TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə137/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   133   134   135   136   137   138   139   140   ...   219

286 

 

Azərbaycan  Respublikasının  dövlət  quruculuğunun  hüquqi,  qanuni  əsasları 



qoyuldu.  Konstitusiya  bəyan  etdi:  Azərbaycan  xalqının  və  dövlətinin  ən  mühüm 

məqsədləri  Azərbaycan  dövlətinin  müstəqilliyini,  suverenliyini  və  ərazi 

bütövlüyünü  qorumaq,  Konstitusiya  çərçivəsində  demokratik  quruluşa  təminat 

vermək,  vətəndaş  cəmiyyətinin  bərqərar  edilməsinə  nail  olmaq,  xalqın  iradəsinin 

ifadəsi  kimi  qanunların  aliliyini  təmin  edən  hüquqi,  dünyəvi  dövlət  qurmaq, 

ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq bütün dünya xalqları ilə dostluq, 

sülh  və  əmin-amanlıq  şəraitində  yaşamaq  və  bu  məqsədlə  qarşılıqlı  fəaliyyət 

göstərməkdir.

152

 

Azərbaycan Respublikası Konstitusiyası  maddələrinin üçdə bir hissəsi (158 



maddədən 48-i) insan hüquqlarına və onların təminatlarına həsr edilmişdi.

153


 

Hakimiyyət  bölgüsü  konsepsiyasına  uyğun  olaraq  Konstitusiya  təsbit  etdi 

ki, icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur, qanunverici 

hakimiyyəti  Azərbaycan  Respublikasının  Milli  Məclisi,  məhkəmə  hakimiyyətini 

isə  müstəqil  məhkəmələr  həyata  keçirirlər.  Azərbaycan  Respublikası  Prezidenti 

təsisatının ikili hüquqi təbiəti vardır, Ali icra hakimiyyətinin ona mənsub olması ilə 

yanaşı,  o,  birinci  növbədə,  Azərbaycan  dövlətinin  başçısıdır,  Azərbaycan  xalqını 

bütövlükdə təmsil edir və xalqın vahidliyinin rəmzidir.

154

 

Konstitusiyada  məhkəmələrin  müstəqilliyini  təmin  edən  əsas  prinsiplər 



müəyyən  edilmişdi:  Hakimlər  müstəqildir,  onlar  yalnız  Konstitusiyaya  və 

qanunlara tabedirlər, səlahiyyətləri müddətində dəyişməzdirlər.

155

 

Azərbaycan  Respublikası  Konstitusiyası  Naxçıvan  MR-ə  Azərbaycanın 



tərkibində  Muxtar  Dövlət  statusu  verdi.  Naxçıvanın  coğrafi  xüsusiyyətləri, 

Azərbaycan Respublikasının əsas hissəsi ilə onun ümumi sərhədinin olmaması bu 

bölgə  üçün  muxtar  idarəetmə  sisteminin  təsis  olunmasını  tələb  edirdi.  Naxçıvan 

Muxtar Respublikasında dövlət idarəetməsi parlament hakimiyyəti üsulu ilə həyata 

keçirilir.  Ali  Məclisin  -  parlamentin  sədri  Muxtar  Respublikanın  ali  vəzifəli 

şəxsidir. İcra Hakimiyyəti Ali Məclis tərəfindən formalaşdırılır və onun qarşısında 

məsuliyyət  daşıyır.  Naxçıvan  MR-in  Ali  Məclisi,  məhkəmələri  qanunla  və 

Prezident  fərmanları  ilə  onların  səlahiyyətinə  aid  edilmiş  məsələlərin  həllində 

müstəqildirlər. 1998-ci il aprelin 28-də Naxçıvan MR-in Azərbaycan Respublikası 

Konstitusiyası əsasında hazırlanmış yeni Konstitusiyası Muxtar Respublikanın Ali 

Məclisində  qəbul  edildi  və  həmin  il  dekabrın  29-da  Azərbaycan  Respublikasının 

Milli Məclisi tərəfindən təsdiq olundu. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  ölkədə  demokratik  dövlət  və 

iqtisadiyyat, vətəndaş cəmiyyəti quruculuğuna hüquqi əsas yaratdı. 

Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər üzrə 2000-ci il 3 

may  iclasında  qeyd  olunduğu  kimi,  Azərbaycanın  Avropa  standartlarına  çatması 

üçün ölkənin rəhbərliyi "son dərəcə böyük səylər göstərir. Bu ölkədə rəhbərliyin və 



287 

 

xalqın  azad,  çiçəklənən  cəmiyyət  qurmaq  əzmi  heyranlıq  doğurur.  70  illik  sərt 



rejimdən sonra Azərbaycan keçmişin irsindən əl çəkə bilmişdir və suveren, hüquqi 

dövlət qurur".

157

 

Konstitusiyanı  daha  da  demokratikləşdirmək  üçün  Prezident  Heydər 



Əliyevin təşəbbüsü ilə 2002-ci il avqust ayının 24-də referendum vasitəsilə ona 39 

mühüm dəyişiklik edildi. 

1995-ci  il  noyabrın  12-də  müstəqil  Azərbaycan  Respublikası  parlamentinə 

mojaritar (100 deputat) və proporsional (25 deputat) sistemlə ilk seçkilər keçirildi. 

125 deputat yerinə 600, o cümlədən birmandatlı dairələrdə 100 deputat yerinə 400 

namizəd  qeydə  alındı.

158 

Cəmiyyətdə  daha  çox  sosial  dəstəyi  olan  səkkiz  siyasi 



partiya  deputat  mandatları  uğrunda  mübarizəyə  qoşuldu.  Seçkilərin  gedişinə 

nəzarət  üçün  214  beynəlxalq  müşahidəçi  dəvət  olunmuşdu.  Noyabrın  12-də 

Naxçıvan  MR  parlamentinə  də  demokratik  seçkilər  keçirildi.  Azərbaycan 

parlamenti geniş qanunvericilik fəaliyyətinə başladı. Parlamentdə insan hüquqları, 

elm,  təhsil,  mədəniyyət,  iqtisadiyyat,  ekologiya  və  b.  sahələr  üzrə  daimi 

komissiyalar təşkil olundu. 

Azərbaycan parlamenti dünyanın qabaqcıl ölkələri qanunverici orqanlarının 

təcrübəsini  öyrənməyə  başladı.  Parlamentin  nümayəndələri  Avropa  Şurası 

sessiyalarında  dəfələrlə  iştirak  etdilər.  Bütün  bunlar  respublikada  demokratik 

qanunvericiliyin  formalaşmasına  və  inkişaf  etməsinə  münasib  imkanlar  açırdı. 

Parlamentin  qəbul  etdiyi  qanunlar  əsasında  Azərbaycanda  siyasi,  iqtisadi,  hüquqi, 

demokratik islahatlar həyata keçirildi. 

2000-ci  ilin  noyabrında  yeni  parlament  seçkiləri  təşkil  olundu.  Mərkəzi 

Seçki  Komissiyasında  (MSK)  17  siyasi  partiya  və  bir  seçki  bloku  qeydiyyatdan 

keçdi.  Demokratik  konqresə  üzv  partiyaların,  demək  olar  ki,  hamısı  seçkilərdə 

iştirak  etdi.  13  partiya  həm  çoxmandatlı,  həm  də  təkmandatlı  seçki  dairələri  üzrə 

imza  vərəqəsi  aldı.

159


  Respublika  Prezidenti  parlamentdə  iri  partiyalara  öz 

nümayəndələrini  MSK-ya  göndərmələrini  xahiş  etdi.  Altı  iqtidaryönümlü,  altı 

müxalif partiya və dörd bitərəf nümayəndələrindən ibarət MSK yaradıldı. Prezident 

Heydər  Əliyev  2000-ci  il  sentyabrın  3-də  seçkilərdə  avtomatlaşdırmanın  tətbiqi 

haqqında" Fərman verdi.

160


 

Xalqın fəal iştirakı ilə 2000-ci il noyabrın 5-də keçirilən parlament seçkiləri 

nəticəsində Azərbaycan Respublikasının yeni parlamenti yarandı və qanunvericilik 

fəaliyyətinə başladı.

161

 

2002-ci  il  avqustun  24-də  referendumla  Konstitusiyaya  edilmiş  dəyişikliyə 



görə  Milli  Məclisə  seçkilər  daha  da  demokratikləşdirildi,  "mojaritar  və 

proporsional" seçki sistemi ləğv edildi, ümumi "mojaritar" seçki sistemi müəyyən 

olundu. 





Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə