TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3.9 Mb.
səhifə1/186
tarix25.06.2018
ölçüsü3.9 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   186


 

AZƏRBAYCAN   MİLLİ   ELMLƏR   AKADEMİYASI 



 

A.BAKIXANOV   ADINA   TARİX   İNSTİTUTU 

 

 

AZƏRBAYCAN 



 

TARĠXĠ 

 

ən qədimdən 



bizim eranın III əsri 

 

 



YEDDĠ    CĠLDDƏ 

I CĠLD 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                   BAKI – 2007 

 



 

Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) 



nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 

 

 



 

Məsul redaktor: 



Iqrar Əliyev 

                                                Akademik 

 

 

 



 

ISBN 978-9952-448-36-8 

 

947. 5402-dc22  

Tarix – Azərbaycan 

 

Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). 

 Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illüstrasiya. 

 

Azərbaycan  dünyanın  ən  qədim  insan  məskənlərinden  və  sivilizasiya 



mərkəzlərindən  biridir.  Yeddicildlik  "Azərbaycan  tarixi"nin  I  cildi  Azərbaycan 

tarixinin  ən  qədim  zamanlardan  başlayaraq  eramızın  III  əsrinin  birinci  rübü  ilə  başa 

çatan böyük bir dövrünü əhatə edir. 

Kitabda arxeoloji mənbələr və yazılı abidələr əsasında ölkəmizdə ibtidai insan 

cəmiyyətinin  mərhələləri,  mənəvi  həyatı,  onun  dağılması,  ilkin  sinifli  cəmiyyətin  və 

dövlətlərin meydana gəlməsi, onların taleyi, şəhər həyatı, mədəniyyəti, xalqın yadelli 

işğalçılarla mübarizəsi, etnik məsələlər və s. açıqlanır. 

 

"Elm" nəşriyyatı, 2007 




 

ĠNSTĠTUTDAN 

 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun kollektivi ötən əsrin 



70-ci  illərindən  başlayaraq  Elmlər  Akademiyası  Rəyasət  Heyətinin  təsdiq  etdiyi  Baş 

Redaksiya  Şurasının  rəhbərliyi  altında  yeddicildlik  "Azərbaycan  tarixi"  üzərində 

işləməyə başladı. Artıq 1990-cı ildə iki cildi istisna olmaqla, bütün cildlərin yazılması 

başa çatdırılmış, I, IV, V və VI cildlər Baş Redaksiya Şurası tərəfindən nəşr olunmağa 

tövsiyə  edilmişdi.  Lakin  bu  cildlər  öz  dövrünün  siyasi  konyunkturasından  azad 

deyildi.  Azərbaycan  tarixinin  bir  sıra  dövr  və  aspektləri  hakim  ideologiyanın  təsiri 

altında  birtərəfli  işıqlandırılır,  faktlar  və  hadisələr  siyasiləşdirilir,  bir  sıra  görkəmli 

tarixi şəxsiyyətlərin fəaliyyəti təhrif edilir, ya da tamamilə unudulurdu. 

Tarixçi  alimlər  özlərinin  professional  səviyyəsini  saxlamaqla  Azərbaycan 

tarixinin obyektiv, həqiqi mənzərəsini bərpa etməlidirlər. Azərbaycan tarixinin müasir 

tələblər  səviyyəsində  akademik  nəşrini  hazırlamaq  üçün  sənəd  və  mənbələrin 

araşdırılması,  eləcə  də  zəngin  çoxcəhətli  faktik  materialların  tam  dərk  edilməsi 

sahəsində böyük işlər görülməlidir. 

Geniş ictimaiyyətin tarixi biliklərə, xüsusilə Ana vətənin tarixinə daim artmaqda 

olan  marağını  nəzərə  alaraq,  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  1997-ci  il 

sentyabr  ayının  24-də  çoxcildli  "Azərbaycan  tarixi"nin  hazırlanıb  nəşr  edilməsini 

qərara aldı. 

Oxuculara 

təqdim 

edilən, 


əhəmiyyətli  dərəcədə  yenidən  işlənib 

təkmilləşdirilmiş bu nəşr tarixçi alimlərimizin həmin qərara cavabıdır. 

Biz  əminik  ki,  oxucu  kütləsinin  mühakiməsinə  verilən  bu  kitabların 

"Azərbaycan tarixi"nin çoxcildli akademik nəşri üçün böyük faydası olacaqdır. 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Tarix  İnstitutunun  rəhbərliyi,  müəllif 

kollektivi oxucuların qeyd, təklif və arzularını minnətdarlıqla qəbul edəcəkdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 


 

G Ġ R Ġ ġ  

 

Azərbaycan  yer  üzünün  ən  qədim  mədəniyyət  mərkəzlərindən  biridir.  Onun 



ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. 

Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir.  

Maddi  abidələrin  öyrənilməsi  ilə  arxeologiya  məşğul  olur.  Torpaq  özündə  bu 

abidələrin tükənməz "arxivi"ni - əmək alətləri, məişət və bəzək əşyaları, silah, məskən 

qalıqları,  qəbirlər,  qədim  mədən  və  metaləritmə  yerləri,  həmçinin  başqa  şeylər 

saxlayır.  

Ona  görə  də  ayrı-ayrı  elmlərin  qovuşuğunda  dayanan  arxeologiyanın 

əhəmiyyəti  son  dərəcə  böyükdür.  Müxtəlif  elmlərin  nümayəndələri,  ilk  növbədə, 

arxeoloq,  tarixçi  və  filoloq,  fizik  və  kimyaçı,  etnoqraf  və  antropoloq,  geoloq  və 

paleontoloq,  botanik,  zooloq  və  başqaları  öz  biliklərini  "arxeologiya  mehrabı"na 

gətirirlər.  

Axtarış  zamanı  aşkara  çıxarılan  arxeoloji  abidələr qədim  dövrlərdən  başlamış 

son  orta  əsrlərədək  Azərbaycan  tarixini  daha  əsaslı  şəkildə  və  daha  dərindən 

işıqlandırmaq  imkanı  verir.  Şübhə  yoxdur  ki,  azərbaycanşünaslığın  bir  çox  mühüm 

problemlərinin həlli birbaş arxeoloji axtarışlarla bağlıdır. 

Arxeologiya  təkcə  öyrənilən  ölkənin  ilk  sakinlərinin  maddi  və  mənəvi 

mədəniyyət  səviyyəsi  haqqında  mühakimə  yürütməyə  deyil,  həm  də  məhsuldar 

qüvvələr  tarixi,  sinfi  cəmiyyətin  yaranması  və  inkişafı,  miqrasiya,  etnogenez  və  bir 

çox başqa problemlərlə bağlı  olan mühüm məsələlərin bu və ya digər dərəcədə həll 

olunmasına imkan verir. 

Arxeologiya 

diyar 


tarixinin 

məkan 


üfüqlərini,  onun  çərçivələrini 

genişləndirmiş,  bizim  nəsil  şəcərəmizin  minilliklərin  dərinliklərinə  gedən  köklərini 

izləməyə imkan vermişdir.  

Lakin  təkcə  arxeologiyanın  köməyi  ilə  sosioloji  nəticələr  çıxarmaq,  yazılı 

qaynaqlar  olmayan  dövrlərin,  o  cümlədən  ibtidai  icma  cəmiyyətinin,  necə  deyərlər, 

canlı tarixini vermək, xüsusən də ibtidai icma dövründə sosial münasibətlərin, insanın 

mənəvi  aləminin  mənzərəsinin  yaratmaq  və  s.  qeyri-mümkündür.  Maddi  abidələri 

"canlandırmaq",  onları  izah  etmək  üçün  əlavə  məlumatlar,  ilk  növbədə,  primatoloji 

müşahidələr,  paleoantropoloji  tədqiqatlar  və  əlbəttə  ki,  etnoqrafik  materialların  cəlb 

olunması zəruridir. 

Arxeoloji  materiallar,  şübhəsiz  ki,  etnoqrafik  şərh  tələb  edir,  əks  halda 

bölgənin ibtidai icma cəmiyyəti tarixinin dolğun mənzərəsini bərpa etmək çətindir. 

Bizə məlum olan antropoloji material çox az olsa da, onun böyük  əhəmiyyəti 

var. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   186


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə