TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə86/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   82   83   84   85   86   87   88   89   ...   219

180 

 

Azərbaycan  alimlərinin  bir  çox  işləri,  xüsusən  neft  sənayesi  ilə  bağlı 



tədqiqatları,  neft-kimya,  geologiya,  riyaziyyat  və  biologiya  sahəsindəki 

araşdırmaları  respublikanın  hüdudlarından  kənarda  da  tanınırdı.  Onların  elmi 

nailiyyətlərinin  tətbiqi  coğrafiyası  genişlənərək  keçmiş  SSRİ-nin  bütün  əsas 

iqtisadi rayonlarını əhatə edirdi.  

Geologiya-mineralogiya  elmləri  doktoru  Fərman  Salmanovun  rəhbərliyi 

altında  Qərbi  Sibirin  neft  və  qaz  yataqları  kəşf  olunmuşdu.  Təkcə  Tümen 

vilayətində  F.Salmanov  20-dən  çox  neft  yatağı  kəşf  etmişdi.  Azərbaycan 

geofizikləri Xəzər dənizinin İrana məxsus şelfində qonşu dövlətin xahişinə əsasən 

44 perspektivli neftli-qazlı struktur aşkar etmişdilər. 

Azərbaycan  neft  kimyaçıları  ölkədə  ilk  dəfə  "qaynar  layda"  baş  verən 

prosesləri  öyrənmiş,  onlara  əsaslanan  texnologiyalar  üzrə  işləyən  qurğular 

hazırlamışdılar. 

Azərbaycan astronomlarının elmi işləri bütün dünyada tanınırdı. Beynəlxalq 

Astronomiya  İttifaqının  qərarı  ilə  görkəmli  astronom  Nadir  İbrahimovun  şərəfinə 

Mars planeti kraterlərindən birinə "İbrahimov krateri", üç asteroidə "Azərbaycan", 

"Nizami Gəncəvi" va "ŞAR" (Şamaxı Astrofizika Rəsədxanası) adı verilmişdi. 

Riyaziyyat  və  mexanika  sahəsində  tanınmış  elmi  məktəblər  yaradılmışdı. 

Fiziklər  yeni  yarımkeçirici  materiallar,  çoxtəbəqəli  quruluşlar  almış,  şüalanma 

qəbulediciləri, elektrik və optik yaddaşlı aşırıcı qurğuları yaratmışdılar. 

Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində SSRİ-də ilk dəfə ətraf mühitə 

operativ nəzarət edən peykaltı nəzarət-ölçü sistemləri yaradılmışdı. 

Dördcildlik  "Azərbaycan  faunası"nın  II-IV  cildləri  nəşr  olundu  (1976-

1978). 1974-cü ildə Bəsitçay, 1978-ci ildə Ağgöl, Qarayazı, 1981-ci ildə İsmayıllı, 

1987-ci ildə İlisu qoruqları yaradıldı. Azərbaycanın "Qırmızı kitabı" hazırlandı və 

çap edildi. 

Görkəmli  alimlər  Xudu  Məmmədovun  kristalloqrafiyanın,  Zahid  Xəlilov, 

Əşrəf  Hüseynov  və  Fərəməz  Maqsudovun  riyaziyyatın,  Hacıbəy  Sultanovun 

astronomiyanın,  Tofiq  İsmayılovun  kosmik  cihazqayırmanın,  Həsən  Abdullayev, 

Çingiz  Cuvarlının  fizikanın,  Toğrul  Şahtaxtinskinin  kimyanın,  Ümnisə 

Musabəyova,  Sona  Vəlixanlı,  Zərifə  Əliyeva  və  Zəhra  Quliyevanın 

oftalmologiyanın, 

Adilə 


Namazovanın 

pediatriyanın, 

Mirməhəmməd 

Cavadzadənin  urologiyanın,  Cəlil  Hüseynovun  patoloji  anatomiyanın,  Hüseyn 

Həsənovun  neyrofiziologiyanın,  Həsən  Əliyevin  torpaqşünaslığın,  Cəlal  Əliyevin 

bitki  fiziologiyası  və  seleksiyanın,  Validə  Tutayuqun  Qafqaz  florasının,  Musa 

Musayevin,  Mirzəağa  Nəzərovun  zoologiyanın,  Vahid  Hacıyevin  botanikanın,  

Urxan  Ələkbərovun genetikanın, neftçi alim Midhəd Abasovun, Akif Əlizadənin 

geologiyanın 

və 


Budaq 

Budaqovun 

Azərbaycan 

geomorfologiyasının 

öyrənilməsində böyük xidmətləri olmuşdur. 



181 

 

Humanitar-ictimai  elmlər  sahəsində  də  mühüm  nailiyyətlər  əldə  edilmişdi. 



Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, 

Tofiq  Köçərli,  Qaraş  Mədətov,  Mahmud  İsmayılov  və  b.  Azərbaycan  tarixinə, 

Məmmədağa  Şirəliyev,  Zərifə  Budaqova,  Əziz  Əfəndizadə,  Ağamusa  Axundov, 

Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə, Əziz Şərif, Məmməd 

Cəfər,  Mir  Cəlal,  Həmid  Araslı,  Abbas  Zamanov,  Məmmədhüseyn  Təhmasib, 

Mirzə  İbrahimov,  Kamal  Talıbzadə,  Əziz  Mirəhmədov,  Bəkir  Nəbiyev,  Yaşar 

Qarayev,  Azadə  Rüstəmova  və  b.  Azərbaycan  ədəbiyyatına,  Aslan  Aslanov, 

Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə, Əhməd Mahmudov, Asəf Nadirov, 

Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və b. 

iqtisadiyyata dair tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda 

pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ 

Pedaqoji  Elmlər  Akademiyasının  həqiqi  üzvü  Mehdi  Mehdizadə  böyük  rol 

oynamışdı. O, YUNESKO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı 

planının hazırlanmasında fəal iştirak etmişdi. 

Bu  illərdə  nəşr  olunmuş  üçcildlik  "Müasir  Azərbaycan  dili"  (1978-1981), 

üçcildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası"  (80-ci  illərdə),  üçcildlik 

"Rusca-azərbaycanca    lüğət"  (1970-80-ci  illərdə),  dördcildlik  "Azərbaycan  dilinin 

izahlı  lüğəti"  (1964-1987),    "Azərbaycan    dilinin  orfoqrafiya  lüğəti"    (1975), 

"Azərbaycan    dilinin  etimologiya  və    onomastikası    məsələləri"  (1990),  "Sovet 

Azərbaycanının heykəltəraşlığı" (1973), "Azərbaycan etnoqrafiyası" (I cild, 1988), 

"Azərbaycan  Dram  Teatrı"  (1974),  ikicildlik  "Azərbaycan  teatrı  salnaməsi" 

(1975,1983),  üçcildlik  "Azərbaycan  xalçası"  (1961,  1983,  1987),  "Sovet 

Azərbaycanı  musiqi  incəsənətinin  oçerkləri"  (1974,  1976),  "Azərbaycan  teatrı", 

"Azərbaycan dekorativ-tətbiqi sənətləri", "Cənubi Azərbaycan tarixinin oçerkləri" 

(1985), "Cənubi Azərbaycan tarixinin məsələləri" (1991) və başqa ümumiləşdirici 

əsərlər çap olunmuşdu. 

70-ci  illərdə  respublika  ərazisindəki  maddi-mədəniyyət  abidələri  yenidən 

qeydə  alındı,  onların  tədqiqinə,  mühafizəsinə  və  səmərəli  istifadə  olunmasına 

diqqət artırıldı. 

Lakin  elmlərin,  xüsusən  ictimai  elmlərin  inkişafına  "hakim  ideologiya"nın 

güclü  təzyiqi  ciddi  mənfi  təsir  göstərirdi.  Xüsusən,  Azərbaycan  tarixinin, 

ədəbiyyatının,  incəsənətinin  sovet  dövrü  birtərəfli  öyrənilir,  mövcud  dərin 

ziddiyyətlər və onların kökü, ictimai quruluşun, təsərrüfatçılıq sisteminin qüsurları 

ilə  bağlı  səbəblər  açıqlanmırdı.  Məsələn,  70-ci  illərdə  müttəfiq  respublikaların 

elmlər  akademiyaları  tarix  institutlarının  əksəriyyəti  öz  xalqlarının  çoxcildlik 

tarixini hazırlamağı planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti 

də  "Azərbaycan  tarixi"nin  (9  cilddə)  yazılması

 

qərarı  ilə  Baş  redaksiya  şurası 



yaratmışdı,  cildlərin  redaksiyaları,  müəllifləri  artıq  fəaliyyətə  başlamışdılar.  Bu 




Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə