TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə4/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   2   3   4   5   6   7   8   9   ...   219

11 

 

Rus  dilini  bilməmək  müharibənin  ilk  aylarında  azərbaycanlı  döyüşçülər 



üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla 

təhqiramiz,  kobudcasına  rəftar  edirdilər.  Azərbaycanlı  döyüşçülər  bununla  bağlı 

respublika  rəhbərliyinə  dəfələrlə  müraciət  edərək  rus  dilinin  öyrənilməsi  üçün 

şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr 

1941-ci  il  tarixli  məktubla  Zaqafqaziya  cəbhəsinin  Siyasi  İdarəsinə  bu  barədə 

müraciət etməsi  nəticəsində  vəziyyət  nizama  salınmışdı.

36 

Döyüşçülərin rus dilini 



bilməyinin  vacibliyi  nəzərə  alınaraq  90  saatlıq  proqram  işlənib  hazırlanmışdı. 

Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942-

ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi  iyulun 15-dək, Azərbaycan 

rayonlarında  isə  həmin  il  avqustun  1-dən  başlanmışdı.  Hərbi  mükəlləfiyyətlilərin 

məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150 

akademik-saat nəzərdə tutulurdu. 

Cəbhənin  respublika  sərhədlərinə  yaxınlaşması  ilə  əlaqədar  olaraq 

Zaqafqaziya  Cəbhəsi  Hərbi  Şurası  Bakı  ətrafında  müdafiə  mövqelərinin 

yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal 

istiqamətdə  10  müdafiə  tikintisi  təşkil  edildi.  Bu  iş  üçün  160  yük  maşını,  300 

qaynaq  aparatı,  55  traktor,  18  ekskavator,  8  səyyar  elektrik  stansiyası,  7 

kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.

37

 

Tankların  keçə  bilməməsi  üçün  16841  maneə  yaradıldı,  91  km  uzunluqda 



dərin  xəndəklər  qazıldı.  Atəş  nöqtələri  ilə  arxanı  birləşdirən  535  km  uzunluqda 

gizli  əlaqə  yolu  çəkildi.  1  milyon  800  min  kv.m  torpaq  işi  görüldü.

38

  Müdafiə 



xəttinin  tikintisində  kişilərlə  birlikdə  qadınlar  da  fəal  iştirak  edirdilər.  Tikintidə 

yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi.

39

 

Beləliklə,  Böyük  Vətən  müharibəsi  başlanan  andan,  respublikada  cəbhəyə 



xidmət,  arxada  qüvvələri  səfərbər  etmək  sahəsində  çoxlu  iş  görüldü.  Azərbaycan 

xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər. 

 

 



12 

 

 



§2. XALQ TƏSƏRRÜFATININ MÜHARĠBƏ TƏLƏBLƏRĠNƏ 

UYĞUN YENĠDƏN QURULMASI, CƏBHƏYƏ XĠDMƏT. 

BAKI - SOVET ORDUSUNUN ƏN MÜHÜM 

ARSENALLARINDAN BĠRĠ KĠMĠ 

 

Müharibə  xalq  təsərrüfatını  ciddi  imtahana  çəkdi.  Tezliklə  sənayeni  hərbi 



tələblərə  uyğun  yenidən  qurmaq,  birinci  növbədə,  ordunu  yüksək  keyfiyyətli 

yanacaqla,  hərbi  ləvazimatla  və  ərzaqla  təmin  etmək  tələb  olunurdu.  Azərbaycan 

Kommunist  Partiyasının  Mərkəzi  Komitəsində,  vilayət,  şəhər  və  rayon 

komitələrində neft hasilatı, neft emalı, neft maşınqayırması və elektrik stansiyaları, 

tikinti  və  tikinti  materialları,  yeyinti  sənayesi,  kənd  təsərrüfatı,  nəqliyyat,  şəhər 

təsərrüfatı və s. kimi sahələrə rəhbərlik edən yeni şöbələr yaradıldı.

40

 

Respublika  xalq  təsərrüfatının  minlərlə  işçisi  qızıl  ordu  sıralarına  səfərbər 



olunmuşdu. Təkcə 1941-ci  ildə  Azərbaycanın  neft  hasilatı və neft emalı  sənayesi 

müəssisələri fəhlələrinin  üçdə biri cəbhəyə getmişdi. Maşınqayırmada, dəmir yol, 

su  nəqliyyatında,  kolxoz  və  sovxozlarda  da  vəziyyət  belə  idi.  Mərkəzi  sənaye 

rayonlarından respublikaya

41

 material və avadanlıq gətirilməsi zəiflədi. Sonralar isə 



tamamilə  dayandırıldı.  Dövlət  Müdafiə  Komitəsinin  qərarı  ilə  1941-ci  ilin 

yayından etibarən, Azərbaycanın bəzi zavodlarının Şərqə köçürülməsinə başlandı. 

Xalq  təsərrüfatının  maddi-texniki  bazası  xeyli  zəifləmişdi.  1941-1942-ci 

illərdə  ordunun ehtiyacı üçün müəssisə  və  təşkilatlardan 5457 yük  maşını  və  672 

minik avtomobili, 476 traktor və 50 min at alınmışdı.

42

 



Xalq  təsərrüfatının  hərbi  istiqamətdə  uğurla  fəaliyyət  göstərməsi  üçün 

ehtiyatda olan iş qüvvəsinin istehsalata cəlb olunmasına başlandı, hökumət növbəti 

məzuniyyətləri  əvəzinə  pul  ödəməklə  ləğv  etdi,  iş  günü  uzadıldı,  qadınlar  və 

yeniyetmələr  istehsalata  gəldilər.  Respublikada  20  minə  qədər  əmək  veteranı  və 

əlil  istehsalata  qayıtdı.

43

  Xalq  təsərrüfatının  işçi  qüvvəsi  ilə  təmin  edilməsində 



qadınlar və yeniyetmələr mühüm rol oynadılar. Azərbaycan qadınları öz atalarını, 

ərlərini,  qardaşlarını  əvəz  edərək  mədənlərdə,  fabrik  və  zavodlarda  işləməyə 

başladılar.  1941-ci  il  iyulun  24-də  Əzizbəyovneft  mədənlərinə  50-dən  çox  evdar 

qadın  gəldi.  1941-ci  ilin  oktyabrında  yalnız  Bibiheybət  neft  mədənlərində  1800-

dən artıq qadın çalışırdı. 

1941-ci ilin yayında ictimai təşkilatların göndərişi ilə təkcə Bakının mədən 

və  zavodlarında  3500-dən  artıq  qız  işə  başlamışdı.  Bakının  neft  sənayesində 

işləməyə  13  mindən  çox  yeni  işçi  cəlb  edildi.

44 

Evdar  qadınların  istehsalata  cəlb 



olunmasına  cəbhəçi  arvadlarının  1942-ci  ilin  əvvəllərində  Bakıda  keçirilmiş 

yığıncağının  böyük  təsiri  oldu.  Səkkiz  ayda  16  min  cəbhəçi  arvadı  respublikanın 

sənaye müəssisələrində  işləməyə gəldi.  Onlardan  11  min nəfəri neft sənayesində 



13 

 

çalışmağa  başladı.



45

  Fabrik  və  zavodlarda  evdar  qadınlara  sənət  öyrətmək  üçün 

kurslar açıldı. 1942-ci ilin yayında neft sənayesində 25 minə qədər qadın işləyirdi. 

Dəmir  yol  nəqliyyatında  çalışanların  yarıdan  çoxunu  qadınlar  təşkil  edirdi. 

Yüzlərlə Azərbaycan qadını sovxoz və kolxozlarda fədakarlıqla çalışırdı.

46

 1941-ci 



ilin  yayı  və  payızında  kolxozların  əkin  sahələrində  5  mindən  artıq  qadın 

mexanizator  vəzifəsində  işləyirdi.  1941-1942-ci  illərdə  respublikada  olan  10  min 

mexanizatorun yarıdan çoxu qadın idi. 1942-ci ildə Azərbaycanda kənd təsərrüfatı 

üçün kütləvi peşə kadrları hazırlayan 17 məktəb fəaliyyət göstərirdi.

47

 

Müharibə illərində minlərlə oğlan və qız istehsalata gələrək, cəbhəyə getmiş 



ata  və  qardaşlarını  əvəz  etdi.  Fəhlə  kadrları  hazırlamaq  üçün  respublikada  28 

fabrik-zavod  məktəbi,  12  peşə  məktəbi,  2  dəmir  yol  məktəbi  fəaliyyət  göstərirdi. 

1941-ci ilin yayında və payızında peşə və fabrik-zavod məktəblərində təhsil almaq 

üçün  respublikanın  şəhər  və  kəndlərindən  10  min  yeniyetmə  cəlb  olunmuşdu.

48

 

Müəssisələrdə  ixtisas  kursları,  texniki  kurslar  və  dərnəklər,  qabaqcıl  təcrübə 



məktəbləri fəaliyyət göstərirdi. 

Neft sənayesinin maddi-texniki əsasını möhkəmləndirmək məqsədilə DMK 

və  Köçürmə  Sovetinin  qərarı  ilə  Bakıya  ölkənin  cənub  və  qərb  rayonlarından 

köçürülən  20  iri  müəssisənin  qurğuları,  o  cümlədən  250  dəzgah,  12  vaqon 

mayetökən cihaz,

49

 53 metalkəsən dəzgah, iki vaqon müxtəlif alətlər gətirilmişdi.



50

 

1942-ci  ilin  əvvəlində  Bakı  alətlər  zavodu,  "Qırmızı  proletariat"  və  Dzerjinski 



adına  zavodlar  ilk  məhsullarını  verdilər,  az  sonra  L.Şmidt  adına  maşınqayırma 

zavodunda  poladəritmə  sexi  işə  düşdü.  Beləliklə,  Azərbaycan  cəbhənin  hərbi 

sifarişlərini yerinə yetirməyə başladı. 

Cəbhə sifarişlərini yerinə yetirmək üçün zavodun əməkçiləri hər gün 18-20 

saat  işləyirdilər.  Silah  və  döyüş  sursatını  hər  zavodda  ayrılıqda  istehsal  etmək 

imkanı olmadığından, maşınqayırma zavodları müdafiə məhsullarının istehsalı üzrə 

kooperativlər yaradırdılar. L.Şmidt adına zavodun kollektivi əlaqədar müəssisələrlə 

birgə işləyərək, 40 gün üçün nəzərdə tutulmuş işi 16 gün ərzində yerinə yetirirdi.

51

 

Aviabombaların  istehsalına  başlayan  gəmi  təmiri  zavodu  planı  vaxtından  əvvəl 



ödəyirdi.  Avtomobil  təmiri  zavodunun  kollektivi  "M-13"  minomyotu  hissələrini, 

"PPŞ" avtomatlarını, tank hissələrini istehsal edirdi. 1942-ci ilin sonlarında Bakıda 

130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal olunurdu.

52

 



Gəncə  şəhərində  12  sənaye  müəssisəsi  müharibənin  tələbləri  əsasında 

yenidən qurulmuşdu və 26 adda hərbi məhsul istehsal edirdi.

53

 

Cəbhəni  vaxtında  və  yüksək  keyfiyyətli  yanacaqla  təmin  etmək  üçün  ən 



taleyüklü,  ciddi  vəzifəni  Azərbaycan  neftçiləri  böyük  əzmkarlıqla,  şərəflə  yerinə 

yetirirdilər.  Ölkənin  qərb  neft  rayonları  işğal  olunmuşdu.  Şimali  Qafqaz  neft 

rayonları  böyük  təhlükə  qarşısında  qalmışdı.  Bakı  nefti  qızıl  ordunun  ən  etibarlı 

dayağı  idi.  Ümumdövlət  səviyyəsində  daim  diqqət  mərkəzində  olan  ölkədə  hasil 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə