TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə31/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   219

67 

 

göndərilmişdi.



167

  Ayrı-ayrı  hərbi  hissələrin  tərkibində  də  azərbaycanlılar 

döyüşürdülər.  Göstərdikləri  əsgəri  rəşadətə  görə  Qara  Sarıyev,  Aslan  Aslanov, 

Hacı Hacıyev, Niyaz Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları SSRİ 

Ali Sovetinin 1945-ci il sentyabrın 30-da təsis etdiyi "Yaponiya üzərində qələbəyə 

görə" medalı ilə təltif olunmuşdular. Minomyotçu Q.Sarıyev 1945-ci il avqustun 8-

də  6-cı  Qvardiya  tank  ordusunun  tərkibində  Monqolustanın  Qobu  səhrasından 

keçərək  Xinqan  aşırımının  alınmasında,  Mancuriyada  Lyubey,  Xaylar,  Çan-Çun, 

Xarbin və digər şəhərlərin Kvantun ordusundan təmizlənməsində iştirak etmiş, Ali 

Baş Komandanın imzası ilə 1945-ci il 23 avqust tarixli əmrlə Fəxri Fərmanla təltif 

olunmuşdur.

168


 

Sovet  qoşunları  Kvantun  ordusunu  darmadağın  etdi,  beləliklə,  SSRİ 

Yaponiya  üzərində  qələbədə  mühüm  rol  oynadı.  1945-ci  il  scntyabrın  2-də 

Yaponiya  hökuməti  ABŞ-ın  "Missuri"  xətt  gəmisində  təslim  aktına  qol  çəkdi. 

Bununla da İkinci Dünya müharibəsi başa çatdı. 

Müharibədə Sovet İttifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi. 

Azərbaycan  SSR-dən  cəbhəyə  getmiş  700000  nəfərə  qədər  döyüşçüdən  300000 

nəfəri həlak olmuşdu.

169

 

Böyük  Vətən  müharibəsi  cəbhələrində  H.Aslanov,  S.Qəniyev,  M.Əbilov, 



H.Hüseynov,  A.Abdullayev,  Y.Abduldayev,  A.Abasov,  Q.Zeynalov,  Heybətov, 

T.Əliyarbəyov, A.Vəzirov, A.Qazızadə, B.Mehdiyev, D.Nəcəfov, N.Kərimov kimi 

bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər. 

Hərbi  rəşadətə  görə  Azərbaycandan  olan  120  nəfərdən  çox  döyüşçü  Sovet 

İttifaqı  Qəhrəmanı  adına  layiq  görülmüşdü.  30  nəfər  azərbaycanlı  döyüşçü 

"Şöhrət"  ordeninin  hər  üç  dərəcəsi  ilə,  170  mindən  artıq  əsgər  və  zabit  ölkənin 

müxtəlif orden və medalları ilə təltif olunmuşdu.

170


 

SSRİ  müharibədən  qalib  çıxdı.  Bunun  başlıca  səbəbi  ölkənin,  xalqın 

gücünün  qələbəyə  uğurla  səfərbər  olunması  idi.  Ölkənin  rəhbərliyi  inzibati 

idarəçilik  metodlarını  daha  da  möhkəmləndirib,  iqtisadiyyatı  qısa  bir  zamanda 

hərbin  tələbləri  əsasında  yenidən  qura  bildi.  Xalqların  iqtisadi,  hərbi  və  mənəvi 

qüvvələri  birləşdirildi.    Azərbaycan  xalqı  İkinci  Dünya  müharibəsində  SSRİ-nin 

qalib  çıxmasına  öz  layiqli  töhfəsini  vermiş,  adı  XX  əsrdə  qəsbkarlığa  və  mürtəce 

qüvvələrə qarşı mütərəqqi qüvvələrin tarixi salnaməsinə qızıl hərflərlə əbədi həkk 

olunmuşdur. 

Böyük  Vətən  müharibəsi  İkinci  Dünya  müharibəsinin  həlledici,  mühüm 

tərkib hissəsi idi. Sovet İttifaqı xalqları, o cümlədən Azərbaycan xalqı, əsasən, bu 

müharibənin ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə 

qazanılmasında mühüm  rol oynamışdır. 

 

 




68 

 

 



III FƏSİL 

 

SOVET QOġUNLARININ ĠRANA DAXĠL OLMASI. 



CƏNUBĠ AZƏRBAYCANDA BAġ VERƏN 

HADĠSƏLƏR 

 

İran  müharibədə  neytral  mövqedə  qalacağını  bəyan  etsə  də,  Almaniya  ilə 



strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci 

yeri tuturdu. İrandan benzin qeyri-qanuni yollarla Almaniyaya aparılırdı. 

Almanlar İranın dövlət müəssisələri və hərbi idarələrində mühəndis, texnik, 

məsləhətçi  adları  altında  öz  hərbi  və  xüsusi  idarələrinin  nümayəndələrini 

yerləşdirir,  Təbriz,  Maku,  Xoy,  Miyanə,  Mərənddəki  firmalarında  xüsusi  xidmət 

orqanları  işçilərinin  sayını  artırırdılar.  Almaniyanın  müharibənin  ilk  illərindəki 

qələbəsi  İranda  almanpərəst  meyli  gücləndirirdi.  Bu  ölkənin  rəhbər  dairələrində 

SSRİ  məğlub  olarsa,  "Zaqafqaziya  və  Orta  Asiyanın  16  şəhərinin"  İrana 

birləşdirilməsi barədə planlar qurulurdu.

1

 



Faşist  Almaniyasının  SSRİ-yə  hücumundan  sonra,  1941-ci  ilin  iyun-iyul 

aylarında Sovet İttifaqı İrana üç xəbərdarlıq notası vermiş, həmin ilin iyun ayında 

Britaniya xarici işlər naziri İranın səlahiyyətli nümayəndəsi qarşısında "almanların 

İrandakı şübhəli fəaliyyətinə" son qoyulması tələbini irəli sürmüşdü. İyulun 19-da 

Britaniya  Nazirlər  Kabineti  İranın  cənubuna  daxil  olmaq  barədə  qərar  qəbul 

etmişdi.


2

 

Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  sovet  qoşunları  1921-ci  il  26  fevral 



tarixli Sovet-İran  müqaviləsinin altıncı  maddəsinə əsasən, 1941-ci il avqustun 25-

də  gecə  saat  2-də  İran  sərhədini  keçərək,  Ərdəbil  və  Təbriz  istiqamətində 

irəlilədilər.

3

  Hərbi  əməliyyatlarda  Naxçıvandan  Xəzərin  cənubuna  doğru  bütün 



istiqamətlərdən SSRİ sərhəd qoşunları, 44-cü (tərkibində 77-ci Azərbaycan və 20-

ci  diviziyalar)  və  47-ci  ordular,  Xəzər  donanması,  Zaqafqaziyadakı  8-ci 

aviakorpus, Yevlaxdakı 132-ci aviadiviziya iştirak edirdilər.

Sovet qoşunları ilə bir vaxtda İranın cənub və qərbindən ingilis qoşunları da 



ölkəyə  daxil  oldu.  Sovet  ordu  hissələri  avqustun  26-da  Təbriz  və  Ərdəbilə, 

avqustun 30-da Zəncana, avqustun 31-də Qəzvinə girdilər. Sentyabrın 17-də sovet, 

sentyabrın 18-də  isə  ingilis qoşunları Tehrana  daxil oldular.

5

  Sovet  ordu  hissələri 



Uşnu-Miyandab-Zəncan-Qəzvin-Babol-Zirab-Semnan-Şahrudda, 

şərqdə 


isə 

Əliabadda  yerləşdilər.  İngilis  qoşunları  Xanəkin-Kermanşah  -Xürrəmabad-

Məscede-Süleyman-Rame-Hörmüz-Bəndər-Deyləm  xəttindən  cənub  və  qərbə 

doğru olan ərazini tutdular.

6

 





Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə