TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə106/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   102   103   104   105   106   107   108   109   ...   186

229 

 

Albion  sahillərinə  anqlosaksların  çıxmasından,  fransızlar  Qalliyanın  romanlaşması 



zamanından  başlamırlar;  Misir  ərəbləri  heç  də  o  fikirdə  deyildirlər  ki,  onların  tarixi 

ərəb    süvarilərinin  ölkə  sərhədlərinə  daxil  olduğu  gündən  başlanır;  nə  ispanlar,  nə 

türklər, nə farslar, nə də başqaları yaşadıqları ərazinin ən qədim sakinlərinin - onlarla 

qaynayıb-qarışmış,  onların  içərisində  "ərimiş"  aborigenlərin  tarixindən  imtina 

etmirlər. 

Vətənimizin  torpağında  yaşamış  bütün  tayfa  və  xalqlar  bizi  maraqlandıran 

ərazidə  baş  vermiş  etnik  proseslərdə  özəl,  həm  də  mühüm  rol  oynamışlar.  Onların 

hamısı  müxtəlif  dövrlərdə  burada  təşəkkül  tapmış  etnik  birliklərdə,  son  nəticədə  isə 

eramızdan  əvvəlki  son  yüzilliklərdə  meydana  gəlmiş  etnik  birlikdə  qovuşmuşdur. 

Həmin etnik birliyin təşəkkülündə həlledici rol madalılara məxsus idi. 

Böyük  dövr  ərzində  -  Cənubi  Azərbaycanın  madalılar  tərəfindən  işğalı 

zamanından  etibarən  -  diyarın  tarixi  madalıların  (artıq  diyarın  aborigenləri  ilə 

qaynayıb-qarışmış)  yeni  şəraitdəki  tarixidir,  Yeni  Mada  dövlətinin  (300  ildən  artıq) 

tarixidir və s. 

Biz  məhz  buna  görə  tam  əsasla  Azərbaycan  xalqının  əcdadları  sırasında 

diyarın yalnız ən qədim sakinlərinin deyil, habelə gəlmə irandilli madalıların adını da 

çəkirik.  Madalıların  bu  torpağa  gəlişinə  qədərki  tarix  də  müəyyən  dərəcədə  bizim 

tariximiz,  xalqımızın  tarixidir.  Hazırda  türk  dillərindən  birində  danışan 

azərbaycanlılar madalılar vasitəsilə Hind-İran, daha geniş miqyasda isə, Hind-Avropa 

aləminə  bağlanır,  iranlılarla,  hindlilərlə,  germanlarla,  slavyanlarla  və  başqa  xalqlarla 

qohumluğa yetirlər. Azərbaycanlılar məhz madalılar vasitəsilə İran mədəniyyətinin də 

varislərinə  çevrilir,  irandilli  xalqlarla  birgə  bu  zəngin  aləmə,  eposa,  "Avesta"ya, 

zərdüştilik  təliminə  və  bir  çox  digər  tarixi-mədəni  dəyərlərə  sahiblik  hüququ 

qazanırlar. 



Təsərrüfat  həyatı.  Atropatenanın  təsərrüfat  həyatı  mürəkkəb  xarakterli  idi. 

Ölkədə  bir  neçə  şəhər,  bir  sıra  böyük  və  kiçik  məskənlər  vardı.  Atropatenanın 

şəhərləri  əkinçiliyi,  maldarlığı və  sənətkarlığı sahmanla aparan təsərrüfat  mərkəzləri 

idi. Strabon fiziki coğrafiyanın xüsusiyyətləri üzərində dayanaraq göstərir ki, əsasən 

Böyük  Mada  və  şimal  vilayətləri  Matianaya  və  Ermənistana  qədər  uca  dağlarla 

örtülüdür  və  soyuq  ölkələr  sırasına  aiddir.  Əsərin  bir  parçasına  əsasən  Mada  son 

dərəcə münbitdir, onun dağlıq şimal hissəsi isə öz yoxsulluğu ilə fərqlənir. 

Daha  sonralar  yaşayıb-yaratmış  müəlliflərin  məlumatlarında  Atropatenanın 

münbit  torpaqlarından  bəhs  olunur.  Belə  ki,  dağ  yamaclarında  torpaq  bərəkətli, 

münbit və ən məhsuldardır, çaylar və bulaqlarla zəngindir. 

Qədim  müəlliflər  həmin  ərazidə  yetişdirilən  mədəni  bitkilər  haqqında  xeyli 

məlumat qoyub getmişlər. Məsələn, Strabon bildirir ki, burada üzüm və əncir, habelə 

buğda  bitir.  Strabonun  verdiyi  məlumat  daha  sonralar  yaşayıb-yaratmış  müəlliflər 



230 

 

tərəfindən də təkrar edilir. Qaynaqlar Atropatenada arı balının olmasından danışmağa 



imkan verir. 

Qədim müəlliflər Atropatena ərazisində taxıl əkilməsindən bəhs edirlər. Antik 

ədəbiyyatda  münbit  məbəd torpaqları haqqında  məlumat vardır. İçkilər hazırlanması 

haqqında verilən məlumat da çox maraqlıdır. Məsələn, Strabon yazır ki, yerli sakinlər 

"bəzi bitkilərin köklərindən şərab çəkirlər". Belə bir məlumat da maraqlıdır ki, Mada 

sakinləri  "meyvələrlə  qidalanır,  qurudulmuş  və  döyülmüş  almadan  kökə,  qovrulmuş 

badamdan çörək bişirirlər". Madada nəinki buğda, alma və badam yetişdirir, həm də 

döyülmüş  meyvədən  un  hazırlayırdılar.  Strabon  Madada  zeytun  olduğunu  da  qeyd 

edir. 

Strabon "atlar üçün ən yaxşı yem" olan yoncadan bəhs edir. Antik müəllif bu 



otu  "Midiya  otu"  adlandırır,  çünki  "o,  Midiyada  çox  bitir".  Antik  müəllifin 

məlumatına  əsasən,  Mada  torpağında  silfi  də  yetişir,  ondan  Mada  şirəsi  deyilən  şirə 

çəkilir,  bu  şirəni  uzun  müddət  saxlamaq  mümkündür.  Antik  müəllif  Mada  şirəsini 

tərifləyir,  onu  Kirena  şirəsi  ilə  müqayisə  edərək  Mada  silfisinin  xüsusiyyətlərini 

araşdırmağa  çalışır.  Məlumdur  ki,  silfi  və  ya  gecəotu  yabanı  yerköküdür.  Qədimdə 

silfinin və ya gecəotunun şirəsindən ədviyyat və dərman kimi də istifadə edirdilər. 

Yerli  əhali  hələ  o  vaxtlarda  kənd  təsərrüfatı  zərərvericilərinə  qarşı  mübarizə 

aparırdı. Kaspiananı nəzərdə tutaraq Elian qeyd edir ki, burada saysız-hesabsız siçan 

olur. Onlar çayları üzüb keçir, zəmilərə daraşıb əkinləri tələf edirlər. 

Atropatenada  maldarlıq  da  inkişaf  etmişdi.  Atçılıq  təsərrüfat  həyatında 

müəyyən yer tuturdu. Hələ Polibi qeyd edirdi ki, Atropatenada "atçılıqda üstün olan" 

bir  xalq  yaşayır.  Antik  coğrafiyaçı  Strabon  Apollonidə  istinad  edərək  yazır  ki, 

atropatenalıların  on  min  süvarisi  var  idi,  on  min  süvari  isə  Atropatenanın  çoxsaylı 

ilxılarından  alınmış  10000  döyüş  atı  deməkdir.  Güman  ki,  Atropatenada,  Parfiyada 

olduğu  kimi,  ölkənin  həm  hərbi,  həm  də  təsərrüfat  ehtiyaclarını  ödəyən  atçılıq 

təsərrüfatları varmış. 

Heyvandarlıq haqqında başqa məlumatlar da vardır. Elian yazır ki, Kaspianada 

dəvə olduqca çoxdur,  ən iri dəvələr ən böyük at boydadırlar və gözəl  yunları vardır: 

onların  yunu  çox  zərifdir,  belə  ki,  yumşaqlığına  görə  hətta  Milet  yunundan  da  geri 

qalmır.  Maldarlıq  təsərrüfatı  çoxlu  ev  heyvanlarının  olması  ilə  fərqlənirdi.  Eliana 

görə,  "kaspilərin  keçiləri  ağappaqdır,  buynuzsuzdur,  alçaq  boyludur  və  burunları 

enlidir".  Yenə  həmin  müəllif  Makedoniyalı  Aleksandr  ordusunda  xidmət  edən 

Amintaya istinad edərək məlumat verir ki, "kaspilər ölkəsində çoxlu öküz naxırları və 

at ilxıları vardır". 

Ölkədə  balıqçılıqla  da  məşğul  olurdular.  Qədim  müəllifin  dediyinə  görə, 

"Kaspi ölkəsində çox böyük bir göl vardır və o göldə şişburun adlanan balıqlar yetişir. 

Onların uzunluğu hətta səkkiz qulaca çatır". 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə