TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə141/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   137   138   139   140   141   142   143   144   ...   219

294 

 

problemləri qabardıb faciə kimi təqdim etmək, "şantaj", "dezinformasiya", "kütləvi 



çıxışlar",  "vətəndaş  itaətsizliyi",  "pozuculuq  fəaliyyəti",  kəskin  ittihamlarla 

hakimiyyəti  cəmiyyətə  "xəyanətkar"  obrazında  təqdim  etmək,  sosial-iqtisadi 

infrastrukturları dağıtmaq, hətta cəbhədə atəşkəsin pozulmasına nail olmaq, sosial 

partlayışlar  törətmək,  cəmiyyətlə  iqtidar  arasında  qarşıdurma  yaratmaq  və  digər 

pozucu  tədbirlər  planlaşdırılmış,  həyata  keçirilməsi  üçün  səylər  göstərilməyə 

başlanmışdı.

204 

2002-ci  il  sentyabr-oktyabr  aylarında  Ayaz  Mütəllibovun  rəhbəri 



olduğu  "Azərbaycanın  tərəqqisi  uğrunda"  ictimai-regional  mədəni-maarif  fondu 

Azərbaycana qarşı təxribat fəaliyyətinin mərkəzinə çevrilmişdi. 

Fond  hətta  separatçı  qüvvələrdən  də  istifadə  edirdi.  A.Mütəllibovun 

Bakıdakı  tərəfdarlarının  bir  qrupu  hakimiyyəti  zorla  ələ  keçirmək  planı 

hazırlamışdı.

205


 Hakimiyyəti ələ keçirmək  uğrunda  hər şeyi qurban verməyə  hazır 

olan  dağıdıcı  müxalifət  hətta  xarici  xüsusi  idarələrin  Azərbaycanı  parçalamaq, 

müstəqil  "Qırmızı  Kürdüstan",  "Yaşıl  Nardaran"  bölgələri  yaratmaq,  cənub  və 

şimal  regionlarındakı  bəzi  separatçı  qüvvələrə  külli-ixtiyar  vermək  planlarının 

reallaşması cəhdlərinə dəstək verirdilər.

206


 

Müxalif  partiyalarda  belə  bir  fikir  vardı  ki,  əgər  birləşsələr,  iqtidarı 

hakimiyyətdən  sala  bilərlər.  Bunun  səhv  olduğunu  1998-ci  il  prezident  seçkiləri 

ərəfəsində əsas müxalifət partiyalarının SİDSUH (Seçki İslahatları və Demokratik 

Seçkilər  Uğrunda  Hərəkat)  kimi  cəlbedici  ad  daşıyan  qeyri-formal  təşkilatda 

birləşmələri,  həmin  ilin  iyul-sentyabr  aylarında  provokasiya  törətməklə,  qan 

tökülməsinə  nail  olmaqla  cəmiyyəti  hərəkətə  gətirmək  cəhdlərinin  gözlənilən 

nəticəni  verməməsi  sübut  etdi.  Müxaliflər  rəsmi  şəkildə  ayrılmış  yerdə  deyil, 

məhz,  Azadlıq  meydanında  mitinq  keçirmək  bəhanəsi  ilə  sentyabrın  12-də 

aralarında  daş,  butulka  sınığı,  kəsici  alətlərlə  silahlanmış  200  nəfərə  yaxın 

mitinqçinin  polislə  qarşıdurmasına  nail  oldular.  Hər  iki  tərəfdən  yaralananlar 

vardı.


207

 Bu dəfə də xalq müxalifətin zorakı tələblərini müdafiə etmədi. 

Lakin 

SİDSUH-un 



bəzi  konstruktiv  tələbləri,  təbii  ki,  seçki 

qanunvericiliyində,  seçkilərin  təşkilində  iqtidar  tərəfindən  nəzərə  alındı.  Seçki 

qanunvericiliyini  müxalifətin  və  ATƏT-in tələblərinə  uyğunlaşdırmaq üçün 1998-

ci  il  iyulun  10-da  ona  dəyişikliklər  və  əlavələr  edildi,  16  təklifdən  12-si  qəbul 

olundu.

208


  Bu  təşkilatın  fəaliyyəti  sübut  etdi  ki,  cəmiyyətə,  iqtidarın  fəaliyyətinə 

zorakılıqla deyil, konstruktiv təkliflərlə təsir göstərmək olar, bu cür təkliflər qəbul 

edilir və qiymətləndirilir. 

1998-ci  ilin  sonlarında  təşkil  olunmuş  DUH  (Demokratiya  Uğrunda 

Hərəkat) da səmərəli fəaliyyət göstərə bilmədi və tezliklə dağıldı. 2002-ci il yanvar 

ayının 10-da Müsavat və ona yaxın olan partiyalar "Birləşmiş Müxalifət Hərəkatı" 

adlı yeni bir qurum təsis etdilər.

209


 Lakin bu təşkilat da müxalif qüvvələri birləşdirə 

bilmədi. 




295 

 

90-cı  illərin  ortalarında  müxalif  sağ  qüvvələrin  liberal  qanadına  Müsavatın 



və  AXCP-nin  lider  olduqları  "Demokratik  Konqres"  rəhbərlik  edirdi.  Özünü 

mövcud  iqtidara  "barışmaz  müxalifət"  adlandıran  Müsavat-AXCP  dueti  bu 

təşkilatda  liderliyi  əldə  saxlamaq  üçün  başqa  siyasi  partiyaların  inkişafında, 

təşkilatca möhkəmlənməsində maraqlı deyildi.

210

 Onun bəzi üzvləri dövlət çevrilişi 



cəhdlərində  iştirak  etmişdilər.  Lakin  həm  Müsavat,  həm  də  AXCP  liderləri 

prezident  olmağa  can  atdıqları  üçün  bu  duet  daxilində  ziddiyyətlər  getdikcə 

dərinləşməyə  başlamışdı.  2000-ci  il  mayın  20-də  Demkonqresə  daxil  olan  20 

partiyanın  təşkil  etdiyi  mitinqdə  cəmi  3500-4000  nəfər  iştirak  etmişdi.

211

  2000-ci 



ilin  sonlarında  Müsavat  Partiyasının  başqanı  Demokratik  Konqresi  öz  siyasi 

komandasına  çevirməyə  çalışdı.  Buna  etiraz  edən  başqa  partiyaların  bir  qrupu 

"Alternativ Demokratik Konqres" təşkil etdi. Azərbaycan Liberal Partiyası sədrinin 

müxalifət  liderlərini  bir  araya  gətirmək  səyləri  baş  tutmadı.  2002-ci  ilin  dekabr 

ayında,  prezident  seçkiləri  ərəfəsində  müxalifət  ATƏT-in  təşəbbüsü  ilə  Milli 

Məclisdə Seçkilər Məcəlləsi layihəsinin müzakirəsi üçün təşkil olunmuş "Dəyirmi 

masa"ya  qeyri-konstruktiv  tələblər  irəli  sürərək  qatılmadı.  Müxalifətin 

Koordinasiya  Mərkəzi  (MKM)  təşkil  edildi.  Lakin  bu  təşkilat  da  müxalifət 

daxilində  birlik  yarada  bilmədi.  Ziddiyyət  MKM-nin  yaratdığı  "Azad  Seçki 

Formu" ilə müxalifətin alternativ "Azad Seçki Mərkəzi" arasında davam edirdi.

212

 

Ziddiyyətlər təkcə müxalifət partiyaları və  birlikləri arasında deyil, həm də 



ayrı-ayrı  partiyaların  öz  daxilində  də  mövcud  idi.  "Yurdçular"  və  "klassiklər" 

arasındakı  ziddiyyət  partiya  sədri  Ə.Elçibəy  dünyasını  dəyişdikdən  sonra  AXCP-

nin parçalanmasına  səbəb oldu. 2002-ci  il avqustun 18-də  AXCP-nin  "klassiklər" 

və  "islahatçılar" qanadlarını bir araya  gətirmək təşəbbüsündə  olan başqa  bir qrup 

partiyanı  bütövləşdirmək  məqsədilə  qurultay  keçirdi.  Lakin  yenə  partiyanın 

"liderləri"  arasında  mübarizə  səngimədi.  Bu  işdə  Müsavat  və  AMİP  qızışdırıcı 

mövqe  tutub  faydalanmağa  çalışırdı.

213 


1998-ci  ilin  əvvəllərində  Ə.Elçibəyin 

təşəbbüsü və rəhbərliyi ilə "Bütöv Azərbaycan Birliyi" adlı təşkilat yaradılmışdı.

214

 

Müxalif  "sol"  qüvvələrdə  də  bloklaşma  meyli  vardı.  Vahid  Azərbaycan 



Kommunist Partiyası ictimai mülkiyyətin özəlləşdirilməsi əleyhinə çıxır, SSRİ-nin, 

bəzi  islahatlarla  əvvəlki  sovet  rejiminin  bərpa  olunacağı  günü  gözləyirdi.

215

 

Azərbaycan  Kommunist  Partiyası  isə  kommunizm  ideallarının  modernləşməsinə, 



sosial  qayğılara  istiqamətləndirilən  bazar  iqtisadiyyatına,  sosialist  ölkələri  siyasi 

birliyinə  tərəfdar  idi.

216

  Daxilində  ciddi  didişmə  gedən  kommunist  partiyaları  elə 



bir güclü sosial bazaya malik deyildilər. 

İnsanlar  kimin-kim  olduğunu  getdikcə  daha  aydın  dərk  edir,  iqtidarın 

siyasətini,  ona  mane  olan  qüvvələrin  məqsəd  və  əməllərini  düzgün 

qiymətləndirirdilər. 






Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə