TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə138/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   134   135   136   137   138   139   140   141   ...   219

288 

 

Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, 



beynəlxalq hüquq normalarına, Avropa Şurası və dünya demokratik qanunvericilik 

təsisatlarının  tələblərinə  uyğun  hazırlanması  üçün  Azərbaycan  Respublikası 

Prezidenti  yanında  1996-cı  ilin  fevral  ayında  xüsusi  "Hüquqi  İslahatlar 

Komissiyası"  yaradılmışdı.  Siyasi  və  iqtisadi  islahatlarla  əlaqədar  hazırlanan 

hüquqi aktların insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa 

Konvensiyasına  uyğunluğu  baxımından  Avropa  Şurasında  ekspertiza  olunması 

respublikada demokratik cəmiyyət qurulmasına təsirli kömək idi.

162


 

Azərbaycan  Avropa  Şurasının  "Qanun  vasitəsilə  demokratiyaya  doğru" 

Venesiya Komissiyasına assosiativ üzv qəbul olundu.

163


 

1998-ci  ilin  dekabr  ayında  Prezident  Heydər  Əliyev  dövlət  idarəetmə 

sistemində  islahatlar  üçün  proqram  hazırlanması  haqqında  fərman  verdi.  Xüsusi 

komissiya  yaradıldı,  dünya  təcrübəsindən  istifadə  olunmaqla  belə  bir  proqram 

hazırlandı və həyata keçirilməyə başlandı.

164


 

1998-ci  ilin  fevral  ayında  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  "İnsan  və 

vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 

haqqında"  fərman  verdi.

165

  İnsan  hüquqlarının  təmin  olunmasının  hüquqi 



mexanizmi yaradılmağa başlandı. "Kütləvi informasiya vasitələri haqqında", "Dini 

etiqad azadlığı haqqında", "Ölkədən getmək və ölkəyə gəlmək haqqında", "Sərbəst 

toplaşmaq azadlığı haqqında" və digər qanunlar qəbul edildi. 1998-ci ilin oktyabr 

ayında "Vətəndaşlıq haqqında" yeni Qanun qəbul olundu. 

1998-ci  il  iyunun  18-də  "İnsan  hüquqlarının  müdafiəsinə  dair  Dövlət 

Proqramı"  təsdiq  edildi,  bu  sahədə  həyata  keçirilən  tədbirlərin  səmərəliliyini 

artırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu 

yaradıldı,  beynəlxalq  qurumlarla  əməkdaşlığın  daha  da  inkişaf  etdirilməsi, 

mütəxəssis kadrlar hazırlanması üçün əməli addımlar atıldı.

167 


Azərbaycan  Respublikası  insan  hüquqları  ilə  bağlı  29  beynəlxalq 

konvensiyaya  qoşuldu.  1998-ci  il  avqustun  18-də  Azərbaycan  hökuməti  ilə  BMT 

"İnsan  hüquqları  və  demokratiyanın  dəstəklənməsi  və  müdafiəsi  sahəsində  birgə 

bağlı  layihə  haqqında  memorandum"  imzaladılar.  BMT  bu  sahədə  Azərbaycana 

fəal köməklik göstərməyə başladı.

168


 

2001-ci  ilin  dekabrında  Azərbaycan  Respublikasının  Milli  Məclisi  "İnsan 

hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı və onun 1, 4, 6 

və  7  saylı  protokollarını  təsdiq  etmək  barədə  Qanun  və  "Azərbaycan 

Respublikasının  insan  hüquqları  üzrə  müvəkkili  (ambudsman)  haqqında" 

Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul etdi.

169

 

"İşgəncələrin  və  qeyri-insani  və  ya  insan  ləyaqətini  alçaldan  rəftar  və  ya 



cəzanın  qarşısının  alınması  haqqında"  Avropa  Konvensiyasını  təsdiq  etmək 

haqqında  Qanun  qəbul  edildi.  2002-ci  ildə  respublikada  Ambudsman  İnstitutu 




289 

 

yaradıldı. İyulun 2-də Milli Məclis alim Elmira Süleymanovanı bu vəzifəyə seçdi. 



2002-ci ilin avqustunda referendum vasitəsilə Azərbaycan Konstitusiyasına edilmiş 

dəyişikliklə əlaqədar hətta  fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin 

verdiyi  əmrin  yerinə  yetirilməsi  ilə  bağlı  insana  qarşı  silah  işlədilməsinə  yol 

verilmirdi. 

1998-ci il avqustun 6-da "Azərbaycan Respublikasında söz, fikir və mətbuat 

azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Prezident Fərmanı 

ilə  hələ  1992-ci  il  aprelin  12-də  Y.Məmmədov  və  1993-cü  il  aprelin  15-də 

Ə.Elçibəy  iqtidarları  dövründə  sərbəst  informasiya  fəaliyyətinə  qoyulmuş 

məhdudiyyətlər  aradan  qaldırıldı,  mətbuatda  və  digər  kütləvi  informasiya 

vasitələrində  dövlət  sirlərini  qoruyan  idarə,  senzura  ləğv  edildi.  Prezident  Heydər 

Əliyev qeyd edirdi ki, "fikir azadlığı, söz azadlığı bizim həyatımızın əsasını təşkil 

etməlidir.  Kim  nə  cür  düşünür,  o  cür  düşünsün.  Heç  kəsi  məcbur  etmək  olmaz. 

Sadəcə  biz  çalışmalıyıq  ki,  öz  fikirlərimizin  daha  doğru,  düzgün  olduğunu  sübut 

edək və insanları bu fikirlərə şüurlu inandıraq".

170

 

2001-ci  ildə  Mətbuat  və  İnformasiya  Nazirliyi  ləğv  edildi.  2002-ci  il 



oktyabrın  5-də  Azərbaycan  Prezidentinin  fərmanı  ilə  "Milli  Televiziya  və  Radio 

Şurası"  yaradıldı.

171

  Demokratiyanın,  plüralizmin  inkişaf  etdirilməsi  sahəsində 



"Söz  Azadlığı  Komitəsi",  "Azərbaycan  İnsan  Hüquqları  və  Demokratiya 

Komitəsi", "Azərbaycan Demokratiya Fondu", "RUH" jurnalistləri müdafiə fondu 

və başqa ictimai təşkilatlar da müəyyən iş aparırdılar.

172


 

Azərbaycan  Respublikası  Şərqdə  ölüm  cəzasını  ləğv  etmiş  ilk  ölkə  oldu. 

1993-cü  ildən  burada  ölüm  cəzasına  faktiki  moratorium  qoyuldu.  1996-cı  ildə 

Prezident  Heydər  Əliyev  Cinayət  Məcəlləsində  21-ci  maddənin  sanksiyasından 

ölüm cəzasını götürmək təşəbbüsünü irəli sürdü. Qadınlara və 65 yaşından yuxarı 

kişilərə  ölüm  cəzası  qadağan  edildi.  1998-ci  ilin  fevral  ayında  Prezidentin 

təşəbbüsü ilə respublikada ölüm hökmü tamamilə ləğv olundu.

173


 

1995-ci ilin may ayından respublikada Əfvetmə İnstitutu fəaliyyətə başladı. 

1995-ci ildən 2003-cü ilin əvvəllərinədək Azərbaycan Prezidenti Heydər Əliyev 30 

əfv  fərmanı  imzaladı.  2900-dən  çox  məhbus  azadlığa  buraxıldı.  Prezidentin 

təşəbbüsü  ilə  Milli  Məclis  amnistiya  haqqında  6  akt  qəbul  etdi.  Bu  aktlar  63477 

məhbusa  tətbiq  edildi.  Onlar  arasında  dövlətə  qarşı  cinayət  işlətmiş  şəxslər  də 

vardı.

174


 

Dövlətçiliyin  təmin  olunmasının  mühüm  vasitələrindən  biri  də  hüquq-

mühafizə orqanlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi idi. 

1997-ci  ilin  oktyabr  ayında  "Konstitusiya  Məhkəməsi  haqqında" 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi.  1998-ci  ildə  Konstitusiya 

Məhkəməsi  təşkil  olundu.

175

  "Vəkillik  və  vəkillik  fəaliyyəti  haqqında",  "Notariat 



haqqında",  "Təhqiqat,  istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  qanunsuz 




Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə