləğv etdi.

89

 



Erməni silahlı dəstələri 1991-ci il sentyabrın ortalarında Yuxarı Qarabağda 

yerləşən  sovet  ordusu  hissələri  şəxsi  heyətinin  və  döyüş  texnikasının  köməyi  ilə 

azərbaycanlıları  öz  torpaqlarından  qovub  çıxarmağa,  kəndləri  yandırıb  viran 

qoymağa  başladılar.  Sentyabrın  14-18-də  düşmən  hücum  edib  Goranboy 

bölgəsində  Erkeç,  Manaşid,  Buzqov,  Baş  Qışlaq  kəndlərini  yenidən  ələ  keçirdi.

90

 



Son damla qanınadək döyüşən igidlərin fədakarlığına baxmayaraq, pis silahlanmış, 

bir-birilə  əlaqəsi  zəif  olan  yerli  özünümüdafiə  dəstələri  ilə  güclü  hücumların 

qarşısını  almaq  mümkün  deyildi.  Düşmən  oktyabrın  28-də  Tuğ,  31-də  Salaketin 

kəndlərini  ələ  keçirib  yandırdı.  Noyabrın  19-da  güclü  artilleriya  atəşindən  sonra 

ermənilər müdafiəçilərin müqavimətini qırıb Xocavənd qəsəbəsini tutdular. Erməni 

faşistləri iki sakini, o cümlədən bir yaşlı körpəni diri-diri yandırdılar. Noyabrın 20-

də Zamzur, 23-də Əmiranlar kəndləri zəbt edildi. Dekabrın 23-də düşmən Meşəli 

kəndində  dinc,  köməksiz  əhalini  gülləbaran  etdi.  33  nəfər,  o  cümlədən  29  sakin 




240 

 

öldürüldü, üç ailə evindəcə yandırıldı. Yanvarın 13-də kənd tamamilə darmadağın 



edildi. Dekabrın 23-də

 

Daşbaşı, Axullu kəndləri işğal olundu, odlara qalandı.



91

 

1991-ci  ilin  axırlarında  Ermənistan  və  Rusiya  arasında  "Dostluq, 



əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalandı.

92

 Beynəlxalq 



ictimaiyyət  tərəfindən,  demək  olar  ki,  heç  bir  müqavimətə  rast  gəlməyən, 

Rusiyanın himayəsini açıq-aşkar hiss edən erməni millətçiləri və separatçıları daha 

da azğınlaşdılar. 

Düşmənin  müvəffəqiyyət  qazanmasının  bir  səbəbi  də  Azərbaycanda  ordu 

quruculuğunun,  demək  olar  ki,  formal  xarakter  daşıması  idi.  Azərbaycan  iqtidarı 

hərbi  hissələrin  müxalifət  qüvvələrinin  təsirinə  düşüb  ona  qarşı  duracağından 

qorxaraq  əvvəl  sovet  ordusuna,  sonra  MDB,  daha  sonra  isə  Rusiya  silahlı 

qüvvələrinə arxalanmağı üstün tuturdu. Respublika rəhbərliyi və  mərkəz müxtəlif 

təxribatlarla  xalqa  öz  gücünə  inamsızlıq  təlqin  edir,  onda  milli  ordu  qurmağın 

qeyri-mümkünlüyü haqqında yəqinlik yaratmağa cəhd göstərirdilər. 

1991-ci  il  sentyabrın  23-də  Jeleznovodskda  Rusiya,  Qazaxıstan, 

Azərbaycan  və  Ermənistan  arasında  dördtərəfli  saziş  imzalanmış,  atəşin 

dayandırılması,  qanunsuz  dəstələrin  tərksilah  edilməsi  haqqında  razılıq  əldə 

edilmiş,  münaqişənin həlli ittifaq orqanlarına  tapşırılmışdı.

93

  Lakin  bunun  heç  bir 



müsbət nəticəsi olmadı. 

Demokratik  qüvvələr  milli  ordu  yaradılmasını  tələb  edirdi.  1991-ci  il 

avqustun  30-da  prezidentin  milli  ordu  deyil,  milli  qvardiya  yaratmaq  təklifi  Ali 

Sovetdə  keçmədi,  milli  özünümüdafiə  qüvvələri  yaratmaq  haqqında  qərar  qəbul 

olundu.  Sentyabrın  5-də  Müdafiə  Nazirliyi  təşkil  edildi.  General  Valeh  Bərşadlı 

müdafiə  naziri  təyin  edildi.

94

  Azərbaycan  Respublikasının  Ali  Soveti  1991-ci  il 



oktyabrın  9-da  Azərbaycan  Respublikası  silahlı  qüvvələri  haqqında  Qanun  qəbul 

etdi.


95

  Lakin  ordu  quruculuğuna  lazımi  diqqət  göstərilmədi.  Nizami  ordunun  3-4 

çağırışda  formalaşdırılması  və  döyüşə  tam  hazır  olmayınca  cəbhəyə 

göndərilməməsi  nəzərdə  tutulurdu.  O  vaxta  qədər  yerlərdə  könüllü  muzdlulardan 

təşkil edilmiş özünümüdafiə taburları fəaliyyət göstərməli idi. Noyabrın 19-da 22 

rayon  və  şəhər  özünümüdafiə  taburu  yaradılması  haqqında  əmr  verildi.

96

  Tərkibi 



yerli  əhalidən  olan  Qazax,  Ağstafa,  Ağdam,  Kəlbəcər,  Laçın,  Şuşa,  Qubadlı, 

Zəngilan, Cəbrayıl, Tovuz, Füzuli, Goranboy, Xanlar, Yevlax, Bərdə, Tərtər, Ucar, 

Gədəbəy  və  Şəmkir  rayonlarında,  Gəncə  və  Xocalı  şəhərlərində,  1992-ci  ilin 

fevralında  isə  Ağcabədi  və  Beyləqanda  ərazi  özünümüdafiə  taburları  yaradıldı. 

Martda Füzuli, Şəmkir özünümüdafiə taburları, Bakı, Gəncə, Laçın, Göyçay, Ucar, 

Ağdam və Mingəçevirdə xüsusi təyinatlı reyd dəstələri təşkil olundu. Bu qüvvələr 

müvəqqəti hesab olunur, yerli imkanlar hesabına saxlanırdı. Silah, sursat, təcrübəli 

hərbçilər çatışmırdı.  






Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə