TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə103/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   99   100   101   102   103   104   105   106   ...   186

223 

 

Antik dövrdə Cənubi Azərbaycanda yerli etnik elementlərlə yanaşı, irandillilər 



də  yaşayırdılar.  Onların  arasında  saqartalılar  (əvvəlki  zikertulular),  Atropatın 

dövründə sakesinlər adı altında məlum olmuş ortokoribantlar daha mühümləri idilər. 

(A)mardların və b. da adlarını çəkmək lazımdır. 

Atropatenanın,  Atropatın  və  Atropatilərin  xeyli  dərəcədə  qüdrət  mənbəyi 

olmuş çox böyük və güclü tayfa qruplarından biri kadusilər idi. Onlar haqqında daha 

erkən məlumatlar Ktesidə və Ksenofontda vardır. 

Kadusilər  Kaspi  dənizinin  cənub-qərb  qismindən  başlanmış  Matiana 

torpaqlarınadək  olan  kifayət  dərəcədə  geniş  ərazidə  yaşayırdılar.  Antik  müəlliflər 

kadusilərin qonşularl kimi  madalıları,  matianalıları, albanları, karduxları, anariakları, 

kaspiləri,  (a)mardları,  sakları,  tapürləri,  hirkanları  və  b.  xatırladırlar.  Görünür, 

kadusplər XI satraplığın xalqları sırasına daxil idilər. 

Cəngavər  dağ  tayfası  olan  kadusilər  öz  müstəqilliklərini  yalnız  Mada 

monarxiyası  dövründə  deyil,  Əhəmənilər  hakimiyyəti  zamanında  da  mühafizə  edə 

bilmişdilər.  Düzdür,  Ktesi  iddia  edir  ki,  onlar  Kirə  tabe  olmuşdular.  Lakin  sonralar, 

hətta  III  Daranın  zamanında  kadusilərin  fars  hökmdarının  təbəələri  deyil,  Mada 

satrapı  Atropatın  müttəfiqləri  hesab  olunduqları  üçün  Ktesinin  dediyinə  inanmaq 

çətindir. 

Mada  tayfalarından  biri,  "Midiya  xalqının  dini  fikrinin  daşıyıcıları" 

(V.V.Struvenin  ifadəsidir)  olan  maqlar  Atropatenanın  etnik  tərkibində  mühüm  yer 

tuturdular. Maq kahinlər - Od ayininin xidmətçiləri, zərdüştilik təliminin təbliğatçıları 

və  qədim  ənənələrin,  Avesta  kitablarının  mühafizəçiləri  idilər.  Maqlar  Madanın 

sonralar isə Atropatenanın mənəvi, mədəni, habelə siyasi və iqtisadi həyatında böyük 

rol oynamışlar. 

Yuxarıda deyildiyi kimi, yerli tayfalarda müstəqil dövlətin mövcudluğuna son 

qoymuş  madalılar  tərəfindən  Mannanın  işğalı  diyarın  etnik  taleyində  həlledici  rol 

oynamışdır. 

Mada  işğalı  zamanından  etibarən  diyarın  etnik-dil  mənzərəsi  kəskin  surətdə 

dəyişməyə başladı. Araz çayından cənubda yerləşmiş torpaqların əhalisinin ictimai və 

mədəni  səviyyəsinin  ümumi  yüksəlişi  Cənubi  Azərbaycanın  bütün  əhalisi  üçün 

anlaşıqlı olan dilin zəruriliyini tələb edirdi. Lakin həmin dövrdə bu ərazidə bu cür dil 

yox  idi,  müxtəlif  dillər  mövcud  idi  və  həmin  dillərin  daşıyıcıları  bir-birini 

anlamırdılar. Yalnız  Manna  ərazisinin bir qismi istisnalıq  təşkil edirdi.  Burada  etnik 

konsolidasiyasının  əlamətləri  nəzərə  çarpır  və  güman  ki,  hamı  üçün  müəyyən  qədər 

anlaşılan ümumi dil yaranırdı. Lakin Manna dövlətinin süqutu bu prosesi dayandırdı.  

Qeyd  etmək  lazımdır  ki,  intensiv  surətdə  baş  vermiş  assimilyasiya    prosesləri  

nəticəsində    artıq    Əhəmənilər    hakimiyyətinə  qədərki  zamanda  Manna  tayfaları 

tədricən  madalılarla  qaynayıb  qarışmağa  başlamışdılar.  "Manna"  xoroniminin  və 

"mannalılar‖  etnoniminin  itməsi  Manna  əhalisinin  etnik  simasını  itirməsindən  xəbər 




224 

 

verir. Manna sonuncu dəfə e.ə. VI əsrin əvvəlində yad edilmişdir. Artıq antik dövrdə 



"mannalıların",  belə  demək  mümkünsə,  izi  də  qalmamışdı.  Buna  görə,  də  heç  də 

təəccüblü  deyildir  ki,  nə  I  Dara,  nə  də  Herodot  nə  Mannanı,  nə  də  mannalıları 

tanımırdılar. Mannalıları artıq "madalılar" adlandırırdılar. 

Madalıların  işğalı,  Cənubi  Azərbaycan  torpaqlarının  uzun  müddət  ərzində 

Mada  dövlətinin,  sonra  isə  Mada  satraplığının  tərkibində  olması,  hələ  Əhəməni 

hakimiyyətinə  qədərki  dövrdə  burada  Mada  etnik  elementlərinin  geniş  surətdə 

məskunlaşması  sayəsində  bu  ərazidə  tədricən  yeni  etnik  birliyin  əsasları  təşəkkül 

tapmağa  başladı.  Bu  etnik  birliyi  Mada-Atropatena  xalqı  adlandırmaq  olar. 

Mənbələrdə onlar madalı, atropatenalı adlanırdılar. 

Gəlmə  tayfalar  aborigenlərin  nəinki    maddi    mədəniyyətini,  təsərrüfat 

nailiyyətlərini,  habelə  müəyyən  dərəcədə  onların  antropoloji  tiplərini  də  əxz  etdilər. 

Cənubi  Azərbaycan  ərazisində  təşəkkül  tapmaqda  olan  xalq  mahiyyətcə  öz  dillərini 

itirmiş,  gəlmələrlə  qaynayıb-qarışmış  avtoxton  əhali  qruplarının  nəsillərindən  ibarət 

idi. Etno-mədəni simbioz baş verirdi. 

Mada  işğalından  sonra  Manna  xarici  aləm  tərəfindən  Madanın  tərkib  hissəsi, 

"Kiçik Mada" kimi qəbul edilirdi. Mada-Atropatena (At

a

/



rpatakan, Atropat Madası, 

Kiçik  Mada,  Atropatiya,  Atropatena)  onu  əhatə  edən  xalqların  təsəvvüründə  Böyük 

Madanın  bir  qismi,  ölkənin  əhalisi  isə  madalılar  kimi  qavranılırdı.  Mənbələrin 

əksəriyyətində  Atropatena  Madanın  bir  qismi  hesab  olunur.  Məsələn,  Strabon  kimi 

məlumatlı bir müəllif Atropatenanı sadəcə olaraq "Midiya" adlandırır. Tatsit də ölkəni 

bu cür adlandırırdı. Görünür, "Mada" ölkənin rəsmi adı idi. Xeyli sonralar da həmin 

diyarı bu cür adlandırırdılar. I Daranın yazısında, antik müəlliflərdə (Strabon, Plini və 

bir  çox  başqaları)  və  digər  mənbələrdə  Cənubi  Azərbaycanın  əhalisi  "madalılar" 

adlandırılırdılar. 

Madalılar aborigenlərlə qaynayıb-qarışarkən diyarın etnik görkəmini dəyişərək 

onların ictimai və mədəni həyatına özlərinin bir çox cəhətlərini bəxş edirdilər. Onlar 

işğal  etdikləri  ölkədə  bir  növ  kök  salırdılar.  Bu  ərazi  tədricən  onların  yeni  vətəninə 

çevrilirdi. 

"Mada"  və  "Atropatena",  habelə  "madalı"  və  "atropatenalı"  istilahları  əsrlər 

boyu çox zaman bir-birini əvəz edən istilahlar kimi işlənmişdir. Bu, erkən orta əsrlər 

dövründə  bir  sıra  mənbələrdə  daha  əyani  surətdə  izlənilir.  Bu  baxımdan  məşhur 

Rüstəmin  nümunəsi  xüsusilə  maraqlıdır.  VII  əsrin  erməni  müəllifi  Sebeos  Rüstəmi 

gah  Asxarh  maraö-ın  (madalılar  ölkəsinin)  sərkərdəsi,  gah  da  Atrpatkanın 

(Atropatenanın) knyazı adlandırır. Əl-Məsudidə ərəblərlə döyüşdə həlak olmuş həmin 

Rüstəm  "əl-azəri",  yəni  ―azəri"  adlandırılır,  bu  isə  son  nəticədə  elə  "azərbaycanlı" 

deməkdir.  Antik  dövrün  Mada-Atropatena  dilinin  yazılı  abidələri  indiyədək  aşkar 

olunmasa  da,  biz  tam  əsasla  iddia  edə  bilərik  ki,  Atropotenanın  orta  Mada  dili, 

şübhəsiz, geniş yayılmış, zəngin yazı ənənəsinə malik olmuş İran dillərindən biri idi. 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə