TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə144/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   140   141   142   143   144   145   146   147   ...   219

301 

 

satır,  gəliri  isə  öz  xeyirlərinə  bölürdülər.  Dövləti  qarət  etmək  vasitəsi  kimi  kağız 



üzərində  onlarca  kiçik  müəssisə  yaradılmışdı.

11

  Müştərək  və  kiçik  müəssisələrin 



çoxu  xaricə  satdığı  malın  əvəzinə  alınan  valyutanı  respublikaya  qaytarmır,  xarici 

banklardakı  şəxsi  hesablarında  saxlayırdılar.  Respublikanın  beynəlxalq  valyutaya 

böyük  ehtiyacı  olmasına  baxmayaraq,  1991-ci  ildə  onlar  2  milyard  300  milyon 

dollar  vəsaiti  xarici  banklarda  saxlamışdılar.

12 

1993-cü  ilin  ortalarında 



respublikanın yalnız 8 müəssisəsi xarici banklara 100 milyon dollar qoymuşdu.

13

 



Respublika  talanır,  xalqın  sərvəti  dağıdılırdı.  Müəssisələrin  avadanlığı 

sökülüb  xaricə  daşınırdı.  Hətta  Bakı  metrosunun  ehtiyat  kabelləri  də  oğurlanıb 

satılmışdı. Oğuz, Zaqatala, Qax, Qəbələ, Şəki, Xudat, Ağstafa, Lerik və Cəlilabad 

meşələri, xüsusən qoz ağacları icazəsiz kəsilib xaricə satılırdı.

14

 

Nəzarətsizlik  iqtisadiyyata  böyük  ziyan  vururdu.  1992-ci  ildə  pambıq 



sahələrində  100  min  tondan  çox  məhsul  yığılmamış  qalmışdı.  Üzümlüklərdə  və 

başqa  sahələrdə  də  vəziyyət  belə  idi.  İstehsal  olunan  məhsul  bazar  olmadığından 

anbarlarda yığılıb qalırdı. 

Müəssisələr  bağlanır,  işsizlik  artır,  əhalinin  güzəranı  sürətlə  pisləşirdi.  İri 

şəhərlərdə  ucuz  iş  qüvvəsi  satılan  qeyri-rəsmi  bazarlar  meydana  gəlmişdi. 

Respublikanı  milyona  qədər  gənc  tərk  etmişdi.  Təminatsızlıq  üzündən  alim  və 

mütəxəssislər  dolanacaq  dalınca  xaricə  getməyə  məcbur  olmuş,  "ağıl  axını" 

başlamışdı.

16

 

Aztəminatlı  adamlara  kömək  məqsədilə  dövlətin  verdiyi  güzəştlər,  o 



cümlədən 1991-ci ilin iyulundan pensiyaçılara şəhər nəqliyyatından pulsuz istifadə 

etmək hüququ, 1992-ci ilin aprelində müəllimlərə imtiyazlar verilməsi, 1992-ci ilin 

dekabrından  tənha  vətəndaşların  sosial  müdafiəsini  gücləndirmək  sahəsində 

tədbirlər  həyata  keçirilməyə  başlanması  dərin  inflyasiya  şəraitində  az  səmərəli 

olmuşdu.

17 


Cəmiyyətdə  orta  təbəqə  qalmamışdı.  Minimum  əmək  haqqı  rəsmi 

istehlak minimumu həcmindən 20 dəfə az idi. Dövlət əmək haqqını vaxtında verə 

bilmirdi.  Manatın  illik  inflyasiya  səviyyəsi  min  faizlə  ölçülürdü.  Şəhərlər  xırda 

alverçilər ve dilənçilərlə dolu idi. 1991-ci ilin fevral ayında Sumqayıt və  Ağdam, 

1992-ci  ilin  iyununda  Bakı,  Sumqayıt  və  Ağdam  bazarlarında  alıcı  qiyamları  baş 

vermişdi.

18

 

"Təzə  iqtidar"lar  ölkənin  qarət  olunması,  müflisləşməsi  qarşısını  almaq 



üçün heç bir təsirli tədbir görə bilmir, əksinə, öz səriştəsizlikləri ilə onun sökülüb-

dağıdılmasına  münasib  şərait  yaradırdılar.  Heydər  Əliyev  yenidən  rəhbərliyə 

qayıtdıqdan  sonrakı  ilk  illərdə  də  xarici  düşmənlər  və  daxili  müxalif  qüvvələrin 

qeyri-sabitlik  yaratmaq,  dövlət  çevrilişləri,  terror  cəhdlərinə,  Ermənistanın 

təcavüzünə qarşı mübarizə daha çox səy tələb etdiyinə, habelə idarəçilik sistemində 

hələ  iqtisadi  nizamsızlıqdan  mənfəət  götürən  məmurlar  köklü  islahatların  həyata 




302 

 

keçirilməsinə  müxtəlif  vasitələrlə  müqavimət  göstərdiklərinə,  korrupsiya  geniş 



yayıldığına görə iqtisadi böhranı aradan qaldırmaq mümkün olmamışdı. 

Azərbaycanın  dövlət  müstəqilliyinin  ardıcıl  şəkildə  həyata  keçirilməsindən 

narazı  olan  dövlətlərin  iqtisadi  təzyiqi  də  ciddi  maneə  idi.  Rusiya  Federasiyası 

1994-cü ilin dekabr ayından quru və su yollarını bağlamış, İran İslam Respublikası 

isə  1995-ci  ilin  ortalarından  bir  sıra  mühüm  məhsulların  Azərbaycana  ixracına 

qadağan qoyaraq respublikanı, demək olar ki, blokadaya salmışdılar. Hələ siyasi və 

hərbi sabitlik, azad iqtisadi münasibətlər üçün hüquqi baza zəif olduğundan xarici 

investisiyalar da az idi.

19

 

Xarici  investisiyalara  mane  olmaq  üçün  Rusiyanın  təşəbbüsü  ilə  Xəzər 



dənizinin  statusu  məsələsi  ortaya  atılmışdı.  Halbuki  hələ  SSRİ  zamanında  bu 

dənizin müttəfiq respublikalara aid hissələri müəyyən olunmuşdu.

20

 

Ölkənin  maliyyə  sistemi  də  bərbad  vəziyyətdə  idi.  Milli  Bank  krediti 



təminatsız  və  olduqca  aşağı  faizlə  verirdi.  Kommersiya  bankları  Milli  Bankdan 

vəsait  alıb  kredit  alverinə  başlamışdılar.  Mafioz  qüvvələr  manatı  qiymətdən 

salmaq, əhalinin güzəranını daha da pisləşdirərək iqtidara qarşı narazılıq yaratmaq 

üçün  1993-cü  ilin  oktyabr-noyabr  aylarında  milli  pulun  çox  hissəsini  yığıb 

gizlətdilər.  Onu  yenidən  dövriyyəyə  qaytarmaq  üçün  baş  nazir  S.Hüseynovun 

təşəbbüsü ilə 1 dollar 400 manata bərabər tutuldu. Manat sürətlə qiymətdən düşdü. 

1994-cü  ilin  avqustunda  Milli  Bank  Aqrar-Sənaye  Kompleksini  dəstəkləmək  adı 

altında  60  milyard  manat  kredit emissiya  etdi.  Nəticədə  manatın qiyməti daha  da 

azaldı.  1994-cü  ilin  sonlarında  4000  manata  cəmi  1  dollar  düşürdü.

21

  Həmin  il 



inflyasiya 1600 faizə qalxmışdı, yəni istehlak qiymətləri 16 dəfə artmışdı.

22

 



Ümumi daxili məhsul hər il orta hesabla 18-20, sənaye məhsulu 20-25, kənd 

təsərrüfatı  məhsulu  isə  7-10  faiz  azalırdı.  Dövlət  büdcəsi  böyük  kəsirlə  icra 

olunurdu.

23

 



Respublika köhnə texnologiya və standartlarla istehsal olunan malları xarici 

bazara  çıxara  bilmirdi.  İstehsal  zəif  olduğundan  daxili  bazar  əsasən  (70-80  faiz) 

idxal hesabına formalaşırdı. 1993-cü ildə Azərbaycan dünyanın 30, 1996-cı ildə 70 

ölkəsinin 2500 şirkət və  müəssisəsi ilə ticarət-iqtisadi əlaqələri saxlayırdı. İxracın 

70  faizini  strateji  xammallar,  idxalın  böyük  əksəriyyətini  istehlak  malları  təşkil 

edirdi.  Xarici  ticarətdə  barter  əməliyyatlarına  geniş  yer  verilir,  bundan  ayrı-ayrı 

dairələr külli miqdarda mənfəət götürürdü.

24

 



Dövlət  orqanlarında  işləyən  şəxslərin  vəzifədən  sui-istifadə  etməsi  halları, 

korrupsiya cəmiyyətin ən böyük bəlası idi. Xarici Əlaqələr Nazirliyində, Gömrük 

Komitəsi  və  onun  idarələrində,  hüquq  mühafizə  orqanlarında  qeyri-sağlam 

münasibət,  rüşvətxorluq,  oğurluq  geniş  yayılmışdı.  Müəssisələrin,  xüsusən  özəl 

sektorda, çoxu gəlirinin bir hissəsini gizlədir, vergi ödəməkdən yayınırdı. Malların 





Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə