TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə139/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   135   136   137   138   139   140   141   142   ...   219

290 

 

hərəkətləri  nəticəsində  fiziki  şəxslərə  vurulmuş  ziyanın  ödənilməsi  haqqında", 



"Vətəndaşların  hüquq  və  azadlıqlarını  pozan  qərar  və  hərəkətlərdən  məhkəməyə 

şikayət  edilməsi  haqqında"  qanunlar,  cinayət,  cinayət  prosessual,  mülki,  mülki 

prosessual,  inzibati  xətalar,  əmək,  ailə,  vergi  məcəllələri  qəbul  edildi.

176


  2002-ci 

ilin aprel ayından respublikada hakimlərin, 2002-ci ildən isə prokurorluq orqanları 

işçilərinin  imtahandan  keçməsi  institutu  tətbiq  olunmağa  başlandı.

177


  2002-ci  ilin 

avqustunda  Konstitusiyaya  edilmiş  dəyişikliklərə  görə  hər  bir  şəxs  Konstitusiya 

Məhkəməsinə müraciət edə bilərdi. 

2002-ci  ilin  sentyabr  ayından  Azərbaycanda  üçpilləli  məhkəmə  sistemi 

formalaşdı. Yeni, ikinci instansiya - apellyasiya məhkəməsi yarandı.

178


 

Respublikanın  daxili  işlər  və  milli  təhlükəsizlik  nazirlikləri,  onların  yerli 

təşkilatları, silahlı hissələri təsadüfi, cinayətkar, xain və satqın ünsürlərdən əsasən 

təmizləndi.  Əvvəlki  iqtidarlar  dövründə  işdən  uzaqlaşdırılmış  mütəxəssislər 

yenidən  öz  yerlərinə  qaytarıldı.  Polisin  şəxsi  heyəti  azaldıldı,  lakin  məsuliyyət 

artırıldı. Prezidentin 1994-cü il 9 avqust tarixli Fərmanının müvəffəqiyyətlə həyata 

keçirilməsi 

mövcud 


cinayətkar 

qrup 


və 

dəstələrin, 

şəxslərin 

zərərsizləşdirilməsində,  gizli  cəbbəxanaların,  əllərdə  olan  silahların,  hərbi 

texnikanın  və  döyüş  ləvazimatlarının  aşkar  edilib  götürülməsində,  cəmiyyətdə 

əmin-amanlıq, sabitlik yaranmasında əhəmiyyətli rol oynadı. 1995-2001-ci illərdə 

6904  cinayətkar  qrup  zərərsizləşdirildi.  14.899  odlu  silah  yığıldı.  Hakimiyyətə 

qeyri-qanuni,  zorakı  yollarla  gəlmək  kimi  zərərli  ənənə,  dövlət  çevrilişi  cəhdləri 

aradan qaldırıldı.

179


 

Bu  illərdə  dünya  narkomafiyasının  Azərbaycanı  tranzit  yola  çevirmək 

cəhdlərinə  qarşı  ciddi  mübarizə  aparıldı.  1996-cı  ilin  avqust  ayında  Azərbaycan 

Prezidenti  "Narkomanlığa  və  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsinə  qarşı 

tədbirlər haqqında" Fərman verdi. Narkomanlıqla və narkobizneslə mübarizə üzrə 

komissiya yaradıldı, dövlət proqramı hazırlandı və həyata keçirilməyə başlandı.

180 

2001-ci  il  iyunun  29-da  "Narkoloji  xidmət  və  nəzarət  haqqında"  Qanun  Prezident 



tərəfindən təsdiq edildi.

181


 

Respublikada  kriminogen  vəziyyət  aradan  qalxdıqca  Daxili  İşlər  Nazirliyi 

sistemində ştatlar ixtisar olunurdu. 1999-cu ilin əvvəllərində burada 600 ştat ixtisar 

edilmiş, külli miqdarda dövlət vəsaitinə qənaət olunmuşdu.

182

 

Yeni Konstitusiyanın tələbinə görə, ölkədə demokratik cəmiyyətin mühüm 



elementi  kimi  yerli  özünüidarə  -  seçkili  bələdiyyələr  sistemi  qurulmağa 

başlanmışdı. "Bələdiyyələrə seçkilər haqqında", "Bələdiyyələrin statusu haqqında" 

Qanun  qəbul  edilmişdi.  1999-cu  il  dekabr  ayının  12-də  Azərbaycan 

Respublikasında  ilk  bələdiyyə  seçkiləri  keçirildi.

183

  Bələdiyyələr  vətəndaşların 



yerli  özünüidarə  təşkilatları  kimi  dövlətdən  ayrı,  müstəqil  fəaliyyət  göstərirdilər. 

Azərbaycan "Yerli  özünüidarə haqqında"  Avropa Xartiyasına qoşulmuşdu. 




291 

 

İqtidar  müstəqil  dövlətçiliyi  möhkəmləndirməyin,  vətəndaş  həmrəyliyinə 



nail  olmağın  mühüm  vasitəsi  kimi  mövcud  siyasi  və  ictimai  təşkilatlarla  sağlam 

münasibətlər  qurulmasına,  bu  təşkilatların  demokratik  prinsiplər  əsasında  inkişaf 

etməsi  üçün  şərait  yaradılmasına  qayğı  göstərirdi.  1993-cü  il  noyabrın  17-də 

Prezident Heydər Əliyev respublikadakı siyasi partiya  və hərəkatların liderləri ilə 

görüşdü, onları konstruktiv əməkdaşlığa  çağırdı.

184


  Lakin  müxalif  siyasi  qüvvələr 

vətəndaş  həmrəyliyi  yaradılmasını  hakimiyyətin  onlarla  bölüşdürülməsi  ilə 

bağlayır,  öz  siyasi  ambisiyalarını  ön  plana  çəkirdilər.  1994-cü  ilin  noyabr  ayında 

Bakı  Kəndlər  Birliyinin,  habelə  başqa  təşkilatların  vətəndaş  həmrəyliyi  yaratmaq 

cəhdləri baş tutmadı.

185


 Xalq Prezident Heydər Əliyevin ətrafında daha sıx birləşdi. 

Respublikada  qanuni,  demokratik  vasitələrlə  siyasi  fəaliyyət  və  fikirlər 

plüralizmi  üçün  münasib  imkanlar  yaranmışdı.  1995-ci  ildə  burada  50-dən  çox 

ictimai-siyasi  təşkilat  və  partiya  vardı.  Siyasi  partiyalarda  410  mindən  çox  üzv 

birləşmişdi.

186


  2002-ci  ildə  isə  rəsmi  qeydə  alınmış  350  minə  qədər  üzvü  olan  39 

siyasi  partiya,  habelə  1350  ictimai  birlik,  qeyri-hökumət  təşkilatı  fəaliyyət 

göstərirdi.

187


  Qeyri-hökumət  təşkilatlarının  vətəndaş  cəmiyyəti  formalaşmasında 

mühüm  əhəmiyyətini  nəzərə  alan  dövlət  onların  potensialının  artması  və 

fəaliyyətinin  genişlənməsi  üçün  münasib  şərait  yaradırdı.  1997-ci  ildə 

Azərbaycanla BMT-nin İnkişaf Proqramı arasında razılaşmaya əsasən respublikada 

Qeyri-Hökumət  Resurs  və  Təlim  Mərkəzi  təsis  olunmuşdu.

188


  Ölkədə  milli, 

millətçi, liberal, dini, sosial-demokrat, kommunist ideologiyalı müxtəlif təşkilatlar 

vardı.  Lakin  elektoratların  tam  əksəriyyəti  siyasi  partiyaların  fəaliyyətindən 

kənarda idi. Gənclərin cəmi 5 faizə qədəri siyasi təşkilatlarda birləşmişdi.

189

 

Yeni  Azərbaycan  Partiyası  sürətlə  inkişaf  edib  ən  böyük  partiyaya 



çevrilmişdi. 1995 və 2000-ci il parlament seçkilərində bu partiya çoxluq əldə etdi, 

həm  qanunverici,  həm  də  icra  hakimiyyətində  çoxluğu  təşkil  etdiyi  üçün  iqtidar 

partiyasına çevrildi.

190


 2001-ci il noyabrın 21-də keçirilmiş II qurultayı ərəfəsində 

bu  partiyanın  sıralarında  artıq  cəmiyyətin  bütün  təbəqələrini  əhatə  edən  230  min 

nəfər  birləşmişdi.  Partiyada  bir  sıra  siyasət,  dövlət,  mədəniyyət  xadimləri 

yetişmişdi.  Onlardan  biri  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  birinci  vitse-

prezidenti,  Milli  Olimpiya  Komitəsinin  prezidenti,  ölkə  gəncləri  və  sahibkarlar 

arasında  böyük  nüfuz  qazanmış  İlham  Əliyev  idi.  Qurultayda  o,  partiya  sədrinin 

yeni  təsis  olunmuş  birinci  müavini  vəzifəsinə  seçildi.  2001-ci  ildə  İlham  Əliyev 

nüfuzlu  ekspertlərin  rəyinə  əsasən  ilin  siyasətçisi  nominasiyası  üzrə  Azərbaycan 

Strateji Araşdırmalar Mərkəzinin mükafatına layiq görülmüşdü.

191


 

Yeni  Azərbaycan  Partiyası  ümummilli  partiyaya  çevrilmişdi.  Onun 

rəhbərliyi  ilə  iqtidaryönümlü  partiyalar  1998-ci  ilin  sonralarında  "Azərbaycan 

Dövlətçiliyi  və  Vətəndaş  Birliyi  uğrunda  Demokratik  Alyans"  yaratmışdılar. 






Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə