TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə145/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   141   142   143   144   145   146   147   148   ...   219

303 

 

bir hissəsi ölkənin sərhədlərində mövcud olan 400-ə qədər qeyri-rəsmi keçidlərdən 



ötürülür, qeydə alınmırdı.

25

 



Prezident  Heydər  Əliyev  tez  bir  zamanda  dövlət  intizamını  gücləndirib, 

siyasi sabitliyin yaranmasına nail oldu və iqtisadi tənəzzülün qarşısını almaq üçün 

ciddi  tədbirlər  görməyə  başladı.  Bazar  iqtisadiyyatının  formalaşmasına  münasib 

şərait yaratmaq məqsədilə qanun, fərman və qərarlar qəbul edildi. Prezident 1994-

cü il aprelin 5-də xarici ticarəti sərbəstləşdirmək haqqında Fərman verdi.

26

  Xarici 



iqtisadi  əlaqələr  liberallaşdırıldı,  həm  fiziki,  həm  də  hüquqi  şəxslərə  azad  surətdə 

xarici  ticarət  hüququ  verildi.  1997-ci  ilin  yanvarında  respublikada  ixrac  vergisi 

ləğv  olundu.  1994-cü  ilin  may  ayında  respublikanın  maliyyə  vəziyyətini 

yaxşılaşdırmaq üçün qəti addımlar atıldı. 1994-cü ilin əvvəllərindən milli valyuta - 

manat  respublika  ərazisində  yeganə  ödəniş  vasitəsi  elan  olundu.  Prezidentin  14 

may  1994-cü  il  Fərmanı  ilə  kredit  siyasəti  ciddiləşdirildi.  Banklararası  valyuta 

birjasının işi nizama salındı.

27

 1995-ci ilin fevral ayında prezident ilk radikal addım 



atıb  valyuta  bazarının  təşkili  haqqında  Fərman  verdi,  bundan  sonra  valyuta 

ehtiyatları bazar vasitəsilə tənzimlənməyə başlandı. Beynəlxalq Valyuta Fondu və 

Ümumdünya  Bankı  ilə  müqavilələr  bağlandı.  Azərbaycan  Avropa  Yenidənqurma 

və  İnkişaf  Bankına  qoşuldu.  Büdcə  kəsirinin  artmasına  yol  verilmədi.  Nəticədə 

1995-ci  ildə  inflyasiya  85  faizə  endi.  1996-cı  ildə  inflyasiya  cəmi  6,7  faiz  oldu. 

Onun  səviyyəsi  2000-ci  ildə  cəmi  2  faiz,  2001-ci  ildə  isə  1,5  faiz  idi.

28

  Manatın 



dollara  nisbətən  dəyəri  möhkəmləndi,  istehlak  mallarının  qiymətləri  artmadı, 

əksinə,  azalması  müşahidə  olundu.

29

  İnflyasiyanın  cilovlanması  mühüm 



makroiqtisadi  göstərici  kimi  iqtisadi  tərəqqiyə,  investorların  cəlb  olunmasına 

münasib imkanlar açırdı. 

1996-cı  ilin  ortalarında  Prezident  daha  bir  yeni  ciddi  iqtisadi  addım  atdı  - 

vergi sistemi təkmilləşdirildi. Burada ağırlıq mərkəzi istehsal üzərindən götürülüb 

istehlak  üzərinə  qoyuldu.  Əvvəllər  əmək  haqqı  məhsulun  maya  dəyərinə  daxil 

olunmur,  mənfəətdən  verilirdi  və  buna  görə  də  əmək  haqqından  əlavə  35  faiz 

kooperativ  vergi  tutulurdu.  1996-cı  ilin  sentyabr  ayından  əlavə  vergi  50  faiz 

azaldıldı, 1997-ci ilin əvvəllərindən isə tamamilə ləğv edildi. Müəssisələrə ümumi 

vergi  təzyiqi  xeyli  azaldı.  Fiziki  şəxslərdən  tutulan  vergilərin  yuxarı  dərəcəsi  55 

faizdən  40  faizə  endirildi,  onların  gəlirinin  vergi  tutulmayan  hissəsi  isə  40  min 

manatdan  60  min  manata  qaldırıldı.  Eyni  zamanda  xarici  iqtisadi  əlaqələri 

fəallaşdırmaq  üçün  gömrük  rüsumları  30-40  faizdən  15  faizə  endirildi.  Nəticədə 

vergi və rüsumlardan büdcəyə gəlir 2 dəfəyə qədər artdı.

30

 



2001-ci il yanvarın 1-dən ölkədə vahid vergi qanunvericiliyi  tətbiq olundu. 

Vergi  Məcəlləsində  mülkiyyət  formasından  və  təşkilat-hüquqi  statusundan  asılı 

olmayaraq, bütün vergi ödəyiciləri üçün eyni vergiqoyma siyasəti həyata keçirildi. 

Yerli  və  xarici  iş  adamları  eyni  vergiləri  ödəyərək  eyni  imtiyazlara,  güzəştlərə 




304 

 

malik  oldular.  Vergi  Məcəlləsinə  görə  Yol  Fonduna  vergilər  ləğv  edildi.  Əsas 



fondların  fəal  hissəsi  əmlak  vergisindən  azad  olundu.  Mənfəətin  sərmayələrə 

yönəldilən  hissəsi  vergilərdən  tam  azad  edildi.  Hüquqi  şəxslərdən  mənfəət 

vergisinin  dərəcəsi  2000-2002-ci  illərdə  5  faiz  aşağı  salınıb  27  faiz  müəyyən 

olundu.  Əlavə  dəyər  vergisinin  dərəcəsi  20  faizdən  18  faizə  endirildi.  Fiziki 

şəxslərdən  gəlir  vergisinin  maksimum  həddi  40  faizdən  35  faizə  (bu  dərəcələr 

inkişaf etmiş ölkələrin əksəriyyətindəkindən aşağıdır) düşdü.

31

 2002-ci ilin noyabr 



ayından  62  yerli  vergi  idarəsi  ləğv  olunub,  əvəzinə  12  ərazi  vergi  idarəsi  təşkil 

edildi.  Vergi  Nazirliyində  işçilərin  40  faizi  ixtisar  olundu.  Sonralar  mənfəətdən 

tutulan  verginin  Bakıda  27  faizdən  25  faizə,  Naxçıvanda  10  faizə,  Gəncə, 

Sumqayıt,  Mingəçevir  və  Əli  Bayramlıda  20  faizə,  başqa  şəhər  və  rayonlarda  isə 

15 faizə endirilməsi planlaşdırıldı.

32

 



1997-ci  ildən  dövlət  büdcəsi  xərclərinin  səmərəli  təşkili,  iqtisadi 

idarəetmədə şəffaf mexanizmlər yaratmaq üçün maliyyə işləri xəzinədarlıq sistemi 

üzrə qurulmağa başlandı. Baş və yerli xəzinədarlıq orqanları təşkil edildi.

33

 



İstehsalı  inkişaf  etdirmək  üçün  respublikanın  kifayət  qədər  investisiya 

imkanları  yox  idi.  Xarici  kapitalı  cəlb  etmək  məqsədilə  "açıq  qapı"  siyasəti 

yeridilməyə  başlandı.  Xarici  investorlara  və  kreditorlara  təminat  verən,  onları 

müdafiə  edən  qanunlar  qəbul  olundu.  Gömrük  vergiləri  sərbəstləşdirildi  və  aşağı 

salındı.  Xarici  sərmayələrə  immunitet  haqqında  Qanun  qəbul  edildi.  Fiziki  və  ya 

hüquqi  şəxslər,  respublikada  qanunların  dəyişdirilməsindən  asılı  olmayaraq,  on  il 

müddətində  investisiyanı  qoyduğu  şərtlərlə  işlətmək  hüququ  aldı.  Xarici 

səhmdarların  gəlirlərinin  repartasiya  olunması  haqqında  da  Qanun  qəbul  olundu. 

Beynəlxalq  Valyuta  Fondu,  Dünya  Bankı,  Beynəlxalq  İnkişaf  Assosiasiyası, 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı,  İslam  İnkişaf  Bankı  ilə  əməkdaşlıq 

yaradıldı.  Bu,  Azərbaycan  Respublikasının  maliyyə-bank  sistemini  dünya 

standartlarına uyğunlaşdırdı.

34

 

Beynəlxalq maliyyə təşkilatlarının ayırdığı kreditlər ölkədə iqtisadi struktur 



dəyişikliklərinə,  mühüm  iqtisadi  tədbirlərin  həyata  keçirilməsinə  kömək  etdi. 

Təkcə  1995-ci  ildə  Dünya  Bankı  Azərbaycana  reabilitasiya  layihəsi  üçün  65 

milyon dollar kredit ayırdı. Bu bank 1997-ci ildə ölkədə 195 milyon dollar dəyəri 

olan  altı  layihəni,  o  cümlədən  Bakı  su  kəmərinin  bərpası,  neft-qaz  sənayesində 

yenidənqurma, kənd təsərrüfatında özəlləşdirmə ilə əlaqədar altı nümunəvi fermer 

təsərrüfatı  yaradılması  layihələrini  maliyyələşdirdi.  Avropa  Yenidənqurma  və 

İnkişaf  Bankı  1997-ci  ildə  Mingəçevir  Su-Elektrik  Stansiyasının  yenidən 

qurulması,  Ağdam-İmişli  330  kilovatlıq  elektrik  xəttinin  bərpası  üçün  21  milyon 

dollar kredit ayırdı.

35

 



Dünya  Bankı  respublikanın  işğaldan  azad  olunmuş  ərazilərində  bərpa 

işlərinə  kömək  məqsədilə  "Bərpa"  proqramı  hazırlanmasında,  onun  həyata 






Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə