TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə131/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   127   128   129   130   131   132   133   134   ...   219

274 

 

Ermənistan  və  Gürcüstan  prezidentlərinin  Minskdə  görüşü  keçirildi,  belə  bir 



birliyin yaranması məsələləri

 

müzakirə edildi.



 

Azərbaycan  Respublikası  1992-ci  ildə  NATO-nun  Şimali  Atlantika 

Əməkdaşlıq Şurasına (1997-ci ildən bu şura Avropa-Atlantika Tərəfdaşlıq Şurası - 

AATŞ  adlanır)  qoşuldu.  1994-cü  ilin  yanvar  ayında  Azərbaycan  NATO-nun 

Avropa  və  dünyada  sülhün,  əmin-amanlığın  bərqərar  olunmasına  xidmət  edən 

"Sülh  Naminə  Tərəfdaşlıq"  Proqramına  qəbul  edildi.  Həmin  il  mayın  4-də 

Prezident Heydər Əliyev bu proqramın Çərçivə sənədini imzaladı.

82

 NATO-nun və 



AATŞ-ın  üzvü  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının  1997-ci  ilin  iyul 

ayında keçirilən zirvə toplantısında Prezident Heydər Əliyev NATO-nun baş katibi 

ilə  görüşdü  və  bu  təşkilatla  Azərbaycan  arasında  əməkdaşlığın  genişlənməsi 

məsələləri  müzakirə  edildi.  NATO-nun  və  Avropa-Atlantika  Tərəfdaşlıq  Şurası 

üzvü  olan  ölkələrin  dövlət  və  hökumət  başçılarının  1997-ci  ilin  iyul  ayında 

keçirilən  Madrid  zirvə  toplantısının  qəbul  etdiyi  sənədlərdə  NATO-nun  tərəfdaş 

dövlətlərin  müstəqilliyinin,  suverenliyinin,  ərazi  bütövlüyünün  və  sərhədlərinin 

toxunulmazlığına  təminat  verdiyi,  onun  strukturunda  olan  dövlətlərin  bir-birinə 

qarşı güc işlətmək, hədə-qorxu gəlmək hüququna malik olmadığı bildirildi. Bunlar 

Azərbaycanın  haqq  işinin  müdafiəsi  sahəsində  böyük  əhəmiyyətə  malik  idi. 

Azərbaycan  dövləti  hərbi  inkişafının  perspektivləri  məsələlərində  NATO  ilə  sıx 

əməkdaşlığa  istiqamətləndi.

83

  Azərbaycanın  hərbi  hissəsi  Kosovoda  və 



Əfqanıstanda sülhməramlı qüvvələrin keçirdiyi əməliyyatlarda iştirak etdi.

84

 2002-



ci  il  noyabrın  18-də  NATO  Parlament  Assambleyasının  İstanbulda  keçirilən 

iclasında  Azərbaycan  Respublikası  NATO  PA-na  assosiativ  üzv  qəbul  olundu.

85 

AATŞ-ın 2002-ci il noyabrın 22-də Praqada keçirilmiş zirvə görüşündə Prezident 



Heydər  Əliyev  bu təşkilat  və  Azərbaycanın  onda  iştirakının əhəmiyyəti  haqqında 

belə demişdi: "Dünya son dərəcə mürəkkəb bir dövr yaşayır. Beynəlxalq terrorizm 

bəzi  dövlətlərin  dəstəyindən  istifadə  edərək  dünya  nizamına  qarşı  hərəkət  edir, 

ekstremizm,  təcavüzkar  millətçilik  və  davakar  separatizm  ideologiyası  əsasında 

yeni  qarşıdurma  xətləri  yaratmağa  çalışır,  sərhədləri  yenidən  bölməyə,  dəyişməyə 

cəhd  göstərir.  Beynəlxalq  sistemin  ümumi  təhlükəyə  qarşı  səmərəli  mübarizə 

aparmaq  qabiliyyəti  ciddi  sınağa  çəkilir.  11  sentyabr  faciəsindən  dərhal  sonra 

Avroatlantika  birliyi  antiterror  koalisiyası  yaratdı  və  Azərbaycan  ilk  gündən  bu 

koalisiyaya  qoşuldu.  Biz  bu  gün  də  başqa  ölkələr  və  beynəlxalq  təşkilatlarla 

birlikdə bu təhlükələrə qarşı əlimizdən gələni edirik".

86

 

BMT-nin  Baş  katibi  Butrus-Butrus  Qali  Azərbaycana  gəlib  respublika  ilə 



daha  yaxından  tanış  oldu.  Azərbaycana  qarşı  informasiya  blokadası  yarıldı. 

Prezident Heydər Əliyev 1994-cü ilin sentyabrında, 1995-ci ilin oktyabrında, 2000-

ci  ilin  sentyabrında  BMT  Baş  məclisinin  sessiyaları  tribunalarından  Azərbaycan 



275 

 

həqiqətlərini  bütün  dünyaya  bəyan  etdi,  bu  ölkənin  sülhsevər,  humanist, 



demokratik dəyərləri üstün tutduğunu göstərdi.

87

 



Ölkənin xarici siyasət kursunda 1993-cü ilin yayından Türkiyə Respublikası 

ilə  münasibətlərdə  keyfiyyətcə  ciddi  dəyişikliklər  edildi.  Bu  dost  və  qardaş  ölkə 

Azərbaycanın  ən  etibarlı  siyasi  müttəfiqi,  bərabərhüquqlu  iqtisadi  tərəf  müqabili 

oldu.  Türkiyə  Ermənistanı  təcavüzkar  bir  dövlət  kimi  tanımış,  Dağlıq  Qarabağ 

məsələsi  ədalətlə  həll  olunmayınca  onunla  heç  bir  əlaqə  saxlamayacağını  elan 

etmişdi.  Azərbaycan-Türkiyə  münasibətləri  həm  də  dünyada  və  bölgədə  sülhün, 

əmin-amanlığın  bərqərar  olması  işinə  xidmət  edirdi.

88

  2001-ci  il  iyulun  23-də 



Xəzər  dənizinin  mübahisəli  sularında  Azərbaycan  gəmilərinə  İran  təyyarələrinin 

hücum  cəhdini  Türkiyə  qəti  etirazla  qarşıladı.  Ankara  bütün  dünyaya  bildirdi  ki, 

"Azərbaycana əl qaldıran qarşısında Türkiyəni görəcək!"

89

 



Azərbaycan İran İslam Respublikası ilə də hər iki tərəf üçün faydalı normal 

siyasi-iqtisadi  və  mədəni  münasibətlər  qurdu.  İran  dövləti  Ermənistanın 

Azərbaycana  təcavüz  etdiyini  bildirsə  də,  onunla  hərtərəfli  münasibətlər 

yaratmışdı.  Bu  qonşu  müsəlman  dövləti  Azərbaycana  qarşı  münasibətlərində  tam 

səmimi  olmadığını  göstərirdi.  İran  Azərbaycanı  özünün  təhlükəsizlik  zonası  elan 

etmişdi. 2001-ci il iyulun 23-də İran mübahisəli hesab etdiyi sulardan Azərbaycan 

gəmilərinin çıxarılması  haqqında  nota  verdikdən sonra  hərbi təyyarələrini  havaya 

qaldırmışdı.  Azərbaycan  buna  cavab  tədbiri  gördü.  Münaqişə  dinc  yolla  nizama 

salındı.

90

 



Azərbaycan Prezidenti Heydər Əliyevin İran Respublikasına səfəri zamanı - 

20  may  2002-ci  ildə  imzalanmış  "Azərbaycan  Respublikası  ilə  İran  Respublikası 

arasında  dostluq  və  əməkdaşlıq  münasibətlərinin  prinsipləri  haqqında"  müqavilə 

iki dövlət arasında münasibətlərin nizamlanmasına istiqamətləndirilmişdi.

91

 

Qonşu Gürcüstan Respublikası ilə əlaqələr çox önəmli idi. 1996-cı ilin mart 



ayında  Prezident  Heydər  Əliyev  Gürcüstana  rəsmi  səfər  etdi.  İki  ölkə  arasında 

dostluq  və  əməkdaşlıq  haqqında  sənəd  imzalandı.  Bu,  qonşu  ölkədə  yaşayan 

azərbaycanlılara  qarşı  münasibətin  xeyli  yaxşılaşmasına  səbəb  oldu.  İki  ölkənin 

bütün sahələrdə strateji əməkdaşlığı başlandı.

92

 

Azərbaycanın  xarici  siyasətində  ABŞ,  Böyük  Britaniya,  Çin,  Yaponiya, 



Fransa, Almaniya, İtaliya kimi iri dövlətlərlə münasibətlər mühüm yer tuturdu. Bu 

ölkələrlə tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələr yaradılmışdı.

93

 

Prezident  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi,  Azərbaycan  diplomatiyasında 



Avropa  istiqaməti  mühüm  yerlərdən  birini  tutur.  İngiltərə  və  Avropanın  digər 

nüfuzlu dövlətləri ilə sabit bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurulmuşdu. 

Bu  ölkələrlə  imzalanmış  90-dan  artıq  sənəd  qarşılıqlı  münasibətlər  üçün  ən 

möhkəm hüquqi əsas yaratmışdı.

94

 





Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə