TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə25/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   219

55 

 

bölməsi  düşmənin  250  əsgər  və  zabitini  məhv  etmişdi  ki,  onların  70  nəfəri  igid 



komandirin payına düşür. Bakı neftçisi V.Korastılyov on beş ay düşmən arxasında 

vuruşmuş, 53 dəfə  faşistlərlə  döyüşə  girmişdi. Pulemyotçu Bağırov bir il düşmən 

arxasında  mübarizə aparmış, faşistlərin 40 əsgərini öldürmüş və 13 atəş nöqtəsini 

dağıtmışdı. M.Q.Bağırov II dərəcəli Vətən müharibəsi, "Qırmızı Ulduz" ordenləri 

və I dərəcəli "Vətən müharibəsi partizanı" medalı ilə təltif olunmuşdu.

110


 

Böyük  Vətən  müharibəsi  illərində  düşmən  arxasında  fəaliyyət  göstərən 

sovet partizanları faşistlərə qarşı mübarizədə müxtəlif üsullardan istifadə edirdilər. 

Bu  üsullardan  biri  də  alman  əsgəri  forması  geyib,  leqal  şəkildə  faşistlər  arasında 

kəşfiyyat-təxribat  işləri  aparmaqdan  ibarət  idi.  X.S.Babanlının  rəhbərliyi  altında 

Dnepropetrovsk  vilayətində  fəaliyyət  göstərən  azərbaycanlılardan  ibarət  partizan 

qrupu da  bu  mübarizə  üsulundan  məharətlə  istifadə  etmiş,  nəticədə  düşmən  xeyli 

itki  vermişdi.  Bu  qrup  sovet-alman  cəbhəsindəki  həqiqi  vəziyyət  haqqında  5000 

nüsxədən  çox  vərəqə  yaymış,  düşmənin  bir  neçə  qatarını  qəzaya  uğratmış,  hərbi 

sursat  saxlanılan  anbarlarını,  17  elektrik  motorunu  partlatmış,  Krivoy-Roqun 

"Oktyabr" mədənindəki kömür şaxtasını su ilə doldurmuşdular.

111


 

Müxtəlif  vaxtlarda  İ.İ.Şitovun,  A.K.Nikolayçukun  və  B.Q.Şanginin 

komandası altında fəaliyyət göstərən Ternopol partizan birləşməsində 40 nəfərdən 

çox,  M.Naumovun  partizan  birləşməsindəki  dəstəsində  80,  N.N.Popudrenkonun 

rəhbərliyi  altında  fəaliyyət  göstərən  "Çerniqov"  partizan  birləşməsində  70 

nəfərədək azərbaycanlı döyüşçü alman işğalçılarına qarşı cəsarətlə vuruşmuşdu.

112

 

Onlar düşmən əsarətinin məhrumiyyətlərinə dözərək, hitlerçilərə qarşı mübarizəni 



mətanətlə  davam  etdirir,  əsir  düşərgələrində  yaradılmış  gizli  antifaşist 

təşkilatlarında  hərbi  əsirlərin  qaçıb  partizan  dəstələrinə  qoşulmasına  yaxından 

köməklik göstərirdilər. Aslan İbadov hərbi əsir düşərgəsindən 15 nəfərin qaçmasını 

təşkil  etmiş  və  əsasən  Jitomir  vilayətində  fəaliyyət  göstərən  A.M.Qrabçakın 

partizan  birləşməsinə  qoşulmuşdu.  Onun  rəhbərlik  etdiyi  rota  düşmənin  bir 

körpüsünü, 22 qatarını partlatmış, faşistlərin 64 avtomobilini, 500-ə yaxın əsgər və 

zabitini  məhv  etmişdi.  Partizan  birləşməsində  bacarıqlı  komandir  və  mahir 

kəşfiyyatçı kimi tanınan A.İbadov şəxsən 34 hitlerçini öldürmüş, 17-sini əsir almış, 

iki düşmən avtomobilini və bir dəmir yol körpüsünü partlatmışdı.

113


 

Ukraynada  xalq  intiqamçıları  sırasında  Azərbaycan  respublikasının 

qadınları  da  kişilərlə  çiyin-çiyinə  cəsarətlə  vuruşurdular.  Hərbi  həkim  Sara 

İbrahimova, təxribatçı Alfa Şirazi, Fəridə Nəsrullayeva, Lidiya Drozdova partizan 

dəstəsində döyüş məharəti nümayiş etdirmişdilər.

114


 

Ukrayna  ərazisində  fəaliyyət  göstərən  "Şors"  partizan  dəstəsi  Azərbaycan 

döyüşçülərindən  ibarət  ən  böyük  partizan  dəstəsi  idi.  Bu  dəstə  Ukraynanın 

Zdolbunov rayonundakı düşərgədən qaçmış hərbi əsirlərdən təşkil edilmişdi. Onlar 

1943-cü  ilin  avqustunda  faşist  gözətçilərini  məhv  edərək  Slavuta  meşələrinə 



56 

 

çəkilmiş  və  xalq  intiqamçıları  ilə  birgə  düşmənə  qarşı  mübarizə  aparmışdılar. 



Dəstə  18  ay  ərzində  düşmən  arxasında  6000  kilometr  yol  keçmiş,  27  faşist 

qarnizonu dağıtmış, 2500 hitlerçini öldürmüş, 500 nəfəri əsir almış, 11 şose, dəmir 

yol  körpüsü,  80  avtomobil,  70  neft  buruğu,  5  neftayıran  zavod,  20  neft  anbarı,  8 

hərbi yüklü qatar, 22 təyyarə, 2 hərbi anbar, 1 qənd zavodu, 120 hərbi araba məhv 

etmiş və xeyli qənimət ələ keçirmişdi.

115


 

Partizan  hərəkatının  geniş  yayıldığı  rayonlardan  biri  də  Krım  MSSR  idi. 

Krımda  partizan  müharibəsi  aparmaq  böyük  çətinlik  törədirdi.  Burada  güclü 

düşmən hissələrinin mərkəzləşməsi, geniş yol şəbəkəsi, partizan bazalarının faşist 

qarnizonları  tərəfindən  aşkar  edilməsi,  sovet  ordusu  hissələri  ilə  müntəzəm 

əlaqənin  olmaması  xalq  intiqamçılarının  fəaliyyətini  mürəkkəbləşdirirdi.  Bu 

çətinliklərə baxmayaraq, 1941-1944-cü illərdə Krım partizanları düşmənin 29 min 

əsgər  və  zabitini  qırmış,  dörd  min  nəfərini  əsir  almış,  38  parovozunu,  947 

vaqonunu, 2 zirehli qatarını, 13 tankını, 211 topunu, 1940 avtomobilini məhv etmiş 

və  xeyli  qənimət  ələ  keçirmişdilər.

116 

Bu  əməliyyatlarda  digər  sovet  xalqlarının 



nümayəndələri  ilə  birlikdə  Azərbaycan  döyüşçüləri  də  fəal  iştirak  etmişlər. 

Nurməmməd  Əzimov,  Hacı  Əliyev,  Saleh  Əsgərov,  Əli  Məmmədov,  Hacı 

Hüseynov,  Mixail  Sepatov,  Qafur  Əyyubov  və  başqaları  partizan  dəstələrində 

düşmənə qarşı fədakarlıqla vuruşurdular

117

 

1942-1943-cü  illərdə  sovet  ordusunun  güclü  zərbələri  altında  faşistlərin 



bütün  cəbhə  boyu  geri  çəkilməsi  düşmən  arxasında  partizan  hərəkatının  daha  da 

genişlənməsinə  səbəb  olmuşdu.  Bu  dövrdə  yüzlərlə  Azərbaycan  döyüşçüsü 

partizan  dəstələrində  düşmənə  qarşı  fədakarlıqla  vuruşurdu.  Z.B.Həbibov, 

Ə.A.Nağıyev,  İ.N.Nəcəfəliyev,  V.B.Xəlilov,  M.V.Zalov,  Q.Ə.Cabbarov, 

V.Q.Rəcəbov, 

M.Ə.Çerov, 

A.Ə.Səfərəliyev 

əməliyyatlarda 

xüsusilə 

fərqlənmişlər.

118 

1943-1944-cü  illərdə  Krımda  11700  nəfər  xalq  intiqamçısını  özündə 



birləşdirən  33  partizan  dəstəsi  faşist  işğalçılarına  qarşı  cəsarətlə  vuruşurdu. 

Bunlardan  biri  də  döyüşçülərinin  90  faizi  azərbaycanlılardan  ibarət  olan  8-ci 

Azərbaycan partizan dəstəsi idi. Bu dəstə  yeddi ay faşistlərə qarşı mübarizədə 32 

dəfə  faşist  qarnizonuna  və  nəqliyyat  vasitələrinə  hücum  etmiş,  düşmənin  1225 

əsgər və  zabitini  məhv etmiş, 451 nəfərini əsir almış, 23 avtomobilini partlatmış, 

9700  metr  rabitə  xəttini  kəsmiş,  qənimət  olaraq  7  topunu,  11  minomyotunu,  60 

pulemyotunu, 3500 avtomat və tüfəngini, 11000 patronunu ələ keçirmişdi.

119


 

Azərbaycan  döyüşçüləri  Leninqrad  vilayətində  də  partizan  hərəkatının  fəal  

iştirakçıları  olmuşlar.  Hələ   1941-1942-ci  illərdə 

N.C.Allahverdiyev,    H.C.Axundzadə,    H.Ə.Əliyev,    R.Z.Əliyev, 

D.V.Yeretev və başqaları partizan qrupu və dəstələrinə rəhbərlik etmişdilər. 1942-

ci ilin iyun ayında Leninqrad vilayətinin Dedeviçsk, Oredensk, Olutsk rayonlarında 






Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə