TarġXĠ ən qədimdən bizim eranın III əsri yeddġ CĠlddə



Yüklə 3,9 Mb.
səhifə107/186
tarix25.06.2018
ölçüsü3,9 Mb.
#51691
1   ...   103   104   105   106   107   108   109   110   ...   186

231 

 

Ehtimal  ki,  burada  nərə  balığı  nəzərdə  tutulur.  Elian  sözünə  davam  edərək 



daha  sonra  yazır:  "Kaspilər  onları  tutur,  duzlayır  və  qurudurlar,  (sonra)  dəvələrə 

yükləyib  Ekbatanaya  aparırlar.  Bu  balıqların  piyindən  məlhəm  hazırlayırlar,  duzlu 

balığı  (kaspilər)  satırlar,  çox  qatı,  lakin  üfunətli  olmayan  balıq  yağını    dərilərinə 

sürtürlər,  balıqların  içalatını  çıxarır,  bişirir  və  işlətmək  üçün  çox  əlverişli  olan 

yapışqan  düzəldirlər:  bu  yapışqan  hər  şeyi  elə  bərk  yapışdırır  ki,  hətta  on  gün  suda 

saxlanılsa  belə,  nə  boşalır,  nə  də  qopur.  Hətta  fil  sümüyündən  əşyalar  hazırlayan 

ustalar da  bu  yapışqandan işlədir və  çox  gözəl  əşyalar qayırırlar". Balıqlara  vurmaq 

üçün  lazım  olan  çoxlu  duz  hələ  Strabonun  bəhs  etdiyi  Atropatena  duzxanalarından 

gətirilirdi. 

Atropatenanın  təsərrüfat  həyatı  haqqında  bir  sıra  digər  məlumatlar  da  vardır. 

Məsələn,  Strabon  yazır  ki,  Madada  bir  Kapavta  gölü  vardır,  bu  göldə  kristallaşma 

gedir və duz çöküntüləri əmələ gəlir. Başqa bir yerdə antik coğrafiyaçı yazır ki, kellər 

arasında "bir göl Mantiana adlanır ki, bu da tərcümədə "mavi" deməkdir. Söyləyirlər 

ki, bu, Meotidadan sonra ən böyük şor göldür, o, Atropatenaya qədər uzanır. Strabon 

göl haqqında söhbətinə davam edərək yazır ki, "orada duzxanalar düzəldilmişdir". 

Atropatenanı nəzərdə tutaraq Ammian Marsellin məlumat verir ki, "bu ölkədə 

Midiya  yağı  hazırlanır.  Bu  yağla  yağlanmış  çox  azacıq  dartılmış  kamandan  qopub 

nəyə  isə  sancıldıqda  bərk  alovlanır  -  sürətlə  uçduqda  alov  sönür,  su  ilə  söndürmək 

istədikdə  alov  daha  da  şiddətlənir  və  onu  söndürmək  üçün  üstünə  torpaq  tökməkdən 

başqa heç bir vasitə yoxdur". Bu "Midiya yağı" həm hərbi işdə, həm də təsərrüfatda 

kara gəlirdi". "Midiya yağı" o dövrün gil və metal çıraqları üçün yanacaq idi. Ammian 

"Midiya  yağı"nın  hazırlanması  üsulu  haqqında  məlumat  verərək  yazır  ki, 

mütəxəssislər  "yağın  içərisinə  xüsusi  bir  ot  tökür,  sonra  qatılaşmağa  qoyurlar,  yağ 

qatılaşdıqda  ona  qatı  yağa  bənzər təbii  yanacaq  əlavə  edərək daha  da  qatılaşdırırlar. 

Bu  məhsul  yerli  dildə  nafta  adlanır".  Öz-özünə  alışan  yağın  hazırlanması  özlüyündə 

neft məhsulları istehsalının yüksək səviyyəsindən xəbər verir. 

Keramika  istehsalı  təsərrüfatın  ayrıca  bir  sahəsi  idi.  Mil,  Muğan,  Talış, 

Naxçıvan,  Germi  və  başqa  yerlərin  küp  qəbirlərindən  çıxarılmış  gil  məmulat 

Atropatenada  keramika  istehsalının  səviyyəsindən  xəbər  verir.  Arxeoloji  material 

Atropatenada gil məmulatının geniş miqyas almasını təsdiq etməyə imkan verir. 

Atropatenada tikinti işləri də aparılırdı. 

Metal  məmulat  istehsalı  nümunələri  də  çox  maraqlıdır.  Tuncdan,  dəmirdən, 

qızıldan  və  gümüşdən  qayrılmış  çoxlu  əşya  dəmirçilik  və  zərgərliyin  inkişafından 

məlumat verir. 

Təsərrüfat  əlaqələrini  getdikcə  inkişaf  etdirmək  üçün  əlverişli  şərait  olması 

Atropatenanın  ticarət  imkanlarını  genişləndirirdi.  Strabon  məlumat  verir  ki,  Şimali 

Kaspinin xeyli hissəsinin sahibi olan aorslar dəvələrlə gedib madalılar və ermənilərlə 

ticarət  edirdilər.  Madalılar  və  ermənilər  onları  Babil  və  Hind  malları  ilə  təmin 




232 

 

edirdilər. Kaspi sahili boyunca şimala gedən yolun böyük əhəmiyyəti vardı. Başqa bir 



ticarət yolu Ekbatanadan Artaksata tərəfə gedirdi. Bu şəhər "Atropatiya sərhədlərinin 

yaxınlığında" idi [S t r a b o n]. Ekbatanaya balıq daşınması haqqında Klavdi Elianın 

verdiyi  məlumat  da  Kaspianadan  keçib  Atropatenaya  gedən  ticarət  yolunun  mövcud 

olduğunu təsdiq edir. 

Əsasən  antik  Atropatena  ərazisindən  əldə  edilmiş  yeni  arxeoloji  materiallar 

Atropatena sakinlərinin maddi və mənəvi həyatını daha aydın təsəvvür etməyə imkan 

yaradır. 

Atropatena  Hellinizm  dövlətləri  sistemində.  Çox  geniş  Şərq  vilayətlərinin 

yunan-makedoniyalılar  tərəfindən  istila  edilməsi  nəticəsində  yeni  dövr  -  Hellinizm 

dövrü,  yunan  və  Şərq  ünsürlərinin  qarşılıqlı  surətdə  nüfuz  etməsi  dövrü  başlandı. 

Lakin  Aleksandrın  vəfatından  az  sonra  məlum  oldu  ki,  dünya  dövləti  zamanın 

sınaqlarından  çıxa  bilməyəcəkdir.  Böyük  fatehin  ölümü  onun  imperiyasının  süqutu 

prosesini  sürətləndirdi.  İmperiya  daha  kiçik,  lakin  yaşamağa  qabil  olan  çarlıqlara 

parçalanmağa başladı. Çarlıqların bəzisi yalnız sözdə mərkəzi hakimiyyətdən asılı idi. 

O biriləri, məsələn, Kiçik Mada isə əslində tam müstəqil idilər. 

E.ə. IV əsrin sonunda əlinin altında qoşunu və hakimiyyəti altında ərazisi olan 

satraplardan  hər  biri  öz  torpaqlarını  nəinki  müdafiə  etməyə,  həm  də  mümkün  qədər 

genişləndirməyə çalışırdı. Güclü satraplardan biri olan, "Yuxarı satraplıqlar" üzərində 

hakimiyyəti ələ keçirmək iddiasına düşən və bütün İranı özünə tabe etməyə can atan 

Mada  satrapı  Pifon  ilə  öz  istiqlaliyyətini  qoruyan  digər  Şərqi  İran  satraplıqlarının 

koalisiyası arasında 318-ci ildə qızğın mübarizə başlandı. Pifonun niyyəti baş tutmadı. 

O, sıxışdırılıb Madaya qayıtmağa məcbur oldu. 

E.ə.  IV  əsrin  sonunda  Selevkilər  dövlətinin  yaradılmasının  təməli  qoyuldu. 

312-ci il oktyabrın ilk günlərində Selevkin Babilə gəlməsi ilə bütün Ön Asiyada yeni 

tarix hesabı - Selevkilər erası başlandı. İran satraplıqlarında real hakimiyyət tədricən 

Selevkin əlinə keçir. 

Kiçik  Madanın  demək  olar  ki,  bütün  300  illik  tarixi  -  e.ə.  IV  əsrin  20-ci 

illərindən  e.ə.  I  əsrin  birinci  rübünədək  [bu  zaman  ölkə  öz  köhnə,  rəsmi  adını 

saxlamaqla bərabər, getdikcə daha tez-tez Mada dilində  *Mäd-i Ätarpätkän  (Atropat 

Madası),    yunanca  Mбnia  Arpoлarvn,  digər  hallarda  Ätrpatkän,  Arpoлarnvn  və  s. 

adlanmağa başlamışdı] - əslində bizdən gizli qalmışdır. Qaynaqlarda bu ölkənin adı o 

dövrün  hadisələri  ilə  bağlı  vur-tut  bir  neçə  dəfə  çəkilir.  Qonşu  ölkələrin  tarixinə  və 

ümumi  vəziyyətə,  habelə  qaynaqlarda  adının  iki  üç  dəfə  çəkilməsinə  əsaslanaraq 

yeganə  onu  qəti  demək  olar  ki,  bütün  bu  müddət  ərzində  Atropatilər  çarlığı  mövcud 

olmuşdur.  Burası  da  şəksizdir  ki,  Makedoniya  istilası  zamanından  etibarən  Kiçik 

Mada  əsas  Madadan  -  Böyük  və  ya  Aşağı  Madadan  qəti  ayrılmışdır.  Böyük  və  ya 

Aşağı Madaya, xüsusilə onun mərkəz rayonlarına  yunan-makedoniyalılar çox böyük 

əhəmiyyət  verirdilər,  çünki  Şərq  vilayətləri  ilə  əlaqə  məhz  Mada  vasitəsilə 



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə