TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə44/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   219

94 

 

Ümumiyyətlə,  60-cı  illərdə  respublikada  sənaye  məhsulu  istehsalı  94  faiz 



artdı.

135


  Yeni  sənaye  müəssisələrinin  üçdə  birindən  çoxunun  Bakı  şəhərindən 

kənarda  -  Sumqayıtda,  Əli  Bayramlıda,  Qubada,  Naxçıvanda  yaradılması, 

regionlarda  sənayenin  ayrı-ayrı  sahələrinin  təşkili  Azərbaycanın  sosial-iqtisadi, 

müasir  tipli  şəhərlərin  mədəniyyətinin  inkişafı  üçün  çox  mühüm  əhəmiyyət  kəsb 

edirdi. 

Azərbaycan  sənayesi  özünün çoxsahəliliyi  ilə  fərqlənirdi. 1970-ci illərdə 

Azərbaycan  neft  və  neft  avadanlığı  istehsalında  Sovet  İttifaqında  ilk  yerlərdən 

birini, avtomaşın şinləri və polad boru istehsalında üçüncü yeri, adambaşına düşən 

elektrik  istehsalı  üzrə  dördüncü  yeri  və  poladəritmədə  beşinci  yeri  tuturdu. 

Azərbaycan  sənayesinin  istehsal  etdiyi  məhsullar  dünyanın  58  ölkəsinə  ixrac 

olunurdu.

136


 

Lakin  sənayedə  nominal  göstəricilər  artsa  da,  inkişaf  sürəti  ləngiməyə 

başlamışdı. Belə ki, əgər 1951-1960-cı illərdə məhsul istehsalı 104 faiz artmışdısa, 

1961-1970-ci  illərdə  bu  göstərici  cəmi  94  faiz  olmuşdu.  60-cı  illərin  sonlarında 

sənayenin yüksəlişi, həmçinin ictimai əməyin məhsuldarlığının artım sürətinə görə 

Azərbaycan  SSR müttəfiq respublikalar arasında axırıncı  yerlərdən birini tuturdu. 

Xalq təsərrüfatında dinamikliyin aşağı düşməsinin başlıca səbəblərindən biri dövlət 

intizamının  pozulması,  köhnə  sahələrin  yenidən  qurulması  və  modernləşdirilməsi 

proseslərinin  həyata  keçirilməməsi  idi.  Planı  yerinə  yetirməkdə  inzibati-amirlik 

hökmünün təzyiqi altında bir çox müəssisələrin rəhbərləri məhsulların keyfiyyətinə 

əhəmiyyət  vermirdi,  bu  isə  iqtisadiyyata  böyük  ziyan  vurur  və  istehlakçıların 

narazılığına səbəb olurdu. 

Sənaye  istehsalında  artım  sürətinin  aşağı  düşməsi  neft  və  qaz  hasilatının 

azalması,  maşınqayırma  sahəsində  inkişafın  ləng  getməsi,  yeni  istehsal 

obyektlərinin  yaradılmasına  lazımi  əhəmiyyət  verilməməsi  ilə  bağlı  idi. 

Respublikada olan müxtəlif zəngin xammal bazaları ilə bu xammaldan son məhsul 

alınmasını başa çatdıran istehsal arasında uyğunsuzluq çox böyük idi. Respublika 

iqtisadiyyatına  rəhbərlikdəki  ciddi  nöqsanlar,  ölkə  miqyasında  planlaşdırmada 

hökm  sürən  volyuntarizm  və  Azərbaycanda  iqtisadiyyatın  bir  sıra  sahələrinin 

inkişafına qarşı yaradılmış süni maneələr də sənayenin inkişafını ləngidirdi. 

Sənayedə və sosial sahədə potensialın gücləndirilməsi işində əldən verilmiş 

imkanlar respublikanın 60-cı illərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca 

səbəbləri idi. 

Bu gerilik müddət etibarilə çox uzun çəkdiyindən bütün əsas sosial-iqtisadi 

göstəricilərə görə, Azərbaycan getdikcə başqa müttəfiq respublikalardan geri qalır, 

onun böyük  təbii-istehsal  imkanları aşağı  səviyyədə istifadə olunur, iqtisadiyyatın 

ümumi  səmərəliliyi  aşağı  düşürdü.  60-cı  illərdə  respublika  iqtisadiyyatı  dərin 

böhran keçirmək ərəfəsində idi. Yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, 




95 

 

iqtisadiyyatın  inkişafı  üçün  prinsipial  cəhətdən  yeni  konseptual  yanaşma  yolları 



hazırlanmalı,  xalq  təsərrüfatında  köklü  struktur  dəyişiklikləri  aparılmalı, 

təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi. 

İqtisadiyyatın  aqrar  sektorunda  da  ciddi  problemlər  mövcud  idi.  Sahə 

rəhbərləri  çox  vaxt  təşkilati  tədbirlərin  işlənməsinə  formal  yanaşır,  qeyri-iqtisadi 

idarəçilik  metodlarına  əl  atır,  subyektivizmə  yol  verirdilər.  Kolxoz,  MTS  və 

sovxozlara  rəhbərlikdə  istehsalın  planlaşdırılmasında  bürokratik  üsullar  tətbiq 

olunurdu. Maddi maraq prinsipinə, kadrların təşəbbüslərinə və zəhmət adamlarının 

yaradıcılıq  fəaliyyətinə  laqeyd  münasibət  bəslənilirdi.  Kənd  təsərrüfatının 

maliyyələşdirilməsi  və  kreditləşdirilməsində  ciddi  səhvlərə  yol  verilirdi.  Bir  çox 

kənd  təsərrüfatı  məhsullarının,  xüsusən  heyvandarlıq  məhsullarının,  taxıl  və 

kartofun tədarük və satınalma qiymətləri çox aşağı idi. 

Kənd təsərrüfatında kadrların seçilməsi və yerləşdirilməsində ciddi səhvlərə 

yol verilirdi. Çox vaxt kadrlar iş keyfiyyətlərinə görə yox, şəxsi sədaqət, dostluq və 

qohumluq  prinsiplərinə  görə  seçilirdilər.  Kənd  təsərrüfatı  texnikasından  kifayət 

qədər  istifadə  olunmurdu.  Bütün  ölkənin,  o  cümlədən  Azərbaycanın  kənd 

təsərrüfatında  olan nöqsanların  mahiyyəti Sov.İKP MK-nın Sentyabr (1953-cü il) 

plenumunda  təhlil  olundu.  Kənd  təsərrüfatının  daha  da  inkişafı  haqqında  qərar 

qəbul edildi. 

Kənd  təsərrüfatı  məhsullarının  satınalma  qiymətləri  artırıldı,  kolxozçuların 

əməyinə  görə  avans  verilməsi  tətbiq  edildi.  Kəndlilərin  quş,  xırdabuynuzlu  mal-

qara  saxlaması  üçün  bir  qədər  həvəsləndirilmə  prinsipi  tətbiq  edildi.  Taxılçılığı 

dirçəltmək  üçün  xam  və  dincə  qoyulmuş  torpaqların  mənimsənilməsinə  başlandı. 

Kolxoz  və  sovxozlara  becərilən  bitkilərin  növlərini,  mal-qaranın  sayını 

planlaşdırmaq,  əmək  məhsuldarlığını,  torpaqdan  səmərəli  istifadə  qaydalarını 

müəyyən etmək hüquqları verildi. Lakin dövlətə təhvil verilən və satılan məhsulun 

həcmini yenə də dövlət müəyyən edirdi. Bu qeyri-əsaslı dəyişikliklər aqrar sahədə 

vəziyyəti  yaxşılaşdıra  bilmədi.  Sov.İKP  MK-nın  Mart  (1965-ci  il)  plenumu  kənd 

təsərrüfatı  sahəsində  partiyanın  iqtisadi,  texniki  siyasətini  dəyişdirdi.  Kənd 

təsərrüfatı məhsullarının alınması üçün bir neçə ilə dəyişməz göstəricilər müəyyən 

etmək  əsasında  planlaşdırmanı  və  tədarük  sistemini  təkmilləşdirmək,    iqtisadi  

həvəsləndirməni 

 

gücləndirmək, 



istehsalın 

maddi-texniki 

bazasını 

möhkəmləndirmək kolxoz və sovxozlarda əməyin maddi və sosial-siyasi şəraitinin, 

texniki-təşkilati  və  sosial-iqtisadi  məzmununun  yaxşılaşması  imkanlarını  xeyli 

genişləndirməyə  istiqamətləndirilmişdi.

137

  Sonralar  da  dəfələrlə  kənd  təsərrüfatı 



məhsullarının  satınalma  qiymətlərini  qaldırmış,  əsaslı  vəsait  qoyuluşunu  artırmış, 

idarəetmə sistemini dəyişdirmişdilər. Əsaslı dönüş isə baş verməmişdi.

138

 

Buna səbəb qəbul olunmuş qərarların kənddə iqtisadi münasibətləri mövcud 



inzibati-amirlik  üsuli-idarəsini  dağıtmadan  dəyişdirməyə  yönəldilməsi  idi.  Həm 




Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə