TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə143/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   139   140   141   142   143   144   145   146   ...   219

298 

 

deportasiya  zamanı  azərbaycanlılara  dəymiş  50  milyard  dollar  həcmində  maddi 



zərərin Ermənistan tərəfindən ödənilməsi, azərbaycanlıların Qərbi Azərbaycandakı 

doğma  torpaqlarının  qaytarılması  və  burada  onların  muxtariyyətinin  yaradılması 

əsas yer tuturdu.

236


 

Ayrı-ayrı  elm  sahələri  üzrə  ictimai  təşkilatlar,  birliklər,  assosiasiyalar, 

habelə  dini  fanatizmə,  din  pərdəsi  altında  xalqı  parçalamaq  cəhdlərinə  qarşı 

mübarizə aparan təşkilatlar, şuralar və s. təşkil edilmişdi. Bəstəkar Azər Rzayevin 

rəhbərliyi 

altında  qocaman  sənətkarları  birləşdirən  "Ulduzlar  sönmür" 

Assosiasiyası fəaliyyət göstərirdi.

237


 

1999-cu  ilin  əvvəllərində  Azərbaycanın  ziyalı  elita  nümayəndələri  yazıçı 

Maqsud İbrahimbəyovun rəhbərliyi altında keçmiş kübar nəslindən olan insanların 

əqli  və  əxlaqi  keyfiyyətlərini  müdafiə  etmək,  habelə  bunlardan  cəmiyyətin 

bəhrələnməsi məqsədilə "Əsilzadələr məclisi" adlanan birlik yaradılmışdı.

239


 

1999-cu  ilin  mart  ayında  "Azərbaycan  Sahibkarlar  Assosiasiyası  (2000-ci 

ilin martından "Konfederasiya" adlanır) təşkil olunmuşdu.

240


 

Ölkədə  1  milyon  500  min  nəfərə  qədər  üzvü  olan  40-dan  çox

 

həmkarlar 



ittifaqı,  onları birləşdirən  Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) 

fəaliyyət  göstərirdi.  2001-ci  ildə  AHİK  Beynəlxalq  Azad  Həmkarlar  İttifaqları 

Konfederasiyasına qəbul edilmişdi.

241


 

İnsanların  azad  düşünməsi,  sərbəst  siyasi-ictimai  fəaliyyət  göstərməsi, 

qeyri-demokratik,  zorakı  əməllərin  dəf  olunması  üçün  cəmiyyətdə  münasib 

imkanlar  mövcud  idi.  Bütün  bunları  Prezident  Heydər  Əliyevin  adı  ilə  bağlayan 

xalq  1998-ci  il  oktyabrın  11-də  alternativ  əsasda  keçirilən  prezident  seçkilərində 

onu yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. 

Ölkədə siyasi sabitliyin yaranması, dövlətçiliyin inkişafı, ilk növbədə dövlət 

intizamının  və  nəzarətinin  güclənməsi,  Azərbaycanın  beynəlxalq  aləmdə  etibarlı 

tərəfdaş  kimi  tanınması,  nüfuz  qazanması  ölkənin  iqtisadi  və  mədəni  həyatına 

önəmli təsir göstərdi. 

 

 



299 

 

 



III FƏSİL 

 

ƏSASLI ĠQTĠSADĠ ĠSLAHATLAR. 



ĠQTĠSADĠ ĠNKĠġAF. 

SOSĠAL DĠRÇƏLĠġ 

 

§1. AZƏRBAYCAN RESPUBLĠKASININ iqtisadi ĠNKĠġAF 



STRATEGĠYASI 

 

Ġqtisadi böhranla mübarizə. Neft strategiyası. Yeni Ġpək Yolu. SSRİ-də 

80-ci  illərin  ikinci  yarısında  başlanan  siyasi  proseslər  müttəfiq  respublikaların,  o 

cümlədən Azərbaycanın da iqtisadiyyatına və sosial-mədəni həyatına ağır zərbələr 

vurdu.  İstehsal  azalır,  iqtisadi  tənəzzül  dərinləşirdi.  Respublikaların  iqtisadi 

əlaqələri  pozulmuşdu,  müqavilə  öhdəliklərinə  əməl  olunmurdu.  Azərbaycan 

iqtisadiyyatının  xammal  və  materiallara  tələbatı  cəmi  40  faiz  ödənilirdi. 

Müəssisələrin  istehsal  gücündən  yalnız  25-30  faiz  istifadə  olunurdu.  Sumqayıt 

boru-prokat  zavodunun  altı  marten  sobasında  iş  dayandırılmışdı.

1

  Demək  olar  ki, 



bütün  sahələrdə  əsas  istehsal  vasitələri  mənəvi  və  fiziki  cəhətdən  köhnəlmişdi. 

Respublikada  sənayenin  aparıcı  sahəsi  olan  neft  sənayesində  vəziyyət  ağır  idi. 

Mədənlərdə  4000-dən  çox  neft  quyusunda  hasilat  dayanmışdı.  Qazma 

dəzgahlarının 80 faizi işləmirdi. 1992-ci ildə 11, 1996-cı ildə isə cəmi 9 milyon ton 

neft  çıxarılmışdı.

2

  Mövcud  perspektivli  dəniz  yataqlarının  istismarına  başlanması 



üçün xeyli investisiya tələb olunurdu. 

Kolxoz  və  sovxozların  maşın-traktor  parkı,  meliorasiya  qurğuları 

köhnəlmiş,  çoxu  sıradan  çıxmış,  suvarma  kanalları  bərbad  hala  düşmüşdü.

3

 



Torpaqların böyük bir hissəsi şoranlaşmışdı. 

İqtisadiyyata Ermənistanın  Azərbaycana  qarşı təcavüzkar  müharibəsi ciddi 

ziyan vurmuşdu. Respublika  gəlirinin üçdə birini müharibəyə xərcləməyə  məcbur 

idi. Onun ərazisinin dörddə bir hissəsində döyüş əməliyyatları getmişdi. Bir milyon 

hektar  kənd  təsərrüfatı  sahəsi,  72  min  hektardan  artıq  əkin  sahəsi,  34  min  hektar 

üzümlük, 65 min baş qaramal, 240 min baş davar, 173 sənaye obyekti, 122 tikinti 

təşkilatı,  200-dən  çox  faydalı  qazıntı  yataqları,  dörd  qızıl,  üç  civə,  iki  qranit,  iki 

mərmər, on mineral su mədəni, dörd daş karxanası, beş müxtəlif inşaat materialları 

yatağı, 250000 hektar meşə sahəsi, o cümlədən Zəngilan çinar meşəsi düşmən əlinə 

keçmişdi.  60000-dən  çox  şəxsi  təsərrüfat,  yüzlərlə  sənaye  müəssisəsi,  kolxoz  və 

sovxoz dağıdılmışdı.

4

 




300 

 

1991-1993-cü 



illərdə  respublikanın  mövcud  iqtisadi  və  mədəni 

potensialından,  zavod  və  fabriklərdən,  kommunikasiya  vasitələrindən,  yüksək 

ixtisaslı mütəxəssislərdən də səmərəli istifadə olunmurdu. 

Sosialist  istehsal  üsulunun  dağıdılması,  yeni  iqtisadi  münasibətlərin 

yaradılmasında,  əsaslı  iqtisadi  islahatların  tətbiq  edilməsində  cəsarətsizlik  də 

iqtisadi  böhranın  başlıca  səbəblərindən  idi.  Demokratik  iqtisadiyyatın  yaranması 

üçün vacib olan özəlləşdirmə, çoxukladlı təsərrüfatçılığa keçid prosesləri çox ləng 

gedirdi. 

Siyasi  sabitliyin  olmaması  xarici  investorların  ölkəyə  sərmayə  qoymasına 

mane  olurdu.  Bu  sahədə  ilk  addımlar  atılmışdı:  "Bakmil"  (Azərbaycan-İtaliya), 

"Pet-Azəri"  (Azərbaycan-Türkiyə)  kimi  bir  neçə  birgə  müəssisə  yaradıldı. 

Azərbaycan  Neft  Şirkəti  dəniz  neft  yataqlarının  işlədilməsinin  mümkün  texniki-

iqtisadi  səmərəliliyini  öyrənmək  məqsədilə  ABŞ  və  Böyük  Britaniyanın  neft 

şirkətləri  ilə  müqavilələrin  bağlanmasına  başlamışdı.  Neftçala  rayonunda  neft 

kəşfiyyatı  və  hasilatı  üzrə  Azərbaycan-Türkiyə  birgə  müəssisəsi  yaradılmışdı.

5

 



Lakin  1993-cü  ilin  yazında  Azərbaycan  iqtidarının  xarici  şirkətlərlə  imzalamağa 

hazırlaşdığı neft müqaviləsində ölkənin milli mənafelərinə zidd şərtlər olduğu üçün 

o, Heydər Əliyev rəhbərliyə gəldikdən sonra dayandırıldı.

6

 



Tədricən yeni iqtisadi institutlar meydana gəlirdi. Milli, beynəlxalq əmanət 

bankları,  özəl  banklar  təşkil  olunurdu.  Dövlət  torpaq,  əmlak  komitələri 

yaradılmışdı. Milli valyuta - manat dövriyyəyə buraxılmışdı. Yüksək sosial-sığorta 

ayırmaları,  əlavə  dəyər  vergisi  azaldılmışdı.

7

  Nə  bu  tədbirlər,  nə  də  yeni  iqtisadi 



münasibətlərin hüquqi bazasını yaratmaq üçün qəbul edilmiş 30-dan artıq qanun, o 

cümlədən  Özəlləşdirmə  haqqında  Qanun,  Torpaq  kodeksi  normativ  aktlar 

olmadığından səmərəli işləyə bilmirdi.

8

 



Azərbaycan  iqtisadiyyatı  ciddi  sarsıntılara  məruz  qalmışdı.  1992-ci  ilin 

əvvəllərində  heç bir zəmin olmadan qiymətlərin sərbəstləşdirilməsi müəssisələrdə 

dövriyyə vəsaitlərinin qiymətdən düşməsinə, əhalinin alıcılıq qabiliyyətinin kəskin 

azalmasına  səbəb  oldu.  Mərkəzləşdirilmiş  kredit  resurslarına  faiz  dərəcələrinin 

200-250-yə  qalxması  istehsala  investisiya  qoyuluşunu  dayandırdı,  istehsalın 

maliyyə  vəziyyəti  pisləşdi,  dövriyyə  vəsaiti  çatışmadı  və  müəssisələrin  xeyli 

hissəsi fəaliyyətini tamam və ya qismən dayandırdı.

9

 



İqtisadiyyatda  hərc-mərclik  baş  alıb  gedirdi.  Yalançı  bazar  -cəzasız 

soyğunçuluq meydana gəlmişdi.

10

 

İşgüzar  fəaliyyətlə,  əsasən,  əyri  yollarla  çoxlu  vəsait  ələ  keçirmiş  şəxslər, 



yeni "bəy"lər, "imkanlı" dövlət  məmurları,  "təsərrüfat rəhbərləri", onların himayə 

etdiyi adamlar məşğul olurdular. "Nomenklatura sahibkarlığı" yaranmışdı. 1992-ci 

ilin  sonlarında  600-ə  qədər  mövcud  kiçik  müəssisənin  70  faizdən  çoxu  dövlət 

müəssisələri  nəzdində  fəaliyyət  göstərir  və  əsasən  onların  istehsal  etdiyi  malları 






Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə