TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə140/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   136   137   138   139   140   141   142   143   ...   219

292 

 

Alyans  iqtidarın  daxili  və  xarici  kursunu  dəstəkləyir,  islahatların  həyata 



keçirilməsində ona fəal ideoloji kömək göstərirdi.

192


 

Sağlam  müxalifətin  siyasi  həyatda  mühüm  rol  oynaya  biləcəyini  düşünən 

iqtidar respublikada belə bir siyasi qüvvənin formalaşmasında maraqlı idi. Müxalif 

partiyalara demokratik vasitələrdən istifadə etməklə təbliğat və təşviqat  imkanları 

yaradılırdı. Müxalif qüvvələr onlarla qəzet və jurnal nəşr edib yayır, televiziya və 

radio  kanallarından  istifadə  edir,  seçki  komissiyalarında,  parlamentdə  təmsil 

olunurdular.  Avropa  Şurası  Parlament  Assambleyasının  siyasi  məsələlər  üzrə 

iclasında qeyd olunduğu kimi, Azərbaycanda sərt müxalifət mövcud idi və o, bəzən 

iqtidarla  çox  amansız  rəftar  edirdi.

193


  Lakin  ölkədə  demək  olar  ki,  konstruktiv 

müxalifət yarana bilmədi. Buna səbəb əvvəla, xalqın köklü mənafelərinin mövcud 

iqtidar tərəfindən təmin olunması idi. Hakimiyyət iddiasında olan müxalif qüvvələr 

cəmiyyətə yeni heç nə təklif edə bilmirdilər. Hətta müxalif "Yeni Müsavat" qəzeti 

özünün  2001-ci  il  13  iyul  sayında  yazırdı  ki,  "belə  şəraitdə  cəmiyyətdən  nə 

gözləmək,  hansı  dəstəyi  almaq  olar?"

194

  İlham  Əliyevin  qeyd  etdiyi  kimi,  bu 



adamlar  özlərinin  yaratdığı  xırdaca  siyasi  mikromühitdə  yaşayırdılar. 

Respublikanın  real  siyasi  həyatı  isə  başqa  miqyaslarda  cərəyan  edir  və  elmin, 

istehsalın,  incəsənətin,  biznesin  müxtəlif  sahələrində  özünü  göstərən  istedadlı 

adamlar ön mövqelərə çıxırdılar.

195

 

Müxalifətin  uğursuzluğunun  bir  səbəbi  də  ayrı-ayrı  siyasi  partiya  və  blok 



liderləri arasında  müxalifətin  lideri olmaq, ondan prezident seçilmək üçün dəstək 

almaq  iddiaları  idi.  Bunun  üçün  fərqlənməyin,  siyasi  kapital  toplamağın,  önə 

çıxmağın vasitəsi isə cəmiyyətə mövcud problemləri həll etmək üçün ağıllı təkliflər 

vermək  yox,  qeyri-demokratik,  qeyri-etik  vasitələrə  əl  atmaq,  ağ  yalan,  böhtan, 

şayiə, insanları iqtidara itaətsizliyə, kütləvi aksiyalara çağırmaq, icazəsiz mitinqlər, 

küçə  yürüşləri  keçirmək,  radikallıq,  dağıdıcılıq,  zorakılıq  göstərmək  idi.  1993-cü 

ilin ikinci yarısı və 1994-cü ilin əvvəllərində müxalifətin radikal qanadına rəhbərlik 

edən  qüvvələr,  xüsusən  "Boz  qurd"  Partiyası,  habelə  gizli  hərbi-siyasi  qurumlar 

xeyli  fəal  idilər.  Bu  təşkilatların  üzvləri  populist  şüarlarla  insanları  yenidən 

küçələrə  səsləyir,  üsyana  çağırır,  mitinqlər  keçirir,  hələ  zəif  olan  siyasi  sabitliyi 

pozmağa çalışırdılar. Onların təşəbbüsü ilə keçirilən tədbirlərə  müxalifətin liberal 

qanadı  da  qoşulurdu.

196

  Lakin  dövlətin  sayıqlığı  nəticəsində  bu  cəhdlər  baş 



tutmadı. "Boz qurd" Partiyasının fəaliyyəti dayandırıldı.

197


 

Xarici  havadarlarının  köməyi  ilə  bəzi  din  xadimləri  Azərbaycan 

Respublikasında  İransayağı  islam  rejimi  yaratmağa  çalışırdılar.  Hələ  80-ci  illərin 

sonlarında  Şəkinin  bir  para  dindarları  "Yeni  Azərbaycan  İslam  Cəmiyyəti"  adlı 

təşkilat  yaratmış,  "İslam  Ordusu"  adlı  silahlı  qrup  təşkil  etmişdilər.  Təşkilatın 

liderləri  dövlət  orqanlarının  işinə  qarışır,  rayonda  hakimiyyəti  zorla  ələ  keçirmək 




293 

 

istəyirdilər.  1993-cü  ilin  noyabr  ayında  hökumət  bu  təşkilatın  qanunsuz 



fəaliyyətinə son qoydu.

198


 

1992-ci  ildən  Azərbaycanda  fəaliyyət  göstərən  İslam  Partiyası  liderləri  də 

İran  İslam  Respublikası  xüsusi  xidmət  orqanları  ilə  əlbir  işləyir,  hakimiyyətə 

gəlmək  üçün  bu  təşkilatın  yüksək  rütbəli  zabitləri  ilə  tədbirlər  planı  qurur,  əməli 

hazırlıq görürdülər. Dini təhsil almaq adı ilə İrana göndərilmiş gənclərə hərbi təlim 

keçirilirdi.  İranda  təlim  keçmiş  1000-dən  çox  gəncə  xüsusi  kod  adları  verilmiş, 

onların  hər biri ilə ayrıca  əlaqə  vasitələri  müəyyənləşdirilmişdi

199


. Partiyaya  külli 

miqdarda  vəsait  verilirdi.  İrandan  gələn  "qonaqlar"  əhali  arasında  təbliğat  işi 

aparırdılar.  1996-cı  ildə  İslam  Partiyasının  satqın  liderləri  ifşa  edilib  həbs 

olundular.

200

 

2000-2002-ci 



illərdə 

Bakının  Nardaran  qəsəbəsində,  Azərbaycan 

Respublikası  Prokurorluğunun  və  Daxili  İşlər  Nazirliyinin  2002-ci  il  1  avqust 

tarixli bəyanatında qeyd olunduğu kimi, regionda gərginlik yaradılmasında maraqlı 

olan  bəzi  dövlətlər  və  ekstremist  yönümlü  beynəlxalq  dini  təşkilatların  təsiri  ilə 

sosial problemləri qabartmaq və təhrif olunmuş islami dəyərləri ön plana çəkməklə 

mövcud  konstitusiyalı  quruluşa  qarşı  çıxan,  dövlət  hakimiyyəti  orqanlarının 

səlahiyyətinin  yaratdıqları  "Dini Şura"ya  verilməsini tələb edən, radikal  mövqedə 

olan  bir  qrup  şəxs  yerli  sakinlərin  dinə  inamından  sui-istifadə  edərək  əvvəlcədən 

planlaşdırılmış şəkildə asayişin pozulması ilə nəticələnən qanunsuz aksiyalar, hətta 

kütləvi iğtişaşlar təşkil etmişdilər.

201


 

90-cı  illərin  ortalarında  "Sadval"  təşkilatı  ölkədə  həyəcanlar  törətmək, 

qarışıqlıq  yaratmaq  məqsədilə  bir  sıra  terror  aktları  təşkil  etmişdi.  Ermənistan 

xüsusi xidmət orqanlarının rəhbərliyi ilə bu təşkilatın üzvləri 1994-cü il martın 19-

da Bakı metrosunun "20 Yanvar" stansiyasında partlayış törətdilər, 14 nəfər həlak 

oldu, 49 nəfər  yaralandı.  Həmin il iyulun 3-də  metronun  "Gənclik" və  "28 May" 

stansiyaları  arasında  partlayış  törədildi.  Yenə  insan  tələfatı  oldu.  Cinayətkarlar 

yaxalanıb  cəzalandırıldılar.

202

  "Sadval"  vasitəsilə  məqsədinə  nail  ola  bilməyən 



təxribatçılar Rusiya Müsəlmanları İttifaqına, onun Cənubi Dağıstan filialına və bu 

təşkilatın  redaktoru  erməni  olan  "Vestnik"  qəzetinin  hay-küyünə  ümid 

bəsləyirdilər.  Özünü  "ləzgilərin  imamı"  adlandıran  Aşum  Qasımov  1996-cı  ildə 

ləzgilərin hüquqlarını müdafiə adı altında məscidlərdə gəncləri cihada çağırırdı. Bu 

təxribatçılar  Azərbaycan-Rusiya  sərhədində  iğtişaş  törətməyə,  Dağıstandan 

topladıqları  silahlı  dəstələrlə  Azərbaycan  tərəfdən  sərhəddəki  rus  əsgərlərinə 

hücum edib münaqişə yaratmağa hazırlaşırdılar. Lakin onların bu cəhdləri vaxtında 

ifşa olundu.

203

 

1998-ci  ilin  yayında  AXCP  (AXC  əsasında  1995-ci  ildə  Azərbaycan  Xalq 



Cəbhəsi Partiyası - AXCP yaranmışdı) "Müxalifətin mitinq taktikası" və "AXCP-

nin  iqtidara  qarşı  təbliğat  mübarizəsi"  adlı  proqramlar  hazırlamışdı.  Obyektiv 






Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə