TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə16/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   219

37 

 

Bayraq  ordeninə  layiq  görülmüşdü.  Cəbhə  Ali  Şurasının  qərarı  ilə  B.Abbasovun 



adı daimi olaraq diviziyanın şəxsi heyəti siyahısına daxil edilmişdi.

23

 



1942-ci  il  noyabrın  19-da  qızıl  ordu  Stalinqrad  cəbhəsində  hücuma  keçdi. 

Noyabrın 20-də isə Cənub-qərb və Don cəbhələri qoşunları düşmənə güclü zərbələr 

endirdi.  Hücumun  beşinci  günü  sovet  qoşunları  Kalaç  rayonunda  faşistlərin  6-cı 

ordusunun  mühasirə  dairəsini  sıxışdırdılar.  Düşmənin  22  diviziyası  mühasirəyə 

alındı.  Hitlerçilərin  mühasirəni  yarmaq  üçün  etdikləri  bütün  cəhdlər  boşa  çıxdı. 

1943-cü il fevralın 2-də düşmən təslim oldu.

24

 

Stalinqrad  ətrafında  əks-hücumlar  zamanı  55-ci  xüsusi  tank  alayının 



komandiri  podpolkovnik  Həzi  Aslanov  mahir  hərbi  sərkərdə  istedadı  nümayiş 

etdirdi.  1942-ci  il  noyabrın  19-da  onun  tank  alayı  Barmanktsak  gölü  rayonunda 

hücuma  keçərək  bir  neçə  saat  ərzində  düşmənin  4  tankını,  5  minomyot 

batareyasını, bir ağır topunu, 3 piyada rotasını sıradan çıxardı və 700 hitlerçi əsgər 

və  zabiti  əsir  aldı.  Həmin  gün  H.Aslanovun  tankçıları  hücumu  davam  etdirərək 

Plodovito  kəndini  almanlardan  təmizlədilər.  Noyabrın  21-də  H.Aslanovun  tank 

alayı  Stalinqrad-Silsk  dəmir  yoluna  çıxdı  və  piyadalarla  birgə  Abqanerovo  və 

Sovetski  stansiyasına  daxil  oldu.  H.Aslanovun  tankçıları  Kotelnikovo  tərəfə 

hərəkət  edərək,  dekabrın  16-da  Verxne-Kumsk  kəndi  yaxınlığında  düşmənin 

mühasirəyə  alınmış  6-cı  ordusunun  köməyinə  70  tankla  tələsən  Manşteyn 

qoşununun bir qrupunun qarşısını kəsdi. Aslanov tankçıları düşmənlə 6 gün davam 

edən  ağır  döyüşdə  mətanət  göstərərək,  qat-qat  artıq  qüvvəyə  malik  faşistlərin  12 

hücumunu  dəf  etdilər.  Döyüşdə  aslanovçular  düşmənin  45  tankını,  9  minomyot 

batareyasını, 14 tank əleyhinə və 12 səhra silahını, 50 avtomobilini və 700-dən çox 

canlı qüvvəsini sıradan çıxardılar. 700 hitlerçini əsir götürdülər. 1942-ci il dekabrın 

31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı 

Qəhrəmanı  adı  verildi.  H.Aslanovun  55-ci  tank  alayının  100-dən  çox  döyüşçüsü 

SSRİ-nin orden və medalları ilə təltif olundu, alay isə qvardiya alayına çevrildi.

25

 

Stalinqrad  döyüşündə  4-cü  süvari  korpusunun  komandir  müavini 



H.A.Quliyev düşmənin müdafiə xəttini yararaq 1941-ci il noyabrın 19-da Aksaysk 

şəhərini azad etdi. 1942-ci ilin dekabrında Kolotnikovo rayonunda şiddətli döyüşdə 

bu qoşun hissəsi Manşteynin qoşunlarının bir neçə hücumunun qarşısını aldı. Lakin 

bu  ağır  döyüşlərdən  birində  general  Y.Yaqubov  şəhid  oldu.  O,  ölümündən  sonra 

Lenin ordeni ilə təltif edildi.

26

 



Kəşfiyyatçı  Əli  Kərimov  general  Paulüsun  qərargahının  yerləşdiyi 

"Univermaq"  rayonuna  gecə  kəşfiyyatına  getdi  və  qərargah  zabitini  əsir  götürdü. 

Paulüsun  əsir  alınmasında  şəxsən  iştirak  etdi.  Döyüşlərdə  göstərdiyi  igidliklərə 

görə Ə.Kərimov "Qırmızı Ulduz" ordeni ilə təltif olundu. 




38 

 

Qvardiya  baş  leytenantı  Həmzə  Sadıxov  Volqadakı  döyüşlərdə  fəal 



iştirakına  və  alman  general-leytenantı  Paulüsun  əsir  alınmasında  iştirakına  görə 

"Qırmızı Ulduz" ordeninə layiq görüldü.

27

 

Sovet  ordusu  Stalinqrad  cəbhəsində  faşist  Almaniyasına  ağır  və  sarsıdıcı 



zərbə  vurdu.  Faşistlər  1,5  milyon  əsgər  və  zabit,  3  mindən  çox  tank,  top, 

minomyot,  4,4  min  döyüş  və  nəqliyyat  təyyarəsi  itirdilər.  Stalinqrad  qələbəsində 

SSRİ-nin  bütün  xalqları  nümayəndələrinin,  o  cümlədən  Azərbaycan  əsgər  və 

zabitlərinin də payı vardı. 1942-ci ilin axırında SSRİ Ali Soveti Rəyasət Heyətinin 

təsis  etdiyi  "Stalinqradın  müdafiəsi  uğrunda"  medalı  ilə  1600-dən  artıq 

azərbaycanlı təltif olunmuşdu. 

Volqa  sahilində  qələbənin  böyük  hərbi-strateji,  tarixi  və  beynəlxalq 

əhəmiyyəti oldu.

28

 

Qafqaz  uğrunda  da  ağır  döyüşlər  gedirdi.  Qafqaz  hitlerçilərin  qəsbkarlıq 



planında  iqtisadi,  hərbi  və  siyasi  cəhətdən  əsas  məntəqələrdən  biri  idi.  Hitler 

ordusu yanacağa olan böyük ehtiyacını aradan qaldırmaq üçün, ilk növbədə, qızıl 

ordunu  Qroznı  və  Bakı  neftindən  məhrum  etmək  istəyirdi.  1942-ci  ilin  yayında 

Hitler  elan  etmişdi  ki,  Almaniya  Maykop  və  Qroznı  neftini  ələ  keçirməsə, 

müharibəni davam etdirə bilməyəcəkdir. 

Qafqazı zəbt etmək məqsədilə alman-faşist ordusunun qərargahı "Edelveys" 

adlı  xüsusi  plan  hazırlamışdı.

29

  Düşmən  üç  istiqamətdə  hücum  edib  qərb 



istiqamətində Qara dəniz sahilinə çıxmaq və oradan Zaqafqaziyaya hücum etmək, 

şərq istiqamətində Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində 

Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ keçirmək istəyirdi. 

Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı zəbt etmək 

üçün  faşist  komandanlığı  "A"  ordu  qrupu  ilə  1-ci  və  4-cü  tank,  11-ci  və  17-ci 

piyada  ordusunu  ayırmışdı.  Düşmən  qoşunları  canlı  qüvvəyə  görə  sovet 

qoşunlarından 1,5 dəfə, topların və  minomyotların sayına  görə 2,6 dəfə, tankların 

sayına görə 9,3 dəfə, təyyarələrin sayına görə 7,7 dəfə üstün idi.

30

 

1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan 



olundu.  Sentyabrın  16-da  DMK  Mahaçqala,  Dərbənd  və  Bakı  ətrafında 

möhkəmləndirilmiş  müdafiə  sədlərinin  yaradılması  haqqında  xüsusi  qərar  qəbul 

etdi. 

1942-ci  il  avqustun  23-də  Tbilisidə  Zaqafqaziya  xalqlarının  antifaşist 



mitinqi  keçirildi.  Çıxışlar  və  qəbul  olunmuş  qətnamə  Zaqafqaziya  xalqlarının 

vətənin  azadlığı  və  müstəqilliyi  uğrunda  sona  qədər  mübarizə  əzmini  nümayiş 

etdirdi.  Mitinqdə  Səməd  Vurğun  demişdi:  "Qoy  bu  gün  qəlbimizdə  yanan  hiddət 

alovu  odlu  lava  seli  kimi  torpaqlarımız  üzərində  ölüm  və  viranəlik  bayrağı 

qaldıranların üstünə tökülsün. Gözə - göz! Ölümə - ölüm!

31






Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə