TarġXĠ 1941-2002-ci illər yeddġ CĠlddə



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə69/219
tarix30.09.2017
ölçüsü5,12 Mb.
#2502
1   ...   65   66   67   68   69   70   71   72   ...   219

146 

 

professional teatrının yüz illiyi təntənə ilə qeyd olunmuşdu. Azərbaycan tarixinə və 



Azərbaycan dilinə aid qiymətli araşdırmalara  yüksək dövlət mükafatları verilməsi 

ziyalıları  bu  sahələrdə  fəaliyyətlərini  genişləndirməyə  ruhlandırırdı.  1977-ci  ildə 

Nizami  irsinin  yenidən  öyrənilməsi  haqqında  qərar  qəbul  olundu,  bu  sahədə 

səmərəli  işlər  görüldü.  Bir  zamanlar  "pantürkist"  kimi  damğalanmış  Hüseyn 

Cavidin  cəsədinin  qalıqları  1982-ci  ildə  İrkutsk  vilayətindən

 

gətirilib  Naxçıvanda 



torpağa  tapşırıldı.

19

  Cənubi  Azərbaycanla  birlik,  həsrət  hisslərinin  ədəbi  ifadəsinə 



geniş  imkanlar  açıldı.  1979-cu  ildə  Azərbaycan  Yazıçılar  İttifaqının  Cənubi 

Azərbaycan  üzrə  katibi  seçildi.

20

  Heydər  Əliyev  faşizmə  qarşı  mübarizədə 



Azərbaycan  xalqının  oynadığı  rolun  düzgün  qiymətləndirilməsinə  çalışırdı.  O, 

Mehdi  Hüseynzadənin  Avropanın  böyük  antifaşist  hərəkatında  qəhrəmanlığının 

təbliğinin,  haqqında  əsərlər,  kinofilm  çəkilməsinin,  ona  heykəllər  qoyulmasının 

təşəbbüsçüsü olmuşdu. 

70-ci  illərdə  onun  təşəbbüsü  ilə  Taqanroqda  416-cı  Azərbaycan 

diviziyasının  böyük  qələbəsinə  möhtəşəm  xatirə  ansamblı,  Sevastopolda 

Sapundağda  77-ci  Azərbaycan  diviziyasının  şərəfinə  böyük  abidə  ucaldılmışdı. 

Heydər Əliyev Bakı neftinin İkinci dünya müharibəsində faşizm üzərində qələbədə 

oynadığı ümumdünya  tarixi əhəmiyyətli rolunun SSRİ rəhbərləri tərəfindən etiraf 

edilməsinə nail oldu. 1978-ci ildə Bakı Lenin ordeni ilə təltif edildi.

21

 

Heydər  Əliyevin  təşəbbüsü  ilə  partiya  və  dövlət  orqanlarının,  ictimai 



təşkilatların,  ziyalıların  respublikanın  milli  kadr  potensialının  möhkəmlənməsinə 

diqqəti artdı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına 

göndərildi. Milli hərbi kadrlar hazırlanmasına böyük qayğı göstərildi. 1971-ci ildə 

respublika orta hərbi internat məktəbi təşkil edildi. 70-80-ci illərdə SSRİ-nin hərbi 

məktəblərində  müxtəlif  hərbi  ixtisaslar  üzrə  2000-dən  çox  azərbaycanlı  zabit 

hazırlandı.

22

 

Heydər  Əliyevin  məqsədyönlü  siyasi  fəaliyyəti  nəticəsində  Azərbaycanda 



milli özünüdərk prosesi xeyli güclənmişdi. Yaradıcı ziyalılar üçün sərbəst düşüncə 

və iş şəraiti yaradılmışdı.

23

 

"Gəncə" sözü yasaq edildiyi vaxt "Yeni Gəncə" rayonu yaradılmışdı.



24

 Bakı 


rayonlarına  "Nizami" və  "Nəsimi" adları verildi.  Rayonlara  Naxçıvanda  "Babək", 

Yuxarı  Qarabağda  "Əsgəran"  adlarının  verilməsi,  Naxçıvan  MSSR-də  Sədərək 

qəsəbəsinin  salınması  bu  yerlərin  əzəli  Azərbaycan  torpaqları  olduğunu  bir  daha 

təsdiqləyirdi.  Heydər  Əliyev  ilk  dəfə  "İran  Azərbaycanı"  kimi  məqsədli  təhrifi 

"Cənubi Azərbaycan" kimi obyektiv terminlə əvəz etdi. 

Naxçıvan  MSSR  və  DQMV-nin  iqtisadi  və  mədəni  tərəqqisinə  diqqət 

artırılmışdı. Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərin 

tarixi  abidələrinin  bərpa  olunmasına,  yeni  binaların  tikilməsinə  başlanıldı.  1980-

1981-ci  illərdə  Molla  Pənah  Vaqifin  qəbri  üzərində  böyük  məqbərə  ucaldıldı.

26

 




147 

 

Üzeyir  Hacıbəyovun,    Bülbülün  ev  -  muzeyləri  açıldı.  Natəvanın  heykəli 



qoyuldu.

27 


Şəhərdə  böyük  mehmanxana,  çoxmərtəbəli  yaşayış  binaları,  inzibati 

binalar  tikildi.  Şuşa  Ümumittifaq  səviyyəli  kurort  şəhərinə  çevrildi.  Dağlıq 

Qarabağda  əhalinin  təminatı  həmişə  Azərbaycan  SSR  üzrə  orta  göstəricilərdən 

yüksək olurdu, 1973-cü ildə Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı 

əsasında  Pedaqoji  İnstitut  açıldı.  1979-cu  ildə  Ağdamdan  buraya  dəmir  yolu 

çəkildi.


28

  Heydər  Əliyevin  ağıllı  və  uzaqgörən  siyasəti  sayəsində  partiya,  sovet 

orqanları,  ictimai  təşkilatlar  öz  işini  elə  qurmuşdu  ki,  erməni  separatçıları  açıq 

çıxışlardan  çəkinirdilər.  1977-ci  ildə  Dağlıq  Qarabağ  məsələsi  növbəti  dəfə 

qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdı.

29

 



Heydər  Əliyev  erməni  millətçilərinin  niyyətini  yaxşı  dərk  edir,  sərhəd 

rayonlarının  iqtisadi  və  sosial-mədəni  inkişafına  böyük  əhəmiyyət  verir,  qayğı 

göstərirdi.  70-ci  illərdə  mərkəz  ermənilərin  təhriki  ilə  Kəlbəcər  rayonunun 

perspektivsizliyi,  buradan  əhalinin  köçürülməsi,  torpaqların  isə  yaylaq  kimi 

respublikalar  arasında  bölüşdürülməsi  haqqında  məsələ  qaldırdı.  Buna  qarşı 

H.Əliyev 1977-ci ildən bu rayonun potensial imkanlarını genişləndirmək tədbirləri 

hazırlanmasına  və  həyata  keçirilməsinə  nail  oldu.  İqtisadiyyat  xeyli  dirçəldi. 

Mərkəzin, erməni millətçilərinin niyyətləri alt-üst oldu.

30 

 

Respublikada  qadın  şuraları,  küçə,  məhəllə,  məktəb  valideyn  komitələri, 



əmək  veteranları  şuraları,  könüllü  xalq  drujinaları  və  b.  kütləvi  özfəaliyyət 

təşkilatları səmərəli fəaliyyət göstərirdi. 

4 minə qədər yoldaşlıq məhkəməsi, 25 mindən artıq nəzarət qrupu movcud 

idi.


31

 

Respublikanın ictimai-siyasi həyatında dövlət bayramlarının, tarixi günlərin, 



rayonlarda  məhsul  bayramlarının  qeyd  edilməsi,  əldə  edilmiş  müvəffəqiyyətlərlə 

bağlı  təltiflərin  verilməsi,  habelə  SSRİ  partiya  və  dövlət  başçısı  L.İ.Brejnevin 

Bakıya  gəlməsi  (1970,1978  və  1982-ci  illərdə),  Azərbaycanda  müttəfiq 

respublikaların  mədəniyyət,  ədəbiyyat  və  incəsənət  günlərinin,  festivalların, 

beynəlxalq konfransların və s. keçirilməsi ilə əlaqədar təşkil olunan tədbirlər daha 

zəngin, canlı və maraqla həyata keçirilirdi. 

Azərbaycanda  siyasi  həyatın  sürətlə  inkişafı,  partiyanın  qanunverici 

hakimiyyət  orqanının,  yerli  sovetlərin,  ictimai-siyasi  təşkilatların,  yaradıcılıq 

ittifaqlarının  işindəki  mühüm  irəliləmələr  Heydər  Əliyevin  şəxsiyyəti,  onun 

çoxcəhətli idarəçilik istedadı, siyasi- dövlətçilik fəaliyyəti ilə sıx bağlı idi. Bununla 

əlaqədar o, 1982-ci ilin dekabrında Moskvaya yüksək dövlət və partiya vəzifələrinə 

dəvət  olundu.  Sov.İKP  MK  Siyasi  Bürosuna  üzv  seçildi,  SSRİ  Nazirlər  Soveti 

sədrinin birinci müavini təyin edildi.

32

 



H.Əliyev bu vəzifələrdən də xalqın naminə səmərəli istifadə edirdi. 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə