TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.

səhifə87/219
tarix14.09.2018
ölçüsü5,12 Mb.
1   ...   83   84   85   86   87   88   89   90   ...   219

182 

 

təşəbbüs "ideoloji rəhbərliyi" (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox narahat 



etmişdi.  Hətta  Sov.İKP  Mərkəzi  Komitəsində  bu  məsələ  respublika  rəhbərlərinin 

və  tarixçilərinin  iştirakı  ilə  müzakirə  olunmuşdu.  Müzakirədə  hər  respublikanın 

fərdi "çoxcildlik" tarixinin əvəzinə regionlar (zonalar) üzrə birgə kitabın yazılması 

məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin 

yazılması    ləngidildi.  Ancaq  Azərbaycan  KP  MK  birinci  katibi  H.Ə.Əliyevin  və 

Qazaxıstan KP MK birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində 

işə yenidən başlanıldı. 

Respublikada  elmin  maddi-texniki  bazasının  inkişafına  lazımi  qədər  vəsait 

ayrılmırdı.  Elmə  milli  gəlirin  0,4  faizindən  də  az  (SSRİ-də  6  faiz  idi)  vəsait  sərf 

olunurdu.

165

 Alimlərin əməyi kifayət qədər qiymətləndirilmirdi. Tədqiqat aparmaq 



üçün  müasir  avadanlıq,  hesablama  texnikası,  cihazlar  çatmırdı.  Alimlərə  xarici 

ədəbiyyatdan, arxivdən istifadə etmək, beynəlxalq aləmə çıxmaq çətin idi. 

Lakin  bütün  bunlara  baxmayaraq,  80-ci  illərdə  elmin  inkişafı  sahəsindəki 

xidmətlərinə  görə  Azərbaycan  Elmlər  Akademiyasının  5  alimi  Lenin  mükafatı 

laureatı  adına,  14  alimi  isə  SSRİ  Dövlət  mükafatına  layiq  görülmüşdü.  Elmi 

nailiyyət  və  fundamental  əsərlərinə  görə  akademiklər  R.H.İsmayılov, 

M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə.Hüseynov, M.Ə.İbrahimov  Sosialist Əməyi 

Qəhrəmanı  fəxri  adı,  onlarla  alim  Respublika  Dövlət  və  Komsomol  mükafatları 

almışdılar. 

Ədəbiyyat  və  incəsənət.  70-80-ci  illərdə  Azərbaycan  ədəbiyyatının 

inkişafında  da  mühüm  nailiyyətlər  qazanılmışdı.  Xalq  şairi  Mirvarid  Dilbazinin 

"Bənövşələr  üşüyəndə"  (1970),  "Ana  qanadı"  (1972),  "Dağ  çiçəyi"  (1977), 

"Yasəmən  fəsli",  "Seçilmiş  şeirlər"  (1979)  şeir  kitabları  və  üç  cilddə  seçilmiş 

əsərlərində  (1982-1984)  Vətən  məhəbbəti,  ana  torpağa  bağlılıq  ideyalarının 

tərənnümü əsas yer tuturdu. 

Azərbaycanın  gözəl  təbiət  mənzərələri,  Azərbaycan  qadınlarının  mənəvi 

zənginliyi,  vətənpərvərlik,  azadlıq  ideyaları  xalq  şairi  Nigar  Rəfibəylinin 

"Günəşdən  gənclik  istədim",  "Bizə  bahar  yaraşır"  kitablarındakı  şeirlərin  əsas 

mövzuları idi. 

İslam Səfərlinin "Çiçək təranəsi" (1970), "Dan ulduzu, bir də mən" (1974) 

"Ədəbi  beşik"  (1978),  Əli  Kərimin  "Qaytar  ana  borcunu"  (1970),"Uşaqlar  və 

ulduzlar" (1971),"Pillələr" (1978),"Qayıt" (1983) şer kitabları oxucuların rəğbətini 

qazanmışdı. 

Nəbi Xəzrinin "Dərələr" (1970), "Ulduz karvanı" (1979), "Heykəlsiz abidə" 

(1982),  "İnam"  (1982),  dördcildlik  seçilmiş  əsərləri  (1983-1985)  və  b.  şeir 

kitablarında vətənin, onun təbii gözəlliklərinin, insanların nəcib arzu və ideallarının 

tərənnümü əsas  yer  tuturdu.  Xalq şairi Rəsul  Rzanın  şeirlərində  ümumbəşəri  hiss 




183 

 

və düşüncələr başlıca yer tuturdu. Bu, "Dünən, bu gün, sabah" (1973), "Güneylər, 



quzeylər" (1977), "Üzüküləyə" (1979) kitablarındakı şeirlərin əsas mövzusu idi. 

Xalq şairi Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyası xalqa olduqca yaxın idi. 

Onun  "Muğam",  "Atılmışlar"  və  b.  poemaları  bu  baxımdan  daha  səciyyəvi  idi. 

Qabilin "Nəsimi" poeması və şeirləri Azərbaycan poeziyasının o dövrdə yaranmış 

ən yaxşı nümunələrindəndi. Xəlil Rza, Məmməd Araz, Fikrət Qoca və b. yaratdığı 

əsərlər ədəbiyyatımızı daha da zənginləşdirirdi. 

70-80-ci  illərdə  Azərbaycanın  bədii  nəsri  zəngin  bir  inkişaf  yolu  keçmiş, 

ictimai  həyatı  müxtəlif  cəhətlərdən  əks  etdirən  çoxlu  roman  və  povestlər 

yazılmışdı.   Süleyman  Rəhimovun "Ana   abidəsi" (1967-1980), "Qafqaz qartalı" 

(1971-1975),  "Qoşqar  qızı",  İlyas  Əfəndiyevin  "Sarıköynəklə  Valehin  nağılı" 

(1978),  Əzizə  Cəfərzadənin  "Aləmdə  səsim  var  mənim",  "Bakı-1501",  İsa 

Hüseynovun "Nəsimi" romanları, Ələviyyə Babayevanın "Adamlar və talelər" əsəri 

oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. 

Anarın  "Ağ  liman"  (1977),  "Macal"  (1978),  "Beşmərtəbəli  evin  altıncı 

mərtəbəsi" (1972) əsərlərində mühüm mənəvi-əxlaqi problemlər qaldırılmışdı. 

Əkrəm  Əylislinin  "Mənim  nəğməkar  bibim",  "Tənha  narın  nağılı", 

"Adamlar  və  ağaclar"  povestləri  əsasən  kəndin  müasir  və  aktual  sosial-mədəni 

problemlərinə həsr olunmuşdu. 

Elçinin "Gümüşü narıncı" (1973), "Bu dünyada qatarlar gedər" (1974), "Bir 

görüşün tarixçəsi" (1977), "Dolça" (1978) və b. hekayə və povestlərində, "Mahmud 

və  Məryəm",  "Ağ  dəvə"  romanlarında  həyatın  mənəvi-əxlaqi  problemləri  əsas 

mövzu idi. 

Xalqda  milli  şüurun  oyanmasında  Cənubi  Azərbaycan  mövzusunda 

yazılmış  əsərlərin  xüsusi  əhəmiyyəti  vardı.  M.İbrahimovun  "Pərvanə"  (1970) 

romanı, "Cənub hekayələri" silsiləsi maraqla qarşılanmışdı. 

Azərbaycan  dramaturgiyası  bir  sıra  nailiyyətlər  əldə  etmişdi.  Mirzə 

İbrahimovun  "Bəşərin  komediyası"  (1978),  İ.Qasımovun  "Nağıl  başlananda" 

(1972),  "Dairəni  genişləndirin"  (1974),  Bəxtiyar  Vahabzadənin  "Yağışdan  sonra" 

(1971) pyeslərində mənəvi-əxlaqi problemlər əsas yer tuturdu. 

İlyas  Əfəndiyevin  müasir  mənəvi-əxlaqi  dəyərlərdən  söhbət  açan  "Qəribə 

oğlan"  (1973),  "Bağlardan  gələn  səs"  (1976),  "Büllur  sarayda",  "Sevgililərin 

cəhənnəmdə  görüşləri", "Geriyə  baxma,  qoca"  (1980), "Üçatılan"  (1981) pyesləri 

psixoloji dramın gözəl nümunələri idi. 

Anarın  "Şəhərin  yay  günləri"  (1978),  "Adamın  adamı"  (1970),  "Səhra 

yuxular"  (1981),  "Sizi  deyib  gəlmişəm"  (1982)  pyesləri  oxucular  tərəfindən 

rəğbətlə qarşılanmışdı. 

Respublikada  musiqi,  ifaçılıq,  teatr  və  kino  sənəti  sahəsində  də  mühüm 

irəliləmələr baş vermişdi. 






Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   219


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə