TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə142/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   138   139   140   141   142   143   144   145   ...   219

296 

 

Xalq  demokratiya  məktəbi  keçir,  mübahisəli  fikirləri  hay-həşirlə  deyil, 



demokratik qaydada, sivil şəkildə müzakirə və həll etməyin yollarını öyrənirdi. 

Gənc nəslə, onun tərbiyəsinə, mənəvi və fiziki sağlamlığına qayğı artmışdı. 

Gənclər  ölkə  əhalisinin  66  faizini  təşkil  edirdilər.

217 


1994-cü  ilin  iyun  ayında 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi təsis edilmişdi. 1995-ci ilin 

noyabr ayında Respublika Gənclər Təşkilatının Milli Şurası yaradıldı. 1997-ci ildə 

bu təşkilat Avropa Gənclər Forumuna, Dünya Türk Gənclər Birliyinə qəbul edildi. 

2003-cü  ildə  bu  şurada  40-a  qədər  uşaq  və  80-dən  çox  gənclər  təşkilatı 

birləşmişdi.

218

 

Gənclərin  təşəbbüsü  ilə  1996-cı  il  fevralın  2-də  Gənclərin  Birinci 



Respublika  Forumu  keçirildi.  Prezident  Heydər  Əliyev  forumda  gənclər  üçün 

proqram  əhəmiyyətli  nitq  söylədi,  onları  -müstəqil  respublikanın  gələcək 

sahiblərini daha mütəşəkkil, milli dövlətçilik, vətənin bütövlüyünün təmin edilməsi 

və möhkəmləndirilməsi uğrunda fəal mübariz olmağa çağırdı.

219

 Prezident Fərmanı 



ilə  1997-ci  ildən  fevral  ayının  2-si  Azərbaycanda  "Gənclər  Günü"  kimi  qeyd 

olunmağa başlandı.

220

 

1996-cı  ilin  iyununda  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  istedadlı 



gənclərə, onların yaradıcılıq potensialının inkişafına dövlət qayğısını təmin etmək 

məqsədilə xüsusi Fərman verdi.

221

 1999-cu il iyulun 29-da "Dövlət gənclər siyasəti 



haqqında" Proqram qəbul edildi.

222


 

Respublikada  yetişən  yeni  nəslin  bəzi  nümayəndələri  bir  neçə  ali  təhsil 

almışdılar,  müxtəlif  əcnəbi  dilləri  bilirdilər.  Bank  işində,  sahibkarlıqda,  biznesdə 

böyük  uğurlar  qazanır,  Azərbaycanın  dövlətçiliyini  və  müstəqilliyini  mərdliklə 

qoruyur, müxtəlif istehsal obyektlərinin, fermer təsərrüfatlarının idarə olunmasında 

nəzərəçarpacaq nailiyyətlər əldə edirdilər.

223

 

Azərbaycanda  Respublika  Uşaq  Təşkilatı  da  fəaliyyət  göstərirdi.  "Uşaq 



hüquqları  haqqında"  Qanun  (1998-ci  il  mayın  19-da  qəbul  olunub),  "Uşaqların 

təlim-tərbiyəsinin  yaxşılaşdırılması  və  hüquqlarının  qorunması  haqqında"  Dövlət 

Proqramı  qəbul  edilmiş,  BMT-nin  YUNİSEF  uşaq  təşkilatının  (Azərbaycanda 

1994-cü  ilin  sentyabrından  fəaliyyətə  başlayıb)  köməyi  ilə  "Erkən  uşaqlıq 

dövründə  qayğı  və  inkişaf  konsepsiyası"nın,  mənəvi,  fiziki  və  estetik  tərbiyənin 

təşkilinə,  çətin  şəraitdə  yaşayan  uşaqların  problemlərinin  həllinə  dair  layihələrin 

həyata keçirilməsinə başlanılmışdı.

224


 

Azərbaycan  qadınlarının  da  ictimai-siyasi  fəaliyyəti  xeyli  genişlənmişdi. 

2001-ci ildə respublikada 41 qadın təşkilatı fəaliyyət göstərirdi.

225


 "Sevil" Qadınlar 

Məclisi,  "Neftçi"  Qadınlar  Cəmiyyəti,  "Bakı"  Qadınlar  Assosiasiyası,  "Qadın  və 

İnkişaf  Mərkəzi",  D.Əliyeva  adına  "Qadın  Hüquqlarını  Müdafiə  Cəmiyyəti", 

"Əsgər  Anaları  Cəmiyyəti"  və  s.  ictimai-siyasi  həyatda  fəal  rol  oynayırdılar. 

Azərbaycan  BMT-nin  "Qadınlara  münasibətdə  ayrı-seçkiliyin  bütün  formalarının 



297 

 

ləğv  olunması  haqqında"  1995-ci  il  30  iyun  tarixli  Konvensiyasına  qoşuldu.



226

 

Azərbaycan qadınlarının nümayəndələri 1995-ci ilin iyununda Pekində keçirilən IV 



Ümumdünya  Qadınlar  Konfransında  iştirak  etdilər.  Bu  konfransın  qərarları 

respublikada  qadın  hərəkatının  ümumi  fəaliyyət  platformasının  formalaşmasında 

mühüm rol oynadı.

227


 

1998-ci  ilin  yanvar  ayında  Prezident  Heydər  Əliyevin  Fərmanı  ilə  "Qadın 

Problemləri  üzrə  Dövlət  Komitəsi"  yaradıldı.  Görkəmli  alim,  professor  Zəhra 

Quliyeva onun sədri təyin edildi.

228

 

1998-ci  il  sentyabrın  14-15-də  Azərbaycan  Respublikası  qadınlarının 



qurultayı  keçirildi.  Qadınların  böyük  əksəriyyəti  respublikada  mürəkkəb  ictimai-

siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyində olduqlarını nümayiş 

etdirdilər.  Qadınları  narahat  edən  problemlər  aşkarlandı  və  onların  aradan 

qaldırılması, həlli yolları müəyyən olundu.

229

 

Respublikada  qadınlara  dair  dövlət  siyasətinin  daha  səmərəli  həyata 



keçirilməsi  üçün  2000-ci  il  martın  6-da  Azərbaycan  Prezidenti  "Dövlət  qadın 

siyasətinin həyata keçirilməsi haqqında" Fərman verdi.

230

 

2002-ci il sentyabrın 17-də Bakıda GUÖAM ölkələri qadınlarının qurultayı 



keçirildi.

231


 

XXI  əsrin  əvvəllərində  ölkədə  insan  hüquqlarının  müdafiəsi  sahəsində  30-

dan  çox  ictimai  birlik  fəaliyyətdə  idi.  Onların  böyük  əksəriyyəti  yalnız  siyasi 

fəaliyyətlə məşğul olan insanların hüquqlarının qorunmasına diqqət yetirir, mülki, 

sosial, əmək, mədəni və başqa hüquqların, habelə qaçqın və məcburi köçkün olan 1 

milyon  vətəndaşın  hüquqlarının  qorunmasına  təəssüf  ki,  lazımi  qayğı 

göstərmirdi.

232


 

İnsanların  maraq  və  tələblərinə  görə  başqa  ictimai  qurumlar  da  fəaliyyət 

göstərirdi. Mədəniyyət xadimləri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğinə 

kömək üçün 1994-cü ildə İncəsənət və Bədii Yaradıcılıq Mərkəzi təsis etmişdilər. 

1994-cü  ildə  xaricdə  yaşayan  həmvətənlərlə  ictimai-siyasi,  mədəni  və  iqtisadi 

əlaqələr  birliyi  -  "Soydaş"  Beynəlxalq  Assosiasiyası  təşkil  olundu.  1995-ci  ildə 

"Azərbaycan Mədəniyyətinin Dostları Fondu" yaradıldı.

233


 

1996-cı ilin noyabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq 

Qızıl  Xaç  Komitəsinə,  Qızıl  Xaç  və  Qızıl  Aypara  Cəmiyyətləri  Beynəlxalq 

Federasiyasına  üzv qəbul edildi.

234

  Respublikanın  tanınmış  siyasi,  ictimai,  elm  və 



mədəniyyət xadimləri 1997-ci ilin iyun ayında "NATO və Azərbaycan" əməkdaşlıq 

və əlaqələndirmə mərkəzi təsis etdilər.

235

 

Ermənistandakı  etnik  ərazilərindən  deportasiya  olunmuş  azərbaycanlıların 



"Ağrıdağ" təşkilatı, "İrəvan" Cəmiyyəti, "Qaçqınlar" Komitəsi fəaliyyət göstərirdi. 

2001-ci ildə onların maraqlarını qorumaq və təmsil etmək üçün daha bir təşkilat  - 

"Qərbi Azərbaycan" Komitəsi yaradıldı. Bu komitənin tələbləri içərisində, sonuncu 





Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə